Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   24   25   26   27   28   29   30   31   32

 

61 


 

12.  Sual:  Hörmətli  Şeyx,  əgər  bir  kimsə  şübhəli  şeydən  çəkinərək  ət 

yemir,  lakin  valideyinləri  onu  yeməyi  əmr  edirlər.  O,  kimsə 

valideyinlərinə itaət etməlidir, yoxsa şübhəli şeydən çəkinməlidir?  

Şeyx  əl-Albani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Vacibdir, 

valideyinlərə itaət edilsin. İtaət yalnız haram olan şeydə olmaz. Burda isə 

söhbət yalnız şübhəli olandan gedir”.  

“Fətava əl-Albani” 371.  

 

13.  Sual:  Hörmətli  Şeyx,  haradan  gəldiyi  və  kəsilməsi  barəsində  heç 

bir  məlumatımız  olmayan  dondurulmuş  ət  məhsulları  barəsində  hökm 

nədir? Xahiş edirik bu sul barəsində bizi maarifləndirəsiniz.  



Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “Müsəlman və Kitab 

Əhli  tərəfindən  kəsilməsi  məlum  olana  qədər  ət  məhsullarını  yemək 

olmaz.  “Bu  gün  pak  nemətlər  sizə  halal  edilmişdir.  Kitab  əhlinin 

yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 

5).  İbn  Abbas  –  radıyallahu  anhu  –  nun  dediyi  kimi:  “Yemək  –  onların 

kəsdikləri heyvanların ətləridir”. Həmçinin Peyğəmbər – sallallahu aleyhi 

və  səlləm  –  Yəhudi  qadının  gətirdiyi  əti  də  qəbul  etmişdir.  Əgər  kəsilən 

heyvan Müsəlman, Kitab Əhli tərəfindən gətirilərsə bizim üzərimizə vacib 

deyil  öyrənmək  şəriətə  uyğun  olaraq  kəsilib,  yoxsa  yox  və  ya  Allahın 

adını zikr ediblər, yoxsa yox. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir 

qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək 

dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın 

adının zikr olunub-olunmadığını bilmirik?”. Peyğəmbər: “Bunun üçün siz 

Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni  qəbul  etmiş kimsələr 

idi. Buxari 2057.  

Əgər siz ətin haradan gəldiyini bilmirsinizsə və ehtimal var ki, bu elə 

bir ölkələrdən gətirilib ki, onların kəsdikləri heyvanların ətləri bizim üçün 

qadağandır  yemək  və  ya  bizə  yeyilməsi  icazə  verilən  ölkələrdən  gəlib  ət 

məhsulları bu cür ətləri yemək olmaz”.  



 

14.  Sual:  Hörmətli Şeyx, sualımız şəriətə uyğun olmyaraq kəsilən  və 

Yəhudi  və  Xaçpərəstlər  tərəfindən  Allahın  adının  zikr  edilmədən  kəsilən 

ət məhsulları barəsindədir. Belə əti yemək olarmı?  

Şeyx  İbn  Baz  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  ““Bu  gün  pak 

nemətlər  sizə  halal  edilmişdir.  Kitab  əhlinin  yeməkləri  sizə,  sizin 

yeməkləriniz  isə  kitab  əhlinə  halaldır!...”  (əl-Maidə  5).  Bu  ayə  onu 

göstərir  ki,  Kitab  Əhlinin  yeməkləri  bizə  halaldır.  Əgər  bizə  bəlli  olarsa 

ki,  onlar  heyvanları  şəriətə  uyğun  olmayan  üsullarla  kəsirlər:  Boğmaq 

yolu ilə, elektrik cərəyanı, küt alətlə vuraraq və s. üsullarla bu cür heyvan 

kəsilmiş  sayılmır  və  yeyilməsi  qadağandır.  Həttə  bu  cür  üsulla  müsəlman 



 

62 


belə  heyvanı  kəssə  yemək  haramdır.  Lakin  əgər  bizə  kəsilmə  üslubu  bəlli 

olmazsa bu zaman ayəyə əsasən bizə yemək halaldır. Biz artıq bu suallara 

cavab vermişik, götürüb faydalana bilərsiniz.  

O,  ki  qaldı  onların  Allahın  adını  zikr  etməmələrinə  bu  da  onların 

cahilliyindən  (elmsiz  olmalarından)  irəli  gəlir,  bu  faktda  onların  kəsdikləri 

heyvanların  ətlərini  qadağan  etmir.  Müs:  Müsəlman  bir  kimsə  unudaraq 

(heyvanı kəsərkən) Allahın adını zikr etməzsə  və ya bu haqda heç bir  şey 

bilmirdisə  bu  da  kəsilən  heyvanı  haram  etmir.  Allah  buyurur:  “Ey 



Rəbbimiz,  (bəzi  tapşırıqlarını)  unutduqda  və  ya  yanıldıqda  bizi 

cəzalandırma!”. (əl-Bəqərə 286). Peyğəmbər – sallallahu aleyhi və səlləm 

– bu ayəni oxuduqdan sonra Allah: “Mən artıq belə etdim” deyə buyurdu. 

“...Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) 

görə  sizə  günah  yoxdur.  Lakin  (qadağan  olunduqdan  sonra)  qəsdən 

etdiyiniz işlərdən  ötrü  günah  vardır.  Allah  (bəndələrini)  bağışlayandır, 

rəhm edəndir!”  (əl-Əhzab 5).

 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – 



buyurdu:  “Allah  mənə  görə  ümmətimin  səhfən,  unutqanlıqdan  və  ya 

məcburiyyət qarşısında qalaraq etdiyi günahları bağışlayıb”.  



“Məcəllətul Cəmiatil İslamiya”.  

 

15.  Sual:  Hörmətli  Şeyx,  namaz  qılmayan  müsəlman  Allahın  adını 

zikr edərək  heyvanı kəsərsə  bu cür  əti yemək  olarmı? Həmçinin  əhalisinin 

çox hissəsi  namaz qılmayanlardan  ibarət olan  bir ölkədə  olsam bu  zaman 

onların bazarlarında satılan ət məhsullarının hökmü nədir?  

Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Namaz  qılmayan 

(müsəlman)  bir  kimsə  tərəfindən  kəsilmiş  əti  yemək  halaldır,  əgər  o 

Allahın adını zikr edibsə. Bu da namazı (tənbəllik və s.) səbəblərdən tərk 

edənin (qılmayanın)  dindən çıxmadığını deyənlərin rəyidir. Lakin  namazı 

qılmayanın  dindən  çıxdığını  söyləyənlərin  rəyinə  görə  isə  bu  cür  ət 

məhsullarını yemək olmaz”.  

 

16.  Sual:  Hörmətli  Şeyx,  əqidəsi  bəlli  olmayan  bir  kimsənin  kəsdiyi 

heyvanının  ətini  yemək  olarmı?  Həmçinin  günahın  haram  olduğunu 

bildiyi halda ona izn verən kimsənin necə?  

Şeyx  İbn  Baz  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Bir  kimsənin  şirki 

bəlli  olmadıqca  onun  kəsdiyi  heyvanın  ətini  yemək  olar.  Əgər  müsəlman 

bir  kimsə  şəhadət  etsə  ki,  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  yoxdur 

və  Mühəmməd  onun  qulu  və  Rəsuludur,  ondan  küfrə  aparacaq  bir  əməl 

(söz)  məlum  olmazsa kəsdiyi  heyvan halaldır. Lakin bizə  məlum  olsa ki, 

həmən şəxs şirkə aparacaq əməl edir: Cinlərə və Ölülərə dua etmək, çətin 

anlarda  onlara  dua  edib  kömək  diləmək,  bütün  bunlar  böyük  şirkdən 

sayılır və onun kəsdiyi heyvanı yemək olmaz.  




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə