Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   24   25   26   27   28   29   30   31   32

 

55 


boğularaq öldürülmüş heyvanların ətlərini yeməyi bizə haram edib. Lakin 

Allah  istisna  edib  canı  çıxmadan  kəsdiyimiz  heyvanları.  Buna  görə  də 

elektrik  cərəyanı  heyvanı  yalnız  zəiflədir  və  onu  canı  çıxmamışdan  öncə 

kəssək halal hesab olunur. Lakin əgər elektrik cərəyanı heyvanı öldürərsə, 

baxmayaraq  bu  sual  verənin  sözlərinə  ziddir,  çünki  o,  qeyd  etmişdir  ki, 

qanı axıdılır, bu zaman bu cür kəsilən əti yemək olmaz.  



“Fətava Nuru ad-Darb”.  

 

3.  Sual:  Hörmətli  Şeyx,  günümüzdə  Xaçpərəstlər tərəfindən  kəsilmiş 

heyvanların  ətləri  barəsində  nə  deyə  bilərsiniz?  Biz  bilirik  ki,  onlar 

heyvanları  müxtəlif  üsullar aparatlar  və  yuxugətirici  vasitələrdən  istifadə 

edərək kəsirlər.  

Şeyx  İbn  Baz  –  rahmətullahi  aleyhi  -  deyir  ki: “Bu cür heyvanların 

ətlərini  yemək icazəlidir, əgər onların şəriətə uyğun  olmayaraq kəsilməsi 

məlum deyilsə. Onların kəsdikləri heyvanların əsli (təməl) halal olmasıdır. 

Onların  kəsdikləri  heyvanların  ətləri  bizə  halal  edildiyi  kimi,  bizim 

kəsdiyimiz  heyvanların  ətləri  də  onlara  halaldır.  “Bu  gün  pak  nemətlər 

sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə 

kitab əhlinə halaldır!...” (əl-Maidə 5).  

“Fətava İslamiyya” 3/401.  

 

4.  Sual:  Hörmətli  Şeyx,  əgər  heyvanı  kəsərkən  Allahın  adının  zikr 

edilib-edilməməsi  məlum  deyilsə,  belə  kafe  və  yeməkxanalarda  verilən 

ətləri yemək olarmı?  



Şeyx  İbn  Baz  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Əgər  bu 

yeməkxanalar Müsəlmanların, Kitab Əhlinin yaşadığı şəhərlərdə olarsa və 

ya  bu  yeməkxanaların  sahibləri  Müsəlmanlar  və  Əhli  Kitab  olarsa  hansı 

ki,  özləri  bu  heyvanların  kəsilməsi  ilə  məşğul  olurlar  (və  ya  kəsilməsinə 

cavabdehdirlər),  bu  cür  ətlərin  yeyilməsi  halaldır  hətta  kəsilən  zaman 

Allahın adının zikr edilib-edilməməsi bizə  məlum  olmasa da belə. Çünki 

onların  kəsdikləri  heyvanların  əsli  (təməl)  halal  olmasıdır.  Aişə  

radıyallahu  anhə  -  rəvayət  edir  ki,  bir  qrup  insanlar  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  in  yanına  gələrək  dedilər:  “Ya  Rəsulallah! 

Bizə  ət  yeməyi  gətirirlər.  Lakin  üzərində  Allahın  adının  zikr  olunub-

olunmadığını  bilmirik?”.  Peyğəmbər:  “Bunun  üçün  siz  Bismilləh  deyib, 

sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 2057.  

Lakin  əgər  bu  yeməkxanaları  Müsəlmanlar  və  Kitab  Əhli  deyil, 

müşriklər,  kafirlər  və  ateistlər  idarə  edərsə  bu  zaman  orada  verilən 

heyvanların ətindən yemək olmaz. Bil ki, Müsəlmanların və Kitab Əhlinin 

şəriətə uyğun olaraq kəsdiyi heyvanların ətləri halaldır, hətta bizə onların 

kəsilmə üsulu bəlli olmasa da belə. O, ki qaldı bizə məlum olan və şəriətə 



 

56 


uyğun  olmayan  yollarla  kəsilən  heyvanlara  məs:  Boğularaq,  elektrik 

cərəyanı ilə vurularaq öldürülən (qanı axıdılmayan) və s. ölü (kəsilmədən 

ölüb  murdar  olmuş)  leş  heyvan  sayılır  və  bu  cür  ətlərin  yeyilməsi 

haramdır. Bu cür halda heç bir fərq yoxdur bunu  müsəlman kəsib, yoxsa 

kafir.  “Ölü  (kəsilmədən  ölüb  murdar  olmuş)  heyvan,  qan,  donuz  əti, 

Allahdan  başqasının  adı ilə  (bismillah  deyilmədən)  kəsilmiş,  boğulmuş, 

(küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir 

heyvanın  buynuzu  ilə)  vurulub  gəbərmiş,  vəhşi  heyvanlar  tərəfindən 

parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - 

dikinə  qoyulmuş  daşlar  (bütlər  və  ya  Kəbənin  ətrafındakı  bütpərəst 

qurbangahlar) üzərində  kəsilmiş  heyvanlar  və  fal  oxları  ilə  pay  bölmək 

sizə haram edildi”. (əl-Maidə 3).  

“Fətava İslamiyyə” 3/414.  

 

5. Sual: Buna oxşar bir suala Şeyx Useymin – rahmətullahi aleyhi – 



nin dedikləri: “Kəsilmiş heyvanın üç halı vardır:  

1. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilib. Bu halda 

bu əti yemək halaldır.  

2.  Biz  bilirik  ki,  kəsilən  heyvan  şəriətə  uyğun  olaraq  kəsilməyib.  Bu 

halda bu əti yemək haramdır.  

3.  Biz  şübhədəyik  və  bilmirik  ki,  bu  heyvan  (şəriətə)  uyğun  kəsilib, 

yoxsa  yox.  Bu  halda  bu  cür  heyvanın  ətini  yemək  olar  və  biz  mükəlləf 

(vacib)  deyilik  soruşmaq  və  araşdırmaq  hansı  üsulla  bu  heyvan  kəsilib, 

kəsilərkən  Allahın  adı  zikr  olunub,  yoxsa  yox.  Hətta,  Sünnə  bizə  açıq-

aydın  göstərir  ki,  daha  yaxşıdır  bu  haqda  soruşmamaq  və  araşdırmamaq. 

Aişə - radıyallahu anhə - rəvayət  edir ki, bir qrup insanlar  Peyğəmbər – 

sallallahu  aleyhi  və  səlləm  –  in  yanına  gələrək  dedilər:  “Ya  Rəsulallah! 

Bizə  ət  yeməyi  gətirirlər.  Lakin  üzərində  Allahın  adının  zikr  olunub-

olunmadığını  bilmirik?”.  Peyğəmbər:  “Bunun  üçün  siz  Bismilləh  deyib, 

sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 2057. 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  “Bismilləh”  demək  əmri 

heyvanı  kəsməmişdən  öncə  deyilən  Bismilləh  -  deyildir.  Hədisdən  də 

aydın  olduğu  kimi  heyvan  artıq  kəsilmişdir.  “Bismilləh”  demək  əmri 

yemək yeməmişdən öncə deyilən Bismilləhdir. Yemək yeməmişdən öncə 



Bismilləh  demək  artıq  şəriətimiz  tərəfdən  təyin  edilmişdir.  Hətta 

yeməkdən  öncə  Allahın  adını  zikr  etmək  vacib  əməllərdəndir.  Buna  da 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in açıq-aydın əmri vardır. Əgər 

insan Allahın adını zikr etməyərək yeməyə başlayarsa şeytan mütləq onun 

yeməyinə  şərik  olar.  (İbn  Abbas  -  radıyallahu  anhu  -  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “İblis  dedi:  “Ya 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə