Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

sümüklərindən havasız şəraitdə   r e t o r t l a r d a   onların tablaşdırılması yolu
ilə alınır. Təzə sümük kömürü hissəciklərinin ölçüləri təqribən 3 mm olur. Onlar,
məsaməli   mineral   skeletdən   ibarət   olurlar.   Aktivləşdirilmiş   ağac   və   sümük
kömürlərindən   başqa,   qida   istehsalında   adsorbent   kimi  sellüloza   kütləsi  və
silikaheldən  də istifadə olunur. Sellüloza kütləsi pivəni şəffaflaşdırmaq və eyni
zamanda filtrləmək üçün tətbiq edilir. Bu materialın adsorbsiya qabiliyyəti aktiv
ağac kömürünün adsorbsiya qabiliyyətindən çox aşağıdır. Sellüloza kütləsi iplik
parçadan, onun mexaniki və kimyəvi emalı yolu ilə hazırlanır. Silikahel 0,2 – 7,0
mm ölçülü dən şəklində işlədilir. Bir kiloqram silikahelin xüsusi aktiv səthi 400 –
770 m
2
 arasında tərəddüd edir. Silikahel, əsasən rütubəti udmaq üçün işlədilir. O,
adsorbentin çəkisinin 50 % – nə qədər rütubət udmaq qabiliyyətinə malikdir. Bu
adsorbentlərdən başqa, qida istehsalında    d i a t o m i t,    p e r l i t    və başqa
adsorbentlərdən də istifadə edilir.
Ad s o r b s i y a    p r o s e s i n i n   m a t e r i a l    b a l a n s ı.
Adsorbsiya prosesi   f a s i l ə l i   və   f a s i l ə s i z    olmaqla iki cür aparıla bilər.
Həm fasiləli və həm də fasiləsiz üsulla aparılan adsorbsiya prosesində prosesin
material balansı (1) tənliyi şəklində ifadə edilir:




s
i
i
s
y
y
G
x
x
L



                                (1)
Əsas fərq ondan ibarətdir ki, fasiləli və fasiləsiz proseslərdə tənliyə daxil
olan kəmiyyətlər müxtəlif məna daşıyırlar:
Fasiləli prosesdə:
L – adsorbentin kütləsi, kq;
G – adsorbsiya dövründə keçən daşıyıcının kütləsi, kq;
x
s
, x
i
 – sorbtivin adsorbentdəki son və ilk miqdarı, %;
y
i
 – sorbtivin daşıyıcıdakı miqdarı, %;
y
s
 – adsorbsiya dövründə tullantı qazlarında komponentin orta miqdarı,%.
Fasiləsiz prosesdə:
L – adsorbentin kütləsi, kq;
G – daşıyıcının kütləsi, kq;
2


Y y
i
, y
s
 – adsorbsiyadan əvvəl və sonra daşıyıcıda sorbtivin miqdarı, %;
X x
i
, x
s
 – adsorbsiyadan əvvəl və sonra adsorbentdə sorbtivin miqdarı, %.
(1) tənliyini (2) şəklində ifadə etmək olar:
i
s
s
i
x
x
y
y
G
L



                                (2)
(2) tənliyindən istifadə etməklə,  
y
x

  koordinat sistemində prosesin işçi
xəttini qurmaq olar.
A d s o r b s i y a d a    h ə r ə k ə t v e r i c i    q ü v v ə.   Adsorbsiya
prosesinin hərəkətverici qüvvəsi, sorbtivin mövcud qaz fazası və müvazinət fazası
arasındakı qatılıqlar fərqidir ki, bu fərq də (3) tənliyi ilə ifadə edilir:
y
y
y




                                (3)
burada: y – sorbtivin qaz fazasındakı qatılığı;
y' – sorbtivin qaz fazasındakı müvazinət qatılığı, kq/m
3
.
Tənlikdən   göründüyü   kimi,   adsorbsiya   prosesinin   hərəkətverici   qüvvəsi,
absorbsiya prosesinin hərəkətverici qüvvəsinin analoqudur.
A d s o r b e n t i n   a k t i v l i y i. Adsorbentin aktivliyi dedikdə, onun
maddəni   udmaq   qabiliyyəti   başa   düşülür.   İstənilən   adsorbentin   2   cür   aktivliyi
mövcud olur:
1) s t a t i k    a k t i v l i k;
2) d i n a m i k    a k t i v l i k.
Adsorbentin statik aktivliyi dedikdə – sorbtivin o miqdarı başa düşülür ki,
bu   miqdar,   verilmiş   temperaturda   adsorbentin   kütlə   və   ya   həcm   vahidi   ilə
müvazinət yaranma momentində udulur.
Dinamik aktivlik – isə sorbentin ondan qaz və ya maye buraxılan zaman,
vahid həcmi ilə udulan sorbtivin miqdarı ilə təyin edilir. 
Adsorbentin   aktivliyi   daşıyıcının   temperaturundan   və   sorbtivin   ondakı
qatılığından asılıdır. Dinamik aktivlik həmişə statik aktivlikdən kiçik olur. 
3


A d s o r b s i y a    p r o s e s i n d ə    k ü t l ə    m ü b a d i l ə s i.
Maddənin   τ –  vaxt ərzində,  1 m
3
  adsorbent  tərəfindən   adsorbsiya  olunan  M  –
miqdarı, fasiləsiz adsorbsiya zamanı aşağıdakı tənlikdən təyin edilə bilər:







c
F
M
                                (4)
burada: ∆c – prosesin orta hərəkətverici qüvvəsi;
β – adsorbsiya əmsalıdır, m/san;
β – adsorbsiya əmsalı təcrübi yolla təyin olunur.
DESORBSİYA
 Adsorbsiya prosesi haqda məlumat verərkən qeyd etmişdik ki, bu prosesin
əksinə gedən proses   d e s o r b s i y a   p r o s e s i   adlanır, yəni adsorbentdən,
sorbsiya olunmuş materialın çıxarılması prosesi desorbsiyadır. Udulmuş maddədən
azad   olunan   adsorbent   2   –   ci   dəfə   istifadə   oluna   bilər.   Beləliklə,   adsorbentlər
regenerasiya olunmaq qabiliyyətinə malikdirlər. Desorbsiya prosesi, adsorbentdən
qaz   və   ya   buxar   keçirilməsi   yolu   ilə   yerinə   yetirilir.   Desorbsiyaedici   agent
adsorbentdən udulmuş maddəni çıxarır, sonra isə adsorbent qurudularaq, II dəfə
istifadə   üçün   yararlı   hala   salınır.   Silikahel   qızdırılmış   quru   qazla   üfürülməklə
regenerasiya edilir. Sümük  kömürü isə sobalarda tablaşdırılaraq II dəfə istifadə
üçün yararlı vəziyyətdə salınır. Desorbsiya prosesləri fasiləli və ya fasiləsiz işləyən
aparatlarda yerinə yetirilir. 
İon   mübadiləsi   prosesləri.  Adsorbentlərin   müxtəlifliklərindən   biri   də
onların təbii və sintetik ionitlərdən ibarət olmalarıdır. 2 tip ionitlər mövcuddur:
1) Anionitlər;
2) Kationitlər.
A n i o n i t l ə r – emal edilən elektrolitlərdə anionları,   k a t i o n i t l ə r –
isə kationları mübadilə edirlər. Qida sənayesində istifadə olunan sintetik ionitlər
xarakterlərinə görə qatranlara aid edilirlər. Onlar, kimyəvi dayanıqlığı, mexaniki
möhkəmliyi və müəyyən ionları seçərək mübadilə etmək qabiliyyəti ilə üstünlük
təşkil edirlər. İon mübadiləsi əsasında qida sənayesində bir sıra proseslər: məsələn,
4


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə