215
da şablon münasibətə yol verilməməlidir. Həmin qida sahəsi bu nöqteyi-nəzərdən
əsaslandırılmışdır ki, üzüm bitkisi idarə olunan bitki olduğundan o istənilən kimi
idarə oluna bilər. Bu məsələdə bir bioloji fakt unudulur ki, suvarılan münbit
torpaqlarda yüksək aqrotonda güclü kolların cilovlanmasında problem yaranır.
Burada iki mənfi hal meydana çıxır: 1. Kola az qida sahəsi verildiyindən ona az
yük verilməlidir. Belə kollarda istər-iatəməz zoğlar sulu zoğlara çevrilir. 2. Sulu
zoğlar ram edildikdə isə bir çox dərəcəli bic zoğlarının qarşısını almaq mümkün
olmur.
Qida sahəsi artdıqca kolda yaşıl zoğların miqdarı çoxalır, ona verilən forma
və üzümlükdə qurulan şpaler haqqında düşünmək lazım gəlir.
Üzümlükdə kollara geniş qida sahəsi verilməsi son 50-60 ilə təsadüf edir. Bu
məsələnin geniş elmi əsaslandırmalarına Avstriyada Lents Mozer tərəfindən
başlanmışdır. Onun işlərində hektarda kolların sayının müəyyən həddə qədər
azaldılması əsas yer tuturdu. Onun fikrincə bitkinin miqdarı azaldıqca üzümlüyə
çəkilən xərclər azalır. Onun üzümlüklərində cərgə arası 4-5 metr, bitki arası 2,5
metrə qədər artırıldı. C.Uinklerə görə ABŞ-nın şərqində kollara 2,7x2,4 metr qida
sahəsi verildikdə məhsuldarlıq azalmır. Ancaq az qida sahəli üzümlüklərin də
olmasını qeyd edir.
Kollara az qida sahəsi Fransada, Almaniyada, Moldovada, Gürcüstanda
verilir. Son vaxtlar (2005-ci ildən sonra) Respublikamızın Cəlilabad rayonunda
fransızların saldığı üzümlüklərdə cərgə arası 2,5 metr, bitki arası 0,8-1,0 metr
götürülmüşdür. Gürcüstanda cərgə arasının 2,0-2,2 metr götürülməsi dəbdədir.
Daha kiçik üzümlüklərdə bu məsafə 1,4-1,8 metr götürülür.
Dağ yamaclarında, daşlı-çınqıllı və kasıb torpaqlarda və zəif güclü kollarda
qida sahəsi az götürülür. Suvarılan münbit torpaqlarda qida sahəsi az olduqda
güclü böyüyən sortlar o qədər güclü böyüyür ki, onlar idarə olunmaz və yaxud
çətin idarə olunan obyektə çevrilir.
Respublikamız şıraitində üzümlüklərdə cərgə araları 1,5 m, 2m, 2,2m, 2,5m,
3m götürülə bilər. Bitkilər arası məsafə isə 1m,1,2m, 1,3m, 1,6m,1,8m,2m qəbul
edilə bilər. Yuxarıda qeyd etdiyimiz kimi yeni üzümlüklər salındıqda bu
məsələlər çox diqqətlə təhlil edilməlidir. Torpaq, iqlim və sort haqqında əldə
edilən biliklərdən başqa üzümlükdə becərmə sistemləri və işlərin
mexanikləşdirilməsi kimi vacib məsələlər də nəzərdə tutulmalıdır.
Yeni üzümlüyün salınması tinglərin sahəyə əkilməsindən başlayır. Bitkilərin
yeri qarğı ilə nişanlandıqdan sonra əkin materialları (ting) əkinə hazırlanır. Bir
qayda olaraq tinglər əkinə hazırlandıqda onların kökü 4-5 sm-ə qədər qısaldılır.
Hidroburun özü işçi vəziyyətə gətirilir, yəni şlanqların sayı 4-6 ədəd olmaqla,
onlar syuy təzyiqlə vurmalı və dəstək istənilən vaxt suyu açıb bağlamalıdır. Hər
bitkiyə hidroburudan 1 litrə qədər su buraxılmalıdır. Əkindən sonra üzümlüyün
216
suvarılmasının ləngiməsi ehtimalı vardırsa onda hidroburla hər bitkiyə verilən
suyu 1,5-2 litrə qədər artırmaq olar.
Üzümlük salınmazdan öncə hidroburla işləyən adamlarla təlimat xarakterli
söhbətlər aparılmalıdır. Hidrobur qurğusunda 4-6 şlanq quraşdırılır. Ortadakı
şlanqlar nisbətən qısa (4-5 m), kənardakılar ondan uzun olur. Hər şlanqla 3 adam
işləyir. Onlardan biri hidroburla yuva açır, ikincisi əlindəki tingləri 1-1 yuvaya
qoyur, üçüncü adam lomla tingi yuvanın divarına sıxıb bərkidir. Bərkimə elə
olmalıdır ki, azca qüvvə ilə dartdıqda ting çıxmamalıdır.
Sahə əkilib qurtardıqdan sonra şırım açanla hər cərgədə həm suvarma şırımı
açılır, həm də bitkilərin üztü torpaqla örtülür. Yaşıl üzümlükdən fərqli olaraq yeni
salınan üzümlükdə suvarma çox diqqətlə aparılmalıdır. Ərazidə maillik olduqda
və yaxud şırıma su çox buraxılmdıqda su torpağı yuyur, şırımı dərinləşdirir,
nəticədə təcrübəsiz suçu elə bilir ki, bitkilər su aldı. Mailli yerlərdə şırıma su az
buraxılmalı və torpağın yuyulması ehtimalı olduqda şırımlarda əl ilə arakəsmələr
düzəldilməlidir. İyun-iyul aylarına qədər bu diqqətlik davam etdirilməlidir.
Yeni üzümlüyün salınmasında son vaxtlar İtaliyanın istensalı olan, tingi
avtomat əkən və lazer şüaları ilə nizamlanan qurğudan istifadə edilsə əl əməyi
daha da yüngülləşmiş olar. Bu qurğudan Respublikada yalnız Abşeronda bir
təssərrüfata gətirilmişdir.
217
11. CAVAN ÜZÜMLÜYƏ QULLUQ ĠġLƏRĠ
Cavan üzümlüyə qulluq işlərinin başlanğıcı növbəti suvarmalar və bitkilərin
üztünün açılmasıdır. Traktora qoşulan aqreqatın bıçaqlarını (pəncələrini)
nizamlamaqla tinglərin üstü torpaqla örtülür. Təqribən aprelin axırıncı
ongünlüyündə onların üstü açıllır. Açma əməliyyatında tək-tək bitkilərin üstü
lazımınca açılmır və onları əl ilə açmaq lazım gəlir. İstər aqreqatla, istərsə də əl
ilə tinglərin üstü açıldıqda çox ehtiyatlı olmaq lazımdır ki, bu vaxt gözcüklər
şişmiş və yaxud açılmış olur.
Tingin üstünə yığılan torpağın qalınlığı bir çox şərtlərdən asılıdır. Noyabr-
dekabr aylarında aparılan əkində tingin üstünə tökülən torpaq 15-20 sm
qalınlığında, fevral-martda aparılan əkinlərdə isə 10-15 sm olmalıdır. Ağır
torpaqlarda torpaq qatı az, yüngül torpaqlarda nisbətən çox olmalıdır.
Aprelin axırlarında və yaxud mayın əvvəllərində tingdən əvvəlcə bir, sonralar
isə bir neçə ədəd zoğ çıxır. Bu zoğlara münasibətdə iki konsepsiya vardır.
Ənənəvi becərmə texnologiyasında zoğlara əl vurulmur və nəticədə bitki qarma-
qarışıq bir vəziyyət alır. Bu vəziyyətdə üzümlükdə görülən işlər suvarmadan,
alaqlara, xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir. Birinci
konsepsiya dünyanın əksər üzümçülük ölkələrində, o cümlədən bizim
respublikada adı becərmə texnologiyası adlanır. İkinci konsepsiya bizim təklif
etdiyimiz texnologiyadır və biz onu super-intensiv becərmə texnologiyası
adlandırırıq. 30 il öncə intensiv becərmə texnologiyası adı ilə başladığımız işlərin
əsasını üzümlüyün birinci ilində kolların dayağa qaldırılması və onlarda yaşıl
əməliyyatın aparılması təşkil edir. Əgər ənənəvi becərmə texnologiyasında
zoğların nə qədər böyüdülməsi haqqında fikir yürüdülmürsə, burada bu məsələ
becərmə texnologiyasının ana xəttini təşkil edir. Bu konsepsiyalar arasında ciddi
fikir ayrılığı vardır, ancaq savadlı və təcrübəli üzümçülər belə hesab edirlər ki,
üzüm bitkisinin birinci ilində zoğ və yarpaq nə qədər çox olarsa bir o qədər də
kök sistemi güclü olar. İlk baxışda bu tamamilə düzgün məsələdir, çünki güclü
kök sisteminə malik kolların gələcəyi də perspektivli olur.
Adi becərmə texnologiyasında vegetasiyanın sonuna qədər becərmə işləri bu
qayda ilə davam etdirilir və kol üzərində heç bir əməliyyat aparılmır.
Üzümlüyün birinci ilində qulluq işləri – Sonrakı illərdə tətbiq ediləcək
intensiv və super-intensiv becərmə texnologiyasının faydalı olması üçün birinci
ildə qulluq işləri son dərəcə diqqətlə aparılmalıdır. Kol üzərində aparılan hər bir
işin vaxtında və düzgün aparılması vacibdir.
Aprel ayının sonunda, əksər hallarda isə may ayının əvvəllərində tingdən
əvvəlcə 3-5 gün sonra bir neçə zoğ çıxmağa başlayır. Adi becərmə
texnologiyasında ilk vaxtlar və sonralar əmələ gələn zoğlar qoparılmır.İntensiv
becərmə texnologiyasında isə onlardan münasib yerdə yerləşən bir ədəd zoğ