218
saxlanır, qalanları qoparılır. Onu qeyd etmək lazımdır ki, bu texnologiyanı ilk
dəfə biz tətbiq etmişik və onun müsbət nəticələri hər yerdə özünü göstərmişdir.
Üzümlüyün birinci ilində kollar dayağa qaldırılmalıdır. Ən yaxşısı odur ki, elə
birinci ildə üzümlükdə şpaler qurulsun. ənənəvi becərmə texnologiyasında ən
yaxşı halda üzümlüyün ikinci ilində şpaler qurulmalıdır. Şpaler qurulduqda belə
kolun dibinə paya sancılmalıdır ki, saxlanmış bir ədəd zoğun şaquli vəziyyətdə
böyüməsi təmin edilsin. O da məlumdur ki, şaquli vəziyyətdə polyarlıq
xüsusiyyətlərinə əsasən zoğ güclü böyüyür.
Saxlanmış zoğun əsasından başlayaraq birinci dərəcəli bic zoğları əmələ
gəldikcə onlar qoparılmalıdır. Normal böyüyən zoğlarda 120-130 sm
hündürlükdən etibarən sonrakı bic zoğları qoparılmır. əsas zoğun normal
böyüməsi, qışlayan gözcükdə orqanların formalaşması, daha doğrusu gələcək
çiçək qrupunun əsasının qoyulması məqsədilə sonrakı bic zoğlarının yarpaqları
çox vacibdir.
Zoğ payaya yaxın məsafədə bağlanmalıdır ki, onda əyintilər əmələ gəlməsin,
çünki bu zoğ gələcək kolun ştambıdır. Zoğ payaya bağlanarkən çalışmaq lazımdır
ki, zoğ çox sıxılmasın. Çox sıxıldıqda bağlanma materialı zoğu sıxıb zədələyə
bilir. Suvarılan şəraitdə üzümlük tez-tez suvarılmanı tələb edir. Əlbəttə
suvatmalar arası müddət torpağın tipindən, sahənin maillik dərəcəsindən və
becərməni keyfiyyətindən asılıdır.
Üzümlüyün birinci ilində xəstəliklərə qarşı mübarizə aparılmalıdır. Birinci
ildə xəstəliklərdən əsasən mildiu və oidium müşahidə edilir. Zərərvericilərdən isə
fır gənəciyinə qarşı mübarizə aparılmalıdır. Kollar yüksək aqrofonda becərildikdə
və yaşıl əməliyyat vaxtında aparıldıqda bir ədəd zoğ çox güclü böyüyür. Bu
məsələ üzrə apardığımız çoxillik eksperimentlərdə zoğ 4-5 metr böyümüş olur.
Ancaq sentyabrın əvvəllərində zoğun ucu vurulmalıdır ki, onda diferensasiya
normal getsin. Ucvurma adi üzümlükdəki kimi aparılmır, burada zoğun 0,5-1,0
metr hissəsi kəsilib atılır. Iyun ayından etibarən səthi köklər vaxtaşırı
kəsilməlidir.
Calaq tinglərdə calaq üstündəki köklərin hamısı, öz kökü üstündə olan
kollarda 10-15 cm dərinlikdəki köklər vurulmalıdır.
Üzüm bitisinin 1-ci ilində adi üzümlükdə istiqamətli becərmə
aparılmadığından zoğun uzunluğu ştambın yaradılması üçün yararlı olmur. Ancaq
suprt-intensiv becərmə texnologiyasında zoğun uzunluğu nəinki ştambın
yaradılmasına, həm də bar barmağı üçün də yararlı olur.
2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin kafedrayanı
üzümlüyündə dünya üzümçülüyü təcrübəsində bir məsələ ilə üzləşdik. Həmin ildə
əkilmiş kollar bizim qəbul etdiyimiz super-inteniv becərmə texnologiyası
fonunda becərilmişdir. Sort Bayanşirə idi. Maraq üçün kolların bir qismində
219
saxlanmış bir ədəd zoğda qışlayan gözcükləri oyatdıq (iyun ayının 3-cü
ongünlüyündə). Oyanmış gözcüklərdən çıxan zoğlarda çiçək qrupları göründü.
Əmələ gəlmiş çiçək qrupları çiçəklədi (iyun ayının ortalarında). Kollara edilən
qulluq işləri çox diqqətlə davam etdirildi. Bu müddət ərzində kol o qədər güclü
böyüdü ki, sanki 3 illik-4 illik kolu xatırladırdı. Noyabr ayının 16-da salxımlar
yığıldı və laboratoriyada təhlil edildi. Gilədə şəkər 14% ilmuşdur. Bu hadisə çox
böyük sensasiyalı bir məsələyə çevrildi. Söz yox ki, bu məsələdən mətbuat
səhifələrində və telekanallarda söhbət açıldı.
Bu hadisəyə qədər üzüm bitkisinin 2-ci ilində hektardan 6-8 ton, 5-ci ilində
80-100 ton məhsul alınması eşidənlərin təəccübünə səbəb olurdu. Üzüm
bitkisinin 1-ci ilində məhsul alınması heyrət doğurdu. Üzüm bitkisinin birinci
ilində məhsul alınması məsələsinə heç bir yazılı mənbədə rast gəlinməmişdir. Bu
məsələ üzrə bizim aşağıdakı mülahizələrimiz vardır.Seçmə ting 3-4 gözə kəsilib
yüksək aqrofonda əkilib becərildikdə həmin gözcüklərin 3-cü və 4-də salxım ola
bilir və bunu biz müşahidə etmişik. Zoğlar dayağa qaldırılır və çox yüksək
aqrofonda bic zoğunda iyunun axırı və avqust ayında salxımlar əmələ gəlir.
demək olar ki, bu salxımlar yetişmir. Bu məsələyə aid 3-cü hal Rusiyanın Sankt-
Peterburq şəhərində Aqrofizika İnstitutunda aparılan təcrübələrdir. Bu institutun
―Svet‖ laboratoriyasında prof. D.Moşkov üzüm çubuğunu hidroponikada həmin
ildə hər çubuqdan 1 salxım alıb onu yetişdirirdi.
Bu məsələyə aid 4-cü misal bizim təcrübəyə aiddir,yəni gələcəyin qışlayan
gözcüyünü cari ildə oyatmaqla məhsul almaq mümkündür.
Bu hadisə üzümçülükdə yeni konsepsiyadır. Birinci ilində məhsul alınması
məqsədi ilə üzümlüyün əkilməsi, becərilməsi texnologiyasında çox ciddi
dəyişikliklər edilməlidir. Bu becərmə texnologiyasında bitkinin oyadılmasının
tezləşdirilməsi əsas kimi götürülür, yəni bitki adi qaydadan bir ay öncə oyadılsa
qarşıya qoyulan məqsəd reallaşa bilər.
Üzüm bitkisinin birinci ilində kolda 1 ədəd zoğ saxlayıb, qalanlarının
vurulmasının əleyhidarları belə qənaətdədirlər ki, kök sisteminin düzgün
formalaşması üçün kolda heç bir zoğ qoparılmamalıdır. Belə olduqda kolda
lazımı miqdarda yarpaq səthi əmələ gəlmir. Əvvala onu qeyd edək ki, kök
sisteminin formalaşması üçün kolda nə qədər yarpaq səthi olması haqqında
eksperimentlər aparılmamışdır. Bu məsələ üzrə apardığımız son eksperimentlərdə
zoğ, ümumilikdə isə kol o qədər böyüyür ki, onların yarpağının bir qismi (bic
zoğu ilə birlikdə) kəsilib atılır. Buradan belə çıxır ki, hər bir məsələ üzrə qəti fikir
söyləmək üçün faktiki eksperimentlərdən çıxış etmək lazımdır.
Üzümlüyün ikinci ilində qulluq iĢləri. Adi (ənənəvi) becərmə
texnologiyasında kolun ikinci ilində (gücdən asılı olmayaraq) çoxsaylı zoğlardan
əlverişli hissədə yerləşən bir ədəd zoğ 2-3 gözə kəsilir. Yazda onlardan çıxan