Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə102/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   207

218

 

 



saxlanır,  qalanları  qoparılır.  Onu  qeyd  etmək  lazımdır  ki,  bu  texnologiyanı  ilk 

dəfə biz tətbiq etmişik və onun müsbət nəticələri hər yerdə özünü göstərmişdir. 

Üzümlüyün birinci ilində kollar dayağa qaldırılmalıdır. Ən yaxşısı odur ki, elə 

birinci  ildə  üzümlükdə  şpaler  qurulsun.  ənənəvi  becərmə  texnologiyasında  ən 

yaxşı halda üzümlüyün ikinci ilində şpaler qurulmalıdır. Şpaler qurulduqda belə 

kolun  dibinə  paya  sancılmalıdır  ki,  saxlanmış  bir  ədəd  zoğun  şaquli  vəziyyətdə 

böyüməsi  təmin  edilsin.  O  da  məlumdur  ki,  şaquli  vəziyyətdə  polyarlıq 

xüsusiyyətlərinə əsasən zoğ güclü böyüyür. 

Saxlanmış  zoğun  əsasından  başlayaraq  birinci  dərəcəli  bic  zoğları  əmələ 

gəldikcə  onlar  qoparılmalıdır.  Normal  böyüyən  zoğlarda  120-130  sm 

hündürlükdən  etibarən  sonrakı  bic  zoğları  qoparılmır.  əsas  zoğun  normal 

böyüməsi,  qışlayan  gözcükdə  orqanların  formalaşması,  daha  doğrusu  gələcək 

çiçək  qrupunun  əsasının  qoyulması  məqsədilə  sonrakı  bic  zoğlarının  yarpaqları 

çox vacibdir.  

Zoğ payaya yaxın məsafədə bağlanmalıdır ki, onda əyintilər əmələ gəlməsin, 

çünki bu zoğ gələcək kolun ştambıdır. Zoğ payaya bağlanarkən çalışmaq lazımdır 

ki,  zoğ  çox  sıxılmasın.  Çox  sıxıldıqda  bağlanma  materialı  zoğu  sıxıb  zədələyə 

bilir.  Suvarılan  şəraitdə  üzümlük  tez-tez  suvarılmanı  tələb  edir.  Əlbəttə 

suvatmalar  arası  müddət  torpağın  tipindən,  sahənin  maillik  dərəcəsindən  və 

becərməni keyfiyyətindən asılıdır. 

Üzümlüyün  birinci  ilində  xəstəliklərə  qarşı  mübarizə  aparılmalıdır.  Birinci 

ildə xəstəliklərdən əsasən mildiu və oidium müşahidə edilir. Zərərvericilərdən isə 

fır gənəciyinə qarşı mübarizə aparılmalıdır. Kollar yüksək aqrofonda becərildikdə 

və  yaşıl  əməliyyat  vaxtında  aparıldıqda  bir  ədəd  zoğ  çox  güclü  böyüyür.  Bu 

məsələ  üzrə  apardığımız  çoxillik  eksperimentlərdə  zoğ  4-5  metr  böyümüş  olur. 

Ancaq  sentyabrın  əvvəllərində  zoğun  ucu  vurulmalıdır  ki,  onda  diferensasiya 

normal  getsin.  Ucvurma  adi  üzümlükdəki  kimi  aparılmır,  burada  zoğun  0,5-1,0 

metr  hissəsi  kəsilib  atılır.  Iyun  ayından  etibarən  səthi  köklər  vaxtaşırı 

kəsilməlidir.  

Calaq  tinglərdə  calaq  üstündəki  köklərin  hamısı,  öz  kökü  üstündə  olan 

kollarda 10-15 cm dərinlikdəki köklər vurulmalıdır. 

Üzüm  bitisinin  1-ci  ilində  adi  üzümlükdə  istiqamətli  becərmə 

aparılmadığından zoğun uzunluğu ştambın yaradılması üçün yararlı olmur. Ancaq 

suprt-intensiv  becərmə  texnologiyasında  zoğun  uzunluğu  nəinki  ştambın 

yaradılmasına, həm də bar barmağı üçün də yararlı olur.  

2010-cu  ildə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  kafedrayanı 

üzümlüyündə dünya üzümçülüyü təcrübəsində bir məsələ ilə üzləşdik. Həmin ildə 

əkilmiş  kollar  bizim  qəbul  etdiyimiz  super-inteniv  becərmə  texnologiyası 

fonunda  becərilmişdir.  Sort  Bayanşirə  idi.  Maraq  üçün  kolların  bir  qismində 



219

 

 



saxlanmış  bir  ədəd  zoğda  qışlayan  gözcükləri  oyatdıq  (iyun  ayının  3-cü 

ongünlüyündə).  Oyanmış  gözcüklərdən  çıxan  zoğlarda  çiçək  qrupları  göründü. 

Əmələ  gəlmiş  çiçək  qrupları  çiçəklədi  (iyun  ayının  ortalarında).  Kollara  edilən 

qulluq işləri çox diqqətlə davam etdirildi. Bu müddət ərzində kol o qədər güclü 

böyüdü  ki,  sanki  3  illik-4  illik  kolu  xatırladırdı.  Noyabr  ayının  16-da  salxımlar 

yığıldı və laboratoriyada təhlil edildi. Gilədə şəkər 14% ilmuşdur. Bu hadisə çox 

böyük  sensasiyalı  bir  məsələyə  çevrildi.  Söz  yox  ki,  bu  məsələdən  mətbuat 

səhifələrində və telekanallarda söhbət açıldı.  

Bu hadisəyə qədər üzüm bitkisinin  2-ci  ilində hektardan 6-8 ton,  5-ci  ilində 

80-100  ton  məhsul  alınması  eşidənlərin  təəccübünə  səbəb  olurdu.  Üzüm 

bitkisinin  1-ci  ilində  məhsul  alınması  heyrət  doğurdu.  Üzüm  bitkisinin  birinci 

ilində məhsul alınması məsələsinə heç bir yazılı mənbədə rast gəlinməmişdir. Bu 

məsələ üzrə bizim aşağıdakı mülahizələrimiz vardır.Seçmə ting 3-4 gözə kəsilib 

yüksək aqrofonda əkilib becərildikdə həmin gözcüklərin 3-cü və 4-də salxım ola 

bilir  və  bunu  biz  müşahidə  etmişik.  Zoğlar  dayağa  qaldırılır  və  çox  yüksək 

aqrofonda  bic  zoğunda  iyunun  axırı  və  avqust  ayında  salxımlar  əmələ  gəlir. 

demək olar ki, bu salxımlar yetişmir. Bu məsələyə aid 3-cü hal Rusiyanın Sankt-

Peterburq şəhərində Aqrofizika İnstitutunda aparılan təcrübələrdir.  Bu institutun 

―Svet‖  laboratoriyasında  prof.  D.Moşkov  üzüm  çubuğunu  hidroponikada  həmin 

ildə hər çubuqdan 1 salxım alıb onu yetişdirirdi. 

Bu  məsələyə  aid  4-cü  misal  bizim  təcrübəyə  aiddir,yəni  gələcəyin  qışlayan 

gözcüyünü cari ildə oyatmaqla məhsul almaq mümkündür.  

Bu  hadisə  üzümçülükdə  yeni  konsepsiyadır.  Birinci  ilində  məhsul  alınması 

məqsədi  ilə  üzümlüyün  əkilməsi,  becərilməsi  texnologiyasında  çox  ciddi 

dəyişikliklər  edilməlidir.  Bu  becərmə  texnologiyasında  bitkinin  oyadılmasının 

tezləşdirilməsi əsas kimi götürülür, yəni bitki adi qaydadan bir ay öncə oyadılsa 

qarşıya qoyulan məqsəd reallaşa bilər.  

Üzüm  bitkisinin  birinci  ilində  kolda  1  ədəd  zoğ  saxlayıb,  qalanlarının 

vurulmasının  əleyhidarları  belə  qənaətdədirlər  ki,  kök  sisteminin  düzgün 

formalaşması  üçün  kolda  heç  bir  zoğ  qoparılmamalıdır.  Belə  olduqda  kolda 

lazımı  miqdarda  yarpaq  səthi  əmələ  gəlmir.  Əvvala  onu  qeyd  edək  ki,  kök 

sisteminin  formalaşması  üçün  kolda  nə  qədər  yarpaq  səthi  olması  haqqında 

eksperimentlər aparılmamışdır. Bu məsələ üzrə apardığımız son eksperimentlərdə 

zoğ,  ümumilikdə  isə  kol  o  qədər  böyüyür  ki,  onların  yarpağının  bir  qismi  (bic 

zoğu ilə birlikdə) kəsilib atılır. Buradan belə çıxır ki, hər bir məsələ üzrə qəti fikir 

söyləmək üçün faktiki eksperimentlərdən çıxış etmək lazımdır.  



Üzümlüyün  ikinci  ilində  qulluq  iĢləri.  Adi  (ənənəvi)  becərmə 

texnologiyasında kolun ikinci ilində (gücdən asılı olmayaraq) çoxsaylı zoğlardan 

əlverişli  hissədə  yerləşən  bir  ədəd  zoğ  2-3  gözə  kəsilir.  Yazda  onlardan  çıxan 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə