310
-su ehtiyatını azaltması;
-xəstəliklər üçün əlverişli şərait yaratması;
-torpağın becərilməsində çətinlik törətməsi.
Bu göstərilənlər arasında keçid şərtlər də vardır.Məs; yağışlı illərdə yaxşı olar
ki, alaq otları torpaqdan çoxlu miqdarda su alsın və yaxud üzüm bitkisinin güclü
rəqabətçisidir.Alaq otları kölgəlik yaratmaqla və üzümlükdə havalanmanı
pisləşdirərək xəstəlik və zərərvericilər üçün əlverişli şərait yaradır.
Üzümlük üçün xüsusi və uyğunlaşan alaq otları yoxdur.Üzümlüklərdə rast
gəlinən alaq otları ümumən tarlaçılığa məlum alaq otları növləridir.Onların
üzümlükdə rast gəlinən növləri torpağın tipindən, iqlim və becərmə sistemindən
asılı olaraq dəyişir.
Alaq otları ilə mübarizədə onların biologiyasını öyrənmək çətindir.
Dərin kök atan çoxillik alaq otları çox təhlükəlidir. Prof. K.V. Smirnovun
yazdığına görə orta səviyyəli alaqlanmada alaq otları bir hektardan 42 kq fosfor
və kalium, yüksək səviyyəli alaq otları olan sahədən 186 kq qida maddələri
çıxarır. Üzümlüyün alaqlıq dərəcəsi ilə onun məhsuldarlığının birbaşa asılılığı
hallarına tez-tez rast gəlinir. Məs;1m
2
sahədə 200-300 kalıs zoğu olan üzümlükdə
məhsuldarlıq 2-3 tondan artıq olmamışdır. Alaq otlarının təsirindən dünya
meyvəçiliyi 19,4 milyard, üzümçülüyü isə 3,15 milyard məbləğində dollar itki
vermişdir. Bu baxımdan üzümlüklərdə alaq otlarına qarşı mübarizə həmişə
aktualdır.Belə tədbirlər sənaye üzümçülüyü texnologiyasının ayrılmaz tərkib
hissəsidir. Hər bir təsərrüfatda dominantlıq təşkil edən alaq otları göstərilməklə
onların növ tərkibinə müvafiq konkret mübarizə tədbirləri işlənməlidir. Alaq
otları ilə mübarizədə kompleks tədbirlər: aqrotexniki, kimyəvi və başqa tədbirləri
özündə birləşdirir.
Alaq otları ilə mexaniki mübarizəyə torpağın becərilməsi daxildir.Əi ilə
ketmənləmə, şum, kultivasiya torpağın və alaq otlarının kəsilməsi və yandırma.
Ketmənləmə uzun müddət üzümçünün simvolu olmuşdur.Hazırda ketmənə böyük
ehtiyac yoxdur, üzümlükdə yalnız kolların altındakı zolağı becərmək
olur.Üzümlükdə alağa qarşı ketməndən istifadə olunsa belə çox baha başa gələr.
Alağa qarşı şumlama o vaxt istifadə olunur ki, orada kultivatorun və yaxud
fırlanaraq kəsən (freza) aqreqatın işi fayda vermir. Fırlanmaqla kəsib doğrayan
(freza) aqreqat bir gedişdə onları tamamilə məhv edə bilmir. Bu səbəbdən həmin
aqreqat iki gediş etməlidir.
Üzümlükdə alaq otlarına qarşı mübarizədə becərən aqreqata od saçan
(oqnemyot) aparat quraşdırılır. ABŞ-da üzümlükdə alaq otlarına qarşı mübarizədə
yağ emulsiyasından istifadə edilmişdir.
Yüngül yağ emulsiyası. Yağ emulsiyası aromatik birləşmələr və digər
qarışıqlar əlavə edilmiş dizel yanacağı tipində yüngül yağlardır. Bu yağlar üzüm
311
bitkisinə ziyan vermir. Bu maddənin zəhərli tərəfi onun tərkibindəki qarışıqlardan
asılıdır. Bu yağın su emulsiyası birillik alaqlara qarşı işlədildikdə daha effektli
olur. Emulsiyanın aşağdakı qarışığı məsləhət bilinir. 380 l su + 38-57 l aromatik
yağ + 0,95 l 55%-li dinitrobutilfenol. Bu qarışıqdan hektara 470 l çilənir. Qarışıq
çilənən zolağın eni 45-60 sm götürülür. Məhlul 3,5-5,3 atmosfer təzyiqlə 3 dəfə
çilənir.
Alaq otlarına qarşı kimyəvi mübarizə hazırda geniş yayılmışdır. Digər
tədbirlər kimi bu mərkəzi dövlət təşkilatının diqqətindədir. Bu istiqamətdə
çoxsaylı ədəbiyyat mənbələrində bir çox herbisidlərin adı çəkilir.
XX əsrin ortalarından etibarən müxtəlif ölkələrdə əkinçilikdə yeni istiqamət-
torpağın becərilməsinin azaldılması meydana gəlmişdir. Bununla əlaqədar olaraq
torpağın ―minimal‖ və ―sıfır‖ becərilməsi üsulları yayılmağa başlamışdır.
Torpağın minimal becərmə üsulu aqrotexniki tədbir kimi qiymətləndirilir, traktor
və aqreqatların üzümlükdə hərəkətinin azaldılmasına əsaslanır. Bu üsulda
torpağın becərilməsi minimuma endirilir. Torpağın ―sıfır‖ becərilməsi üsulu eyni
zamanda torpağın kimyəvi becərilməsi adlanır. Bu üsulda alaq otlarına qarşı
mübarizədə yüksək səmərə verən herbisidlərin tətbiqi ilə mexaniki becərmələr
tamamilə ixtisara düşür. ―Sıfır‖ becərmə kimyəvi üsulla şum edilməsi, yaxud
―şumsuz‖ əkinçilik adlanır. Yeni istiqamətin tərəfdarları ona istinad edirlər ki,
texniki becərmədə torpağın fiziki halı dəyişir, quruluşu pozulur, su və torpaq
eroziyası üçün əlverişli şərait yaranır.
Herbisidlərin üzüm bitkisinə zərərsiz optimal təsiri üçün onlar torpağın
müəyyən dərinliyinə getməlidir. Dərinliyə getməsi üçün herbisidlərin adsorbsiya
etmə dərəcəsi, torpağın gillicə və çürüntülü hissəcikləri ilə əlaqəsi və onların suda
həll olma dərəcəsindən asılıdır. Bu xüsusiyyətlərdən asılı olaraq onlar torpağa
daxil ola bilir və alaq otlarını məhv edə bilir. Kök sisteminə qədər gedən
herbisidlər kolu da zədələyə bilər. ona görə də üzümlükdə tətbiq edilən güclü həll
olunan və dərinə gedən peraparatların tətbiqi istisna olmalıdır. Belə preparatlara
atrazin aiddir.
Kontakt preparatların hamısı kolun yaşıl orqanlarını zədələyir. Herbisidlərin
bitkiyə təsiri tənəffüs və assimilyasiya, hüceyrələrin bölünməsi proseslərini və
boy maddələrinin balansını pozmaqda üzrə çıxır. Herbisidlərin torpaqda
dayanıqlığı onların təsiretmə müddətindən asılıdır.
Ilk dəfə 1901-ci ildə fransız alimi Bonne mis-sulfat duzunu üzüm xəstəliyinə
qarşı istifadə etdikdə bu duzun bəzi alaqları məhv etmək xüsusiyyətinə malik
olduğunu aşkar etmişdir. Fransız və İtalyan alimləri monuron, diuron, atrazin,
dalopon, aminotriozol, dikvat, qramokson və başqa herbisidlərin heç biri
üzümlükdə alaq otlarına qarşı mübarizə məsələsini tam həll edə bilmədiyindən
onların qarışığından istifadə edilməsini məsləhət görürlər.