383
öz əsərlərində çoxlu miqdarda üzüm sortlarını qeyd etmişlər.
Müasir ampeloqrafiyanın elmi əsaslarını 1806-cı ildə Simon de Roxas
Klimente ―Əndəluzda becərilən üzüm sortlarının öyrənilməsi təcrübəsi‖ adlı
əsərində qoymuşdur.
Məşhur fransız üzümçüsü Pyul Pyulo 1874-cü ildə yazdığı ―1000 üzüm sortu‖
adlı əsərində yazırdı ki, üzüm sortlarının hər tərəfli öyrənilməsi üçün onların
təkcə kolleksiyada öyrənilməsi kifayət deyildir, hər bir üzümçülük ölkəsində hər
bir sort konkret yerli şəraitdə öyrənilməli və məlumatlar ampeloqrafiyada
verilməlidir.
Bu prinsipə əməl edən fransız alimləri Viala və Vermorel 1901-191-cu illərdə
özlərinin məşhur 7 cildlik ―Universal ampeloqrafiya‖ kitabını yazmışlar. Onların
―Universal ampeloqrafiya‖ sının 1-ci cildi sortların təsvirindən bəhs edir. Axırıncı
7-ci cild isə sorğu kitabıdır.
1846-cı ildə Rusiyada ilk dəfə olaraq Kolenatinin mədəni üzümün mənşəyi və
təsnifatına aid işləri ampeloqrafik tədqiqatlara aiddir.
1904-cü ildə akademik Korjinskinin ―Krımın ampeloqrafiyası‖ çapdan
çıxmışdır. Əsər Rusiyada ampeloqrafiya sahəsində ən böyük irəliləyiş kimi
qiymətləndirilmişdir. Kitabda 112 üzüm sortunun təsviri vardır. Bu əsərdə üzüm
sortları yalnız botaniki cəhətdən təsvir olunmasına baxmayaraq, Rusiyada ilk dəfə
olaraq üzüm sortlarının öyrənilməsini elmi-tədqiqat səviyyəsinə qaldıra bilmişdir.
XX əsrin əvvəllərinə qədər Rusiyada ampeloqrafik tədqiqatlar rüşeym halında
idi. Ölkənin qədim üzümçülük rayonlarının: Zaqafqaziyanın, Orta Asiya və
Dağıstanın sort ehtiyatı öyrənilməmiş qalırdı.
Zaqafqaziyada üzüm sortlarının öyrənilməsinə professor Sosnovski və Prins
başlamışlar. A.N.Neqrulun 1946-cı məlumatına görə o vaxtlar Qarabağın,
DQMV- nın və Naxçıvanın üzüm sortları fondu öyrənilməmiş qalırdı.
SSRİ Yeyinti Sənaye Nazirliyi 1936-cı ildə Ümumittifaq Elmi-Tədqiqat
Şərabçılıq Sənayesi Stansiyasına ( İndiki Ümumittifaq Elmi-Tədqiqat Şərabçılıq
və Üzümçülük İnstitutu (―Maqarac‖) ―SSRİ ampeloqrafiya‖sının tərtibi haqqında
göstəriş vermişdir.
Bütün əməliyyat və redaksiya işləri ―SSRİ ampeloqrafiya―-sının tərtibinə
yönəlmişdir.
Hal-hazırda Yaltada, Odessada, Kişinyovda, Novoçerkassda, Tbilisidə və
Səmərqənddə üzüm sortlarının dünya kolleksiyaları fəaliyyət göstərir. Bu
kolleksiyalardakı ən yaxşı üzüm sortları təsərrüfatlarda geniş miqyasda
becərilmək üçün tövsiyə edilir.
Ampeloqrafiyanın tədqiqat metodikası. Üzüm sortları barədə sonrakı
tədqiqatlar və onların təsviri metodikası akademik Korjinskinin ―Krımın
ampeloqrafiyası‖ na əsaslanmışdır. Lakin bu metodika müasir tələblərə cavab
384
vermir.
Sortların təsvir olunmasının Korjinskiyə məxsus sxemində çiçək tipləri
göstərilmir. Çiçək tiplərinə məxsus əlamətlər sortların təyin olunmasının bəzən
həlledici diaqnozu hesab edilir. Yarpaqlar təsvir olunarkən Korjinskiyə görə orta
tip yarpaqlar götürülür, yəni zoğların orta hissəsindəki yarpaqlar götürülür, yəni
həlledici diaqnozu hesab edilir. Məlumdur ki, sortun təyin olunmasında təkcə bu
yarpaqlardan istifadə etmək olmaz, çünki zoğun aşağı, orta və yuxarı hissələrinin
yarpaqları arasında fərq vardır.
Sortların təsvirindəki bu çatışmazlıq Ümumittifaq Bitkiçilik İnstitutu,
Ümumittifaq Şərabçılıq və Üzümçülük İnstitutu‖ Mağarac‖ və ayrı-ayrı
tədqiqatçılar tərəfindən aradan qaldırılmışdır.
Ampeloqrafik tədqiqatların metodikası 1936-cı ildə M.A.Lazarevski
tərəfindən daha da təkmilləşdirilmişdir. Onun metodikasının əsasını sortların
əlamətlərinin obyektiv qiymətləndirilməsi, daha doğrusu, əlamətlərin dəyişkənliyi
nəzərə almaq cəhdi olmuşdur. O, hər zaman əlamət üçün xüsusi tipik cədvəl tərtib
etmişdir.
Üzüm sortlarının ampeloqrafik təsvirinin sxemi. Üzüm sortlarının təsviri
vahid plan əsasında aparılmalıdır və bu plan aşağıdakı sxem kimidir:
1.
Rayonda əsas sortun adı, onun yayılması və sinonimləri.
2.
Sortun əmələ gəlməsi, əmələgəlmə yeri, sortun müəllifi, başlanğıc
material, növ, ekoloji-coğrafi qrup.
3.
Ölkədə sortun yaranması və yayılması tarixi.
4.
Ölkədə sortun müasir arealı.
5.
Sortun botaniki təsviri. Burada təbii şəraitin xarakterizəsi, sahə,
ekspozisiya, torpaq, üzümlüklərin yaş tərkibi, becərmə sistemi, calaqaltı sortu,
suvarma sistemi və s.haqqında əldə məlumat olmalıdır. Tənəyin orqanlarının
botaniki təsviri isə aşağıda ardıcıllıq üzrə aparılmalıdır: a)yaşıl zoğ; b) yarpaq;
c)birillik zoğ; d)çiçək; e)salxım; v)gilə; q)toxum;
6.
Sortun aqrobioloji xüsusiyyətləri: a) vegetasiya müddəti ; b)zoğların
yetişmə dərəcəsi; v) kolun böyüməsi; q)məhsuldarlıq; d) çiçəklərin tökülmə
dərəcəsi və gilələrin noxudvari olması; y)funksional dişi tipli çiçəkləri olan
sortların ən yaxşı tozlayıcıları; t)zərərverici və göbələk xəstəliklərinə davamlılığı;
z) sortların bioloji xüsusiyyətlərinə uyğun tətbiq edilən aqrotexnika; i) ən yaxşı
calaqaltılar; k)sortun istifadəsi.
7.
Sortun təsərrüfat-texnoloji xüsusiyyətləri: a) mexaniki tərkibi; b) şirə
çıxımı; c)gilənin mexaniki xüsusiyyətləri; q) şirənin kimyəvi tərkibi və onun
yetişmə prosessində dəyişməsi; d) sortun istifadəsi.
8.
Sortun variasiya və klonları. Ayrılmış klonların təsviri.
9.
Sorta ümumi qiymət verilməsi. Sort haqqında ümumi nəticə çıxarılır və