129
məhsulunun keyfiyyət və kəmiyyətinə müsbət təsir göstərir. Üzüm bitkisinin
kökü 4-6 m və daha çox torpağın dərinliyinə işləyə bilir. Torpağın o qatı üzüm
bitkisi üçün xeyirlidir ki, kökün əsas kütləsi, yəni 30-80 %-i həmin qatda yerləşir.
Kök sisteminin əsas kütləsinin yerləşdiyi torpaq qatının fiziki-kimyəvi
xüsusiyyətləri köklərin inkişafı üçün əlverişli olmalıdır.
Tipindən, fiziki –kimyəvi xüsusiyyətindən və tərkibindəki qida
maddələrindən asılı olaraq torpaq üzüm bitkisinin ömrünə, bioloji
xüsusiyyətlərinə məhsulun keyfiyyət və kəmiyyətinə təsir göstərir. Bununla belə
tənəyin kök sisteminin çox hissəsi yerləşən qata daha çox diqqət yetirilməlidir.
Üzüm bitkisinin kök sisteminin yayılma xarakteri imkan verir ki, üzüm bitkisi
bir çox tarla bitkilərinin becərildiyi münbit və çox yararlı torpaqlarda yox, onlar
üçün yaramayan çay və dəniz sahili qumlu, qumsal (Abşeron rayonu), dağ
rayonlarının iri skeletli torpaqları (Krımın cənub sahili), əhəng törəmələri
üzərindəki daşlı torpaqlar (Şimali Qafqazın Gəlincik və Novorossiysk rayonları)
bitir və normal məhsul verir. Bu torpaqların hərəsi üzümə bir keyfiyyət verir.
Üzüm bitkisi bataqlıq və duzlu torpaqlarda bitmir. Əlbəttə, heç də belə nəticə
çıxarmaq düzgün olmaz ki, üzüm bitkisindən çox və keyfiyyətli məhsul almaq,
onun ömrünün uzadılmasını və kolların güclü böyüməsini təmin etmək məqsədi
ilə torpaq tipləri seçilməlidir. Üzüm bitkisinin böyüməsinə və inkişafına lazım
olan maddələr qida maddələri adlanır. Bu elementlərin biri olmadıqda və yaxud
bir element kifayət qədər çatışmadıqda vegetativ və generativ orqanların
böyüməsində və inkişafında nöqsanlı cəhətlərə rast gəlinir.
Bitkidəki qida maddələrinin miqdarına görə onlar əsas qida maddələri və
mikroelementlərdir, üzüm bitkisində onların sayı çoxdur. Mikroelementlər isə
cüzi miqdarda olur. Buradan belə çıxır ki, bitkinin makroelementlərə tələbatı çox,
mikroelementlərə azdır.
Əsas qida elementləri və mikroelementlər torpaqdan köklər vasitəsilə ilə
alınır. Oksigen və hidrogen torpaqdan su halında alınır, ancaq yarpaqlar vasitəsilə
də alınır. Demək olar ki, əsas qida elementləri və mikroelementlər köklər
vasitəsilə torpaqdan alınır. Quru maddənin 44,5 %-i təşkil edən karbon qazı
yarpağın ağızcıqları vasitəsilə havadan alınır. Kolun tənəffüsünə lazım olan
oksigen bütün orqanları vasitəsilə, o cümlədən kökləri ilə alır. Yarpaqlar havadan
karbon qazını aldığı kimi əksər qida maddələrini də havadan ala bilir, ancaq
havanın azotundan istifadə edə bilmir.
Yarpaqlar vasitəsilə udula bilməyən qida maddələri köklər vasitəsilə
torpaqdan udulur. Ötürücü yollar vasitəsilə onlar maddələr və boy nöqtəsi əmələ
gələn yerə - yarpağa çatdırılır. Beləliklə torpağı əsas qida maddələrinin daşıyıcısı
və saxlayıcısı kimi heasb etmək lazımdır. Köklər nə qədər torpağın əhatəli
sahələrinə gedə bilirsə bir o qədər də artıq qida maddələri toplaya bilir. Bu proses
130
torpağın normal nəmliyində daha intensiv gedir.
Torpaqda qida maddələrinin ehtiyatının yaradılması heç də hər yerdə eyni
deyildir. Bu məsələdə torpağın hansı dağ cinsindən və yaxud hansı geoloji
formasiyadan əmələ gəlməsi məlum olmalıdır. Kübrə adı altında o maddələr başa
düşülməlidir ki, onlar bitkiyə lazımdır, ancaq miqdarı torpaqda kifayət qədər
deyildir.
Torpağın kimyəvi tərkibi
Aşağıda ayrı-ayrı qida maddələri haqqında məlumat verilir.
Azot (N). Bitkinin elə inşaat materialıdır ki, bitki orqanizmasının çox
hissəsini təşkil edir. Azot zülal və zülali maddələrin əsas komponentidir.
Torpaqda olan azotun bir hissəsi üzvi birləşmələr şəklindədir (torpağın üzvi
maddələri) vəbelə əlaqəli formada bitki tərəfindən mənimsənilə bilmir.
Mikroorqanizmlər tərəfindən parçalandıqdan sonra bitki tərəfindən mənimsənilən
formaya keçir. Üzüm bitksinin kökləri tərəfindən azot nitrat formasında olduğu
kimi amonium formasında da mənimsənilir, ancaq onlaradan hansını çox,
hansının az mənimsənilməsi torpağın pH-dan və digər amillərdən asılıdır. Azot
birləşmələrinin nitrat formasına çevrilməsi hissə-hissə oksidləşmə prosesi,
müəyyən hissəsi ilə torpağın mikroorqanizmləri (nitrifikasiya bakteriyaları)
vasitəsilə baş verir.Nitrat kübrələri tez təsir etmə qabiliyyətli olduğu halda
amonium kübrələri yavaş, yəni uzun müdətli təsirlidir. Bu baxımdan azot
kübrələri qarışıq düzəldilir.
Yuyulma nəticəsində azot itkisi torpaqdakı çürüntünün (humus) miqdarından,
verilmiş azotun miqdarından və yağıntının miqdarından asılıdır. Tamamilə
qumdan ibarət olan torpaqda yuyulmuş azot bir ildə bir hektardan 60-70 kq ola
bilər. Ancaq gil ilə zəngin və yağıntı az olan torpaqlarda bu rəqəm 5-10 kq-dır.
Azot gübrəsinin dozası müəyyən edilərkən bu qanunauyğunluq nəzərə
alınmalıdır.
Yüksək məhsuldar (100-150 s∕ha) və 4000 kolu olan üzümlüyün bir
hektarından kolun bütün orqanları (salxımı, yarpaq və oduncaq) vasitəsilə 70-115
kq azot çıxarılır. Normal məhsuldarlığı olan üzümlükdə göstərilən miqdar azot
torpaqdan hər il çıxarılır. Azotun udulması maddələrin əmələ gəlməsini
qabaqlayır.
Azotun normadan çox verilməsi kolda sulu zoğların çoxalmasına gətirib
çıxarır, nəmli havalarda salxımlar tez xəstələnir və oduncağın yetişməsini
ləngidir.
Yarpağın analizi ilə onda azotun miqdarı təyin edilir. Bu sahədə mövcud olan
normativlərə və yarpaqdakı azotun miqdarı ilə müəyyən etmək olar ki, azot
gübrəsi çox verilib, yoxsa az.