137
arta bilər.
Dolunun üzüm bitkisinə vurduğu zədəni dörd qrupa bölmək olar ( bu
qruplaşma heç bir yazılı mənbədə yoxdur və ilk dəfə bizim tərəfimizdən
qruplaşdırılmışdır ). Birinci qrup zədələnmədə çox xırda dolular yarpaqda kiçik
deşiklər açır. Bu vəziyyətdə yarpağın ümumi fəaliyyəti zəiflədiyinə baxmayaraq
xüsisi kəsmə aparılmır, ancaq bic zoğların yarpaqlarından az da olsa istifadə
etmək olar.
İkinci qrup zədələnmədə yarpaqda, yaşıl zoğlarda və çiçək qruplarında
zədələnmələr olur. Yarpaq və çiçək qruplarında zədələnmiş hissələr kəsilib
atılmalı. Əgər yaşıl zoğun tacı və yaxud ucuna yaxın hissə zədələnibsə həmin
zoğu bir qədər aşağıdan kəsməli və yeni bic zoğların güclü böyüməsini təmin
etmək lazımdır. Söz yox ki, dolunun zədəsinin aradan qaldırılmasına yönəldilən
tədbirlər bununla bitməməlidir. Belə tənəklər diqqətdə saxlanmalı və sonralar da
onun üzərində qulluq işləri davam etdirilməlidir.
Üçüncü qrup zədələnmədə kolda yaşıl orqanlardan az bir hissə qalır və
onların özü də bir neçə gündən sonra quruyub düşür. Bundan başqa, birillik
zoğlarda, buynuzcuqda, qısa qollarda iri zədələr əmələ gəlir. Söz yox ki, bu
dərəcə zədələnmədə ştambda da müəyyən zədələr olur, ancaq vaxt keçdikcə
ştambdakı zədələr sağalır.
Bu qrup zədələnmə iyun ayının 2007-ci il ―Aqro-Azərinvest‖in
üzümlüklərində baş vermişdir. Mütəxəssislərlə məsləhətləşmədən sonra belə
qərara gəlindi ki, bar barmağından yaşıl zoğlar 2-3 göz saxlamaqla kəsilib atılsın.
Bu məsələdə başqa variant da ondan ibarət oldu ki, zədəli yaşıl zoğlar və onların
üzərində səkkizdə bir hissəsi qalan yarpaq və salxımların hamısı zədələnmiş tək-
tək yarpaq və salxımlarda cüzi hissə saxlanmışdır.
Belə bir qaydanı üzümçülər yaxşı yadda saxlanmalıdır ki, zədələnmiş birillik
zoğlar bar üçün saxlanıldıqda ilk yazda onları əyib bağlamaq olmur, yəni cüzi
əyildikdə zədəli yerdən qırılır. Yuxarıda qeyd etdiyimiz kimi üçüncü qrup
zədələnmədə yaşıl zoğlar əsasından 2-3 ( hətta 1-2 göz saxlanıb) qalan
kəsilməlidir. Saxlanmış 2-3 gözcükdən çıxan zoğlar sürətlə böyüyür və çoxlu bic
zoğları əmələ gətirir. Üçüncü qrup zədələnmiş kollarda cəmi 6-8 yaşıl zoğ
saxlansa onlar gələn ilin məhsulu üçün tam yetişmiş zoğ tərbiyələndirmək olar.
Üçüncü qrupun daha ağır forması baş verdikdə, yəni ştambdan yuxarı hissələr
tamamilə yararsız hala düşdükdə kolda yalnız ştamb hissə saxlanır və ondan
çıxan haramı zoğlardan istifadə edilir. Dolu zədəsi erkən baş verirsə (iyunun
axırı, iyulun əvvəlləri) sürətli forma vermə üsullarından istifadə edərək belə
tənəklərin itmiş formasını bərpa etmək və gələcək üçün məhsul verməyə
hazırlamaq mümkündür. Dolunun dörd qrup zədələnmələri arasında ən mürəkkəb
üçüncü qrupun bərpasıdır.
138
Dördüncü qrup zədələnmədə kolun zədəsi qış şaxtalarından zədələnmənin
dördüncü qrupunu xatırladır. Yağan çox iri (50-200 q) dolu sürətli və
uzunmüddətli olduqda yaşından və gücündən asılı olmayaraq kolun yerüstü
hisssəsini tamamilə yararsız hala salır. Bu vəziyyətdə olan kol kök boğazından
(əgər dolu may-iyun aylarında düşürsə) mişarla kök boğazından kəsilir. Yeraltı
ştambdan çıxan çoxsaylı haramı zoğlar nizamlanır, yəni onlardan 1-2 ədədi
saxlanır. Üzümçünün səriştəsindən asılı olaraq həmin ildə də kolun itmiş hissəsi
bərpa edilib gələcək üçün məhsula hazırlamaq mümkündür.
Azərbaycan respublikası şəraitində üzümlüklərin dördüncü qrup zədələnməsi
çox az hallarda baş verir. Respublikanın hər il bu və ya digər rayonunda
dördüncüdən başda digər üç qrup zədələnmə baş verir. Ancaq hansı səbəbdənsə
doluya qarşı mübarizədə yuxarıda göstərilən bərpa üsulları tətbiq edilmir. Bu
münasibət nəzəri cəhətdən bu məsələni bilməməkdən və yaxud üzümlüyə qarşı
biganəlikdən irəli gəlir.
Respublikada bir vaxtlar doluya qarşı mübarizədə bulud dağıdan qurğulardan
istifadə edilirdi: Nalçik də (şimali Qafqaz) Yüksək dağ coğrafiya institutu
müəyyən etmişdir ki, dolu buludunda ―iri damcılı zona‖ adlanan dolu əmələ
gətirən yer olur. Buludda dolu əmələ gətirən yer radiolokatorla müəyyən edilir,
zenit topla həmin yer dağıdılır. Zenit topu mərmisinin içərisinə reagent, məsələn,
yodlu gümüş maddəsi yerləşdirilir. Bu maddənin əriməsi nəticəsində dolu əmələ
gətirən təbəqənin sahəsi kiçilir və mərkəz dağıdılaraq çox kiçik dənəciklərə
çevrilir.
Bundan başqa Gürcüstanın Kaxetiya rayonunda çoxdan tətbiq edilən tor
təkmilləşdirilərək Tamaz Kvlividze xüsusi şpaler növü düzəltmişdir. Onun
düzəltdiyi tor nümunəsinin sahəsi bir hektar üçün 7100 m
2
–dir. Ənənəvi üsulda
isə torun sahəsi 10000 m
2
-dir. Deməli, ənənəvi üsulda isə bir hektar üzümlük
torla tamamilə örtürülmüşdür.
İndiki dövrdə sahibkar–fermer həmişə dolunun zərərinə məruz qalan
üzümlükdə doluya qarşı bu kimi mübarizə üsulunu iqtisadi cəhətdən
əsaslandırmalıdır.
Dolu yağan zaman ildırım da çaxır və qarşısına çıxan canlı və cansız predmeti
vurur. Belə hallar üzümlüklərdə az təsadüf olunur. İldırım vurmuş kolda yaşıl
zoğlar sarıya çalan torpaq rənginə və yaxud çirkli-qəhvəyi rəngli olur. Zoğun ucu
soluxur və düşür, oduncağın kəsiyində qara rəngli nekrotik ləkələr olur.
Oduncağın özəyində boşluq əmələ gəlir. İldırımın ötəri təsirindən zədələnmiş
kollarda zoğlarda və çoxillik hissələrdə çatlar əmələ gəlir, zoğlarda qısa
buğumluluğa bənzər buğumlarda yaxınlaşma baş verir.
Mikroiqlimin mühit Ģəraitinə təsiri. Böyük su hövzələri gün ərzində günəş
şüalarından topladığı istiliyi gecə fəzaya buraxır. Bu yerlərdə istilik rejimi