Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə64/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   207

137

 

 



arta bilər. 

Dolunun  üzüm  bitkisinə  vurduğu  zədəni  dörd  qrupa  bölmək  olar  (  bu 

qruplaşma  heç  bir  yazılı  mənbədə  yoxdur  və  ilk  dəfə  bizim  tərəfimizdən 

qruplaşdırılmışdır ). Birinci  qrup zədələnmədə  çox xırda dolular  yarpaqda kiçik 

deşiklər açır. Bu vəziyyətdə yarpağın ümumi fəaliyyəti zəiflədiyinə baxmayaraq 

xüsisi  kəsmə  aparılmır,  ancaq  bic  zoğların  yarpaqlarından  az  da  olsa  istifadə 

etmək olar.  

İkinci  qrup  zədələnmədə  yarpaqda,  yaşıl  zoğlarda  və  çiçək  qruplarında 

zədələnmələr  olur.  Yarpaq  və  çiçək  qruplarında  zədələnmiş  hissələr  kəsilib 

atılmalı.  Əgər  yaşıl  zoğun  tacı  və  yaxud  ucuna  yaxın  hissə  zədələnibsə  həmin 

zoğu  bir  qədər  aşağıdan  kəsməli  və  yeni  bic  zoğların  güclü  böyüməsini  təmin 

etmək lazımdır. Söz yox ki, dolunun zədəsinin aradan qaldırılmasına  yönəldilən 

tədbirlər bununla bitməməlidir. Belə tənəklər diqqətdə saxlanmalı və sonralar da 

onun üzərində qulluq işləri davam etdirilməlidir. 

Üçüncü  qrup  zədələnmədə  kolda  yaşıl  orqanlardan  az  bir  hissə  qalır  və 

onların  özü  də  bir  neçə  gündən  sonra  quruyub  düşür.  Bundan  başqa,  birillik 

zoğlarda,  buynuzcuqda,  qısa  qollarda  iri  zədələr  əmələ  gəlir.  Söz  yox  ki,  bu 

dərəcə  zədələnmədə  ştambda  da  müəyyən  zədələr  olur,  ancaq  vaxt  keçdikcə 

ştambdakı zədələr sağalır. 

Bu  qrup  zədələnmə  iyun  ayının  2007-ci  il  ―Aqro-Azərinvest‖in 

üzümlüklərində  baş  vermişdir.  Mütəxəssislərlə  məsləhətləşmədən  sonra  belə 

qərara gəlindi ki, bar barmağından yaşıl zoğlar 2-3 göz saxlamaqla kəsilib atılsın. 

Bu məsələdə başqa variant da ondan ibarət oldu ki, zədəli yaşıl zoğlar və onların 

üzərində səkkizdə bir hissəsi qalan yarpaq və salxımların hamısı zədələnmiş tək-

tək yarpaq və salxımlarda cüzi hissə saxlanmışdır. 

Belə bir qaydanı üzümçülər yaxşı yadda saxlanmalıdır ki, zədələnmiş birillik 

zoğlar  bar  üçün  saxlanıldıqda  ilk  yazda  onları  əyib  bağlamaq  olmur,  yəni  cüzi 

əyildikdə  zədəli  yerdən  qırılır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  üçüncü  qrup 

zədələnmədə  yaşıl  zoğlar  əsasından  2-3  (  hətta  1-2  göz  saxlanıb)  qalan 

kəsilməlidir. Saxlanmış 2-3 gözcükdən çıxan zoğlar sürətlə böyüyür və çoxlu bic 

zoğları  əmələ  gətirir.  Üçüncü  qrup  zədələnmiş  kollarda  cəmi  6-8  yaşıl  zoğ 

saxlansa onlar gələn ilin məhsulu üçün tam yetişmiş zoğ tərbiyələndirmək olar. 

Üçüncü qrupun daha ağır forması baş verdikdə, yəni ştambdan yuxarı hissələr 

tamamilə  yararsız  hala  düşdükdə  kolda  yalnız  ştamb  hissə  saxlanır  və  ondan 

çıxan  haramı  zoğlardan  istifadə  edilir.  Dolu  zədəsi  erkən  baş  verirsə  (iyunun 

axırı,  iyulun  əvvəlləri)  sürətli  forma  vermə  üsullarından  istifadə  edərək  belə 

tənəklərin  itmiş  formasını  bərpa  etmək  və  gələcək  üçün  məhsul  verməyə 

hazırlamaq mümkündür. Dolunun dörd qrup zədələnmələri arasında ən mürəkkəb 

üçüncü qrupun bərpasıdır. 



138

 

 



Dördüncü  qrup  zədələnmədə  kolun  zədəsi  qış  şaxtalarından  zədələnmənin 

dördüncü  qrupunu  xatırladır.  Yağan  çox  iri  (50-200  q)  dolu  sürətli  və 

uzunmüddətli  olduqda  yaşından  və  gücündən  asılı  olmayaraq  kolun  yerüstü 

hisssəsini  tamamilə  yararsız  hala  salır.  Bu  vəziyyətdə  olan  kol  kök  boğazından 

(əgər  dolu  may-iyun  aylarında  düşürsə)  mişarla  kök  boğazından  kəsilir.  Yeraltı 

ştambdan  çıxan  çoxsaylı  haramı  zoğlar  nizamlanır,  yəni  onlardan  1-2  ədədi 

saxlanır. Üzümçünün səriştəsindən asılı olaraq həmin ildə də kolun itmiş hissəsi 

bərpa edilib gələcək üçün məhsula hazırlamaq mümkündür. 

Azərbaycan respublikası şəraitində üzümlüklərin dördüncü qrup zədələnməsi 

çox  az  hallarda  baş  verir.  Respublikanın  hər  il  bu  və  ya  digər  rayonunda 

dördüncüdən başda digər üç qrup zədələnmə baş verir. Ancaq hansı səbəbdənsə 

doluya  qarşı  mübarizədə  yuxarıda  göstərilən  bərpa  üsulları  tətbiq  edilmir.  Bu 

münasibət  nəzəri  cəhətdən  bu  məsələni  bilməməkdən  və  yaxud  üzümlüyə  qarşı 

biganəlikdən irəli gəlir. 

Respublikada bir vaxtlar doluya qarşı mübarizədə bulud dağıdan qurğulardan 

istifadə  edilirdi:  Nalçik  də  (şimali  Qafqaz)  Yüksək  dağ  coğrafiya  institutu 

müəyyən  etmişdir  ki,  dolu  buludunda  ―iri  damcılı  zona‖  adlanan  dolu  əmələ 

gətirən  yer  olur.  Buludda  dolu  əmələ  gətirən  yer  radiolokatorla  müəyyən  edilir, 

zenit topla həmin yer dağıdılır. Zenit topu mərmisinin içərisinə reagent, məsələn, 

yodlu gümüş maddəsi yerləşdirilir. Bu maddənin əriməsi nəticəsində dolu əmələ 

gətirən  təbəqənin  sahəsi  kiçilir  və  mərkəz  dağıdılaraq  çox  kiçik  dənəciklərə 

çevrilir. 

Bundan  başqa  Gürcüstanın  Kaxetiya  rayonunda  çoxdan  tətbiq  edilən  tor 

təkmilləşdirilərək  Tamaz  Kvlividze  xüsusi  şpaler  növü  düzəltmişdir.  Onun 

düzəltdiyi tor nümunəsinin sahəsi bir hektar üçün 7100 m

2

 –dir. Ənənəvi üsulda 



isə  torun  sahəsi  10000  m

2

-dir.  Deməli,  ənənəvi  üsulda  isə  bir  hektar  üzümlük 



torla tamamilə örtürülmüşdür. 

İndiki  dövrdə  sahibkar–fermer  həmişə  dolunun  zərərinə  məruz  qalan 

üzümlükdə  doluya  qarşı  bu  kimi  mübarizə  üsulunu  iqtisadi  cəhətdən 

əsaslandırmalıdır. 

Dolu yağan zaman ildırım da çaxır və qarşısına çıxan canlı və cansız predmeti 

vurur.  Belə  hallar  üzümlüklərdə  az  təsadüf  olunur.  İldırım  vurmuş  kolda  yaşıl 

zoğlar sarıya çalan torpaq rənginə və yaxud çirkli-qəhvəyi rəngli olur. Zoğun ucu 

soluxur  və  düşür,  oduncağın  kəsiyində  qara  rəngli  nekrotik  ləkələr  olur. 

Oduncağın  özəyində  boşluq  əmələ  gəlir.  İldırımın  ötəri  təsirindən  zədələnmiş 

kollarda  zoğlarda  və  çoxillik  hissələrdə  çatlar  əmələ  gəlir,  zoğlarda  qısa 

buğumluluğa bənzər buğumlarda yaxınlaşma baş verir. 

Mikroiqlimin mühit Ģəraitinə təsiri. Böyük su hövzələri gün ərzində günəş 

şüalarından  topladığı  istiliyi  gecə  fəzaya  buraxır.  Bu  yerlərdə  istilik  rejimi 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə