Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə61/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   207

131

 

 



Kükürd  (S).  Amin  turşularının,  zülalların,  fermentlərin,  eləcə  də  bəzi 

vitaminlərin  (B

1

) əmələ gəlməsinə kükürd lazımdır. Bu səbəbdən  yüksək zülallı 



bitkilərdə  yüksək  miqdar  da  kükürd  olur.  Ona  görə  də  kükürd  çatışmazlığından 

orqanizmdə zülal mübadiləsi pozulur. Torpaqda kükürd ən çox kalsium, anhidrid 

və dəmir birləşmələri şəklində olur. Torpağın üzvi birləşmələrinin tərkibində azot 

vardır. 


Torpağa kükürdün daxil olması ən çox sulfat əsaslı, məsələn, amonium sulfat 

(NH


4

)  SO


4

,  kalium  sulfat  (K

2

SO

4



)  və  b.  vasitəsilə  baş  verir.  Yağışlar  vasitəsilə 

torpağa  müəyyən  miqdar  (18-33  kq)  kükürd  düşür  (bir  hektara).  İri  sənaye 

müəssisələri  yaxınlığında  üzümlük  salarkən  havada  olan  kükürdün  miqdarı 

yoxlanmalıdır. Havada kükürdün yol verilən norması 1-1,5 mq SO

2

 m

2



 olmalıdır. 

Fosfor  (P).  Fosfor  üzüm  bitkisi  tərəfindən  aşağıdakı  birləşmələrdə 

mənimsənilir: PO

4

 anionu, ortofosfat turşusu – H



2

PO

4



 və az miqdarda metafosfor 

turşusu  –  H

2

PO

4



.  Bu  maddələr  kök  tükcükləri  vasitəsi  ilə  torpaq  məhlulundan 

alınır. Fosfat məhlulu ilə çiləmə apardıqda fosforun udulması yarpaq vasitəsi ilə 

də ola bilər. Fosfatlar ən çox maddələr mübadiləsi prosesinə lazımdır. Maddələr 

mübadiləsi  intensivləşdikdə  fosfatlara  tələbat  artır.  Fosfat  bitkiyə  daxil  olandan 

sonra  tezliklə  fosforun  üzvi  formasına  çevrilir.  Fosfat  maddələr  mübadiləsinin 

proseslərində  –  müxtəlif  hüceyrə  strukturunda  əlaqələndirici  qurum  kimi  iştirak 

edir. 

Digər  kənd  təsərrüfatı  bitkilərindən  fərqli  olaraq  üzüm  bitkisinin  fosfata 



tələbatı azdır. Məsələn, üzüm bitkisi vasitəsilə hər il bir hektardan 20-38 kq P

2

O



5

 

çıxarılır. Ancaq şəkər çuğunduru hektardan 90-110 kq P



2

O

5



 çıxarır.Kalium  (K)

Üzüm  bitkisinin  kaliuma  ehtiyacı  ən  çox  vegetativ  orqanların  (yarpaq,  zoğ) 

intensiv  böyüyən  vaxtına  düşür.  O,  ən  çox  yeni  hüceyrələrin  formalaşmasına, 

fotosintezin  məhsuldarlığının  artırılmasında  və  üzvi  azot  birləşmələrinin 

çevrilmələrində  iştirak  edir.  Kalium  ən  çox  üzüm  bitkisinin  vegetativ 

orqanlarında  (yarpaq,  yeni  zoğ)  olur.  Kalium  ilə  yaxşı  təmin  olunmuş  üzüm 

kolunun  yarpaqlarının  quru  maddəsində  kalium  1,2-1,6%  təşkil  edir.  Cavan 

yarpaqlarda  kalium  yaşlı  yarpaqlardan  çox  olur.  Əgər  kol  torpaqdan  lazımı 

miqdarda  kalium  ala  bilmirsə,  onda  köhnə  yarpaqlardan  kaliumu  alıb  yeni 

yarpaqlara və zoğun yeni hissəsinə (boy nöqtəsi) verir.  

 Üzüm bitkisi böyümə və inkişaf üçün maddələrin maniəsiz əmələ gəlməsinə 

çalışır. 

 Torpaqda  kalium  kifayət  qədərdir.  Maddələrin,  o  cümlədən  kolun  bütün 

orqanlarının əmələ gəlməsinə lazım olan kaliumun ( P

2

O

5



) miqdarı 95-150 kq (bir 

hektarda). Azərbaycanda bu rəqəm 60-90 kq-dır. 



 Kalsium (Ca). Kalsium və onun çoxtərəfli kimyəvi birləşmələri bir tərəfdən 

üzüm  bitkisinin  özünə,  digər  tərəfdən  torpağın  bəzi  struktur  əmələ  gətirmə 




132

 

 



proseslərinin  nizamlanmasına  lazımdır.  Üzüm  orqanlarının  quru  maddəsində 

1,4% kalsium vardır. Kalsium yaşlı yarpaqlarda çox, cavan yarpaqlarda azdır. 

 Torpaqda  kalsium  ehtiyatı  həmişə  yüksək  olur.  Əhənglə  zəngin  dağ 

torpaqlarından  ağır  gilliəcəli,  qumsal  torpaqlar  əmələ  gəlir,  əhəngdən  kasıb  dağ 

torpaqlarından  yüngül  və  qumsal  torpaqlar  əmələ  gəlir  ki,  onlarda  da  əhəng  az 

olur. Yaxşı yetişmiş birillik zoğlar kalsiumla zəngin olur. Bundan başqa kalsium 

torpağın  turşuluğunu  azaltmaq  su  keçirmə  qabiliyyətini  yaxşılaşdırmaq  üçün 

verilir.  Orqanizmdə  karbohidratların  yerdəyişməsinə,  azotun  mənimsənilməsinə 

kömək edir və kalsium pektat formasında hüceyrə qişasının orta lövhəsinə daxil 

olur. 


Natriumu  çox  olan  torpaqlara  gips  (kalium  sulfat)  formasında  verilməsi 

məsləhətdir. 

 Maqnezium  (Mg).  Metallar  qrupundan  yeganə  elementdir  ki,  xlorofil 

molekuluna daxildir. Onun çatışmazlığı yarpaqda xloroz xəstəliyinin əlamətlərinə 

bənzər  qəhvəyiyə  çalan  sarı  ləkələr  əmələ  gətirir.Maqnezium  çatışmazlığında 

yarpaqda damarlar arası səth açıq-yaşıl, sarı və yaxud ağ krem rəngi olanda baş 

damarlar  öz  vəziyyətini  dəyişməz  saxlayır.  Maqnezium  çatışmazlığında  iyun 

ayında maqnezium oksidin 1%-li məhlulundan 3-4 dəfə çiləmə aparılması müsbət 

nəticə  verir.  Bitkidə  maqnezium  olmadıqda  və  yaxud  onun  çatışmazlığında 

xlorofil əmələ gəlmir və yarpaqda saralma davam edir. 

Maqnezium  çatışmazlığında  assimilyasiya  prosesi  pozulur,  məhsulun 

keyfiyyəti pozulur (şəkər azalır, salxım darağında iflic əmələ gəlir.). 

 Məhsuldarlığı  100-200  sentner  olan  üzümlükdə  tənəyin  bütün  orqanları 

vasitəsilə  1  hektardan  14-20  kq  MgO  çıxarılır.  Turş  və  əhəngə  ehtiyacı  olan 

torpaqlara tərkibində maqnezium çox olan əhəng verilməlidir. 

Dəmir  (Fe).  Xlorofilin  sintezində  iştirak  edir,  ancaq  molekulun  tərkibinə 

daxil deyildir. Torpaqda dəmir ehtiyatı çoxdur. Gillicəli və karbonatlı torpaqlarda 

dəmir  çatışmazlığından  yarpaqlarda  xloroz  əmələ  gəlir.  Bu  xəstəliyə  aparan 

proses  çoxcəhətli  və  mürəkkəbdir.  Bəzən  elə  hallar  olur  ki,  xloroz  xəstəliyinə 

tutulan  yarpaqlarda  dəmirin  miqdarı  xəstəlik  olmayan  yarpaqdakından  azdır. 

Ancaq birinci halda dəmir mənimsənilməmiş formada olur. 

 Bitki  toxumalarında  dəmirin  miqdarı  azdır.  Bu  zəif  hərəkətli  elementlərdən 

biridir. 

 Üzüm  bitkisinin  toxumalarında  mənimsənilmiş  azotun  miqdarı  az  olduqda 

bitki xloroz xəstəliyinə tutulur. Xəstələnmiş kolda zoğların yarpaqlarında sarı və 

yaxud  sarı-yaşıl  rənglər  əmələ  gəlir.  Bəzən  ilk  yazda  zoğda  ilk  yarpaqlar  yaşıl 

olur,  ancaq  sonrakılar  saralmağa  başlayır.  Belə  tənəklərə  dəmir  kuporosu 

çiləndikdə və yaxud dəmirli preparat ştamba yeridildikdə bir neçə gündən sonra 

yarpaqda sarı rəng itməyə başlayır. Hətta son illərdə fransızların  ideyasına görə 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə