Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə57/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   207

122

 

 



yerlərdə göbələk xəstəliklərindən mildiu antraknoz və çürümə xəstəlikləri tez baş 

verir.  Havanın  nəmliyi  25  %-dən  aşağı  olduqda  dişicik  ağızcığındakı  şirə 

quruyur. 

Üzüm bitkisində, eləcə də başqa bitkilərdə suya tələbkarlıq temperatur şəraiti 

ilə  əlaqəlidir.  Üzüm  bitkisində  mənimsənilən  suyun  çox  hissəsi  buxarlanmaya 

sərf olunur. Bu baxımdan bitkinin suya tələbi hesablandıqda havanın temperaturu 

nəzərə alınmalıdır. Havanın temperaturu ilə transpirasiya arasında birbaşa asılılıq 

vardır.  Ancaq  bir  çox  amillərdən  asılı  olaraq  nəmlik  balansının  dəqiq  uçotu 

praktiki olaraq mümkün deyildir.  

Q.  T.  Selyaninovun  tədqiqatları  üzüm  bitkisində  nəmlik  balansının 

öyrənilməsinə həsr edilmişdir. O müəyyən etmişdir ki, müəyyən vaxt ərzində 10 

dəfə  azaldılmış  fəal  temperaturun  miqdarı  təqribən  həmin  vaxt  ərzində 

buxarlanan suyun miqdarına bərabər olur. Bu qanunauyğunluqdan istifadə edərək 

o,  belə  nəticəyə  gəlmişdir  ki,  nəmliyin  miqdarının  fəal  temperaturun  miqdarına 

nisbəti  və  onun  10  dəfə  azaldılması  şərti  nəmlik  balansını  verir.  Şərti  nəmlik 

balansı rəqəmlə ifadə olunur və vahiddən aşağı olduqda nəmlik çatışmazlığı, 0,7 

olduqda qeyri-sabit nəmlik, 0,5 olduqda quraqlıq, 0,3 olduqda isə bu səhra iqlimi 

adlanır. 

Beləlilə vegetasiya müddətində və yaxud inkişafın ayrı-ayrı fazalarında üzüm 

bitkisinin  su  ilə  ödənilmə  dərəcəsi  hidrotermik  əmsal  (k)  adlanır  və  aşağıdakı 

düsturla hesablanır: K=εp∕ ε

1

 × 10; burada εp- müəyyən vaxt ərzində yağıntıların 



miqdarı, ε

1

- həmin vaxt ərzində orta sutkalıq temperaturdur. 



 F.F.Davitaya Q.T.Selyaninovun bu üsulundan istifadə edən üzümçülər 100 il 

ərzində  üzümün  keyfiyyətinə  dair  apardıqları  tədqiqat  işlərində  belə  nəticəyə 

gəlmişlər  ki,  şərti  nəmlik  əmsalı  vahidə  bərabər  olan  illərdə  üzümün  keyfiyyəti 

yaxşı, vahiddən bir qədər yüksək olan illərdə ondan da yüksək olmuşdur. 

Bu əmsallar şərti nəmlik balansı üçün öz əhəmiyyətini vegetasiya və yetişmə 

dövrlərində daha çox üzə çıxarır. 

F.F.Davitaya belə hesab edir ki, qışda və yazda yağıntı çox olduqda və yayda 

az vaxtlarda güclü yağışlar olduqda üzüm məhsulunun keyfiyyəti yaxşı olur. 

Üzüm  bitkisinin  böyüməsinə  və  məhsul  verməsinə  normal  nəmliyin 

əhəmiyyəti  çox  böyükdür.  Bu  baxımdan  üzümçülük  zonalarında  yüksək 

temperaturla yanaşı normal nəmliyin də olması vacibdir. 

Məşhur  Bolqar  alimi  K.Stoyevin  fikrincə  nəmliyə  tələbatına  görə  üzüm 

sortları arasında böyük fərq yoxdur. Təbiəti etibarı ilə üzüm bitkisi orta dərəcədə 

su tələb edən bitkidir, nəmlik sevən bitkilərlə yanaşı müqayisədə demək olar ki, 

quraqlıq  bitkisidir.  Çauş,  Senso,  Kleret  aşağıda  göstərilən  sortlara  nisbətən 

quraqlıqdan  az  ziyan  çəkir.  Digər  tərəfdən  Madlen  Anjevin,  Hamburq  muskatı 

nəmliyin artıqlığına mənfi reaksiya verir. 



123

 

 



K.Stoyev  Q.T.Selyannovun  təklif  etdiyi  hidrotermik  üsulu  may-iyun  ayları 

üçün  məqbul  hesab  edir  ona  görə  ki,  yazda  torpaqda  olan  su  ehtiyatı  payız-qış 

nəmliyinin  bazasında  yaranır  və  bu  ehtiyat  bütün  üzümçülük  rayonlarında 

vegetasiyanın  başlanğıcı  üçün  kifayət  edir.  Belə  su  ehtiyatını  ilk  yazda  əsən 

musson  küləkləri  poza  bilər.  Qrunt  suları  dərin  olan  quraq  rayonlarda  üzüm 

bitkisi  güclü  kök  sistemi  əmələ  gətirdiyinə  görə  köklər  6  metr  və  daha  çox 

dərinliyə işləyə bilir. 

Vegetasiyanın  4-5-ci  fazalarında optimal nəmlik  gilənin şirəyə dolmasını  və 

şəkər  toplanması  prosesini  yaxşılaşdırır  və  nəticədə  məhsuldarlığın  artması  və 

onun  keyfiyyətinin  yaxşılaşmasını  təmin  edir.  Optimal  nəmlikdə  qışlayan 

gözcükdə  çiçək topalarının  əsası  qoyulur və onların miqdarı çoxalır ki,  bununla 

da  gələcək  yüksək  məhsuldarlığın  möhkəm  təməli  qoyulur.  Normadan  artıq 

nəmlikdə  rüşeym  halında  çiçək  qruplarının  əsası  pis  qoyulur,  deməli  bu 

vəziyyətdə nəinki yüksək, heç gələcəyin məhsulundan da danışmaq olmaz. 

Yüksək nəmlikdə gilədə şirə artır, ləti yumşalır, qabığı nazilir, rəng və aromat 

zəifləyir.  Belə  məhsuldan  alınan  şərab  az  ekstraktlı,  qeyri  xarakterik  və  zəif 

buketli olur. Aşağı nəmlikdə gilələr həcmcə kiçilir, az şirəli, qalın qabıqlı və ləti 

bərk  olur.  Rəng  və  aromat  artır.  Çox  aşağı  nəmlikdə  bütün  bu  göstəricilərin 

hamısı optimallıqdan xeyli aşağı olur. 

Torpağın  nəmliyi  60  %  olduqda  bu  optimal  nəmlik  hesab  edilir.  Torpaqda 

nəmliyin  artıqlığı  kök  sisteminə  mənfi  təsir  göstərir.  Bu  mənfi  təsir  ağır 

torpaqlarda  daha  bariz  şəkildə  özünü  göstərir.  Artıq  nəmlik  torpaqda  bataqlıq 

yaradır və kök sistemini tədricən çürüdür. 

Bu vəziyyətdə köklər böyüməkdən qalır və budaqlanmadan qalır, demək olar 

ki,  uducu  köklər  əmələ  gəlmir.  Köklərin  bu  vəziyyəti  zoğların  böyüməsini 

zəiflədir,  yarpaqlar  salxım  və  gilələr  kiçik  olur.  Hamburq  muskatı  kimi  üzüm 

sortları torpaqda nəmliyin artıqlığına daha çox həssasdırlar. Fillokseraya davamlı 

calaqaltılarından Rupestris dyu Lo artıq nəmliyə davamlıdır. 

Torpaqda  artıq  nəmliyi  olan  rayonlarda  nəmliyə  davamlı  sortların 

seçilməsindən başqa üzüm əkilməzdən əvvəl sahədə drenlər çəkilməlidir. 

V.Viniteranın  müxtəlif  sortları  quraqlığa  davamlılığına  görə  bir-birindən 

fərqlənirlər. Quraq şəraitində becərilən məhsuldar sortlar quraqlığa davamlı hesab 

edilir. 

Quraqlığa  davamlılıq  mürəkkəb  məsələdir.  Bu  xüsusiyyət  qaynar  mühiti  də 

özündə  birləşdirir,  yəni  istər  havada,  istərsə  də  torpaqda  yüksək  qızmarlığa  və 

susuzluğa uyğunlaşma qabiliyyəti nəzərdə tutulur. 

Quraqlığa  davamlılığı  üç  mənada  başa  düşmək  lazımdır.  1)  fizioloji-quru 

mühitə  dözmək  qabiliyyəti:  2)  bioloji-bitkilərin  quraq  şəraitinə  uyğunlaşmaq 

qabiliyyəti: 3) aqronomik-bioloji mənada bitki quraqlığa davamlı ola bilər, ancaq 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə