Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə56/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   207
    Bu səhifədəki naviqasiya:
  • Nəmlik

120

 

 



ketmən) həyata keçirilir. 

Qumlu  və  qumsal  yerlərdə  bu  əməliyyat  kompressorla  asanlıqla  yerinə 

yetirilir. 

Naxçıvanda  üzümlüyün  becərilməsində  ortaya  çıxan  belə  çətinliklərə 

baxmayaraq yüksək və keyfiyyətli məhsul hər şeyi həll edir. 

 

Nəmlik 



 

Təbiəti etibarı ilə üzüm mezofit bitkidir. Tənəyin məhsulu və onun emalından 

alınan məmulatlar istilik və nəmliyin nisbətindən çox asılıdır. Torpaqda mineral 

maddələrin həlli, onların üzüm bitkisinin yarpaqlarına, eləcə də başqa hissələrinə 

sorulması üçün normal rütubətin olması vacibdir. Su yarpaqda sintez olunan üzvi 

maddələrin  və  tənəyin  bütün  orqanlarının  tərkibinə  daxildir  ki,  bu  da  kolun 

ümumi çəkisinin 60-80%-i təşkil edir. 

Üzüm  bitkisinin  orqanlarına  daxil  olan  və  həmin  orqanlar  vasitəsi  ilə 

buxarlanan  suyun  nisbəti  su  balansını  təşkil  edir.  Tənəkdə  su  balansı  sutka  və 

faza  müddətində  dəyişir.  Fizioloji  proseslərin  gedişinə  nəmliyin  böyük  təsiri 

vardır.  Üzüm  bitkisinin  həyat  fəaliyyətinin  normal  keçməsi  üçün  fizioloji 

nəmliyin  xüsusi  əhəmiyyəti  qeyd  edilməlidir.  Fiziloji  nəmlik  köklər  vasitəsi  ilə 

suyun udulması dərəcəsi, bitki toxumalarında onların hərəkəti və transpirasiya ilə 

müəyyən edilir. 

Üzüm bitkisinin suya olan tələbinin ödənilməsi, onun orqanlarının morfoloji 

və  fizioloji  əlamətlərini  müəyyən  edir.  Böyük  fizioloji  nəmlik  tumurcuqların 

açılması prosesini sürətləndirir, gilələr şirə ilə yaxşı dolduğundan məhsuldarlıq da 

artır,yumurtalıqların  giləyə  çevrilmə  prosesini  və  gilələrin  yetişməsini 

sürətləndirir. 

Nəmliyin  normadan  çox  olması  məhsulun  keyfiyyətinə  mənfi  təsir  göstərir, 

gilənin ləti  yumşalır, şəkərliliyi azalır, rəng və aromat zəifləyir, gilənin saxlama 

və  nəqliyyata  davamlılıq  qabiliyyətini  azaldır.  Çiçəkləmə  fazasında  yüksək 

nəmlik  çiçək  və  gilələrin  çox  tökülməsinə,  nəticədə  salxımların  çox  seyrək 

olmasına səbəb olur, şərabı isə az eksraktlı və zəif buketli olur. 

Rütubətə tələb ən çox vegetasiyanın  əvvəlində artır, çiçəkləmənin  əvvəlində 

azalır,  çiçəkləmənin  gedişində  və  gilənin  yetişməyə  başlamasında  ən  çox  artır. 

Tənəyi  əhatə  edən  mühitə  uyğun  gəlməyən,  yəni  artıqlıq  etdikdə  vegetasiyanın 

ayrı-ayrı fazalarında kolun böyümə və məhsul verməsinə pis təsir göstərir. 

Torpaqda  suyun  artıqlığına  və  azlığına  üzüm  bitkisi  tez  reaksiya  verir, 

nəmliyin  tez-tez  dəyişməsinə  daha  çox  həssaslıq  göstərir.  Məsələn:  fizioloji 

yetişməyə  yaxın  rütubət  artarsa  böyümənin  ikinci  güclü  dalğası  əmələ  gəlir, 

biclər sürətlə böyüyür, məhsulun keyfiyyəti və zoğların yetişməsi pisləşir, tənəyin 




121

 

 



müqaviməti  azalır,  gilələr  çatlayır  və  çürüyür,  gözcüklərdə  tumurcuqların 

embrional  inkişafı  başa  çatır.  Rütubət  az  olduqda  kol  suyu  gilələrdən  almağa 

başlayır. 

Uzunmüddətli  yağışlardan  sonra  qəflətən  baş  vermiş  qaynar  quru  hava 

bərqərar olduqda yarpaqlarda quruma və soluxma gedir. Bu vəziyyət onunla izah 

olunur ki, uzunmüddətli yağışlı havada yarpaq və zoğlarda formalaşan seyrək və 

incə toxumalar qəflətən baş vermiş qaynar hava ilə uyğunlaşa bilmir. Belə havada 

(qaynar) transpirasiya o  dərəcədə  güclənir ki,  kök sistemi  yuxarı orqanlara suyu 

çatdıra bilmir. 

Torpaqda  horizontlar  üzrə  nəmliyin  paylanmasının  kök  sisteminin  yayılma 

xarakterinə təsiri vardır. Belə ki, nəmlik normal olan qatda kök sistemi çoxşaxəli 

olur. Üzüm bitkisinin mezofit xarakterli olması, onun quraqlığa davamlılığı kök 

sisteminin  güclü  olması,  torpağın  dərin  qatına  işləməsi  və  güclü  sorma 

qabiliyyətinin olması ilə izah olunur. 

Torpaqda nəmliyin artıqlığı tumurcuqda meyvə orqanlarının əmələ gəlməsini 

azaldır.  Yayın  qısa  müddətli  az  yağışları  üzümlüyə  ziyan  gətirir,  yəni  köklərə 

çatmır və torpağın səthində alaqları çoxaldır. 

Qış  yağıntıları,  çiçəkləmə  və  yetişmədən  qabaq  ki  yağışlar,  məhsul 

yığımından sonrakı  yağışlar üzüm  bitkisi üçün xeyirlidir. Yağış  və qar şəklində 

atmosfer  çöküntüləri  üzümlüyə  xeyir  gətirir.  Onlar  torpaqda  nəmliyin  çox 

toplanmasını və səthi köklərin  şaxtadan qorunmasını təmin  edir. Qışda qarı çox 

olan üzümçülük ölkələrinin təcrübələrinə görə 5 sm qalınlığında olan qar torpağın 

temperaturunu  4º  qaldıra  bilir,  20  sm  qalınlığında  olan  qar,  kökləri  şaxtadan 

qoruyur. 

Havanın nəmliyi üzüm bitkisində fizioloji proseslərin keçməsinə əhəmiyyətli 

dərəcədə  təsir  göstərir.  Məsələn,  çox  quru  havada  yarpağın  ağızcıqları  qapanır, 

transpirasiya  və  assimilyasiyanı  azaldır.  Nisbi  rütubətin  normadan  çoxluğu 

yarpağın transpirasiyasını azaldır. Üzüm bitkisi üçün havanın optimal nəmliyi 70-

80 % arasındadır. 

Azərbaycanın bir çox üzümçülük rayonlarında illik yağıntıların miqdarı üzüm 

bitkisinin  tələbatından  xeyli  azdır.  Buna  görə  də  belə  yerlərdə  üzüm  bitkisinin 

suya olan tələbi  süni suvarmalarla həyata keçirilir.  İllik  atmosfer çöküntülərinin 

miqdarı  450-500  mm  olan  yerlərdə  üzüm  bitkisini  suvarmadan  becərmək 

mümkündür. Buradan aydın olur ki, respublikamızda yağıntıların miqdarı az olan 

yerlərdə  suvarma  üçün  iri  miqyaslı  irriqasiya  tədbirləri  görülməsinə  böyük 

ehtiyac  vardır.  Üzümlükləri  suvarmaqla  sahə  vahidindən  alınan  məhsulu  xeyli 

artırmaq mümkündür. Havanın nisbi rütubəti və suvarma suyu azlıq edən yerlərdə 

quraqlığa davamlı sortlar əkilməlidir. 

Gecə şehi və isti yay yağışları yarpaqları gec quruyan və havalanma pis olan 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə