http://www.amu.edu.az
30 dekabr 2016-cı il
4
Konfransı giriş nitqiylə açan
ATU-nun rektoru, profes-
sor Gəray Gəraybəyli yubilyarı
nəinki Azərbaycan Tibb Univer-
sitetinin, eləcə də ölkəmizin tibb
ictimaiyyətinin canlı əfsanəsi
adlandırdı: “Bu gün Naziyyə
Şəmsədinskayanın yubileyində
iştirak etmək istəyənlərin sayı
hədsiz çoxdur. Çünki Naziyyə
xanım bu illər ərzində istər Tibb
Universitetinin həyatında, istər
tibb elmində, istərsə də minlərlə
tələbələrin ürəyində dərin bir iz
qoymağı bacarıb. Onun yetiş-
dirdiyi tələbələrin səsi uzaqlar-
dan gəlir, onlar hələ də Naziyyə
xanımın mühazirələrini xatır-
layır. Azərbaycanda mamalıq-
ginekologiya elminin inkişafın-
da Naziyyə Şəmsədinskayanın
araşdırmaları, elmi tədqiqatları,
əsərlərinin böyük rolu olub”.
Rektor qeyd etdi ki, Naziyyə
xanım görkəmli elm xadimi
olmaqla yanaşı, həm də bö-
yük ürək sahibidir. Naziyyə
xanımı yubileyi münasibətilə
ürəkdən təbrik edən professor
G.Gəraybəyli ona bundan sonra
da uzun ömür və möhkəm can-
sağlığı arzuladı.
Sonra ATU-nun II mamalıq və
ginekologiya kafedrasının müdi-
ri, professor Hicran xanım Bağı-
rova Naziyyə Şəmsədinskayanın
həyat və fəaliyyəti haqqında
geniş məlumat verdi. O, bil-
dirdi ki, Naziyyə Musa qızı
Şəmsədinskaya 1926-cı ildə
Bakı şəhərində doğulub. 1944-
cü ildə isə N.Nərimanov adı-
na Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə
daxil olub. Təhsi aldığı illərdə
fəal qrup nümayəndəsi olaraq
daim ictimai-elmi işlərdə ya-
xından iştirak etmiş, Tələbə Elmi
Cəmiyyətinin aktiv üzvü kimi ali
təhsilini 1949-cu ildə bitirmiş-
dir. Həkimlik fəaliyyətinə Nax-
çıvan MR Ordubad şəhərində
mama-ginekoloq kimi başlayan,
N.Şəmsədinskayaya bu ərəfədə
Ə.Əliyev
adına
Həkimlərin
Təkmilləşdirmə İnstitutuna ya-
rımillik kursa getmişdir. 1955-ci
ildən Bakı şəhəri N.K.Krupskaya
adına 2 saylı Kliniki xəstəxanada
mama-ginekoloq,
ordinator
vəzifəsində çalışmışdır. 1957-
ci ildə müsabiqə yolu ilə ə.e.x.,
professor F.N.İlinin rəhbərlik
etdiyi mamalıq-ginekologiya
kafedrası üzrə aspiranturaya
qəbul olmuş, oranı bitirdikdən
sonra kafedranın baş laboran-
tı vəzifəsində saxlanılmışdır.
Sözünə davam edən məruzəçi
qeyd etdi ki, professor N.
Şəmsədinskaya 1962- ci ildə
Tbilisi Dövlət Tibb İnstitutun-
da “ namizədlik dissertasiyası-
nı, 1973- cü ildə isə doktorluq
dissertasiyasını müdafiə etmiş-
dir. O, 1963-cü ilidə müsabiqə
yolu ilə müalicə-profilaktika
fakültəsinin mamalıq-gineko-
logiya kafedrasının assisten-
ti, 1966-cı ilin fevralından isə
həmin dosenti vəzifəsinə seçil-
mişdir.
1970-ci ildən başlayaraq
1993-cü ilədək II mamalıq-gi-
nekologiya kafedrasının müdiri
I kimi çalışmışdır. 1998-ci ildən
2003-cü illərdə yenidən kafed-
ra müdiri olmuşdur. 2004-cü
ildən indiyədək öz xahişi ilə
həmin kafedranın professoru
vəzifəsinə keçirilmişdir.
Professor N. Şəmsədinskaya
200-dən
çox
elmi
işin
müəllifidir. Onun rəhbərliyi
altında 39 namizədlik, 2 dok-
torluq dissertasiyası müdafiə
olunmuşdur.
Təbriklərə qoşulan ATU-nun
elmi işlər üzrə prorektoru Rauf
Bəylərov Azərbaycanda mama-
lıq və ginekologiyanın inkişafın-
da, o cümlədən milli elmi kadr-
ların yetişdirilməsində Naziyyə
Şəmsədinskayanın böyük rolu
olduğunu qeyd etdi .
Tədbirdə çıxış edən ATU-nun
II cərrahi xəstəliklər kafedra-
sının müdiri, akademik Böyük-
kişi Ağayev Naziyyə xanımın
ATU-daki fəaliyyəti, universitet
üçün gördüyü işlərdən söz açdı.
“Onu ATU-nun gələcək ma-
ma-ginekoloqları və tələbələri
üçün nümunəvi həkim kimi
xarakterizə etdi.
Urologiya kafedrasının müdiri,
AMEA-nın müxbir üzvü, profes-
sor Südeyif İmamverdiyev çıxış
edərək, bu günün ümumilikdə
bütün tibb ictimaiyyəti üçün
əlamətdar bir gün olduğunu
qeyd etdi: “Böyük Azərbaycan
alimi Naziyyə xanım ATU-nun
hər bir əməkdaşı, hər bir gənc
həkimi üçün böyük örnəkdir. O,
bütün həyatını insanların sağ-
lamlığının qorunmasına, ölkə
səhiyyəsinin tərəqqisinə həsr
edib. Naziyyə xanımı mən 60-cı
illərdən tanımışam. Hələ özü-
nü tanımadan, ölkəmizdə onun
adını müxtəlif məqalələrdə,
universitetdə tez-tez eşidir-
dim. Mənim onunla tanışlığım
bilavasitə çalışdığım uroloji
klinikadaki fəaliyyətimlə bağlı
olub”.
Təkmilləşmə İnstitutunun ma-
malıq və ginekologiya kafedra-
sının müdiri, professor Solmaz
İsrafilbəyli Naziyyə xanımı çox-
dan və yaxından tanıdığı-
nı, onun bacarıqlı həkim,
görkəmli elm xadimi olma-
sı ilə yanaşı həm də güclü
qadın kimi xarakterizə etdi.
Təkmilləşdirmə İnstitunun
dosenti Samirə xanım çıxış
edərək, çalışdığı institutun
kollektivi adından Naziyyə
xanımı səmimiyyətlə təbrik
etdi ona, uzun ömür arzu-
ladı.
Q ul a q - b o ğ a z- b ur un
xəstəlikləri
kafedrasının
müdiri, professor Əzizağa
Talışinski yubilyara kafed-
ra əməkdaşlarının təbrikini
çatdıraraq, Naziyyə xanımın
qazandığı uğurların arxasında
gərgin əməyin dayandığını qeyd
etdi.
I mamalıq və ginekologi-
ya kafedrasının müdiri, pro-
fessor Elmira Əliyeva yubilyarı
Azərbaycanda mamalıq və gine-
kologiya elminin canlı əfsanəsi
kimi qiymətləndirdi.
Bundan başqa epidemiologiya
kaferasının müdiri, professor
İbadulla Ağayev, II mamalıq və
ginekologiya kafedrasının do-
senti Səfa Bağırova çıxış edərək,
Naziyyə
Şəmsədinskayaya
haqqında ürək sözlərini dilə
gətirdilər, ona uzun ömür, can-
sağlığı arzuladılar.
Çıxışlarda Naziyyə xanımın
Azərbay canda tibb elminin in-
kişaf etdirilməsində xüsusi rolu
qeyd edilib və onun mamalıq
ginekologiya sahəsində çalışan
gənc həkimlərə bir nümunə ol-
duğu vurğulanıb.
Yubiley tədbirindən son-
ra konfrans öz işini ayrı-ayrı
bölmələr üzrə davam etdirib.
M.ABBASOĞLU
Sağlığında əfsanələşən görkəmli tibb
aliminin yubiley tədbiri
D
ekabrın 20- də
Azərbaycan Tibb
Universitetinin Tədris
Cərrahiyyə Klinikasında
Azərbaycan Respublikasının
əməkdar elm xadimi, “Şöhrət”
ordenli, professor Naziyyə
Şəmsədinskayanın anadan
olmasının 90 illiyinə həsr
edilmiş beynəlxalq elmi
konfrans keçirildi.
Dekabrın 21-də
Azər baycan
Tibb
Uni versitetinin Təd-
ris Cərrahiyyə Kli-
nikasında xeyriyyə
k a m p a n i y a s ı n a
start verilib. Aksiya
çərçivəsində Bakı
şəhəri Psixonevroloji
Uşaq Evinin sakinləri
pulsuz müayinə və
müalicə olunurlar.
Klinikanın baş həkimi,
ATU-nun II cərrahi
xəstəliklər kafedrasının professoru Rauf Ağayevin sözlərinə görə,
kampaniya 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günü
münasibətilə təşkil olunub. Məqsəd uşaq evində qalan kimsəsiz az-
yaşlıları sevindirmək, onları narahat edən xəstəlikləri üzə çıxarmaq,
müalicəsini təmin etməkdən ibarətdir.
2 gün davam edən aksiyada 30-35 əngəlli uşağın oftalmoloq,
LOR, kardioloq tərəfindən tibbi baxışı keçirilib. Aksiya zamanı vali-
deyn himayəsindən məhrum olan və sağlamlığında bəzi problemləri
olan uşaqların müasir avadanlıq vasitəsilə daxili orqanlarının da
müayinəsi aparılıb.
Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası indiyədək
dəfələlərlə belə aksiyalar təşkil edib.
Tibb Universitetinin həkimləri kimsəsiz
uşaqları sevindirdi
•
Dekabrın 22-də Azərbaycan
Tibb Universitetində (ATU)
“Elsevier Clinical Solutions”
Kompaniyasının nümayən-
dələri tərəfindən bu ali təhsil
ocağının professor-müəllim
heyəti üçün təqdimat məra-
simi keçirilib.
“Clinical Key” elektron ki-
tabxanasının təqdimatına
həsr olunmuş tədbirdə
iştirakçılara
kitabxana-
dan istifadə qaydaları, bu
şəbəkənin onlara verdiyi
üstünlüklərdən söz açılıb.
ATU-nun elmi işlər üzrə
prorektoru Rauf Bəylərov
“Elsevier Clinical Solutions”
şirkəti ilə memorandum
imzaladıqlarını xatırladıb.
O, bildirib ki, bu memo-
randum əsasında ATU-
nun 4 klinikası “Clinical
Key” proqramına qoşulub:
“Bu proqrama qoşulma-
nın müsbət tərəfləri var,
bu gün bu haqda hər kəsə
məlumat veriləcək.
Gələcəkdə
universitet
tərəfindən Elmin İnkişaf
Fonduna müraciət edəcəyik
ki, “Elsevier Clinical Soluti-
ons” şirkəti ilə davamlı ola-
raq qeyd olunan layihələri
həyata keçirmək üçün bizə
qrant ayrılsın. Ümid edi-
rik ki, planlaşdırdığımız
layihələr uğurla həyata
keçəcək”.
Daha sonra söz alan “El-
sevier Clinical Solutions”
şirkətinin satış meneceri
Atilla İkinci şirkətin Tibb
Universitetinə və klini-
kalarına xidmətlərindən,
yaratdığı
yeniliklərdən,
gördükləri işlərdən danı-
şıb.
“Elsevier Clinical Solutions” kompaniyasının
nümayəndələri təqdimat mərasimi keçirib