406
Ağıl yaĢı x100
ĠQ=----------------------------------------------
UĢağın xronoloji yaĢı (faktik yaĢ)
MA
ĠQ=---------.100
CA
Məsələn, əgər testlərlə aparılan yoxlama nəticəsində iki
uĢağın (10yaĢ yarım və 14 yaĢ) hər ikisi eyni (120) xal toplasa
və beləliklə də onların hər birinin ağıl yaĢı 11,5 ilə bərabər
olsa, onda həmin uĢaqların əqli istedad əmsalını bu cür
hesablamaq olar:
11,5
Birinci uĢaq ĠQ =--------.100=109,5
10,5
11,5
Ġkinci uĢaq ĠQ =--------.100=82,1
14
Beləliklə birinci uĢağın əqli istedad əmsalı 109,5, ikinci
uĢağınkı isə 82,5 olur. Bu isə o deməkdir ki, birinci uĢaq əqli
cəhətdən ikinci uĢağa görə daha istedadlıdır (testologiya
təcrübəsində ĠQ_130-a bərabərdirsə uĢaq istedadlı,180 dan
çoxdursa ən istedadlı hesab olunur. Lakin psixoloqların
apardıqları elmi psixoloji təhlil bu əqli istedad əmsalının bir
növ fiksiya olduğunu göstərir. Əslində isə yuxarıda təsvir
olunan priyomların cəmi insanın əqli qabiliyyətlərini deyil,
onda bu və ya digər məlumat, bacarıq və vərdiĢlərin olduğunu
göstərir
ki,
qabiliyyətlər
onlarla
qarıĢdırılmamalıdır.
Qabiliyyətlərin mahiyyətini təĢkil edən bilik və bacarıqların
qazanılması isə burada aydınlaĢdırılmamıĢ qalır.
Heç də bütün bu deyilənlərdən qabiliyyətlərin
407
kəmiyyətcə xarakteristikasının və ölçülməsinin mümkün
olmadığı və müxtəlif diaqnostik metodlardan, test və
yoxlamalardan istifadənin əvvəlcədən arzuedilməz olduğu
haqda nəticə çıxarılmamalıdır. Bir çox sahələrdə, məsələn
anadangəlmə qüsurları nəticəsində zehni cəhətdən geridə qalan
uĢaqların müəyyənləĢdirilməsində, yüksək riyazi qabiliyyətə
malik olan uĢaqların ixtisaslaĢmıĢ məktəbdə oxuması üçün
seçilməsində, təyyarəçi və kosmanavtların seçilməsində
testləĢdirmə aktual bir məsələ kimi əhəmiyyətlidir. Bu mənada
nə qısa yoxlamalar, nə də onların nəticələrinin kəmiyyətcə
təhlili heç bir etiraz doğurmur.
V. 17. 3. Qabiliyyətlərin quruluĢu
Əvvəlki bölmədə qeyd olunduğu kimi, qabiliyyət
insanın hər hansı bir fəaliyyət sahəsi üçün daha çox yararlı
olduğunu ğöstərən fərdi-psixi xassəsidir. Bu baxımdan
qabiliyyətlər son nəticədə konkret fəaliyyətin tələbi ilə
Ģərtlənir. Məhz buna görə də hər bir fəaliyyət növü müvafiq
qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz.
Məsələn, müəllimin pedaqoji qabiliyyətlərin strukturuna
pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirmək üçün
zəruri olan Ģəxsi pedaqoji qabiliyyətlər (müĢahidəçilik,
uĢaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük, özünə sahib
olmaq); didaktik qabiliyyətlər (izah edə bilmək, natiqlik,
nəzəri); təĢkilati-kommunikativ qabiliyyətlər (təĢkilatçılıq,
avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət, artistlik)
və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uĢaqlara hüsn
rəğbət bəsləmək, müĢahidəçilik, pedaqoji mərifət, izah edə
bilmək, təĢkilatçılıq və s.) əsas, aparıcı, digərləri isə (natiqlik,
artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji qabiliyyətin
strukturuna daxil olur, təlim və tərbiyənin müvəffəqiyyətlə
həyata keçirilməsini təmin edir.
Digər fəaliyyət növlərinin müvəffəqiyyətlə həyata
408
keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu
cür xüsusiyyəti müĢahidə etmək mümkün olur. Məsələn, ədəbi
qabiliyyətlərin strukturuna estetik hisslərin inkiĢafı, əyani
hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss etmək,
fantaziya zənginliyi, insan psixologiyasını dərindən bilmək və
s. qabiliyyətlər özünəməxsus Ģəkildə birləĢir.
Ümumi və xüsusi qabiliyyətlər. Adətən, hər Ģeydən
əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi
olmaqla iki növünü qeyd edirlər.
Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət
növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan
qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, əqli qabiliyyətlər,
hafizə, müĢahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə
aid etmək olar. Məsələn, müĢahidəçilik qabiliyyətini Ģagird,
müəllim, yazıçı, rəssam, kəĢfiyatçı, alim və baĢqa fəaliyyət
növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət hesab
etmək olar.
Xüsusi qabiliyyətlərə gəldikdə, bu cür qabiliyyətlər
insanın hər hansı bir spesifik fəaliyyət növünü müvəffəqiyyətlə
yerinə yetirməsi üçün zəruri olan qabiliyyətlərdir. Bu cür
qabiliyyətlərə musiqi, riyazi, linqvistik, texniki, ədəbi, idman
və s. qabiliyyətləri aid etmək olar. Adətən, xüsusi qabiliyyətlər
insanda müvafiq təbii imkanların olması zəruridir. Adətən,
ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və
ifadəli nitq, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür,
surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi
qeyd etmək olar.
Həyati faktlardan məlum olduğu kimi, hər hansı bir
fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda
qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin
formalaĢması zəruridir. Əksər tədqiqatçıların fikrincə ümumi
və xüsusi qabiliyyətlər bir-biri ilə ziddiyyət təĢkil etmirlər.
Onlar birgə mövcud olmaqla bir-birini tamamlayır, fəaliyyətin
müvəffəqiyyətini təmin edirlər. Bəzi mütəxəsislərin fikrincə
Dostları ilə paylaş: |