484
Gənclik yaĢı dövrünün baĢlanması və sonu haqqında
müxtəlif fikirlər irəli sürülmüĢdür. Bunlardan daha çox qəbul
edilən 14-15 yaĢdan 21 yaĢa qədər olan dövrdür. Psixoloqlar
həmin dövrün iki mərhələni keçdiyini qeyd edirlər: ilkin
gənclik (15-17 yaĢ) və yetkin gənclik (18-21 yaĢ). Bəzi
mütəxəssislər yetgin gəncliyə 18-25 yaĢ dövrünü aid edirlər.
Gəncliyi sadəcə olaraq bioloji yaĢın müəyyən həddə
çatması kimi xarakterizə etmək olmaz. Gənclərin formalaĢması
həm bioloji, həm psixoloji, həm psixoseksual, həm də sosial
amillərin təsiri altında baĢ verir. Bunların içərisində gənclərin
bir Ģəxsiyyət kimi formalaĢmasında sosial - psixoloji amillər
xüsusi yer tutur. Ona görə də gəncliyi sosial-psixoloji hadisə
kimi qeyd etmək olar.
Bioloji baxımdan gənclik orqanizmi fiziki cəhətdən
əsaslı surətdə dəyiĢir və onun inkiĢafı əsasən tamamlanır.
Psixoloji baxımdan gənclər artıq öz “mən”lərini,
imkanlarını dərk edir, idrak fəaliyyətləri və dünyagörüĢləri
geniĢ əhatəli olur.
Psixoseksual
baxımdan
cinsi
yetiĢmə
əsasən
tamamlanmıĢ olur, psixoseksual davranıĢ sosial normalara
uyğunlaĢır.
Sosial
baxımdan gənclər ictimai münasibətlər
qovuĢuğunda
həmin
münasibətləri
mənimsəməklə
sosiallaĢırlar.
Nəticədə
bu
dövrdə
gənclər
ictimai
münasibətlərin məcmuu kimi, sosial varlıq kimi yetiĢir, həyat
hadisələrinə fəal mövqedən yanaĢırlar.
Bütövlükdə, götürdükdə, gənclik dövründə Ģəxsiyyət
biososial-psixoloji
varlıq
kimi
formalaĢır.
Gənclərin
davranıĢında təĢəbbüskarlıq, prinsipiallıq, məsuliyyətlilik
yüksəlir. Onların intellektual fəaliyyətində, qabiliyyətlərinin
inkiĢafında əsasən irəliləyiĢ, sosial-psixoloji varlıq kimi
formalaĢma baĢ verir.
485
VI.22.2. Ġlk gənclik yaĢında Ģəxsiyyətin inkiĢafı
Ġlk gənclik yaĢında Ģəxsiyyətin inkiĢafı məktəb yaĢı
dövrü üçün ən yüksək səviyyəyə qalxır. Bu dövrdə həqiqi
yaĢlılığa real keçid baĢ verir. Burada böyüklük hissinin yüksək
səviyyədə formalaĢması və ünsiyyət fəaliyyətinin sürətli
inkiĢafı mühüm rol oynayır. Böyük məktəblilərin ünsiyyət
fəaliyyətində onların daxil olduqları sinif kollektivinin,
valideynlərin rolu artır. Bu dövrdə ünsiyyət fəaliyyətində kol-
lektivin ictimai rəyi xüsusi yer tutur. Böyük məktəblilər sinif
və məktəb kollektivinin onlara verdikləri qiymətə və rəyə
həssas yanaĢır, öz fəaliyyətlərində onları nəzərə alırlar. Bu
dövrdə valideynlərlə ünsiyyət də istənilən nəticəni verir. Ailə
tərbiyəsi düzgün təĢkil edildikdə böyük məktəblilərin
valideynləri ilə ünsiyyətləri də müsbət istiqamətə yönəlir, onlar
bu ünsiyyətə can atırlar. Burada valideynlərin öz övladlarını
baĢa
düĢmələri,
onlarla
ünsiyyətdə
avtokratiklikdən
uzaqlaĢmaları, demokratik mövqe tutmaları lazımi nəticə verə
bilir.
Ġlk gənclik dövründə yeniyetmələrin ünsiyyətlərindəki
emosionallıq aydın təzahür edir. Onlar ünsiyyətin gediĢinə
özlərinin münasibətlərini emosional cizgilərlə təzahür
etdirirlər.
Böyük məktəblilərin ünsiyyət fəaliyyətinin inkiĢafında
yoldaĢlıq münasibəti mühüm rol oynayır. Gənclər öz
yoldaĢlarında yüksək əqli və əxlaqi keyfiyyətlərin olmasını
arzulayırlar. Bu dövrdə yoldaĢlıq hissi ilə yanaĢı dostluq hissi
də inkiĢaf edir, mürəkkəbləĢir və davamlılığı ilə fərqlənir. Bu
dövrdə yaranan dostluq uzun ömürlü olur. Ġlk gənclik dövründə
dostluq hissi yeni motivlərə malik olur. Dostlar bir-birinə
yüksək tələblər verməyə baĢlayırlar. Psixoloqlar bu cür
tələblərə aĢağıdakıları aid edirlər. Gənclərin fikrincə dost, bi-
rinci növbədə səliqəli, sadiq, prinsipial olmalı, çətin anda dos-
486
tunun köməyinə çatmalıdır; ikincisi, dostluq onların həyat və
fəaliyyətlərinin bütün sahələrini əhatə etməlidir; üçüncüsü,
onların dostluğu ən çox emosional olmalıdır, dost öz dostunun
sevinc və kədərini onunla bölüĢdürməlidir.
Ġlk gənclik dövründə oğlanlarla qızlar arasındakı
qarĢılıqlı münasibətlərdə də əsaslı dəyiĢiklik baĢ verir.
Yeniyetməlikdən fərqli olaraq bu dövrdə oğlan və qızlar
arasındakı qarĢılıqlı münasibətlər xeyli fəallaĢır. YoldaĢlıq
münasibətlərinin sahəsi geniĢlənir. Xüsusilə qızlarda qarıĢıq
dostluğa tələbat güclənir. Ġlk gənclik yaĢının əvvəllərindən
baĢlayaraq məktəblilərdə məhəbbət hissi özünü göstərməyə
baĢlayır. Ona görə də cinslərarası qarĢılıqlı münasibətlər
tərbiyə iĢinin əsas problemlərindən birinə çevrilir.
Mənlik Ģüurunun inkiĢafı. Ġlk gənclik dövründə
məktəblilərdə böyüklük hissi yüksəlir. Məktəblilər özlərinin ar-
tan imkanlarını dərk etməyə baĢlayırlar. Bütün bunlar həmin
dövrdə özünüdərketmə meylinin daha sürətlə inkiĢaf etdiyini
göstərir. Bu dövrdə gənclər özlərini, öz Ģəxsiyyətlərini yaxĢı
anlamağa baĢlayır, mənlik Ģüurları, özləri haqqında təsəvvürləri
dəyiĢir. Onlar bir növ öz mənlərini dərk edirlər. bu dövrdə
məktəblilərdə özünüdərketmənin inkiĢafı ilə yanaĢı mənlik
Ģüurunun məzmunu da dəyiĢir, özləri haqqında təsəvvürləri
artır. Oğlan və qızlar özlərinin xarici görkəmini, simalarını
tamamilə yeni Ģəkildə qavramağa baĢlayırlar. Zahiri
görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə nara-
hat
edir.
Ġlk
gənclik
dövründə
gənclər
özlərini
qiymətləndirərkən ayrı-ayrı hərəkətlərini təhlil edir, özləri
haqqında müəyyən mühakimələr yürüdürlər. Yeniyetmələrdən
fərqli olaraq böyük məktəblilərdə özünüqiymətləndirmə
onların öz davranıĢ və fəaliyyətlərini müstəqil olaraq təhlil
etmək əsasında cərəyan edir. Ona görə də ilk gənclik dövründə
özünüqiymətləndirmədə bir sıra uyğunsuzluqlar özünü göstərə
bilir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ilk gənclik
Dostları ilə paylaş: |