487
dövründə ən mühüm psixoloji hadisə özünüdərketmənin və öz
«mən»inin, öz Ģəxsiyyətinin davamlı obrazının yaranmasıdır.
Bu dövrdə özünüdərketmənin, mənlik Ģüurunun inkiĢafı bir
neçə istiqamətdə baĢ verir.
Birinci növbədə gənclərin öz daxili aləmləri açılır. Gənc
oğlan və qızlar öz emosiyalarını ətrafda baĢ verən hadisələrin
doğurduğu hal kimi deyil, öz «mən»inin vəziyyəti kimi
qavramağa baĢlayırlar. Öz xüsusiyyətlərini, baĢqalarına
oxĢamamalarını hiss etmək baĢ verir, eyni zamanda təklik hissi
özünü göstərir.
Tədricən, həyata keçirilə bilən bütün arzuları və çox vaxt
həyata keçirilə bilməyən idealları əsasında bir neçə az və ya
çox real fəaliyyət planlarını hazırlamağa baĢlayır və bunlardan
birini seçməli olurlar. Gənclərin həmin həyati planları onların
bütün özünütəyin sahələrini: mənəvi simalarını, həyat
tərzlərini, iddia səviyyələrini, peĢə və həyatda öz yerlərini
seçmələrini əhatə edir. Öz məqsədlərini, həyati niyyətlərini,
həyati planlar qurmalarını dərk etmələri onların özlərini dərk
etmələrinin, mənlik Ģüurlarının mühüm elementini təĢkil edir.
Bunlarla yanaĢı olaraq bu dövrdə gənclərdə özləri haq-
qında tam təsəvvür formalaĢır. Ġnsanın özünə münasibəti, bi-
rinci növbədə onun öz bədəninin xüsusiyyətlərini, xarici
görkəmini, cəlbediciliyini dərk etməsi, sonra isə özünün əxlaqi-
psixoloji, əqli, iradi keyfiyyətlərini dərk etməsi əsasında
yaranır. Gənclərin özünüqiymətləndirməsi çox vaxt ziddiyyətli
olur.
Müxtəlif fəaliyyət növlərində əldə edilmiĢ nəticələrin
təhlili, onun haqqında baĢqa adamların fikirləri və
özünümüĢahidə, özünün keyfiyyət və qabiliyyətlərini təhlil
etmək sayəsində gənclərdə özünəhörmət kimi ümumiləĢmiĢ
münasibət yaranır.
Ġlk gənclik dövründə iddia səviyyəsinin yüksəlməsi
özünü qeyri-real yüksək qiymətləndirməyə gətirib çıxara bilir.
Əxlaqi Ģüurun inkiĢafı. Ġlk gənclik dövründə mənlik
488
Ģüuru ilə yanaĢı əxlaqi Ģüurun inkiĢafında da əsaslı dəyiĢiklik
baĢ verir. Bu dövr yeni əxlaq səviyyəsinə - konvensional
əxlaqa keçidlə xarakterizə olunur (L.Kolberq). Psixoloqlar bu
cəhəti onunla izah edirlər ki, uĢaq öz inkiĢafı prosesində
əvvəlcə əxlaqi davranıĢın “xarici” normalarına istinad edir.
Böyüklərin onu cəzalandırmasından yaxa qurtarmaq, onlar
tərəfindən rəğbətləndirilmək üçün özünü yaxĢı aparır,
hərəkətlərinin böyüklər tərəfindən necə qarĢılanacağını əsas
götürürlər. Lakin inkiĢafın sonrakı mərhələsində Ģagirdlərdə
əxlaqi davranıĢın “xarici” norma və qaydaları daxili - əqli pla-
na keçir. Ona görə də bu dövrdə böyük məktəblilər onlar üçün
əhəmiyyətli olan adamlar tərəfindən bəyənilmək və müəyyən
qaydanı gözləmək tələbatının təsiri altında özlərini yaxĢı
aparmağa çalıĢırlar. Buradan isə aydın olur ki, bu dövrdə
məktəblilər hələ də xarici, formal əlamətləri əxlaqi tələblərin
mənbəi kimi qavrayırlar. Tədricən psixi inkiĢafın yüksəlməsi
ilə bağlı olaraq böyük məktəblilərdə dərkolunmuĢ əxlaqi
prinsiplər təĢəkkül tapmağa baĢlayır. Əxlaqi davaranıĢ konkret
Ģəraitin və ayrı-ayrı Ģəxslərin təsirindən azad olur. Oğlan və
qızlar avtanom əxlaqa malik olur.
Müasir gənc oğlan və qızlarda həyatın özü əvvəlki on
illiklərindən fərqli psixologiyanın formalaĢmasına səbəb
olmuĢdur. Bununla, əlaqədar olaraq gənclərin əxlaqi-etik
problemlərə münasibəti də dəyiĢmiĢdir. Bu sahədə gənclərin
daha cəsarətli baxıĢları özünü göstərir.
Müasir gənc oğlan və qızların bir sıra əxlaqi anlayıĢlara
münasibəti dəyiĢmiĢdir. Məsələn, «ədalətlilik» anlayıĢı artıq
gənclər tərəfindən əvvəllər baĢa düĢülən stereotip Ģəklində –
«ədalətlilik odur ki, heç kimin arasında fərq qoyulmasın»
Ģəklində qavranılmır. Müasir böyük məktəblilər ədalətliliyi
«hər kəsdən imkanlarına görə və hər kəsə gördüyü iĢə və ya
insanların ümumi rifahı üçün verdikləri real töhvəyə görə»
yanaĢmaqda görürlər.
Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi
489
anlayıĢlara münasibətləri də dəyiĢmiĢdir. Bu anlayıĢlar, bir
tərəfdən yaĢ artdıqca böyük məktəblilər üçün öz əbədi roman-
tikliyini itirir, digər tərəfdən, gənclər tamamilə real mövqeyə
əsaslanır və adamların: valideynlərin, müəllimlərin, yoldaĢların
və dostların həqiqi hərəkətləri bundan asılı olaraq
qiymətləndirilir. Bu prinsip daha aydın Ģəkildə böyük
məktəblilərin öz müəllim və valideynlərinə münasibətlərində
təzahür edir. Gənc oğlanlar və qızlar onları həmin cəhətə görə
daha çox qiymətləndirir və qəlbən sevirlər. Bu hal kiçik məktəb
yaĢı və yeniyetməlik dövründə özünü göstərmir.
Psixoloji tədqiqatlar göstərmiĢdir ki, gənclik dövründə
məktəblilər borc, Ģərəf, Ģəxsi qürur hissi, vicdan, təvazökarlıq
kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər.
Bununla belə onlar həmin anlayıĢların Ģərhi zamanı, eləcə də
əxlaqi davranıĢı həyata keçirərkən bəzi qüsurlara yol verirlər.
Ümumiyyətlə götürdükdə, orta məktəbi qurtaran oğlan və
qızların əksəriyyəti özlərini praktik olaraq əxlaqi cəhətdən
formalaĢmıĢ, yetgin və kifayət qədər davamlı əxlaqa
yiyələnmiĢ adam kimi göstərirlər. Bu isə qabiliyyətlər, motivlər
və xarakter əlamətləri ilə yanaĢı Ģəxsiyyətin dördüncü mühüm
yenitörəməsi kimi özünü göstərir.
VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak
proseslərinin inkiĢafı
Ġlk gənclik dövründə təlim fəaliyyətinin ümumi
xarakteristikası. Ġlk gənclik dövründə təlim fəaliyyəti bir sıra
xüsusiyyətlərinə görə məktəb yaĢının əvvəlki dövrlərindən
fərqlənir. Bu dövrdə təlim fəaliyyəti həm məzmun, həm də
formaca yeni xüsusiyyətlər kəsb edir. Təlim fəaliyyətinin
məzmununa yeni anlayıĢlar sistemi daxil olur. Onlar özlərinin
əhatəliyinə görə əvvəlkilərdən fərqlənir. Mücərrəd anlayıĢların
miqdarı artır. Yeni fənlərin və bilik sahələrinin öyrənilməsi
Dostları ilə paylaş: |