Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə151/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   147   148   149   150   151   152   153   154   ...   197

 

 

 



500 

 

sübut  etmiĢdir  ki,  motivdən  asılı  olaraq  eyni  fəaliyyət 



nəticəsində  Ģagirdlərdə  müxtəlif  əxlaqi  keyfiyyətlər  formalaĢa 

bilər. 


Bu  cəhəti  nəzərə  alaraq  psixoloji  ədəbiyyatda  belə  bir 

müddəa  irəli  sürülür  ki,  tərbiyə  iĢində  baĢlıca  cəhət  düzgün 

davranıĢ motivlərinin yaranmasına, əməli iĢdə əsas tutulmasına 

və  bütün  oxĢar  situasiyalarda  Ģagirdin  eyni  dərəcədə  əxlaqi 

davranmasına nail olmaqdır. 

Tərbiyə  prosesində  müvəffəqiyyət  qazanmaq  üçün 

tərbiyəvi  tədbirin  tətbiq  edildiyi  konkret  Ģəraitin  nəzərə 

alınması  da  həlledici  əhəmiyyətə  malikdir.  Adətən,  konkret 

Ģərait  nəzərə  alınmadan  tətbiq  olunan  Ģablon  tərbiyəvi  tədbir 

istənilən  nəticəni  vermir,  bəzən  hətta  mənfi  təsir  göstərir. 

Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada 

müəllimin  pedaqoji  təxəyyülü  iĢtirak  etsin.  Belə  olduqda 

müəllim konkret  Ģəraitdən asılı  olaraq  tətbiq  etdiyi  tədbirin  nə 

kimi nəticə verəcəyini qabaqcadan görə bilir. Ona görə də daha 

səmərəli,  Ģəraitə  daha  uyğun  tərbiyəvi  tədbirin  həyata  keçi-

rilməsi mümkün olur. 

Bununla əlaqədar olaraq tərbiyə iĢini düzgün təĢkil etmək 

üçün  “ĠnkiĢafın  sosial  Ģəraitinin”  (L.S.Vıqotski)  nəzərə 

alınması da zəruridir. Bunun üçün tərbiyəçi birinci növbədə öz 

Ģagirdlərinin  inkiĢafının  sosial  Ģəraitini  aĢkara  çıxarmalı, 

tərbiyə iĢini ona uyğunlaĢdırmalıdır. 

Tərbiyəçi  uĢağın  inkiĢafının  sosial  Ģəraitini  öyrənmək 

üçün  ilk  növbədə  onun  yaĢadığı  obyektiv  Ģəraitlər  sistemini, 

digər  tərəfdən  onun  həmin  Ģəraitə  münasibətinin  xarakterini 

aĢkara  çıxarmalı  və  təhlil  etməlidir.  Bu  ona  görə  zəruridir  ki, 

həyat Ģəraiti Ģagird Ģəxsiyyətinin formalaĢmasını bilavasitə, av-

tomatik  olaraq  birbaĢa  təyin  etmir,  o,  uĢağın  həmin  Ģəraitdə 

hansı  qarĢılıqlı  münasibətdə,  qarĢılıqlı  təsir  prosesində  olma-

sından asılıdır. 

Tərbiyə prosesinin müvəffəqiyyətlə yerinə yetirilməsində 

mühüm  rol  oynayan  amillərdən  biri  də  tərbiyənin  məqsədinin 



 

 

 



501 

 

düzgün  müəyyənləĢdirilməsindən  ibarətdir.  Tərbiyəçi  son 



nəticədə  nəyə  nail  olacağını  aydın  dərk  etmədən,  baĢqa  sözlə 

qarĢısına  konkret  məqsəd  qoymadan  yüksək  müvəffəqiyyətə 

nail  ola  bilməz.  Məqsəd  aydın  olduqda  isə  onun  həyata 

keçirilməsi  üçün  səmərəli  tərbiyəvi  tədbirlərin  seçilməsi  və 

tətbiqi də mümkün olur. 

Tərbiyə  prosesində  nəzərə  alınması  zəruri  olan 

cəhətlərdən  biri  də  həmin  prosesin  tərbiyə  olunanın  fəaliyyəti 

ilə  əlaqələndirilməsindən  ibarətdir.  Hər  bir  yaĢ  dövründə  o 

dövr  üçün  əsas  olan  fəaliyyət  növünə  istinad  etməklə  həmin 

fəaliyyət prosesində müvafiq tərbiyəvi iĢ aparmaq mümkündür. 

Ġstər  oyun,  istər  təlim,  istərsə  də  əmək  fəaliyyəti  elə  təĢkil 

edilməlidir  ki,  Ģəxsiyyətin  formalaĢmasına,  onda  müsbət 

keyfiyyətlərin tərbiyə olunmasına gətirib çıxarsın. 

 

 



VI.23.3. Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən 

əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin 

müəyyənləĢdirilməsi problemi 

 

Tərbiyə  iĢinin  metodları  və  formalarının  psixoloji 

əsasları.  Tərbiyə  prosesinin  müvəffəqiyyətlə  həyata  keçi-

rilməsi  üçün  psixoloji  cəhətdən  zəruri  olan  Ģərtlərdən  biri 

tərbiyəvi  iĢin  metod  və  formalarının  düzgün  seçilməsindən 

ibarətdir.  Ona  görə  də  tərbiyəçilərdən  biri  müvafiq  metod  və 

formalardan  istifadə  etdiyinə  görə  onun  tərbiyəvi  tədbiri 

səmərəli nəticə verir. Əksinə, baĢqa birinin tərbiyəvi metodlar-

dan  düzgün  istifadə  etməməsi  nəinki  Ģagirdin  davranıĢındakı 

qüsurların  aradan  qalxmasına  səbəb  olmur,  həm  də  həmin 

qüsurların  daha  dərin  köklər  salmasına,  oraya  yeni  mənfi  əla-

mətlərin daxil olmasına gətirib çıxarır. Bir cəhəti nəzərə almaq 

lazımdır  ki,  tərbiyəvi  iĢin  metod  və  formalarından  həmiĢə 

Ģablon  halında  istifadə  etmək  mümkün  deyildir.  Ona  görə  də 

psixoloqlar  tərbiyəvi  metodları  tətbiq  edərkən  aĢağıdakı 



 

 

 



502 

 

cəhətləri  nəzərə  almağı  zəruri  hesab  edirlər:  birincisi,  tərbiyə 



olunan  Ģagirdin  yaĢ  və  fərdi  xüsusiyyətləri;  ikincisi,  Ģagirdin 

daxil  olduğu  uĢaq  kollektivinin  xüsusiyyətləri;  üçüncüsü, 

tərbiyəvi tədbirin həyata keçirildiyi konkret Ģərait. Bu cəhətlər 

nəzərə  alınmaqla  seçilən  və  tətbiq  edilən  tərbiyəvi  tədbir  öz 

bəhrəsini  verir.  Lakin  məktəb  təcrübəsi  göstərir  ki,  heç  də 

tərbiyəçilər,  müəllimlər  bütün  hallarda  tərbiyəvi  tədbirlərdən 

müvafiq Ģəkildə istifadə edə bilmir, onun düzgün hesab etdiyi 

tərbiyəvi  üsul  əksinə  mənfi  nəticələr  verir.  Bu  mənada 

tərbiyəvi  təsirin  müvəffəqiyyəti  təkcə  tərbiyəçinin  öz  təsirinə 

hansı məna verməsindən deyil, eyni zamanda tərbiyə olunanın 

onu  necə,  hansı  mənada  baĢa  düĢməsindən  də  asılı  olur.  Psix-

oloqlar  belə  bir  cəhəti  aĢkara  çıxarmıĢlar  ki,  tərbiyəvi  tədbirin 

tətbiqi zamanı, müəllim və tərbiyəçilər öz təsirlərində bir məna, 

Ģagird  isə  tamamilə  baĢqa  bir  məna  görür.  YaĢlılarla  uĢaqlar 

arasında  baĢ  verən  bu  cür  anlaĢılmazlıq  psixologiyada  “məna 

maneəsi”  adlanır.  Bu  cür  məna  maneəsinin  yaranması 

tərbiyəvi tədbirin təsir gücünü aradan qaldırır. 

Məna  maneəsi  ilə  müəllim  və  valideynlər  hələ 

məktəbəqədər  və  kiçik  məktəb  yaĢı  dövründə  rastlaĢa  bilirlər. 

UĢaqların daha çox küsəyən və tez özündən çıxdığı dövrü olan 

yeniyetməlik zamanı məna maneəsi daha tez yaranır, daha par-

laq təzahür edir və çətinliklə aradan qaldırılır. 

Psixoloji tədqiqatlar zamanı aĢkara çıxarılmıĢdır ki, məna 

maneələrinin  baĢ  vermə  səbəblərini  bilməyən  və  bu  cür 

maneələrin yaranmasının qarĢısını almağa çalıĢmayan tərbiyəçi 

qarĢısında  qoyduğu  tərbiyəvi  vəzifəni  həll  etməkdə  çətinlik 

çəkir. Həmin məsələnin mahiyyətini açmağa çalıĢaq. 

Zahirən  məna  maneələri  onunla  xarakterizə  olunur  ki, 

sanki uĢaq böyüklərin dediklərini eĢitmir. Əslində isə uĢaq ona 

deyilən sözü yaxĢı eĢidir, hətta onu təkrar da edə bilir. 

Lakin  həmin  sözün  mənasını  qavramır.  Psixoloqlar 

müəyyən  etmiĢlər  ki,  məna  maneəsi  həm  uĢağın  qarĢısında 

hansı  tələbi  qoymasından  asılı  olmayaraq,  konkret  adama 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə