261
də duyğulara xas olan qanunauyğunluqlardandır. Ġnsan nəinki
müəyyən kəmiyyətdə olan qıcığı duyur, eyni zamanda təsir
edən qıcıqların kəmiyyət dəyiĢmələrini də duyur. Fərqləndirmə
həssaslığı və fərqləndirmə həddi də buradan irəli gəlir.
Qıcıqlandırıcılar arasında güclə duyğu əmələ gətirə biləcək fərq
kəmiyyətinə fərqləndirmə həddi deyilir. Ən kiçik fərq
kəmiyyətini duyma qabiliyyəti isə fərqləndirmə həssaslığı
adlanır. Belə bir təcrübəyə nəzər salaq. Əgər bizə min Ģamlıq
iĢıqla təsir edilirsə, sonradan onun üzərinə 0,5; 0,8; 0,9 Ģam
əlavə edilərsə, bu əlavələrin heç biri bizdə yeni duyğu, yəni
fərqləndirmə duyğusu əmələ gətirməyəcəkdir. Əgər bir Ģam
əlavə edilərsə biz iĢığın gücləndiyini duyacağıq. Deməli görmə
duyğusu üçün fərqləndirmə həddi 1/100-ə bərabərdir.
Beləliklə də alman fizioloqu E. Veber müəyyən etmiĢdir ki,
duyğunun intensivliyi təsir edən qıcığın kəmiyyətinin mütləq
artımından deyil, ilkin təsir edən qıcığın kəmiyyəti ilə artım
arasında olan nisbətdən asılıdır. Bu nisbət müxtəlif anali-
zatorlar üçün müxtəlifdir. Məsələn, görmə analizatorları üçün
təxminən 1/100-ə, eĢitmə analizatoru üçün 1/10-ə, toxunma
analizatoru üçün 1/30-ə bərabərdir.
Alman fiziki Q.Fexner Veberin eksperimentlərindən çıxıĢ
edərək duyğunun intensivliyi ilə qıcığın qüvvəsi arasındakı
olan asılılığı aĢağıdakı düsturla ifadə etmiĢdir:
S = K Lg J + C
Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və
C isə sabit kəmiyyətləri ğöstərir. Bu düstur göstərir ki,
duyğunun
intensivliyi
qıcıqlandırıcının
qüvvəsinin
loqarifmasına mütənasibdir. BaĢqa cür desək qıcığın qüvvəsi
həndəsi silsilə üzrə artdıqda duyğunun intensivliyi ədəbi silsilə
ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir.
Duyğulara aid qanunauyğunluqlardan adaptasiya, sen-
sibilizasiya, sinesteziya, ardıcıl surətlər haqqında da danıĢmaq
262
lazımdır.
Adaptasiya (alıĢma) duyğu üzvlərinin qıcıqlandırıcılara
uyğunlaĢması nəticəsndə həssaslığın dəyiĢməsinə deyilir.
Məsələn qaranlıq otağa daxil olarkən ilk saniyələrdən heç nəyi
görmürük, getdikcə otaq sanki iĢıqlaĢır, artıq otaqdakı əĢyaları
görə bilirik. Bu o deməkdir ki, duyğu üzvümüz-gözümüz
qıcıqlandırıcıya, qaranlığa uyğunlaĢır və nəticədə onun
həssaslığı artır.
Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn
sinif otağında tədricən hava ağırlaĢır. Otaqdakılar adaptasiya
prosesi baĢ verdiyinə görə bunu duymurlar, ancaq otağa yenicə
daxil olan adam otağın havasının ağır olduğunu söyləyir. Bu
isə iy duyğusu orqanının həssaslığının aĢağı düĢməsi ilə
bağlıdır. Adaptasiya hadisəsi üç Ģəkildə baĢ verir:
1.
Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duy-
ğunun tamamilə yoxa çıxması kimi;
2.
Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların
kütləĢməsi kimi;
3.
Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın
artması kimi.
Duyğuların qarĢılıqlı təsiri və sensibilizasiya.
Duyğuların intensivliyi təkcə qıcıqlandırıcının qüvvəsindən və
adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda həmin vaxta
baĢqa qıcıqlandırıcıların hiss üzvlərinə olan təsirlərindən də
asılıdır. BaĢqa hiss üzvlərinin qıcıqlanması nəticəsndə digər
analizatorun həssaslığının dəyiĢməsinə duyğuların qarĢılıqlı
təsiri deyilir. Ümumiyyətlə, bizim analizatorlar sistemimiz az
və çox dərəcədə bir-birinə təsir edir, bir vəziyyətdə həssaslığın
aĢağı düĢməsinə, baĢqa vəziyyətdə həssaslığın artmasına səbəb
olur. Məsələn, müəyyən olunmuĢdur ki, eĢitmə qıcıqlanmasının
təsiri altında görmə analizatorlarının həssaslığı dəyiĢir. Eyni
zamanda gözə iĢığın təsiri səslərin daha gur eĢidilməsnə səbəb
olur.
Analizatorun qarĢılıqlı təsiri ilə yanaĢı mümarisələr də
263
həssaslığın artmasına səbəb olur. Analizatorların qarşılıqlı
təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına
sensibilizasiya deyilir.
Sinesteziya. Duyğu ilə bağlı bu qanun daha az
ümumiliyə malikdir. Bu hadisə ən çox özünü rəngli eĢitmə
deyilən xüsusiyyətə malik insanlarda göstərir. Rus bəstəkarı
A.N.Skryabin musiqiyə qulaq asarkən onun gözü qarĢısında
rəng çalarları yaranır, rəng duyğusu əmələ gəlirmiĢ.
Duyğularımızda sinesteziyanın olmasını dilimizdə olan,
«yumĢaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək.
Ardıcıl surətlər. Həyati faktlardan aydın gördüyümüz
kimi, duyğular qıcıqlandırıcıların təsiri kəsildikdən sonra
dərhal yox olub getmir. Həmin qıcıqlandırıcıları bu və ya digər
səviyyədə hələ də duymaqda davam edirik, baĢqa sözlə onların
surəti bizim tərəfimizdən hələ də duyulur. Bu hadisə elmdə
ardıcıl surətlər adı ilə qəbul olunmuĢdur. Ardıcıl surətlər həm
müsbət, həm də mənfi xarakter daĢıya bilir. Adətən müsbət
ardıcıl surətlər özlərinin aydınlığı və rəngarəngliyinə görə ilkin
qıcığa uyğun gəlir. Məsələn, bir üzündə quĢ, o biri üzündə
qəfəs Ģəkli çəkilmiĢ kardon parçanın iki ucundan bağlanmıĢ
iplə fırlatsaq biz quĢu qəfəsin içində duymağa baĢlayarıq. Bu
ona ğörə baĢ verir ki, kardon parçasının o biri üzü gələnə qədər
hələ bizim gözümüzün tozlu qiĢasında quĢun Ģəkli qalır.
Nəticədə qəfəs Ģəkli ilə üst-üstə düĢdüyünə görə biz quĢu
qəfəsdə görməyə baĢlayırıq.
Mənfi ardıcıl surətlərə gəldikdə bunu rəngli görmə
duyğularında aydın müĢahidə edirik. Məsələn, əgər ağ vərəq
üzərinə qırmız rəngli kağız parçasını qoysaq və müəyyən
müddət gözümüzü ona dikdikdən sonra qırmızı rəngli kağızı
götürsək onun yerində açığı göy yaĢıl rəng görməyə
baĢlayacağıq. Bu ona görə baĢ verir ki, ağ rəng üzərindəki
qırmızı rəngə baxdıqda gözün tozlu qiĢasında həmin rəngi
duyan qəbuledicilər yorulur, daha az həssas olmağa baĢlayır.
Ona görə də sonradan torlu qiĢanın həmin hissəsinə ağ iĢıq
Dostları ilə paylaş: |