23
1.5.56. Işlənmiş qazlar borusu daxiliyanma mühərriki ilə,
kollektorlar işləyən zaman onlardan gələn titrəyişin ötürülməsinin
qarşısını alan amortizasiya qurğusu vasitəsi ilə birləşdirilməlidir.
1.5.57.
Daxiliyanma
mühərriki
üçün
yanacaq
tutumlarının
intiqal blokundan, digər binalar və qazma
qurğularından 40m-dən az olmayan
məsafədə yerləşdirilməsi
nəzərdə tutulmalıdır. Yanacaq-sürtgü materiallarının ehtiyatı
buruqdan vışka hündürlüyündən 10m-dən artıq olan məsafədə
yerləşdirilməlidir.
Yanacaq xəttinin hər iki ucunda siyirtmə olmalıdır: biri
yanacaq çənlərinin çıxışında; digəri isə intiqal bloku tərəfdən
bayır örtüyündən 5m-dən az olmayan məsafədə olmalıdır.
1.5.58. Daxiliyanma mühərrikləri
üçün təyin olunmuş
otaqda silgi materiallarının və yanacağın saxlanılması
qadağandır.
1.5.59. Daxiliyanma mühərriklərini qidalandırmaq üçün
təbii və ya neft səmt qazlarından istifadə edilən zaman mütləq
onu əlavə separasiya etməli və
22
-ə
uyğun olaraq qaz
xəttində təzyiq tənzimləyicisi qoyulmalıdır.
Dostları ilə paylaş: