Q a y d a L a r I


Çəpərlər (örtüklər, sipərlər)



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə6/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   2   3   4   5   6   7   8   9   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

Çəpərlər (örtüklər, sipərlər) 
 
1.5.30. Avadanlıqların, aparatların, mexanizmlərin və 
alətlərin açıq hərəkət edən və fırlanan hissələri çəpərlənməli 
və ya örtüklə bağlanmalıdır. Belə avadanlıqlar çəpər 
olmadıqda və ya açıq olduqda onların işə düşməsinin qarşısını 
alan bloklayıcı sistemlə təchiz edilməlidirlər. 
1.5.31. Çəpər tez yığıla bilən və quraşdırma üçün rahat 
olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


19 
1.5.32. Çəpərin və ya örtüyün konstruksiyası və bərkidil-
məsi işçilərin təhlükəli hissələrə təsadüfən toxunmasını istisna 
etməlidir. 
1.5.33. Ionlaşdırıcı şüalanma mənbəyi olan avadanlıq və 
armatur 

124

-ün tələblərinə müvafiq mühafizə ekranı ilə 
təchiz edilməlidir. 
1.5.34. Neftqazçıxarma obyektlərinin bütün potensial 
təhlükəli yerlərində (açıq tutumlar, transmissiyalar və s.), 
oraya bütün istiqamətlərdən yolu bağlayan çəpərlər olmalıdır. 
Çəpərin qapısının açılmasını və ya onun götürülməsini 
avadanlıq və ya mexanizm tam dayandıqdan sonra etmək 
olar. Avadanlığın və ya mexanizmin işə salınmasına yalnız 
çəpər yerinə qoyulduqdan və onun bütün sökülüb-yığılan 
hissələri etibarlı bərkidildikdən sonra icazə verilir. 
1.5.35. Məhəccərli çəpərin hündürlüyü 1,25m-dən 
(intiqalı kəmərdən olan avadanlıqlar üçün 1,5m-dən) az 
olmamalı, çəpərin aşağı kəmərinin (zolağının) hündürlüyü 
0,15m olmalı, ayrı-ayrı kəmərlər (zolaqlar) arasındakı məsafə 
0,40m-dən, dirəklər arasındakı məsafə isə 2,5m-dən artıq 
olmamalıdır. 
Kəmər intiqallı avadanlıqlarda məhəccərli çəpərlər tətbiq 
edilərkən, intiqal kəməri qırılan zaman yaranacaq təhlükənin 
qarşısını almaq məqsədilə hər iki qasnağın (şkiv) xarici 
tərəfində metal sipərlər quraşdırılmalıdır. 
Əgər təhlükəli zonadan 0,35m-dən artıq məsafədə çəpər 
qoymaq mümkündürsə, onda avadanlıq və mexanizmlərin hə-
rəkət edən hissələrinə girişi bağlamaq üçün məhəccərli 
çəpərdən istifadə etməyə icazə verilir. 
1.5.36. Avadanlıqların hərəkət edən elementlərinin torşə-
killi çəpərinin hündürlüyü 1,8m-dən az olmamalıdır. 
Hündürlüyü 1,8m-dən az olan mexanizmlər tam olaraq 
(üstdən də) çəpərlənməlidir. Torun gözcüklərinin ölçüləri 
30x30mm-dən artıq, məftilinin diametri isə 2 mm-dən az 
vk.com/club152685050 | vk.com/id446425943


20 
olmamalıdır. Torşəkilli çəpərin metal çərçivəsi (karkası) 
olmalıdır. 
1.5.37. Kənarı, hərəkət edən və yaxud fırlanan 
detallardan 0,1 m aşağı və döşəmənin səviyyəsindən 0,5 m 
yuxarı olarsa, aşağı hissəsi açıq olan örtüklərdən istifadə 
etməyə icazə verilir. 
1.5.38. Qayış ötürməsinin çəpərinin hündürlüyü 1,5 m-dən az 
olmamalı və hər iki qasnağın xarici tərəfdən metal sipərləri ol-
malıdır. 
1.5.39. Tez-tez nəzərdən keçirilməsi və xidmət 
göstərilməsi tələb olunan bəndlərin sökülə bilən çəpərləri və 
ya tezçıxarıla bilən lyukları olmalıdır. 
1.5.40. Dişli və zəncirli ötürmələr rahat yığılıb-sökülən, 
çıxarılan hissələri və tərtibatları olan bütöv metal sipərlərlə 
(örtüklərlə) örtülməlidirlər. 
1.5.41. Mexanizmlərin və aqreqatların hərəkət edən hissə-
lərinin çıxıntılı detalları (o cümlədən valların işgilləri) və hərəkət 
edən birləşmələr bütün hərəkətləri boyu örtüklə bağlanmalı-
dırlar. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə