Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə19/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

Zəngəzur qəzasının kəndlərində tam olmayan məlumatlara görə 3257 kişi, 

2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq 

yaralanmışdır. Beləliklə, qəzadan hər iki cinsdən ölənlərin, yaralananların və şikəst 

olanların sayı 10068 nəfərə çatmışdır. Lakin bu rəqəmin özü də erməni 

vəhşiliklərini yalnız qismən  əks etdirir, çünki daşnak quldurların ölüm gətirən, 

rəhm,  əfv nə olduğunu bilməyən hucumlarından sonra qəzada yaranan dəhşətli 

qarışıqlıq  şəraitində azərbaycanlıların vahiməyə düşərək qaçması  nəticəsində 

verilmiş bir çox qurbanlar, əlbəttə, aydınlaşdırılmamış qalmışdı. 

Mixaylovun məlumatlarında göstərilən, xüsusilə fərqləndirilmiş vəhşiliklərin 

bəzilərini oxucuların nəzərinə çatdırmaq istərdik. Bəlkə, vaxtilə başımıza gətirilmiş 

bu müsibətlərdən düzgün nəticə  çıxarmadığımıza görə, üstündən 70-75 il 

keçdikdən sonra    təkrarən həmin bəlalara düçar  olmağımızın  səbəblərini    

araşdırmaqda bunun  müəyyən  köməyi dəyər   bağışlayan Allah bizi bir daha bu 

cür bəlalara düçar etməz. 1) Baqudı, kəndində erməni  əsgərlərinə verilmiş    15 

gözəl qız  şərəfsizlik azabına və  həmçinin, cismani ağrılara dözməyərək tələf 

olmuşdular. 2) Yenə həmin kənddə 400  nəfər  azərbaycanlı talan  vaxtı  məscidə 

toplaşmışdılar,  ermənilər  məsciddən çıxış yollarını bağlamış,  əvvəlcə onun 

pəncərəsindən içəri  əl qumbaraları atmış, sonra isə  məscidi içəridəki bütün 

adamları ilə birlikdə yandırmışlar. 3.) Yenə həmin kəmddə azərbaycanlı  Qadama 

Tahir qızı xəncərlə doğranmışdır, onun döşünü  kəsmiş  və yanında uzanmış körpə    

balasının   ağzına        dürtmüşdülər. 4) Həmin kənddə Yolçu Şıxhüseyn oğlunu 

öldürərkən ermənilər onun cinsiyyət üzvünu kəsərək, öldürülmüş bir başqasının 

ağzına keçirmişdilər. 5) Yenə  həmin kənddə  gənc qızlar Nisə  Əmin qızı,  Əcəb 

Nuhbala qızı, Sona Cəfər qızı və Şahnulu Cəlal  qızı  can verənə kimi zorlanmışlar.  

6) Yenə  həmin kəndin yaxınlığında Gülməstə Qasım qızı öldürülmüşdür,  onun 

döşləri kəsilmiş, onurğa sutununa  nal vurulmuşdur. 7) Nuvədi kəndində  yatağında 

hərəkətsiz uzanmış yüz yaşlı qoca Əsəd bəy Məlikabbasov süngü ilə deşik-deşik 

edilmişdir. 8) Yenə  həmin kənddə ermənilər qılınc və  xəncərlə küçələrdə qaçan 

qadın və  uşaqların başlarını  kəsmişlər. 9) Şəki kəndinin küçələrində döşləri 

kəsilmiş qadın və tən ortadan ikiyə bölünmüş uşaq   meyitləri qalmışdı.  10)  İyirmi 

kənddə talan vaxtı ermənlər   körpə  uşaqları  süngüyə keçirmişdilər, parça-parça 

doğranmış qadın meyitləri tapılmışdı. 11) Aqudı  kəndində ermənilər   

azərbaycanlılardan  xristianlıq  dininə keçməyi  tələb  etmiş,  qadınların    döşlərini    

kəsmiş    və  uşaqların ağzına soxmuşlar. 12) Aqudı  kəndində ermənilər Qulaməli  

Şəkər  oğlunun  gözləri  baxa-baxa topuğunu kəsmiş, sonra isə süngü və qamçı ilə 

öz qanını        axıdıb ölənə kimi ayaq üstə yeriməyə  məcbur etmişlər. 13) Həmin 

kənddə bütün  gözəl  qızları  əvvəlcə  zorlamış,  sonra isə öldürmüşlər.  14)  Çullu 

kəndində ermənilər yataqda uzanmış 9 nəfər xəstəni qılıncdan keçirmişlər.  15)  

Bağırbəyli kəndində erməiilər 7 nəfər kişi və qadını bir evə toplamış  və evə od 

vuraraq onları diri-diri yandırmışlar. 16) Müsəlmanlar  kəndində  meyitlər  o  qədər   

eybəcərləşdirilmiş    və tanınmaz  hala  salınmışdı    ki,  əllərin, ayaqların,  başların  

kimlərə    məxsus olduğunu müəyyənləşdirmək mümkün deyildi. 17) Qatar 

kəndində hörmətli ağsaqqal Məşədi   Qələndər   Məşədi Qulu oğlunu   öldürmüş,    

üstünə  ağ neft töküb  yandırmışlar. 18) Yeni  kənddə ermənilər Kərbəlayı  

Allahverdi  Hüseynəli  oğlunun  əllərini və ayaqlarını    bağlayaraq    boğazını  



kəsmişlər.  19)  1-ci  Vartanazur    kəndində  xüsusilə çox sayda  qadın  və  uşaqlar 

xəncərlə doğranmışdır. 20) İrəvan  quberniyası Yeni Bəyazid   qəzasının   Rəhman  

əfəndi   kəndində   İbrahim   Hacı Hüseyn oğlu adlı qocanın gözlərini  çıxarmış, 

sonra isə onu öldürərək meyitini yandırmışlar. 

Deyildiyi kimi, bu vəhşiliklər Andronik cəlladlarının o zaman Azərbaycanın 

ayrılmaz hissəsi olmuş Zəngəzur qəzasında törətdikləri ağır cinayətlərin yalnız cüzi 

bir hissəsidir. Belə cinayətlərin sayı isə yüzlərlə, minlərlədir. 

1918-ci ildə Azərbaycanın Zəngəzur qəzasının yüzdən çox kəndi dağılsa da, 

bağları, tarlaları  məhv edilsə  də, yüz minlərlə mal-qarası, qoyun-quzusu sürülüb 

aparılsa da, ən sadə hesablamalarla respublikaya dəymiş zərər milyard manatı ötsə 

də, biz qonşularımızın bu “yaxşılıqlarını” çox tez unutmuş, üstəlik də Zəngəzuru 

onlara hədiyyə etmişik. 

İnanırıq ki, bu dəfə belə olmayacaq, artıq biz öz yaddaşımızı bərpa etməyə 

başlamışıq. 

  

 

İRƏVAN   QIRĞINLARI 

 

Əsrlər boyu türk xalqları geniş ərazidə yaşamışlar. Qədim Oğuz yurdu olan 

indiki Ermənistan ərazisi də belə yaşayış məskənlərindən biridir.  Bu elə bir tarixi 

həqiqətdir ki, həmin  ərazidə mövcud olan türk mənşəli coğrafi adlar, bu ərazinin 

müxtəlif bölgələri ilə  əlaqədar olaraq xalq arasında geniş yayılmış  əfsanə  və 

rəvayətlər, bir çox tarixi hadisələr,  əsrlərin sınağından çıxmış möhtəşəm qalalar, 

qədim Oğuz qəbirləri, kurqanları bu fikri tam təsdiq edir. Daha çox Azərbaycan 

türklərinin məskunlaşdığı bu əraziyə ermənilər,  əsasən, Türkmənçay 

müqaviləsindən sonra kütləvi  şəkildə köçməyə başlamışlar. Lakin buna 

baxmayaraq, iyirminci əsrin birinci rübünə qədər Ermənistanda azərbcanlılar başqa 

xalqlara nisbətən böyük üstünlük təşkil etmişlər. Belə ki, hələ keçən  əsrdə 

Türkmənçay müqaviləsi bağlandığı  ərəfədə  İrəvanda 1807 ailə, yəni 7331 nəfər 

azərbaycanlı yaşayırdısa, burada 567 erməni ailəsi, o cümlədən, 2369 nəfər erməni 

məskunlaşmışdı. Onu da qeyd edək ki, bu ermənilərin müəyyən qismi İrandan və 

Türkiyədən təzəcə köçüb gəlmişdi. Həmin dövrdə İrəvanda 4 xan, 41 bəy və sultan 

ailəsi, 50 axund və molla olubsa, burada cəmi 8 məlik və 13 keşiş yaşayıb fəaliyyət 

göstərmişdir. Həmin vəziyyət əsrimizin birinci rübündə də dəyişməmişdir. 1916-cı 

ilin yanvar ayına olan məlumata görə azərbaycanlılar  İrəvan  ərazisində  əhalinin 

etnik tərkibində böyük üstünlük təşkil etmişlər. Belə ki, həmin dövrdə  İrəvan 

qəzasında 74,2 min nəfər, yaxud əhalinin 48 faizi, Zəngəzur qəzasında 119,5 min 

nəfər, yaxud 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 

45 min nəfər azərbaycanlı yaşayıb (Bax: İ.Məmmədov, S.Əsədov. “Ermənistan 

azərbaycanlıları və onların acı taleyi”. Bakı, 1992, səh. 423). Hətta 1938-1939-cu 

illərdə belə Ermənistanın bəzi rayonlarında mənşəcə türk olan azərbaycanlılar 

ermənilərə nisbətən, demək olar ki, tam üstünlük təşkil edirdilər. Məsələn, 

Zəngibasar rayonunda həmin illərdə  kəndlərin 95 faizi Azərbaycan kəndləri idi 

(Bax: “Elturan”. “Milli məsələlər”, 1992, № 1, səh. 15). 

Bu gün Ermənistan ərazisində bir nəfər belə azərbaycanlının qalmaması, öz 




Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə