Yaranan problemli situasiyanın öyrənilməsi və təsviri 2-ci mərhələdə reallaşdırılır.
Informasiyanın toplanması müxtəlif metodikların sorğuların, qeyri-formal intervyuların,
fokus-qrupların, sənədlərin analizinin köməyi ilə həyata keçirilir. Çeklend toplanmış
məlumatları uşaqların çəkdiyi şəkilləri (şəkil 2.2) xatırladan obrazlı sxem (rich picture)
şəklində xülasə etməyi təklif edir.
Bu qeyri-adi ―sənədin‖ əsas dəyəri bir baxışla bütün problemli situasiyanı nəzərdən
keçirmək, uyğun gəlməyən, qaranlıq yerləri, koflikt səbəblərini görməkdir. Bu zaman
vizual informasiyanın bütün üsullarından – primitiv şəkillər, qrafiklər, mətn imzaları və s.
eyni zamanda hərəkətə gətirilə bilər. Arzu olunur ki, obrazlı sxemdə əsas sxemlər
problemin mümkün həllinə olan nöqteyi-nəzərlər – hansı ki, YSM-ın növbəti
mərhələlərində detallaşdırılaraq – öz əksini tapsın
(şəkil 2.2.)
Bizim fikrimizə görə, bu qəbildən olan obrazlı sxemlərin standartlaşdırılması, sadə
təsviri dilin işlənib hazırlanması, çox tez-tez işlənən anlayışların işarələr, heroqliflər ilə
əvəz edilməsi çox perspektivlidir. Kompyuter qrafikasının müasir texnologiyalarından
(bunu YSM-ın digər mərhələlərinə də aid etmək olar) istifadə belə sxemlərin yaradılmasının
və onların istifadə olunmasının effektivliyini əhəmiyyətli dərəcədə qaldırar. 3-cü mərhələdə
aşkara çıxarılmış nöqteyi-nəzərlər necə deyərlər, əsas təriflər (root definition) adlanan
kifayət qədər ciddi müddəalar şəklində formalaşır. Hər nir əsas açar) tərifdə öyrənilən
sistemin necə olmalı olduğu göstərilir. Həmin tərifdə bu suallara cavablar olmalıdır: nəyi və
nəyə görə mütləq etmək lazımdır, bunu kim edəcək, bu işdə kim udmuş və kim uduzmuş
olacaq, ətraf mühit hansı məhdudiyyətlər qoyur. Əsas (açar) tərifdə həm də bu tərifiin məna
kəsb etdiyi dünyanın mənzərəsində göstərilir.
4-cü mərhələdə hər bir əsas (açar) tərif üçün özəl konseptual model qurulur. 3 və 4-
cü mərhələlərdə baş verənləri izah etmək üçün (23)-dən götürülmüş misalı nəzərdən
keçirək
1985-ci ildə İngiltərənin Vinerton qraflığında yerli universitetin bazasında
kooperativlərin inkişafı üzrə Agentlik (bundan sonra Agentlik) yaradıldı. Agentliyin
məqsədi kiçik kooperativlər yaratmaq yolu ilə əhalinin məşğuliyyət səviyyəsini qaldırmaq
idi. Agentliyin fəaliyyəti yerli hakimiyyətin və Avropa regional inkişaf Fondunun maliyyə
qrantları ilə dəstəklənirdi. Agentliyin özü ciddi ierarxiyasız və vəzifələri qeyri-dəqiq
bölüşdürərək fəaliyyət göstərirdi. Agentliyin əsas vəzifələri aşağıdakılar idi:
1.
Koorperativ yaratmaq arzusunda olanların axtarışı;
2.
Seminarların, sərgilərin, reklamın təşkili;
3.
Işsizlər
üçün təlimlərin keçirilməsi;
4.
Uçot, marketinq, biznes-planların hazırlanması, kooperativlərin qeydə alınması
üzrə məsləhətlər.
Bir neçə ildən sonra məlum oldu ki, Agentlik səmərəli işləmir. Agentlik,
hakimiyyət, həm də sponsorlar bu nəticəyə gəldilər. Agentliyin fəaliyyətini
mükəmməlləşdirmək üçün YSM-ın köməyi ilə üsullar axtarışı başlandı. Vəziyyəti
yaxışlaşdırmaq üçün beş nöqteyi-nəzər üzə çıxarıldı. Nümunə kimi cümlələrdən birini
götürək – koorperativlərin axtarış sisteminin yaradılması. Uyğun gələn açar tərif aşağıdakı
qaydada formalaşdırılır: ―Agentlikdə koorperativlərin münasib iş imkanları olan sahələrində
işləmək istəyənlərin axtarış sistemini yaratmaq. Bu açar tərifə şəkil 2.3-də göstərilmiş
konseptual model uyğun gəlir.
5-ci mərhələdə bütün konseptual modellərin öz aralarında və işlərin obrazlı sxemdə
əks olunmuş real vəziyyəti ilə müqayisəsi aparılır. Modellər arasındakı fərqlərin siyahıları
tutulur. Bundan başqa bu funksiyanın modelin hər elementi üçün yeni olub-olmaması
müəyyən olunur. Əgər funksiya fəaliyyətində olan sistemdə artıq mövcuddursa, onda onun
yerinə yetirilməsinin obyektivliyi analiz olunur.
6-cı mərhələdə artıq qurulmuş konseptual modellər ətrafında diskusiya təşkil olunur.
Nöqteyi-nəzərlər və qurulan modellərin əsasında duran dünyaların mənzərələri müzakirə
olunur. Modellərin realladırılmasının səbəb olacağı nəticələr analiz olunur. Bu nəticələrin
ehtimalının analizində deyərlər, mədəni məhdudiyyətlər (problemin etik, etnik, siyasi,
ekoloji və əvvəllər nəzərə alınmayan digər aspektləri) cəlb olunur. Bu mərhələdə məsləhətçi
rolu təkcə təklif olunan modellərin sistem prinsiplərinə uyğun olub-olmamasından deyil,
daha çox maraqlı tərəflər arasındakı debat və mübahisələrə ―dirijorluq‖ etməkdir. Münasib
qərarların axtarışı qarşılıqlı anlaşmanın dərinləşməsi, stereotiplərin dəyişdirilməsinə hazır
olmaq hesabına həyata keçirilir. Bu zaman daha yaxşı modelin seçimi və ya pislərin rədd
edilməsi məqsəd kimi qoyulmur – müəyyən bir simbioz halının yaradılması daha çox
mümkündür.
ən perspektivli həyat fəaliyyəti sahələrində kooperativlərin yaradılması
sistemi
Işgüzar mühitin təhlilinin alt
sistemi
Nəzarət
və idarəetmə altsistemi
Işgüzar
mühitin təhlili
Kooperativçi olmaq istəyənlər
bazarı
Münbit imkanları olan fəaliyyət
sahəsinin
seçilməsi
Kooperativlərə
işçilərin
cəlb
edilməsi
Daha
perspektivli
fəaliyyət
sahələrində
kooperativlərin
yaradılması
üzrə
təkliflərin
hazırlanması
Kooperativlərin yaradılması və
qeydiyyatdan
keçirilməsi
Fəaliyyət
parametrlərin
təyin
edilməsi
Nəzarət
və idarəetmə
Ən başlıcası isə münasib qərarın axtarışı prosesində maraqlı tərəflərin öyrədilməsi
və baxışlarının uyğunlaşdırılması prosesi gedir, bunlarsız isə qəbul olunmuş qərarları
müvəffəqiyyətlə yerinə yetirmək olmaz. Əldə edilmiş model əlavə olaraq işlənir və
konkretləşdirilir. Onun əsasında sistemin modernləşdirilməsi proekti işlənib hazırlanır və
konkret tövsiyələr formalaşdırılır.
7-ci mərhələdə əvvəlki mərhələdə hazırlanmış tövsiyyələr reallaşdırılır – vəziyyətin
yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyət həyata keçirilir. Nəzərdən keçirilmiş 7 mərhələli
sikl məqbul nəticə alınana qədər bir neçə dəfə təkrarlana bilər.