P.Sorokin e.ə. 600-cü ildən 1925-ci ilə qədər baş vermiş 1622 böhran və inqilabı
analizdən keçirərək qütbləşmə qanunu yaratmışdır. İnqilabi dəyişikliklər dövründə sosial-
mədəni həyatın demək olar ki, hər bir sahəsində həm konstruktiv, həm də destruktiv effekt
baş verə bilər. Həm də ki, inqilab yüksəliş periodunda baş veribsə konstruktiv, tənəzzül
dövründə baş verirsə destruktiv effektlər dominantlıq edir.
İnqilabi dəyişikliklərin tərəfdarları hesab edirlər ki, inqilab ilə bağlı olan bütün
neqativ halların mənbəyi irticanın fitnələridir. Sorokin isə iddia edirdi ki, hər bir inqilabi
dövr mütləq iki mərhələyə bölünür: 1) inqilabi hadisələrin özü; 2) birinci ilə qırılmaz
şəkildə bağlı olan reaksiya və ya ―cilovlanmaq‖ mərhələsi.
Reaksiya (irtica) yox dərəcəsində olanda inqilabın sona yetməsi haqqında danışmaq
olar. Birinci mərhələdə inqilabi hadisələr cəmiyyəti xaos vəziyyətinə düşməsinə səbəb olur,
amma aclıq, ehtiyac, epidemiyalar təhlükəsi hətta ən dəlicəsinə cəsur olanları belə inqilabi
qalmaqala son verməyə məcbur edir. Azadlıq tələb edən şüarlar nizam-intizam (bəzən
diktatorluq) tələbləri ilə əvəz olunur. İnqilabın ikinci mərhələsi başlanır, bu zaman nəinki
bir çox inqilabaqədərki institutların bərpası baş verir, həm də inqilabın təkamül cəhətdən
faydalı nailiyyətləri də möhkəmlənmiş olur (15).
60-cı illərdə inqilabi situasiyaları deprivasiya, yəni sosial sərvətlərə qeyri-bərabər
çatmaq – konsepsiyasının yardımı ilə tədqiq edən bir sıra əsərlər nəşr olundu.
Deprivasiyanın qiymətləndirilməsi adətən insanlar tərəfindən öz sosial şəraitləri ilə digər
fərdlərin və ya qrupların sosial şəraitləri ilə müqayisə etməsi əsasında aparılır.
Artan ümidlər nəzəriyyəsi (nisbi deprivasiya) iddia edir ki, uzunmüddətli iqtisadi
yüksəliş və ya demokratiyanın yüksəliş səviyyəsi kəskin şəkildə tənəzzüllə əvəz olunduqda
kortəbii partlayışın baş verməsi mümkündür.
Puça çıxmış ümudlər frutrasiyaya (stressə) səbəb olur, bu da öz növbəsində
aqressivliyin artmasını şərtləndirir. Demək olar ki, koqnitiv disbalans, yəni ümidlər və
onların həyata keçməsi imkanları arasındakı anlanılan uçurum müəyyən şərtlər altında
sosial partlayışa səbəb olan psixoloji gərginliyə səbəb olur (6).
İnqilabi partayışı ümidlərin artması ilə izah edən
ilk modellərdən biri C.Devisin modelidir.
Şəkil 10.4. İnqilabi potensialın proqnozu.
Devisə görə pis şərait və hətta şəraitin pisləşməsi
bir qayda olaraq üsyana səbəb olmur. O, üsyan ehtimalını
proqnozlaşdırmaq üçün ―J əyrisi modelini (şəkil 10.4.)
təşklif etmişdir.
Şəkil 10.4.-də olan bütöv xətt S iqtisadi şərtlərinin
real dəyişməsini göstərir, ştirixlənmiş isə P ümidlərinin
dinamikasını göstərir. Əgər iqtisadi artım dövründə
qəfildən tənəzzül başlanırsa və ümidlər ilə real şərait
arasındakı fərqlər kritik həddə çatır, sosial partlayış baş verir. Həm də ki, inqilab qısa bir
zaman kəsiyi ərzində - iki ildən çox olamayaraq – baş verir. Bu müddət keçdikdən sonra
insanlar situasiya ilə barışmağa meylli olurlar.
Radikal refermatorların islahatların ilk, şok mərhələlərində əhalinin əksər hissəsinin
həyat səviyyəsini nəyə görə olduqca aşağı düşürtməyə çalışdıqlarının səbəbi Devisin
modelindən aşkar olur. Həyat səviyyəsinin başlanğıc səviyyəsi nə qədər aşağı olsa onun
növbəti mərhələlərdə kəskin şəkildə aşağı düşməsi ehtimalı bir o qədər az olur. Hətta kiçik
bir geriləmə zamanı belə yaxın keçmişin dəhşətli şəraiti haqqında xatirələr kütləvi etiraz
aksiyalarını iflic edir.
Aydındır ki, birfaktorlu model fərdin qəbl etdiyi qərarları adekvat olaraq izah edə
bilməz. Üsyana aid daha geniç psixoloji modellərdə qorxunun, ümidsizliyin, dəyişikliklərə
olan həvəsin, neqativ keçmişin və müvəffəqiyyətlərə olan ümidlərin təsiri nəzərə alınır.
Psixoloji modellərin çatışmayan cəhəti individual səviyyənin həddindən çox
vurğulanmasıdır. Belə modellər dağınıq halda olan fərdlərin nə üçün birləşdiklərini, siyasi
mobilliyin necə baş verdiyini izah etmir.
70-80-ci illərdə inqilab proseslərini sosial sistemlər səviyyəsində öyrənən
nəzəriyyələrə xeyli diqqət ayrılırdı. Makrosəviyyəli analizdə hakimiyyətin legitimliyinin
böhranı, inqilabi ideologiyanın olması xarici dövlətlərin rolu və s. kimi faktorlar nəzərdən
keçirilir.
Son illərdə mikro- və makrosəviyyəli yanaşmaları sintez etməyə cəhdlər
olunmuşdur. Belə ki, Koulman tərkibində 18 faktor olan inqilab modelini qurmuşdur (18).
Teda Skokpol ondan daha zərif bir model təklif etmişdir (şəkil 10.5.).
Şəkildə
verilmiş
model göstərir ki, üçüncü
dünya ölkələrində inqilab
ehtimalı üç əsas faktorun
qarşılıqlı təsiri ilə müəyyən
olunur:
C – sosial mobil
qrupların idarəetmə sisteminə
cəlb
olunma
dərəcəsi;
P – ölkədən hərəkət
etmənin səviyyəsi (çətinliklə
gedilə bilən ərazilərin olması,
inkişaf
etmiş
nəqliyyat
şəbəkəsinin olmaması);
B
–
dövlət
adminstrasiyasının
və
ordunun
bürokratlaşma
səviyyəsi.
Maraqlıdır ki, bürokratlaşmanın şəkildə göstərilmiş artım istiqaməti diktator rejimli
ölkələr və müstəmləkələr üçün inqilab ehtimalının azalmasına səbəb olur. Avtoritar rejimli
və gizli şəkildə idarə olunan müstəmləkələrdə oxun istiqaməti dəyişir – bürokratlaşmanın
artımı inqilabi hadisələrin ehtimalını artırır.
Şəkil 10.5 Üçüncü dünya ölkələrində inqilablar modeli.
İnqilab modellərinin böyük əksəriyyəti marksist yanaşma bazasında qurulmuşdur.
Məsələn, C.Terner inqilabi partlayışlar törədən əsas faktorların qarşılı
qlı
əlaqəsini
yığcam cədvəl formasında təsvir edə bilmişdir. Ternerin (16) cədvəlini səbəb – nəticə
diaqramı formasında vizuallaşdırmaq daha rahatdır. Diaqramın analizi onun ən vacib
çatışmazlığını – müsbət əks-əlaqə halqasının yoxluğunu tez aşkar etməyə imkan verir,
onsuz inqilab ―çarxını‖ işə salmaq mümkün deyil.
Dəqiqləşdirilmiş model şəkil 10.6-da verilmişdir.
Dostları ilə paylaş: |