2) İslahat – sistemin özəyini, genotipini tədricən yenidən quraraq keyfiyyətcə yeni
sistemin yaradılmasına doğru getmək;
3) İnqilab – sistemin özəyinin kəskin, sıçrayışlı dəyişməsi, bir vəziyyətdən digərinə
katastrofik (əziyyətli) keçid.
Böhran vəziyyətində sosiumun davranışının qabaqcadan müəyyən edilməsi dərəcəsi
xeyli aşağı düşür. Böhran zirvəsi üçün ―cəmiyyətin öz çoxlu fərdi elementlərinə bölünməsi
və eyni zamanda çoxlu xırda yeni törəmələrin milli – etnik, dini, silki – korporativ qrupların
əmələ gəlməsi xarakterikdir. Cəmiyyətin aktiv həyatından kənara çıxan böyük insan
kütləsinin sistemdə meydana çıxması gözə çarpan bir hadisə olur‖ (8, səh. 140). Siyasətçilər
böhranlı vəziyyətlərdən çıxmağa çalışırlar və təbii ki, məsləhət üçün alimlərə müraciət
edirlər. Təəssüf ki, sosial böhranlar, sistemin bir haldan başqasına keçməsi prosesləri çox az
öyrənilmişdir. P.Sorokinin yazıdığı kimi, ―müharibə ərəfəsində alimlərin çoxu sülh
olacağını deyirdilər, iqtisadi tənəzzül və dilənçilik ərəfəsində isə çiçəklənmə, inqilab
ərəfəsində - stabil nizam – intizam və qanunuyğun tərəqqi olacağından danışırdılar. Bizim
ixtiyarımızda olan bütün ictimai və təbii elmlərə baxmayaraq biz nə sosial-mədəni
prosesləri idarə edə bilirik, nə də tarixi fəlakətlərdən qaçmağı bacarırıq. Gözlənilməz və
qarşısıalınmaz sosial – mədəni axın Niaqara Şəlaləsinin kənarında olan Şalban kimi bizi
hərəkətə gətirir və bizi böhran və fəlakətdən başqalarına doğru sürükləyib aparır (15, səh.
487). Bu sitatda iki açar sözü – gözlənilməz və qarşısıalınmaz axın – nəzərdən keçirək.
Əgər biz qarşısıalınmaz axına düşsək, onda ən ağıllı hərəkət axın ilə üzmək və bununla
əlaqədar gələcəyi proqnozlaşdırmaqdır. Əlbəttə, bizim gözlənilməz situasiyaya düşməyimiz
çox pis olar. Amma növbəti dəfə belə situasiyaya düşəndə biz günahı özümüzdə
görməliyik, çünki presedent (hadisə) artıq başımıza bir dəfə gəlmişdi.
Deterministlər və indeterministlər arasındakı fəlsəfi mübahisədə XX əsrin
başlanğıcından başlayaraq ideoloji motivlər dominantlıq edirlər. Bu qarışıq problemə
dalmadan qeyd edək ki, 40-50-ci illərdə Qərbdə planlaşdırılmanın və dövlət tənziminin
mərkəzləşdirilməsi ideyaları çox populyar idi. İndiki zamanda isə F.Xayekin və onun
ardıcıllarının baxışları dəbdədir, onlar iddia edirlər ki, mərkəzləşdirilmiş planlaşdırma
effektiv deyil, dövlət cəmiyyətin sosial – iqtisadi həyatına çox az qarışmalıdır. Təkamül
plan üzrə deyil, ―bilməyərəkdən‖, ―təcrübə və səhvlər‖ metodu ilə inkişaf edir. Hansı
qərarın yaxşı oluğunu ancaq təkamül müəyyən edir. Xayek yazır: ―Hansı davranış qaydaları
sisteminin dominantlıq edəcəyini müəyyən olunmasına bu və ya digər sistemin dəstəklədiyi
insan həyatlarının miqdarı qərar verir... Bazar iqtisadiyyatı digər tipli qaydalardan
məhz ona
görə üstündür ki, onun əsas prinsiplərini mənimsəmiş qruplara öz sayını sürətlə artırmağa
imkan verir. Nəticədə, bazar dəyərlərinin hesabını tutmaq elə insan həyatlarının hesabını
tutmaq deməkdir...‖ (17).
F.Xayek
nəzərdə tutur ki, ―qaydalar‖ yarışında qalib gələnlər Qərb ölkələridir.
10.2. Sosial sistemlərdə islahatlar
F.Xayek və onun həmfikirləri birxətli təkamül sivilizasiyasının müəyyən bir kələ-
kötür inkişaf yolunun tərəfdarlarıdırlar – başqa heç nə ola bilməz. Amma magistral (əsas)
yolda da çala-çuxur ola bilər (məsələn 1930-cu ilin böhranı) və onlardan necə olursa olsun,
çıxmaq lazım gəlir. Ruzveltin islahatları ABŞ-ı böhrandan ona görə çıxartdı ki, islahatlar
düşünülmüş plana, ölçülüb – biçilmiş və koordinasiya olunmuş hərəkət proqramına istinad
edirdi.
F.Xayek müvəffəqiyyətli islahatların əleyhinə deyil. Nobel mükafatı alarkən
söylədiyi nitqində o, məsləhət görürdü ki, sosial islahatçı özünü məhsula istədiyi formanı
verən sənətkar kimi hərəkət etməlidir. İslahatçı bağban öz bitkilərinin qeydinə qaldığı kimi,
inkişafı kultivasiya etməlidir (becərməlidir), uyğun ətraf mühitin yaranmasını təmin
etməlidir.