kompaniyası və bir çox digər transmilli korporasiyalar da bu modeldən istifadə edirlər (19).
Rocers 500-dən çox diffuziya prosesini analizdən keçirir və innovasiyaların qəbulu
prosesinin aşağıda verilmiş beş mərhələsini seçib göstərmişdir (18):
1) məlumatlılıq mərhələsi – fərd yeni ideaynın olduğunu bililr, amma kifayət qədər
informasiyaya malik deyil;
2) maraq mərhələsi – fərd ideya ilə maraqlanır və əlavə informaisya axtarır;
3) dəyərləndirmə mərhələsi – fərd yenilikdən indiki və gələcək zamanlarda əldə edə
biləcəyi faydanı dəyərləndirir
və qərar qəbul edir;
4) sınma mərhələsi;
5) mənimsəmə mərhələsi.
Roçersin rəyinə görə diffuziyanın sürəti də beş əsas faktor tərədindən müəyyən
olunur:
1) yeniliyin
nisbi üstünlükləri;
2) ətraf mühit, mövcud dəyərlər
və keçmiş təcrübə ilə uyğunluq;
3) mənimsəmənin
mürəkkəbliyi;
4) son qərarı qəbul edənə qədər sınaqdan keçirmək imkanı;
5) kommunikasiya əyaniliyi – innovasiya nəticələrinin başqa insanlar tərəfindən
görülməsinin və qiymətləndirilməsinin
dərəcəsi;
Həyatın müxtəlif sahələrində diffuziya prosesləri özəl spesifik xüsusiyyətlərə
malikdirlər. Sosial kulturologiyada innovasiyalar yeni ideyaların, obrazların hərəkət
prinsiplərinin, siyasi və sosial proqramların icadı, yəni təfəkkür və ya hissiyyat stilinin
yaranması kimi başa düşülür. Yeniliklərin daşıyıcıları peyğənbərlər, müdriklər, hökmdarlar,
mədəniyyət xadimləri, alimlər və ya novator qrupları – hansı ki, öz statuslarını qaldırmağa,
həmin cəmiyyətdə seçilməyə can atırlar, çox vaxt həmin cəmiyyətdə ―avanqard‖,
―dissident‖ və ya ―marqinal‖ olurlar (6, səh. 292). Yeniliyi daşıyanlar arasında çox vaxt
əcnəbilər, eləcə də cəmiyyətin aktiv təbəqələrindən olan və mövcud sistemdə özünə layiqli
yer tapmayanlar da olur. Diffuziyanın effektivliyi çox şeydə sosial determinasiya ilə
müəyyən olunur (yəni cəmiyyətin yeniliyi qəbul etmək üçün nə qədər hazır olmağından)
(6). Cəmiyyət yenilikləri şiddətlə arzulaya da bilər, həm də əvvəl tətbiq olunmuş yenilik
nəticəsində yaranmış qarmaqarışıqlıqdan yorula da bilər. Yeniliyə olan tələbat həm də
sosial sistemin həyat dövrünün fazasından asılıdır.
İnnovasiyaların diffuziyasının tədqiqi problemləri müasir iqtisadiyyat üçün kifayət
qədər aktualdır. İqtisadiyyatçıların rəyinə görə yeniliklərin diffusiyası özü ilə ―sosial sistem
üzvləri arasında yeniliklərin kommunikasiya kanalları ilə ötürülmə prosesini‖ ifadə edir.
Bəlli təsərrüfat subyekti üçün təzə olan ideyalar, mallar, qərarlar, texnologiyalar və s.
yenilik hesab olunur.
Diffuziya prosesinin forması və sürəti kommunikasiya kanallarının gücündən və
informasiyanın fəaliyyətdə olan subyektlər tərəfindən qavranılmasının xüsusiyyətlərindən
asılıdır.
İqtisadçılar fransız sosioloqu Q.Tardın təqlid nəzəriyyəsini əsas götürəcək
yeniliklərin yayılması prosesini təsərrüfatçılıq edən subyektlərin sosial öyrənmə prosesində
müvvəffəqiyyətli yeni qərarların təqlid edilməsi kimi nəzərdən keçirilər. Yeni
texnologiyaların yayılması prosesinin modelləşdirilməsi göstərmişdir ki, novatorlar yeni
texnologiyaları icad edirlər, amma onların reaksiyaları təqlidçilərin seçimindən asılıdır. İlk
(pioner) təqlidçilərin etdiyi seçim daha vacibdir. Pioner-təqlidçilərin sayı nə qədər çox olsa,
yeni texnologiyanın dominantlıq ehtimalı bir o qədər yüksək olur.
İnnovatikanın praktik cəhətdən ən vacib şaxəsi yeni malların yayılma prosesinin
tədqiqidir – yəni marketinqin əsas məsələsidir. Müəssisə bazarda müxtəlif strateji
fəaliyyətləri rəhbər tuta bilir:
1) pioner strategiyası – müəssisə yeni məhsula tələbatın olmayacağı haqqında
deyəcək xeyli ziyanı gözə alaraq yeni məhsul yaratmaqla, onun bazarını formalaşdırmaqla
riskə gedir. Yeni məhsulun lider əmtəə olacağı halda müəssisənin uzun müddət
çiçəklənməsi
təmin olunur;
2) ―hərəkətdə olan qatar‖ strategiyası – firma populyar məhsul imitiasiyasını yaradır.
Bu halda müvəffəqiyyət rəqiblərin fəaliyyətinin uzlaşması
ilə müəyyən olunur;
3) ―mən də‖ strategiyası – müəssisə böyük tələbata malik, artıq məşhur malları daha
da yaxşılaşdırmağa, modifikasiya etməyə çalışır (1).
Birinci və üçüncü strategiyalar yeni məhsul istehsalçılarının istehlakçıların diqqətini
cəlb etmək üçün kəskin rəqabət mübarizəsi ilə xarakterizə olunur. Birinci halda
innovasiyanın diffuziya prosesi təzə - təzə genişlənməyə başlanır.
―Mən də‖ strategiyası doymuş həddə çatan zaman məqsədəuyğun deyil. Bazarın ən
çox hissəsi artım fazası zamanı ələ keçirilir, bu lider firmanın ardınca firmaların
əksəriyyətinin ―hərəkət edən qatar‖ strategiyasını seçməsi zamanı baş verir. Rəqiblərin
fəaliyyətlərinin məhz özünütəşkilatlandırma prosesləri ilə şərtlənmiş uzlaşması yeni
məhsulun əsil uğurunu təmin edir.
İnnovatika sahəsindəki işlərin xeyli hissəsi yeniliklərin diffuziya prosesini həmin
sosial sistemin (cəmiyyətin, institutun, firmanın, fərdin) öyrədilmə prosesi kimi nəzərdən
keçirilir. Öyrədilmə prosesinə qərarların innavasion qavrayışı, qiymətləndirilməsi və
qəbulu, yəni koqnitiv faktorların geniş spektri daxildir. Bu tədqiqat xətti amerikan sosial
psixoloqu A.Banduranın sosio-koqnitiv nəzəriyyəsində daha çox ardıcıllıqla həyata keçirilir
(11). Amerikan alimi innovatikanın sosial aspektlərini nəzərdən keçirərək yeniliklərin
istehlak formalarına, asudə vaxtın və istirahətin növlərinə və ümumiyyətlə həyat stilinin
dəyişməsinə təsirini analiz edir. O, hesab edir ki, həm yenilik ilə tanışlıq prosesini, həm də
onun adaptasiya prosesini, yəni praktiki istifadə prosesini ayrıca nəzərdən keçirmək
zəruridir. Onun rəyinə görə müvvəffəqiyyətli innovasiya proqramı dörd elementdən ibarət
olmalıdır:
1) yeniliyi tətbiq etmək üçün optimal anın
seçilməsi;
2) əlverişli şəraitlərin qabaqcadan hazırlanması;
3) effektiv nümayişlə dəstəklənmənin təmin olunması;
4) yeniliyin müvəffəqiyyətli tətbiqinin potensial ardıcılların koqnitiv imkanlarını
nəzərə alan nümunələrindən aktiv istifadə etmək, qazancın sosial sistemin üzvləri arasında
fərz edilən bölgüsü.
Fərdin qəbul etdiyi qərarların proqnozlaşdırılması zamanı onun aldığı
informasiyanın, maraqlılığının, anlanmasının səviyyəsini, onda olan resursları nəzərə almaq
zəruridir. Həmçinin başlanğıc qeyri-müəyyənlikdən sonrakı əminliyə keçid prosesləri,
riskin fərdi qavrayışı da mühüm rol oynayır.
A.Bandura yeniliyə elə belə, kor-koranə sitayişin əsassız olduğunu qeyd edir.
Başdansovma, natamam yeniliklərin payı çox böyükdür, onların çoxu gözlənilən effekti
vermir, bəzən isə gözə çarpacaq dərəcədə zərər verir.
9. 2. İnnovasiyaların diffuziyası və logistik artım modelləri
İnnovasiyaları (kollektiv protest formaları, terroristlərin taktikaları, narkotiklərin
yayılması və s.) dinamikasının öyrənilməsinə də aid etmək olar. Antisosial hərəkatların çox
vaxt hər hansı bir innovasiyanın yaratdığı dəyişikliklər müxtəlif olaraq yaranırlar. Buna
misal olaraq adətən 1811 və 1816-cı illərdə çoxlu toxuculuq maşınları sındırmış, amma
bununla ingilis yüngül sənayesinin inkişafını çox qısa müddətə zəiflədə bilmiş luddistlər
hərəkatını göstərirlər. Kapitan Svinqin rəhbərlik etdiyi analoji hərəkat eyni üsullarla kənd
təsərrüfatı texnikasının (mexaniki taxıldöyən maşınların) yayılması prosesini saxlamağa
çalışmışdır.