Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

Bu proseslər dəqiqlik və obyektivlik ilə fərqlənirlər, onlar üçün şüura (hisslərə deyil) istinad 
etmək,  gerçəkliyi  rasional  olaraq  anlamaq  xarakterikdir.  ―Sağ  yarımkürə‖  proseslərini 
adətən  sintetik  adlandırırlar.  Bu  obyektin  ayrıca  xüsusiyyətlərini  ayırıb  göstərmədən, 
―qlobal‖ infomasiyanı paralel şəkildə emal etməkdən obyektin tam olaraq qavranılmasının 
ən  qədim,  ―arxaik‖  prosesləridir.  Bu  proseslər  üçün  ani  aydınlaşma,  subyektiv  qavrayış, 
səhvetmə ehtimalının nisbətən yüksək olması xarakterikdir. 
S.Y.Maslov qeyd edirdi: ―Sağ yarımkürə şüura qarşı inamsızlıqla yoluxmuşdur, sol 
isə  ona  həddindən  çox  hörmət  edir.  Sol  yarımkürə  mexanizminin  ən  yaxşı  cəhəti 
konstruktiv  olması, geniş  yayılmış  mənfi  cəhəti isə  - səthilik, zəminsizlikdir. ―Sağ‖ böyük 
dərinliyə malik olsa da, çox vaxt sivilizasiyanı yaratmağa, fəaliyyət göstərməyə həvəssizlik 
və  bacarıqsızlıq  ilə  yoluxmuşdur.  Stolsev  başlanğıcı  çox  güman  ki  bəşəriyyətə  hərəkətsiz 
şəkildə donub qalmağa,  Oblomov  (rus  yazıçısı  İ.Turgenevin  əsər qəhrəmanı,  passiv həyat 
rəmzi) başlanğıcı isə öz hərəkətlərinin mənasını itirməyə imkan vermir‖ (10, səh. 27). Əgər 
―sol  yarımkürəli‖  proseslər  üçün  müəyyən  ehkamçılıq,  fəaliyyət  axtarışına  səy  göstərmək 
xarakterikdirsə,  ―sağ  yarımkürə‖  mexanizmi  yeniliyin  axtarışına,  fəaliyyət  hədəfinə  can 
atmağa  yönəlmişdir.  Hər  bir  insan  psixi  proseslərin  hər  iki  tipinə  malikdir,  bu  da  onların 
çatışmazlıqlarını  kompensasiya  etməyə  və  müsbət  keyfiyyətləri  müvəffəqiyyətlə  istifadə 
etməyə imkan verir. 
V.S.Rotenberq  hesab  edir  ki,  ―sol  yarımkürə  strategiyasının‖  yardımı  ilə  istənilən 
material (verbal və  ya qeyri-verbal olması vacib deyil) elə təşkil olunur ki, nəticədə hamı 
tərəfindən eyni  cür  anlanılan və insanların arasında uğurlu  ünsiyyət  yaratmaq üçün zəruri 
olan birmənalı kontekst yaradır. ―Sağ  yarımkürə strategiyasının‖ fərqlənidirici xüsusiyyəti 
isə  ənənəvi  ünsiyyət  sistemində  tam  şəkildə  izah  oluna  bilməyən  çoxmənalı  kontekstin 
formalaşmasıdır  (18,  səh.  42).  Amma,  hər  insan  bu  və  ya  digər  psixoloji  fəaliyyət  tipinə 
daha  çox  meyl  göstərir,  təqdim  olunmuş  hər  iki  tip  cəmiyyətdə  eyni  zamanda 
mövcuddurlar.  Fərz  olunur  ki,  zamanın  hər  bir  anında  cəmiyyətdə  adı  çəkilən  şüur 
tiplərindən  biri  dominantlıq  edir,  hansı  ki,  sonra  əks  tiplə  əvəz  olunur,  sonra  yenidən 
əvvəlkinə keçid baş verir və s. Məlum olur ki, cəmiyyətin inkişafı üçün məhz gah analitik, 
gah  da  sintetik  proseslərin  növbə  ilə  dominantlıq  etməsi  prosesi  daha  çox  sərfəlidir. 
Cəmiyyətin  sosial-psixoloji  iqliminə  münasibətdə  bu  o  deməkdir  ki,  o,  periodik  olaraq 
dəyişməlidir: müəyyən zaman kəsiyində ―analitik‖ təfəkkür tərzi özünə xas olan rasional – 
məntiqi  çalarları  ilə  dominantlıq  etməlidir,  sonra  o  ―sintetik‖  stilə  hansına  ki,  emosional-
intuitiv çalar xasdır, öz yerini verməli olur, sonra yenə ―analitik‖ üslub dominantlıq etməyə 
başlayır və s. (14). Hər bir psixoloji tipə xas olan çatışmazlıqlar üzündən bir psixoloji tipin 
dominantlığı  tam,  mütləq  ola  bilməz.  Dominantlıq  ilə  yanaşı  periodik  olaraq  hər  iki  tip 
arasında tarazlıq da olur. 
Bununla  əlaqədar  Tomas  Mannın  məktublarından  maraqlı  fikirləri  sitat  gətirmək 
yerinə düşərdi: ―Siz yəqin ki, mənim fikrimlə razılaşarsınız ki, ―irrasionallıq‖ modası təkcə 
avropalını  avropalı edən deyil, həm  də insanı  insan edən nailiyyət  və prinsiplərini qurban 
verməyə  və  fırıldaqcasına  kənara  tullamağa  hazır  olmaqla  çox  vaxt  bağlı  olur...  Mən 
tarazlıq tərəfdarıyam. Qayıq sağa əyiləndə mən instinktiv olaraq sola əyilirəm və əksinə...‖ 
(9, səh. 61-62). ―Mən tarazlıq ideyasını təmsil edirəm və o, mənim, necə deyərlər, zamanın 
problemlərinə mövqeyimi və taktiki münasibətimi müəyyən edir‖ (9, səh. 75). 
Maslov  hesab  edir  ki,  ―gerçəkliyin  mənimsənilməsi  mexanizminin  assimetriyası 
tarixi inkişaf prosesinə təkcə dərk edən şəsxiyyət vasitəsilə deyil, həm də cəmiyyətin sistem 
xüsusiyyətləri vasitəsilə də təsir göstərə bilər. Amma, ―sol‖ və ―sağ‖ mexanizmlərin ictimai 
strukturaltı  strukturlar  (məsələn,  ―kollektiv  şüuraltı  şüur‖  kimi  şəklində  reallaşdırılması 
məsələlərinin dürst nəzərdən keçirilməsi aparılmayıb‖ (11). 
Bu konsepsiyanın müəllifləri sosial-mədəni sahədəki periodikliyi nəsillərin bir-birini 
əvəz  etməsi  ilə  bağlayaraq  hesab  edirlər  ki,  hakim  üslubun  dəyişməsi  ancaq  bu  nəslin 
səhnədən gedərək yerini başqa nəslə verməsi ilə baş tuta bilər. 


S.Y.Maslov  Rusiyanın  sosial-siyasi  iqlimində  baş  verən  enib-qalxmaları  1790-cı 
ildən  başlayaraq  analiz  etmişdir.  Bir  sıra  əlamətlər  formalaşdırıldı,  onların  əsasında 
müəyyən  zaman  kəsiyində  (dövrü  interval  ilə)  əhvali-ruhiyyələrin  bu  və  ya  digər  qütbə 
meyl  göstərməsi  haqqında  fikir  söyləmək  olar.  Cəmiyyətin  xarici  qarşılıqlı  təsirlərə  açıq 
olması  analitik  başlanğıcın  dominantlıq  etməsi  üçün  xarakterikdir,  əksinə  qapalılıq, 
separatizm  sintetik  başlanğıc  üçün  tipikdir.  Cəmiyyət  həyatının  bu  aspektlərini 
qiymətləndirmək  üçün  dövlətin  xarici  siyasətinin  xarakterindən,  onun  xarici  ticarət 
əlaqələrindən  (importun  artması  cəmiyyətin  açıqlığının  yüksək  dərəcəsini,  importun 
azalması isə qapalılığa meylin olduğunu göstərir) istifadə etmək olar. Cəmiyyətdə könüllü-
razılaşma  əsaslarının  üstünlük  təşkil  etməsi  burada  analitik  dominantlıqdan  xəbər  verir. 
Sintetik dominantlıq üçün isə avtoritar üslub xarakterikdir. 
Biliyin  yüksək  nüfuza  malik  olması  analitik  tip  üçün  xarakterikdir  (əksinə,  biliyin 
nüfüzunun  aşağı  olması  sintetik  period  üçün  xarakterikdir).  Bu  faktoru  qiymətləndirmək 
üçün məktəbli və tələbələrin sayının artım templərinin dinamikasından istifadə etmək olar. 
Cəmiyyətin  müyyən  bir  zaman  kəsiyində  hansı  qütbə  aid  olduğunu  
qiymətləndirmək  üçün  Maslov  analitik  proseslərin  aşkar  dominantlıq  etdiyi  halda  +1 
qiymətini qəbul edən və sintetik proseslərin üstünlük təşkil etdiyi halda  -1qiymətini qəbul 
edən ―assimetriya‖ göstəricisini daxil etmişdir. Sosial siyasi iqlimin bu və ya digər əsas tipə 
meyli (daha doğrusu, biri o birindən daha çox) olduğu aralıq pillələrdə göstəricinin qiyməti 
±0,5  -  ə  bərabərdir,  göstəricilərin  sıfır  qiyməti  isə  cəmiyyətdə  tarazlıq  vəziyyətinin 
olduğunu xarakterizə edir. 
Cəmiyyətin  sosial-siyasi  iqliminin  zamandan  asılı  olması  qrafiki  şəkil  8.1.  a-da 
verilmişdir.  
 
 
Məlum 
oldu 
ki, 
XVIII  əsr  qrafikinin  enib-
qalxmaları  Rusiya  və  bir 
sıra  Qərbi  Avropa  ölkələri 
üçün 
praktiki 
olaraq 
sinxrondur. Əvvəllər Rusiya 
bu ―sinxronluqdan‖ kənarda 
idi, amma mübadilə kontakt, 
kommunikasiyaların  artımı 
ilə  ümumavropa  sosial  – 
siyasi  prosesinə  qoşulmuş 
oldu (14). 
Analoji  tədqiqatlar 
incəsənət sahəsində S,Y.Maslov tərəfindən (arxitektura şəkil 8.1.b) və V.M.Petrov (musiqi, 
rəssamlıq,  şəkil  8.1.b)  aparıldı.  Həm  də  ki,  Maslovun  ölçmə  prosedurları  təxmini  və 
subyektiv  idi,  amma  O.N.Danilovun  və  V.M.Petrovun  musiqi  yaradıcılığını  analiz  etmək 
üçün  ölçmə  metodikasından  bir  neçə  ekspert-musiqişünas  qrupunun  verdiyi  şkalalar  üzrə 
qiymətləndirmə metodundan istifadə olunmuşdur (şəkil 8.1.) 
Musiqi  yaradıcılığının  statistik  olaraq  düzgün  qiymətləndirmək  üçün  yeddi  əlamət 
göstərilmişdir: 
 optimizm, şadlıq-tragik əhvali-ruhiyyə,  
rasionalıq – intuituvlik 
eyni tembrdən istifadə - tembr, yarımton, nüans bolluğu 
ciddi forma – azad forma 
quru yazı üsulu – şairanəlik, koloritlilik. 
Orta və yuxarı registlərin üstünlüyü – aşağı registrin əhəmiyyətli rolu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə