Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   81

Iki  faktorun  istehsalın  səmərəliliyinin  aşağı  düşməsi  və  iqtisadi  artım  templərinin 
təqribən  10  il  gecikmə  lə  azalması  –  qarşılıqlı  əlaqəsi  əsas  rol  oynayır,  bu  bazarlar  və 
resurslar uğrunda geniş miqyaslı və sərt müharibələrin baş verməsinə səbəb olur. Maliyyə 
resursları nə qədər çox olarsa, hərbi potensial bir o qədər  yüksək olur, hərbi əməliyyatlar 
daha şiddətli və uzunsürən olur (əlaqə müsbətdir, <<+>> nişanına malikdir). 
Geniş miqyaslı müharibə tədricən bütün resursların tükənməsinə, iqtisadi potensialın 
aşağı düşməsinə, qiymətlərin qalxmasına və həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur. 
Hərbi  əməliyyatların  intensivliyi  və  sürəkliliyi  nə  qədər  çox  olsa  yəqin  ki,  hərbi 
məhsullardan  (əlaqə  mənfidir,  nişanı  <<->>)  başqa  bütün  məhsulların  istehsalında  dərin 
tənəzzül baş verir. 
Qoldstaynın modeli ən tam şəkildə şəkil 7.4.-də təmsil olunmuşdur. 
 
Modelin 
iqtisadi 
hissəsinə 
iki 
faktor 
– 
innovasiya 
və 
investisiya 
əlavə 
olunmuşdur. 
Uzun 
dalğaların 
generasiyasının 
innovasiya 
konsepsiyasının 
tərəfdarlarının 
əksəriyyəti 
hesab edir ki, istehsalın artımı 
innovasiya  aktivliyini  azaldır. 
Daha  dəqiq  desək,  üstünlük 
təşkil  edən  texnoloji  ukladın 
hakim 
mövqelərinə 
toxunmayan 
innovasiyalar 
tətbiq 
olunur. 
Amma 
innovasiya  aktivliyin  aşağı 
düşməsi 
iqtisadi 
artım 
templərinin  tədricən  aşağı 
düşməsinə  səbəb  olur.  Müharibələr  isə  innovasiya  aktivliyinə  qənaətbəxş  təsir  edir. 
Investisiya  modeli  Kondratyev,  Forrester  və  bir  sıra  başqa  alimlər  tərəfindən  inkişaf 
etdirilmişdir.  Fərz  olunur  ki,  böyük  proyektlərin  reallaşdırılması  investisiyaya  tələbatı 
artırır.  Investisiyalara  tələbatın  artması  kapitalın  qiymətini  qaldırır  ki,  bu  da  tədricən 
investisiya həcmlərinin sonra isə istehsal həcmlərinin azalmasına səbəb olur. Qoldstayn öz 
modelində dalğa dinamikasının izahına olan müxtəlif  yanaşmaları sintez etməyə çalışaraq 
həm əsas iqtisadi parametrlərə, həm də sosial – psixoloji faktorlara (modelin yuxarı hissəsi) 
diqqət vermişdir. 
Həmçinin  qeyd  olunurdu  ki,  50  illik  periodu  olan  iri  miqyaslı  və  şiddətli  hərbi 
kampaniyaların  ən  populyar  izahlarından  biri  iki  nəsil  adlandırılan  hipotez  ilə  bağlıdır. 
Qoldştaynın rəyinə görə sosial yaddaş enib-qalxmaların sürəkliliyini tənzimləyən köməkçi 
faktordur.  Bütövlükdə  Qoldstaynın  modeli  səkkiz  dəyişəndən  və  on  səkkiz  qarşılıqlı 
əlaqədən  ibarət  olub,  Kondratyev  dalğalarının  yaranması  haqqında  mövcud  olan 
nəzəriyyələrin mühüm xüsusiyyətlərini özündə toplamışdır. 
 
7.5. Siyasi sahədə dalğa prosesləri  
 
Əcnəbi  politoloqlar  dövr  probleminə  böyük  diqqət  ayırırlar.  Amerikan  politoloqu 
F.Klinberq  1952-ci  ildə  nəsr  etdirdiyi  proqnozda  (31)  60-cı  illərin  kəskin  xarici  siyasət  – 
böhranının ABŞ üçün olan təhlükəsi qeyd olunmuşdur. Doğrudan da, Vyetnamda müharibə 
başlandı.  Klinberqin  proqnozu  onun  aşkar  etdiyi  qanunauyğunluğa  –  amerikan  xarici 
siyasətində  iki  fazanın  bir-birini  əvəz  etməsi  (cədvəl  7.3.)  -  əsaslanırdı.  Onun  introvert 


adlandırdığı  birinci  faza  xaraktercə  milli  birliyin  qorunub  saxlanmasına  yönəlmiş  qapalı, 
ehtiyatlı siyasətdir. Ikinci faza ekstravert adlandırılır və birbaşa diplomatiya, başqa ölkələrə 
hərbi və iqtisadi təzyiq kimi xarakterizə olunur. (cədvəl 7.3.). 
Klinberq öz işlərində kontent-analiz metodlarının köməyi ilə böyük miqdarda xarici 
siyasət sənədlərini analizdən keçirmiş və göstərmişdir ki, ekstravert faza zamanı Prezident 
və  Konqress  arasındakı  münasibətlərdə  prezident,  intravert  faza  zamanı  isə  Konqres 
üstünlük təşkil edir (32). 
Amerikan  politoloqu  C.Hamenvirs  1970-ci  ildə  ABŞ-ın  Respublikaçı  və  Demokrat 
partiyalarının  seçkiqabağı  siyasi  platformalarının  tədqiqini  nəşr  etdirmişdir.  Kontent-
analizin  yardımı  ilə  o,  73  siyasi  kateqoriyanın  istifadə  olunma  sıxlığını  analizdən 
keçirmişdir.  Onun  şagirdi  R.Veber  ingilis  kraliçasının  təntənəli  mərasimlərdə  söylədiyi 
nitqlərin  analoji  tədqiqini  aparmışdır.  Hər  iki  halda  50  illik  periodu  olan  dalğalar  aşkar 
olunmuşdur (35). 
Hər bir dalğa (və ya sikl) dörd fazaya malikdir, bu fazalarda siyasi həyatda əvvəlcə 
mütərəqqi dəyərlər, sonra kosmopolitik, daha sonra isə konservativ dəyərlər üstünlük təşkil 
edir və sonda dalğanı qapalı, təcrid (parochial value) xarakterli faza tamamlayır.  
Şəkil 7.5.-də müəlliflər tərəfindən tədqiq olunmuş olaraq 
çarx şəklində təqdim olunmuş son siklin tarixləri göstərilmişdir. ―Çarxda‖ aralarında düz 12 
il  olan  fazalara  uyğun  olan  zirvələr  göstərilmişdir.  (35)-də  siyasi  xronometrin  bu  qədər 
yüksək  dəqiqliyini  təsdiq  edən  hər  hansı  bir  arqument  göstərilmir,  bu  daha  çox  tətbiq 
olunan statistik prosedurların nəticəsi ola bilər. 
Müəlliflər  aşkar  etdilər  ki,  onların  dalğaları  Klinberqin  dalğaları  ilə  sinxrondur: 
mütərəqqi və kosmopolitik fazalar ekstravert fazaya, konservativ və qapalı faza isə introvert 
fazaya uyğun gəlir. Bundan başqa məlum oldu ki, siyasi dalğalar Kondratyevin dalğaları ilə 
demək olar ki, tam sinxrondurlar (cədvəl 7.4.). 
Ölkə 
Iqtisa
di 
dövrü

minim
umu 
Təcrido
lunman
ın 
zirvəsi 
Introvert 
fazasının 
maksimu
mu 
Iqtisad

dövrün 
minim
umu 
Kosmo
politik 
dəyərl
əri 
fazasın
ın 
zirvəsi 
əkstravert 
fazasının 
maksimu
mu 
Böyük 
Britaniy

1783 
1790 

1815 
1816 

1837 
1842 

1866 
1868 

1884 
1894 

1921 
1920 

1938 
1946 

1967 
1972 

ABŞ 
1783 
1788 

1815 
1912 
1811 
1837 
1836 
1830 
1866 
1860 
1858 
1884 
1884 
1881 
1921 
1908 
1905 
1938 
1932 
1929 
1967 
1956 
1954 
 
Qeyd. Cədvəldə uyğun gələn dalğaların ekstremal qiymətlərinin tarixləri verilmişdir, 
bu şəkildə dalğa periodunun ancaq yarısı nəzərdən keçirilir. 
İ.Klinberq  və  Namenvirs  hesab  edirlər  ki,  siyasətdə  dalğalara  səbəb  olan  əsas 
mexanizm nəsillərin bir – birini əvəz etməsi prosesidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə