Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

Tədqiq olunan sosial – mədəni sistemin həyat fəaliyyətin iştirak edən insanların sayı 
kifayət qədər çoxdursa, onda hər bir fərdin həyat siklinin sistemin tamı olaraq davranışına 
təsirini izləmək qeyri-mümkündür. Cəmiyyətin mürəkkəbliyi ilə mübarizədə alimlər insan, 
texnologiyalar, texnika, əmtəələr və s. terminini yaratdılar, yəni bu termini demoqrafiyadan 
mənimsədilər,  harada  ki,  onun  istifadəsi  bir  ailənin  tarixi  çərçivəsində  (atalar  və  uşaqlar, 
nənələr və nəvələr…) tamamilə təbiidir. ―… Sosioloji nöqteyi-nəzərdən nəsil ümumi özünü 
dərketməsi,  ümumi  təcrübəsi,  ümumi  maraq  və  baxışları  olan  insanları  birləşdirir‖  (18). 
XIX  və  XX  əsrin  bir  çox  sosioloqların  əsərlərində  nəsillərin  bir-birini  əvəzləməsi  tarixi 
prosesin  əsas  aparıcı  qüvvəsi,  dövri  olaraq  təkrarlanan  dəyişikliklərin  ilkin  səbəbi  kimi 
nəzərdən  keçirilir.  Nəsillərin  bir-birini  əvəz  etməsini  cəmiyyətin  yenilənməsinin  şərti 
olduğunu  hesab  edən  O.Kont  tərəqqi  üçün  zəruri  olan  ritmi  təmin  edən  dəyişkənlik  və 
sabitlik kateqoriyaları arasındakı optimal nisbətə böyük əhəmiyyət verirdi. XX əsrin 20-30-
cu  illərində  nəsillərin  bir-birini  əvəz  etməsi  nəzəriyyəsini  sənətşünaslar,  ədəbiyyat  üzrə 
tarixçilər  inkişaf  etdirirdilər.  XX  əsrin  ikinci  yarısında  nəsillərin  bir-birini  əvəz  etməsi 
faktoru  bir  çox  politoloji  tədqiqatlarda  müzakirə  obyektinə  çevrilmişdir.  Bu 
problematikanın  işlənməsinə  alman  sosioloqu  K.Manheym  (1893-1947)  ən  çox  töhfə 
vermişdir. O, hesab  edirdi  ki,  gənclikdə xarici  hadisələrin və mühitin təsiri altında fərddə 
dünyanın  müəyyən  mənzərəsi  formalaşır  və  sonrakı  həyat  yolu  məhz  həmin  mənzərədən 
keçərək dəyişir. 
Nəslin  həyat  siklinin  ilk  fazası  formalaşma  mərhələsidir.  Onun  sərhədləri  xarici 
hadisələrin  (böhranlar,  müharibələr,  inqilablar)  təsiri  altında,  eləcə  də  özünütəşkiletmə 
prosesinin  nəticəsində  yaranır.  Cəmiyyətin  hərəkətinin  enerjisi  nəsillərin  ―dalğaları‖ 
nəticəsində törəyir, onlardan hər biri özündən əvvəl gələn nəsillər arasında qoyulan sərhədi 
axtarır  və  nəsillər  arasında  sərhəd  qoyulması  ilə  parallel  olaraq  həmin  nəslin  obrazını 
formalaşdıran  konsolidasiya  ideyalarının  axtarışı  prosesi  gedir.  Həyat  dövrünün  əsas 
mərhələsi nəslin ―siyasi həyatı‖ adlandırılır və K.Manheymin rəyinə görə 30 ilə yaxın sürür. 
Ilk 15 il nəsil öncəki nəsil ilə hakimiyyət uğrunda mübarizə apararaq siyasi yetkinliyə çatır. 
Son  15  ildə  nəsil  hakimiyyətdə  olur  və  onu  devirib  yerinə  keçmək  istəyən  gənc  nəsillə 
mübarizə aparır. Bir sıra alimlər hesab edirlər ki, nəslin siyasi həyatı daha uzun sürür və 40-
50 ildən ibarətdir. Həyat dövrü modellərində bu qədər böyük fikir ayrılıqları tədqiqatçıların 
bir  qismində  belə  bir  quruluşdan  istifadənin  düzgün  olması  haqqında  sübhələr  doğurur. 
Orteqa  –i  –  Qassetin  (1883-1935)  təsəvvüründə  nəsillər  rəngarəng  olan  yeni  sosial  tam 
təşkil  edən,  qarşılıqlı  şəkildə  bir-biri  ilə  bağlı  olan  elementlərin  sintezindən  ibarətdir  və 
―onun üçün müəyyən olunmuş trayektoriyaya uyğun olaraq öz həyat yolu ilə gedir‖. 
Nəslin  iki  əsas  elementinin  –  elitanın  və  kütlənin  bir-birinə  qarşı  müqaviməti 
polemik epoxalara və ya ―cavanların zamanına‖, onların birləşməsi – kumulyativ epoxalara 
və ya ―qocaların zamanına‖ uyğun gəlir. 
Tarixdə vacib olan həyati əhval-ruhiyyənin dəyişməsi nəsillər formasında irəli çıxır. 
Nəsil  –  bu  bir  ovuç  yalqız  adam  və  ya  sadəcə  olaraq  kütlə  deyil:  bu  bir  növ  öz  seçilmiş 
azlığı,  müəyyən  olunmuş  həyat  trayektoriyası  ilə  mövcudluq  orbitinə  atılmış  öz  kütləsinə 
malik  bütöv  sosial  bədəndir…  Onun  üzvləri  onları  öncəki  nəsildən  fərqləndirən  və  onlara 
ümumi bir sima verən bəzi tipik cizgilərlə dünyaya gəlirlər. Bu bənzərliyin hüdudlarında ən 
müxtəlif istiqamətlənmələri olan fərdlər mövcud ola bilərlər. Hər bir nəsil özü ilə müəyyən 
bir həyat zirvəsini təmsil edir, mövcudluq müəyyən şəkildə onunla qavranılır‖ (13, səh. 5). 
Nəsillərin  qarşılıqlı  fəaliyyəti  həmişə  sakit  keçmir.  1968-ci  ildə  gənclər  arasındakı 
konfliktin kəskinləşməsi ilə izah edirlər. 
Hal-hazırda  elmi  dilə  ―nəsil‖  anlayışının  yeni  interpretasiyaları  daxil  edilir,  onlar 
nəsillər arasındakı, tarixi və yaddaş arasındakı əlaqələri aşkar edir və nəsillərin dəyişməsinə 
koqnitiv modellərin sosial və tarixi determinasiya edilməsini inteqrasiya edirlər. Nəsillərin 
bir-birini  əvəz  etməsinin  sosioloji  nəzəriyyəsi  qərb  politologiyasında  populyar  olan  elita 
nəzəriyyəsi  ilə  sıx  bağlıdır  (1).  Bu  nəzəriyyələrin  banilərindən  biri  olan  italyan  sosioloqu 


V.Pareto  (1848-1923) sosial  dinamikanı izah etmək üçün  elitaların  yerdəyişməsi  haqqında 
konsepsiyanı inkişaf etdirmişdir. Pareto hesab edirdi ki, sosiumun bir tam kimi inkişafının 
tarixi  prosesi əsas elita tiplərinin (kommersiya, hərbi, dini)  yerdəyişməsi  halında təsəvvür 
etmək  olar.  Fərz  olunur  ki,  sosium  tarazlıq  vəziyyətinə  yaxın  aşağı-yuxarı  tərpənir,  sosial 
dövrlər  əmələ  gətirir.  Konkret  dövrün  gedişi  elitaların  yerdəyişməsinin  xarakteri  ilə 
müəyyən  olunur:  ―Elitalar  cəmiyyətin  aşağı  təbəqələrindən  yaranırlar  və  mübarizənin 
gedişində  yuxarı  təbəqələrə  çıxırlar  və  sonucda  cırlaşır,  məhv  olurlar  və  tamamilə  yox 
olurlar…‖ (36, səh. 34). 
Əlbəttə, ictimaiyyətşünaslığın bir çox keyfiyyət kateqoriyaları daha qeyri-müəyyən 
və  yayğındır,  amma  nəsillər  konsepsiyası  qarışıq  –  keyfiyyət  –  kəmiyyət  xarakterini 
daşıyırlar.  Nəsillərin  kəmiyyət  xarakteristikaları  üzrə  alimlər  arasında  həmrəyliyin 
olmaması bu dəyişənin ölçülməsi problemini daha dərindən öyrənməyin zəruri olduğundan 
xəbər verir (bax. Савельева Л.М., Полетаев А.В. История и время. М, 1997).  
Makiavellinin  terminologiyasını  istifadə  edən  Pareto  sülh  və  ya  inqilabi  yolla  bir-
birini əvəz edən iki əsas elita tipini seçib göstərmişdir. Stabil siyasi sistemdə ―şirlər‖ elitası 
(konservatizm,  idarəçilikdə  güc  metodları)  üstünlük  təşkil  edir.  Siyasi  sistem  qeyri-sabit 
vəziyyətdə olanda ―tülkülər‖ elitasının (praqmatiklər, novatorlar, kombinatorlar) işləri yaxşı 
gedir.  Elitalardan  hər  biri  müəyyən  üstün  cəhətlərə  və  çatışmazlıqlara  malikdir,  onların 
daim  bir-birini  əvəz  etməsi  cəmiyyətin  idarə  olunma  tələbatlarının  dövri  olaraq  dəyişməsi 
nəticəsində baş verir. Pareto hesab edirdi ki, sosial mexanizmin normal fəaliyyət göstərməsi 
üçün  elitaya  həm  ―şirlərin‖,  həm  də  ―tülkilərin‖  proporsional  şəkildə  gəlmələri  zəruridir. 
Yenilənmənin  olmaması  hakim  elitanın  cırlaşıb  gücdən  düşməsinə  və  ―əks-elitaların‖ 
qələbəsi ilə nəticələnir, tarixi isə aristokratoiyalar üçün məzarlığa çevrilir. 
Sonunda  V.Xlebnikovun  bu  mövzuya  aid  poetik  meditasiyasını  sitat  gətiririk: 
―Həqiqət  nəsillər  tərəfindən  müxtəlif  cür  başa  düşülür.  28  il  sonra  doğulmuş  nəsillər  onu 
başqa  cür  başa  düşürlər...  Yer  üzündə  nəsillərin  hərəkətini  rəqqas  titrəyişləri  ilə  ölçmək 
lazımdır. Bunun üçün mübarizələrin mütəfəkkirlərin, yazıçıların, müxtəlif istiqamətlərindən 
olan  mənəvi  rəhbərlərin  doğulduğu  illər  götürülür  və  onları  müqayisə  edərkən  belə  bir 
nəticəyə gəlirsən ki, 28 ildən sonra doğulan adamlar öz aralarında mübarizə aparırlar, yəni 
bu qədər il sonra həqiqət öz simasını dəyişir... N ilində doğulmuşun həqiqəti N+28 ilində 
doğulanın  həqiqətinə  əksdir.  Amma  bəzən  iki  xəttin  də  uzanıb  getməsi  mümkündür  (19, 
səh. 648). 
 
7.2. İqtisadi dinamikanın dalğaları 
 
İqtisadi  inkişafın  dinamikası  sözsüz  ki,  sosial,  siyasi  və  mədəni  sahələrin  inkişaf 
dinamikası  ilə  bağlıdır.  Bütün  sadalanmış  proseslərin  öz  şəxsi  inkişaf  mexanizmləri  ola 
bilər, amma cəmiyyətin həyatına əsaslı, müəyyənedici təsiri alimlərin çoxunun rəyinə görə 
məhz  iqtisadi  faktorlar  göstərirlər.  Son  illərdə  sosial-iqtisadi  ədəbiyyatda  dinamikanın 
dalğalı təsvirində çox vaxt ―sikl‖ (dövr) terminindən istifadə olunur. 
Cədvəl  7.1.-də  iqtisadçıların  ən  çox  marağını  doğuran  dövrlərin  mərhələləri 
göstərilmişdir. Dövrlərin mövcud olduğunu öyrənən siyasətçilər bu biliklərdən cəmiyyətin 
xeyri üçün istifadə etmək istəyirlər, əlbəttə ki, öz maraqlarını da unutmurlar. Əgər qarşıdan 
gələn seçkilər siklik iqtisadi tənəzzül ilə bur vaxta düşsə seçicilər (iqtisadiyyat üzrə kitabları 
oxumayan) hakimiyyətdə olan partiyanın əleyhinə əsas verə bilərlər. Təbiidir ki, siyasətçilər 
iqtisadiyata təsir göstərmək istəyirlər və konkret ölkənin elektorat siklinə uyğun 4 və 5 illik 
dövrü olan siyasi – işgüzar adlandırılan sikli təşkil edirlər. 
Dövrün adı 
Siyasi-
işgüzar 
işgüzar 
Tikinti  (Kuznesin 
dövrü) 
Kondratyev dövrü 
Liderlik 
dövrü 
Dövrlər, 
mərhələlər, illər 
4-5 
6-12 
15-25 
45-65 
100-150 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə