Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

mərhələsi  intimlik  və  tənhalıq  arasındakı  konfliktin  həll  edilməsi  ilə  bağlıdır.  Yeddinci 
mərhələdə (orta yaş) müəyyən fəaliyyəti və valideyn funksiyalarını mənimsəyir, səkkizinci 
mərhələdə  (qocalıq)  öz  həyatını  yekunlaşdırır,  onun  əas  hadisələrini  yenidən  düşünür  və 
qiymətləndirir. 
Eriksonun modelini konkretləşdirən Levinson (14) öz əsərində iddia edir ki, fərd bir 
fazadan  digərinə  keçid  prosesində  onun  sonrakı  həyatını  5-7  (10  ilə  qədər)  il  qabaqcadan 
müəyyən edən bir sıra vacıb qərarlar qəbul edir. 
Levinsonun  iddia  etdiyi  kimi  insanın  həyat  yolunda  20,  30  və  40  yaşa  düşən  kritik 
nöqtələr  var,  bu  zaman  ətraf  sosial  mühit  ona  tamamilə  müxtəlif  tələblər  qoyur.  Bu  yaş 
pillələrinə  çatan  fərd  özünə  yeni  nəzərlə  baxmağa,  onun  öncəki  həyat  yolunu  adət  üzrə 
müəyyən edən köhnəlmiş stereotiplərdən imtina etməyə çalışır.  
Psixoloqlara ―qırx yaşlıların böhranı‖ kimi tanış olan dövrdə insana elə gəlir ki, onun 
həyatı  əvvəlki  mənasını  itirib,  iş  getdikcə  maraqsızlaşır,  ailə  isə  ―boşalmış  yuvanı‖ 
xatırladır  (14).  Əlli  yaşlıların  öz  problemləri  yaranır.  Nobel  mikafatı  laureatı,  iqtisadçı 
F.Modilyani  həyat  dövrü  modellərini  tədqiq  edərkən  fikir  vermişdir  ki,  gəlirin  səviyyəsi 
insanın  bütün  ömrü  boyu  enib-qalxır  və  qənaət  edib  yığılmış  pullar  istehlakçılara  imkan 
verir  ki,  gəlirlərini  yenidən  bölüşdürsünlər  –  gəlirin  çox  olduğu  zaman  qənaət  etdiklərini 
gəlirin az olduğu zaman xərcləsinlər (16). 65 yaşında pensiyaya çıxmağı planlaşdıranların 
çoxu öz gəlirlərinin xeyli aşağı düşəcəyini gözləyirlər. Buna görə də insanların çoxu vəsait 
toplayırlar. 50 yaşdan sonra yavaş-yavaş artan mümkün xəstəliklərin qarşısında olan qorxu 
da mühüm faktorlardan biridir. 
Həyat  dövrünün  bu  modelinin  əsasında  istehlakçıların  davranışı  haqqında 
əhəmiyyətli  dərəcədə  daha  dəqiq  proqnozlar  əldə  olundu.  Tilekoutun  göstərdiyi  kimi 
cəmiyyətin  demoqrafik  strukturunun  əhəmiyyətli  dərəcədə  dəyişməsi  zamanı  bu  cür 
effektlər  tələbə  hiss  olunan  dərəcədə  təsir  göstərərək  iqtisadi  göstəricilərdə  dövrü  enib-
qalxmalar törədəcəkdir (17). 
Müxtəlif  planlı  mədəni-sosial  sistemlərin  həyat  siklinə  aid  nəzərdən  keçirdiyimiz 
modellərin  müqayisəli  analizi  tədqiqatçılara  modelləşdirmənin  keyfiyyətini  qaldırmağa 
yardım edə biləcək bir sıra tövsiyyələr hazırlamağa imkan verəcəkdir: 
1)  həyat  dövrünün  fazalarının  sayını  süni  şəkildə  artırmaq  məqsədəuyğun  deyildir. 
Modellərin  əksəriyyəti  dörd  fazalıdır  və  fazaların  sayının  yeddidən  çox  olması  da  analizi 
çətinləşdirir; 
2)  nəzərdən  keçirilən  sosial  –  mədəni  sistemlərin  çoxu  çoxsəviyyəli  və  çoxplanlı 
təşkilata malikdir. Müxtəlif səviyyəli proseslər müxtəlif sürətlərə malikdirlər. Buna görə də 
həyat  dövrünün  hər  bir  fazası  üçün  xarakterik  olan  müxtəlif  sistemaltı  sistemlərin  və 
elementlərin  fəaliyyət  mexanizmlərinin  daha  müfəssəl  və  dərindən  öyrənilməsi 
məqsədəuyğundur; 
3) bir çox modellər assimetriklikdən çətinliyə düşürlər. Yüksəliş mərhələlərini daha 
diqqətlə  nəzərdən  keçirirlər,  amma  tənəzzül  və  dağılma  proseslərinə  çox  vaxt  məhəl 
qoyulmur. Sosial sistemlərin  məhvinin  epik  mərhələləri bədii təbiətli  insanları  özünə cəlb 
edir.  Alimlər  isə  yaranma  və  yüksəlmə  proseslərini  öyrənməyə  üstünlük  verirlər  və  bir 
qayda  olaraq  onları  loqistik  S  şəkilli  əyri  ilə  göstərirlər  (Analoji  olaraq  tənəzzül  prosesi, 
loqistik keçilən əyri ilə göstərirlər). 
Onu da qeyd edək ki, həyat sikli modellərində tənəzzül dövrü ümumiyyətlə nəzərdən 
keçirilmir. Belə ki, ictimai hərəkatın həyat dövrünü O.Ramştadta aid modelində fərz olunur 
ki,  institutlaşdırma  (partiyaya  çevrilmə)  fazası  hərəkatın  həyat  dövrünü  başa  vurur. 
Partiyanı  və  hərəkatı  bir  tam  kimi  və  ya  müxtəlif  sistemlər  kimi  nəzərdən  keçirilməsi  isə 
tədqiqatçının mövqeyindən asılıdır. Kritik yaş iki ilə qədər dəqiqliklə müəyyən olunur.  
Beləliklə,  həyat  tsiklinin  tamamlanmasını  ya  sistemin  məhvi  kimi,  ya  da  onun 
keyfiyyətcə  daha  yüksək  olan  inkişaf  pilləsinə  keçməsi  kimi  şərh  etmək  olar.  Burada  bir 


sistem  analizinin  ən  az  işlənmiş  mövzusu  olan  sistemlərin  identikliyi  problemi  ilə  (bax 
paraqraf 1,3) üzləşirik. 
Məsələlər və tapşırıqlar 
1.
 
Siz hər hansı bir sosial-mədəni sistemin gec və ya tez məhv olacağına 
inanırsınızmı?  
2.
 
Tələbə həyatının həyat tsikli modelini qurun.  
3.
 
Təşkilat bürokratlaşdırılmasından qaçına bilərmi? 
4.
 
Rok musiqi ulduzunun həyat sikli modelini qurun. 
5.
 
Fizik  Maks  Plank  deyirdi  ki,  ―yeni  ideyalar  ona  görə  qalib  gəlmirlər  ki, 
onların  əleyhdarlarını  inandırırlar  və  onlar  da  öz  haqsızlıqlarını  qəbul  edirlər,  əslində  çox 
vaxt ona görə qalib gəlirlər ki, əleydarlar tədricən ölüb gedirlər, böyüməkdə olan yeni nəsil 
isə həqiqəti dərhal mənimsəyir‖
15
. Sosiologiyada buna bənzər nümunələr varmı? 
6.
 
Həyat siklini süni şəkildə uzatmaq olarmı? 
7.
 
Ideologiyanın, şlyaqerin, metaforanın həyat sikli varmı? 
 
Ədəbiyyat  
1.  Глазьев  С.Ю.  Теория  долгосрочного  технико-экономического  развития.  M.: 
ВлаДар, 1993. 
2. Гречко П.К. Концептуальные модели истории. M.: Логос, 1995. 
3.  Гумилев  Л.Н.  Этносфера:  История  людей  и  история  природы.  M.:  Экспресс, 
1993. 
4. Здравомыслова E.А. Парадигмы западной социологии общественных движений. 
СПб.: Наука, 1993. 
5. Котлер Ф. Основы маркетинга. M.: Бизнес-книга, 1995. 
6.  Перегудов  Ф.И.,  Тарасенко  Ф.П.  Введение  в  системный  анализ.  M.:  Высшая 
школа, 1989. 
7. Полетаев А.В., Савельева И.М. Циклы Кондратьева и развитие капитализма. M.: 
Наука, 1993. 
8. Смелзер H. Социология. M.: Феникс, 1994. 
9. Современная западная социология науки. M.: Наука, 1988. 
10. Тойнби А. Постижение истории. M.: Прогресс, 1991. 
11.  Филонович  С.Р.,  Кушелевич  Е.И.  Теория  жизненных  циклов  организации  И. 
Адизеса  и  российская  действительность  //Социологические  исследования.  1996.  № 
10. С. 63-71. 
12. Штомпка П. Социология социальных изменений. M.: Аспект Пресс, 1996. 
13. Яковец Ю.В. История цивилизаций. M.: ВлаДар, 1995. 
14. Levinson P.J. The seasons of a man's life. N.Y.: Knopf, 1978. 
15. Mey M. de. The cognitive paradigm. Cognitive science, a newly explored approach 
to  the  study  of  cognition  applied  in  an  analysis  of  science  and  scientific  knowledge. 
Dordrecht: Reidel, 1982. 
16.  Modigliani  F.  Life  Cycle,  Individual  Thrift  and  the  Wealth  of  Nations  //American 
Economic Review. 1986. № 76. P. 297-313. 
17. Tylecote A. The Long Wave in the World Economy. L.: Longmans, 1992. 
 
 
Fəsil 7. Dalğalı dinamika modelləri 
 
7.1. Dövriliyin təbiəti 
 
                                                 
15
Планк Макс. Избранные труды. М.: 1975, с.656 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə