Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

Danilevskinin  və  Leontyevin  baxışları  O.Şpenqlerin  (1880-1936)  analoji 
mühakimələrini  üstələyirdilər.  Özünün  əsas  əsəri  olan  ―Avropanın  qürubu‖  kitabında 
Şpenqler dünya tarixində səkkiz mədəniyyəti ayırıb qeyd etmişdir: misir, Hind, Babil, Çin, 
Yunan-Roma,  Bizans-Ərəb,  Mayya  və  Qərbi  Avropa.  Hər  bir  mədəniyyət  başqa 
mədəniyyətlərdən  ayrıca  olan  orqanizm  kimi  traktovka  olunur.    (səh  67)  Mədəniyyətin 
ömrü min illər olur. Mədəniyyət öləndə ―sivilizasiya‖ şəklində yenidən canlanır, hansında 
ki, artıq bədii yaradıcılığa ehtiyac olmur.  
 (şəkil 6.1.) 
Sistem  analizində  sistemin  həyat  dövrü  dedikdə  sistemin  yaranmasından  onun 
məhvinə  qədər  keçən  dövr  başa  düşülür.  Ictimai-tarixi 
sistemin  həyat  dövrünün  tipik  modelində  Y.V.Yakoves 
bir-birini  ardıcıl  olaraq  əvəz  edən  fazanı  (şəkil  6.1.) 
göstərir:  köhnə  sistemin  içində  əmələ  gəlmə;  daxili 
latent  inkişaf;  doğulma,  artıq  öz  ömrünü  başa  vurmuş, 
gedən  sistemlə  inqilabi  mübarizə  prosesində  bərqərar 
olma; yayılma, üstin, hakim sistemə çevrilmə; yetkinlik, 
bu  zaman  sistemə  xas  xüsusiyyətlər  tam  olaraq  üzə 
çıxır;  qocalma,  ziddiyyətlərin  artması,  böhrana  və  artıq  doğulmuş  ―günəş  altında‖  öz  yeri 
uğrunda mübarizə aparan yeni, növbəti sistemlə mübarizəyə getmək; ölmək, bərqərar olan 
yeni  sistemin  ucqarlarında  formasını  dəyişmiş  ayrı-ayrı  parçalar  şəklində  relikt  mövcud 
olmaq  (13,  s.42).  Həyat  siklinin  modelləri  adətən  keyfiyyətli  olurlar  və  tərkiblərində 
sistemin  inkişaf  mərhələləri  fazaların  siyahısı  olur.  Fazaların  sayı  və  uzunluğu  çox  geniş 
hədlərdə  dəyişə  bilər.  Tədqiqatçıları  adətən  hər  fazanın  keyfiyyət  xarakteristikaları  və 
fazaların  bir-birini  əvəzetmə  mexanizmi  maraqlandırır.  Aşağıda  həyat  dövrü  modelləri 
hazırlanmış sistemlərin və sistemaltı sistemlərin tam olmayan siyahısı verilmişdir: 
Sosial – mədəni sistemlər: sivilizasiya, etnos, institut, ictimai hərəkat, təşkilat, qrup, 
ailə, fərd. 
Sosial  –  mədəni  sistemlərin  elementləri  və  sistemaltı  sistemləri  –  təsərrüfat  ukladı, 
texnoloji  uklad,  incəsənət  stili,  moda,  elmi  ixtisas,  yeni  mallar,  cəmiyyətin  bütün 
sahələrində innovasiyalar, modellər. 
Həyat  dövrünün  ən  maraqlı  modellərinin  şərhinə  başlamazdan  əvvəl  oxucunun 
yadına salaq ki, söhbət o modellərdən gedir ki, insanın bütün yaratdıqları kimi onlar da ―öz 
həyat dövrlərinə malikdirlər: onlar yaranır, inkişaf edir, başqa modellərlə əməkdaşlıq edir, 
yerlərini daha mükəmməl olanlara verirlər‖ (6,  s.55). 
 
6.2. Həyat dövrü modellərinə nümunələr
 
  Sivilizasiyaların həyat dövrü. Artıq qeyd edildiyi kimi sivilizasiyaların həyat dövrü 
modellərinin hazırlanması  ilə bir çox məşhur tarixçilər məşğul  olurdular. Ən fundamental 
tədqiqatlardan biri ingilis tarixçisi A.Toynbiyə (1889-1975) məxsusdur. O, Şpenqlerin təsiri 
altında ümumdünya tarixi haqqında öz konsepsiyasını işləyib hazırlamışdır, burada söhbət 
nisbətən qapalı 13 sivilizasiyadan gedir. Toynbi ictimai inkişafın təkrarlanmasının empirik 
qanunlarını  tapmağa  cəhd  etmişdir.  Toynbiyə  görə  cəmiyyətin  inkişafı  təqlid  vasitəsilə 
həyata keçir. Əgər primitiv cəmiyyətlərdə qocaları və əcdadları (bu da həmin cəmiyyətləri 
statik  edir)  təqlid  edirlərsə,  sivilizasiyalarda  yaradıcı  şəxsiyyətləri  təqlid  edirlər,  bu  da 
inkişafın dinamikasını təmin edir. Toynbiyə görə dövran (və ya sivilizasiyaların həyat sikli) 
dörd fazalardan ibarətdir: yaranma (genezis), inkişaf, sarsıntı və süqut. 
Sivilizasiyanın  genezisi  və  inkişafı  tarixin  meydan  oxumasına  verilən  cavab  ilə 
şərtlənmişdir. ―İnsan sivilizasiyaya bioloji istedadı (irsiyyəti) və ya coğrafi mühitin yüngül 
şərtləri  sayəsində  nail  olmur,  ən  çətin  situasiyaların  meydan  oxumasına  verilən  cavab 
sayəsində - hansı ki, indiyə qədər misilsiz olan səylərə həvəsləndirir – nail olur‖ (8,  s.148). 


―Meydan  oxumaların‖  sırasında  əlverişsiz  hava  şəraitini,  yadellilərin  hücumunu  və  öncə 
gələn sivilizasiyanın çürüməsini göstərə bilərik (10). 
―Sivilizasiyanın  inkişafı  irəliyə  hərəkətdir.  Sivilizasiya  şiddətli  həvəs  sayəsində 
inkişaf  edir,  bu  həvəs  onları  tarixin  bir  meydan  oxumasına  –  çağırışına  verdikləri  cavab 
vasitəsilə  sonrakı  çağırışa  doğru  çəkib  aparır:  differensiyadan  inteqrasiyaya  və  sonra 
yenidən differensasiyaya. 
Sivilizasiyanın  inkişafı  (tərəqqi)  sivilizasiyanın  mərkəzindən  ucqarlarına  kimi  ərazi 
ekspansiyasına can atmaq militarizmin yaranmasına səbəb olur, bu da dörd və ya beş min il 
ərzində sivilizasiyaların  sarsılmasının geniş  yayılmasının səbəblərindən biridir. Militarizm 
lokal  dövlətləri  daxili  müharibələrə  çəkməklə  sivilizasiyaları  sarsıdır‖  (10,    s.214,  217, 
222). 
Sarsıntı  fazasında  sosial,  siyasi  və  iqtisadi  münaqişələr  artır.  Tarixdə  bütün 
sivilizasiyaların  süqutunda  bir  dağılma  ritmini  tutmaq  olar...  Sarsıntı  anında  başlayan 
tənəzzüldən  sonra  dirçəlmə  gəlir  ki,  bu  da  universal  dövlətin  yaranma  anı  ilə  eyni  vaxta 
düşür. Amma bu proses də öz növbəsində sarsıntı ilə sona yetir, ondan sonra yeni tənəzzül 
dövrü gəlir, sonra artıq dövrü olmayacaq, hər şey tam süqutla sonlanacaqdır‖ (10,  s.477). 
Etnosun  həyat  dövrü.  Tarixdə  dövrülülük  ideyasını  tənqid  edən  L.N.Qumilev  qeyd 
edirdi  ki,  ciddi  ritmin  olması  tarixi  faktlarla  təsdiqlənməmişdir.  Bu  konsepsiyaların  əsas 
çatışmazlığını  Qumilev  onda  görürdü  ki,  onlarda  ayrıca  insanda  və  ictimai  kollektivdə 
sosial  və  bioloji  olanlar  arasında  sərhəd  çəkilir,  halbuki  bu  faktorlar  qırılmaz  birlik 
halındadırlar.  
Qumilev  hesab  edir  ki,  passionarlıq  anlayışını  daxil  etməklə  etnosun  inkişafını 
müəyyən  edən  faktoru  tapmışdır.  Passionarlıq  –  fərdin  məqsədə  çatmaq  üçün  çox 
gərginliklərə və fədakarlıqlara dözmək qabiliyyətində və məqsədə can atan zaman (çox vaxt 
xəyali olaraq) aşkara çıxan davranış və psixikasının xarakteristikasıdır.  
 
Şəkil 6.2. 
 
Etnogenezin 
təkan  zamanı  yaranan 
etnos  dərhal  sistem 
halına 
keçməlidir, 
yoxsa  o,  qonşuları 
tərəfindən 
məhv 
ediləcəkdir. 
Özünü 
qoruyub 
saxlamaq 
üçün 
etnos 
sosial 
institutları 
yaradır, 
hansıların  ki,  xarakteri 
konkret 
coğrafi 
şəraitlərlə  və  zamanla 
(bəşəriyyətin 
inkişaf 
mərhələsi 
ilə) 
proqramlaşdırılmışdır. 
Özünü  təsdiq  etməyə 
tələbat  sistemin  sürətlə 
inkişafını,  onun  ərazi 
ekspensasiyasını 
və 
daxili  etnik  əlaqələrin 
mürəkkəbləşməsini  şərtləndirir.  Etnosun  inkişafı  üçün  güc  isə  özlüyündə  həmin 
populyasiyanın passionarlığından götürülür. Sistemin yüksəlişi inkişaf inersiyasını yaradır, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə