Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   81

2.  Mühüm  dəyişiklikləri  mühüm  olmayanlardan  ilkin  vəziyyətə  qayıda  bilən 
dəyişikliyi ilkin vəziyyətə qayıda bilməyəndən necə fərqləndirmək olar? 
3. Sosial-mədəni dəyişikliklərin spesifikası nədən ibarətdir? 
4. Gözlənilməz dəyişikliklərə misal gətirin. 
5. Dəyişikliklərin yeganə, əsas səbəbini həmişə tapmaq olarmı? 
6. Sosial sistem heç bir səbəb olmadan dəyişilə bilərmi? 
7.  Hansı  texnologiyaların  inkişafı  yaxın  gələcəkdə  sosial  –  mədəni  dəyişiklikləri 
müəyyən edir? 
8. Mədəniyyət sahəsində dəyişikliklərin səbəbinin analizi zamanı psixoloji faktorları 
nəzərə almaq lazımdırmı? 
9. P.Sorokin təşkil olunmuş qruplar (sistemlər) ilə yanaşı həm də təşkil olunmamış və 
təşkilatı pozulmuş qrupları da nəzərdən keçirmişdir. Onlar üçün də immanent dəyişikliklər 
prinsipi keçərlidirmi? 
10. Şəxsi inkişafınızın hansı fazalarını ayrıca qeyd etmək istəyərdiniz? Bu fazaların 
müddəti müxtəlif insanlar üçün eyni ola bilərmi?  
11.  Nəzərdən  keçirilən  zaman  intervalında  eksponensial  olaraq  inkişaf  etməyi 
bacaracaq sosial indikatora misal gətirin. 
12. Dolğunlaşmaq modellərində asimptota hansı məzmunlu məna verə bilər? 
13. Spiral üzrə inkişafa nümunələr göstərin. 
14.  Cəmiyyətin  inkişafını  bioloji  təkamüllə  analogiya  yaradaraq  nəzərdən  keçirmək 
olarmı? 
Ədəbiyyat 
1. Будон P. Социальные механизмы без "черных ящиков"// Социология на пороге 
XXI века. M., 1998. С. 109-128. 
2.  Мураками  Я.,  Кумон  С.,  Сато  С. Общество  как  цивилизация//Про-блемы 
философии истории: традиция и новация в социокультурном процессе. M.: ИНИОН, 
1989. С. 126-155. 
3. Сорокин П. Социальная и культурная динамика. СПб.: РХГИ, 2000. 
4. Тынянов Ю.Н. Поэтика. История литературы. Кино. M.: Наука, 1977. 
5. Штомпка П. Социология социальных изменений. M.: Аспект Пресс, 1996. 
6.  Eldredge  N.,  Gould  S.I. Punctual  equilibria:  an  alternative  to  phy-letic  gradualism// 
Models in Paleobiology/Ed. T.J.M. Schopf. San Francisco: Freeman and Cooper, 1972. 
7.  Hallinan  M.T. The  sociological  study  of  social  change.  1996  Presidential 
Adress//American Sociological Review. 1997. Vol. 62. № 1. P.1-11. 
8. Moore W.E. Social Change. Englewood Cliffs: Prentice Hall, 1963. 
9.  Social  Mechanisms.  An  Analitical  Approach  to  Social  Theory  /  Eds.  P.Hedstrom, 
R.Swedberg. Cambridge: Univ. Press, 1998. 
10.  Sorokin  P.A. Social  and  Cultural  Dynamics.  Vol.  1-4,  N.Y.:  American  Book 
Company, 1937-1941. 
11. Steward  J.H. Theory  of  Culture  Change.  Urbana:  University  of  Illinois  Press,  1979 
{1955}. 
12. The Dynamic of Social Systems / Ed. P. Colony. L.: Sage, 1992. 
13. Vago S. Social Change. Englewood Cliffs: Prentice Hall, 1989. 
 
Fəsil 6. Həyat dövrləri modelləri 
 
6.1. Dövrü təsəvvürlərin inkişafı 
 
Hələ  uzaq  keçmişdə  anlamışdılar  ki,  insanın  sosial,  mədəni  və  maddi  yaradıcılığı 
əbədi  deyildir.  Hər  bir  orqanizm  kimi,  insanların  yaradıcılığı  da  doğulur,  inkişaf  edir, 
qocalır  və  ölür.  Təbiidir  ki,  sistemli  yanaşma  nöqteyi-nəzərindən  inkişafın  belə  məntiqi 


bütün  sosial-mədəni  sistemlərə,  eləcə  də  onun  ayrıca  elementlərinə  və  sistemaltı 
sistemlərinə  xasdır.  Zamanın  dövrü  modeli  dünya  epoxalarının  dövrü  dəyişməsi  haqqında 
miflər  yaradır:  ―Brahmanın  gecəsi‖  və  ―Brahmanın  günü‖;  Hesiodun  ―beş  əsrin‖  keçib 
getməsi  və  ―qızıl  əsrin‖  geri  qayıtması;  Kolumba  qədərki  Amerika  mifologiyalarında  isə 
epoxa  dövrləri,  hansı  ki,  hər  biri  dünya  fəlakətləri  ilə  başa  çatır.  Ingilis  alimi  E.Linç 
çevrədən və dövrdən fərqli olan arxaik zaman hissini: iki qütb – gecə və gündüz, həyat və 
ölüm arasında yellənən rəqqası təklif edir.  
Təbiətin  və  bəşəriyyətin  periodik  olaraq  məhvi  və  yenidən  dirilməsi  haqqında 
təsəvvürlər alman mifologiyasında da mövcud olmuşdur.  
Dövrü  nəzəriyyələr  qədim  dünyanın  bir  çox  filosofları  və  tarixçiləri  tərəfindən 
hazırlanırdı, onlar müəyyən nizam-intizamı, ritmi görməyə, tarixi hadisələrin xaosunda bir 
məna aşkar etməyə can atırdılar. Bu zaman kosmik ritmlərlə, ilin fəsillərinin dəyişməsi ilə, 
bioloji  dövrlər  ilə,  təbiətdə  maddələrin  dövranı  ilə  analogiyalardan  istifadə  olunurdu.  Çin 
tarixçisi  Sima  Syan  hələ  yeni  eraya  qədər  ―prinsiplərin‖  dövrlər  üzrə  dəyişməsi  haqqında 
təlim formalaşdırdı.  Təlimə görə dövlət hakimiyyəti məhz bu ―prinsiplər‖ üzərində durur. 
Çin  alimləri  64  əsas  situasiyada  daim  təkrarlanan  dövrlər  olaraq  dəyişən  dünya 
konsepsiyasına əsaslanırdılar. Bu konsepsiya konfusiçiliyin və daosizmin müqəddəs sayılan 
―Hər şeyi əhatə edən dairəvi dəyişiklikləri‖ (Cou İ) kitabında şərh olunmuşdur. 
Dünyanın inkişafı, onun quruluşu İn və Yan kateqoriyalarının – hansı ki, tündün və 
açığın,  qadın  və  kişinin,  yerin  və  göyün,  passivin  və  aktivin  dualizmini  ifadə  edirlər  – 
qarşılıqlı təsiri ilə müəyyən olunur. Müxtəlif sosial proseslərdə çin müdrikləri 3, 9, 18, 27 
və 30 illik dövrləri olan sikllər aşkar ediblər.  
Dövrlər haqqında Şərq təlimləri qədim yunan filosofları və tarixçiləri (Platon, Polibi, 
Aristotel,  Plutarx)  tərəfindən  inkişaf  etdirildi.  Dövrlər  haqqında  təsəvvürlər  Babil 
kahinlərinin  və  maqlarının  astronomik  və  astroloji  tədqiqatlarında  inkişaf  etdirilmişdir. 
Babil mənbələrində 600, 59, 54, 19 və 8 illik dövrləri olan dövrlərdən danışılır.  
Yeni dövrün tarixçilərinə intibah dövrünün böyük mütəfəkkiri N.Makiavellinin (1469 
–  1527)  baxışları  əhəmiyyətli  təsir  göstərmişdir.  Bu  gün  aktual  olan  bir  çox  ideyalar 
N.Makiavellinin ―Florensiyanın tarixi‖ əsərində bir parçada şərh olunmuşdur.  
―Arasıkəsilməz  dəyişilmələri  yaşayaraq  bütün  dövlətlər  adətən  nizamlı  vəziyyətdən 
nizamsızlığa,  sonra  isə  nizamsızlıqdan  yeni  nizamlılığa  keçirlər.  Bu  dünyanın  şeylərinə 
təbiətdən bir yerdə dayanmamaq əmri verildiyi üçün onlar öz mükəmməlliklərinə çatdıqdan 
sonra artıq daha yüksəlməyə qadir olmadıqlarına görə hökmən süquta uğramalıdırlar, əksinə 
tam  süquta  uğramış  halda,  iğtişaşlardan  tamam  paramparça  olaraq,  onlar  artıq  bundan  da 
aşağı  düşmək  halında  olmurlar  və  yüksəlmək  zəruriyyətindədirlər.Həmişə  bax  beləcə  hər 
şey  xeyirdən  şərə  qarşı  aşağı  enir  və  şərdən  isə  xeyrə  doğru  yüksəlirlər.  Çünki  xeyir 
dünyanı  yaradır,  dünya  fəaliyyətsizliyi  yaradır,  fəaliyyətsizlik  –  qarşılıqları,  qarışıqlıq  isə 
məhv  olmaq  deməkdir  və  uyğun  olaraq  yeni  nizam  qarşılıqdan  törənir,  nizamdan  şücaət 
törənir, ondan isə şöhrət və xoşbəxtlik yaranır‖
14
.  
Iki  yüz  il  sonra  digər  dahi  italiyalı,  saray  tarixçisi  C.Viko  (1668-1744)  millətlərin 
dövrü  inkişafı  nəzəriyyəsini  işləyib  hazırladı.  Hər  bir  millət  üç  daim  təzələnən  mərhələni 
keçir:  allahlar  epoxasını  (uşaqlıq),  qəhrəmanlıq  epoxasını  (gənclik),  insanların  epoxasını 
(yetkinlik,  sivilizasiyanın  ən  yüksək  nöqtəsi).  Hər  bir  dövr  ümumi  böhran  və  həmin 
cəmiyyətin dağılması ilə sona çatır.  
Rus  filosofu  və  sosioloqu  N.Y.Danilevski  (1822-1825)  ―Rusiya  və  Avropa‖  (1869) 
kitabında tarixdə lokal ―mədəni – tarixi‖ tipin (sivilizasiyanın) olduğunu göstərir, hansı ki, 
bioloji  orqanizmlər  kimi  əmələ  gəlmə,  yetkinləşmə,  gücsüzləşmə  və  ölüm  mərhələlərini 
keçir. Danilevskinin tarixi – fəlsəfi ideyaları K.N.Leontyevə (1831-1891) təsir göstərmişdir, 
o,  siklik  inkişafın  üç  mərhələdən  olduğunu  göstərir:  a)  ilkin  ―sadəlik‖;  b)  çiçəklənən 
―mürəkkəblik‖; c) ikinci ―sadələşmə‖ və ―qarışma‖.  
                                                 
14
Makiavelli N. История Флоренции М.: Наука 1981, с. 174
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə