Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

etməsini əks edən tipik qrafik şəkil 5.2.-də verilmişdir. Sosial – mədəni sistemlərdə yüksəliş 
prosesləri təkcə xətti asılılığa tabe olmamalıdır. 
 
Şəkil 5.3. 
 
şəkil 5.4. 
Yüksəlişin  trayektoriyası  e  tipli  eksponensial  əyri  (şəkil  5.3.),  kvadratik  əyri  (şəkil 
5.4.)  ilə  təsvir  oluna  bilər.  S  göstəricisinin  daha  yavaş  yüksəlişini  çox  vaxt  loqarifmik 
trayektoriya  (şəkil  5.5.)  əks  etdirir.  Düzdür,  göstəricinin  qiyməti  heç  də  həmişə  monoton 
olaraq artmır. Prosesin  gedişində qısamüddətli azalma da mümkün ola bilər. Şəkil 5.6.-da 
bu  cür  trayektoriyanın  kubik  modeli  (S(t) =  а/  +  а/+  +  а,*  + U4)  təsvir  edilmişdir.  Real 
proseslərin  əksəriyyəti  əbədi  olaraq  yüksələ  bilməz.  Mövcud  resursların  məhdudluğu 
yüksəlişi tormozlayır və bəzi son hədd sayılan qiymətləri aşmağa imkan vermir. Yüksəlişin 
həddlərinin və ya dolğunluq nöqtələrinin olması adətən iki tip modellə təsvir olunur: 
 
Şəkil 5.5. 
 
 
şəkil 5.6. 
 
 
 
 
Şəkil 5.7. 
şəkil 
5.8. 
 
 
 
 
 
 
  a) 
bükülmə 
nöqtələri 
olmadan dolğunluq (şəkil 5.7.). Belə trayektoriyalara S=A^ – e~1 və 
ya S=aq-1/t (hiperbola) funksiyası malik ola bilər. 
  Şəkil 5.9. 
  b) bükülmə nöqtəsi olan dolğunluq (şəkil 5.8.). Bu tipdən olan 
əyri loqistik və ya S şəkilli adlandırılır. S=D, (1+e~() tipli funksiya bu 
cür trayektoriyaya malikdir. Bundan sonra gələn şərhdən görəcəksiniz 
ki,  bir  çox  sosial-mədəni  proseslərin  gedişi  məhz  loqistik  əyri 
vasitəsilə  yaxşı  təsvir  olunur  belə  proseslər  əvvəlcə  çox  yavaş 
yüksəlirlər.  Sonra  yüksəliş  sürətlənir,  məsələn,  müsbət  əks-əlaqənin 
konturunun təsiri altında. Amma bükülmə nöqtəsini keçdikdən sonra 
yüksəliş tempi yavaşımağa başlayır. Mənfi əks-əlaqənin təsiri altında 
proses  əvvəlcə  yavaşayır,  sonra  isə  mümkün  son  hədd  sayılan  A 
qiymətini  keçmədən  stabilləşir.  Artıq  deyilmişdir  ki,  sosial-mədəni 
proseslərin ən populyar forması sosial zamanın gedişi, haqqında xətti 
təsəvvürləri  əks  etdirən  düz  xətdir.  Amma  bütün  zamanların 
mütəfəkkirlərini sosial zamanın siklik modelində özünə cəlb etmişdir, 
hansı  ki,  inkişafın  müəyyən  fazalarının  periodik  olaraq 
təkrarlanmasını, ilkin vəziyyətə rekurent qayıtmasını nəzərdə tutur.  


Şəkil 5.10. 
  Üfiqi trendi  olan sunisoidal  əyri şəklində siklik  tipli sadə trayektoriya şəkil 5.9.-da 
verilmişdir,  xətti  yüksələn  trendlə  olanı  isə  şəkil  5.10.-da 
verilmişdir.  Keyfiyyət  dəyişəninin  siklik  trayektoriyası 
riyazi  sinusoidlərin  qrafikinə  mütləq  dəqiq  olaraq  uyğun 
gəlmir – enib-qalxmaların periodu və amplitudası zamanla 
dəyişə bilər. 
  Təbiidir  ki,  keyfiyyət  dəyişəni  halında  sinusoidin 
dəqiq hərəkəti haqqında danışmaq sadəcə olaraq yersizdir. 
Bir  qayda  olaraq  prosesin  spiral  üzrə  inkişafını  nəzərdən 
keçirməklə  məhz  keyfiyyətin  dəyişənlərini  nəzərdə 
tuturlar.  Məlumdur  ki,  spiral  obrazı  böyük  generativ 
qüvvəyə  malikdir,  insayta  çox  yardım  edir,  bunun 
sayəsində 
ictimaiyyətşünasların 
əsərlərində 
sosial 
dəyişikliklərin əsas metaforalarından biri kimi çox tez-tez 
müzakirə  obyekti  olur.  Geometrin  obyekti  kimi  spiral 
üçölçülü  fəzada  təsvir  olunur,  onun  bir  koordinatı  t 
zamanıdır,  digər  iki  kordinatları  isə  müşahidə  olunan  V 
sisteminin təkamülünü xarakterizə edən S1 və S2 göstəricilərinə uyğundur.  
  Həm  də  nəzərə  almaq  lazımdır  ki,  spiral  məhz  iki  qarşılıqlı  şəkildə  bir-biriləri  ilə 
bağlı  olan  faktorun  qarşılıqlı  şəkildə  bir-biriləri  ilə  bağlı  olan  faktorun  qarşılıqlı  təsirinin 
dinamikasını əks etdirir. 
  Şəkil  5.11.-də  verilmiş  M  spiralına  aid  misal  göstərir  ki,  adi  halda  spiralı  silindrə 
sarınan  xətt  şəklində  göstərmək  olar 
(ştrix  xəttlə  göstərilmişdir).  Aydındır 
ki,  slindirin  üfiqi  vəziyyətdə  olması 
heç də vacib deyil, o, əyilmiş şəkildə 
də ola bilər. 
  S1 
və 
S2 
faktorlarının 
qiymətlərinin  dəyişməsinin  gedişini 
aydın  şəkildə  təsəvvür  etmək  üçün 
spiralı əvvəlcə (S1; t) müstəvisi, sonra 
isə  (S2;  t)  müstəvisi  üzərində 
layihələşdirərək. 
Nəticədə 
iki 
sinusoidal tipli F1 və  F2 trayektoriya 
alınacaq.  Əgər  biz  onların  ikisini  bir 
qrafikdə  eyni  zaman  xətti  ilə  təsvir 
etməyə  cəhd  etsək,  onda  dərhal 
görərik  ki,  S1  və  S2  faktorlarının 
enib-qalxma  fazaları  ilə  üst-üstə 
düşmür    (şəkil  5.12.).  S1  ə  S2 
faktorlarının  qarşılıqlı  əlaqəsini  aydın  şəkildə  təsəvvür  etmək  üçün  (S1;  S2)  müstəvisində 
spiral layihələşdirək. Aydındır ki, bu halda biz şəkil 5.13.-də təsvir olunmuş çevrəni almış 
oluruq. 
  Şəkil 
5.11.
 
şəkildə 
spiral 
üzrə 
hərəkət 
saat 
istiqaməti  ilə  (bu  halda 
t zamanına bir parametr 
kimi 
baxmaq 
olar)
*
 
çevrə  üzrə  hərəkətə 


çevrilir.  Çevrənin  AB;  BC;  CD;  DA  sektorları  ilə  hərəkəti  zamanı  S1  və  S2  faktorlarının 
dəyişilmə fazalarının növbə ilə bir-birini əvəz etməsi Cədvəl 5.2. verilmişdir 
 
Şəkil 5.12. 
şəkil 5.13. 
 

 
 
 
 
Fəzada  sadə  vintvari  xətt  parametrik 
görkəmdə: x=αcost; y=αsint; µ=ct təsvir oluna bilər. 
Cədvəl 5.2. 
 
 
 
 
                                        Şəkil 5.14. 
 
 
 
 
  Gördüyümüz  kimi,  nəzərdən  keçirdiyiniz  halda  –  sistemin  bütövlükdə  və  onun 
ayrıca göstəricilərinin inkişaf fazalarının bir-birini növbə ilə əvəz etməsi sinxron deyildir.  
  Xaotik xarakter daşıyan sosial – mədəni proseslərin dinamikasını analiz etmək daha 
çətindir. Belə bir prosesə nümunə şəkil 5.14.-də verilmişdir. Xaotik proseslərin dinamikası 
həddindən  artıq  qarışıqdır  və  çətin  proqnozlaşdırılır.  Çox  yavaş,  bərabər  inkişaf  ―böyük 
sıçrayışlarla‖ əvəz olunur, ampliduda və enib-qalxmalar periodu ən qəribə şəkildə dəyişilir. 
Sosial təkamülün qlobal nəzəriyyələrində qəbul olunduğu kimi belə proseslər üçün ancaq ən 
böyük ümumi tendensiyaları aşkar etmək mümkün olur. 
 
5.3. Təkamül prosesləri 
 
Təkamül  nəzəriyyələri  üçün  cəmiyyətin  son  üç  min  və  ya  on  minlərlə  il  ərzində 
inkişafının  universal  prinsip  və  mexanizmlərinin  axtarışı  xarakterikdir.  Fərz  olunur  ki, 
cəmiyyət  bioloji  orqanizmlər  ilə  analoji  olaraq  inkişaf  edir,  bu  zaman  hansı  isə  vacib 
göstəricilər durmadan artırlar. Nəəzriyyəçilər sübut edirlər ki, təkamül prosesi də daim artır: 
mürəkkəblik  və  differensasiya;  uyğunlaşma  və  müxtəliflik;  rasionallıq  və  azadlıq; 
urbanizasiya və bürokratizasiya. 
  Klassik təkamül prosesində inkişafın öz məntiqi vardır, hansı ki, təkamülün tədrici, 
aramdız  və  yüksələn,  kumulyativ  və  dönməz  xarakterini  müəyyən  edir.  Təkamül 
nəzəriyyələri ilə daha müfəssəl şəkildə tanış olmaq üçün (5, fəsil 7-9) – a müraciət etmək 
olar.  Təkamül  modellərinə  biz  dəfələrlə  qayıdacayıq,  elə  buradaca  oxucunun  diqqətini 
təkamül  nəzəriyyəsinin  mükəmmələşdirilməsi  istiqamətində  iki  perspektivli  istiqamətə 
yönəldək.  
  Universal  inkişaf  nümunəsinə  riayət  etməkdən  imtina  (xüsusilə  mədəniyyət 
sahəsində) çoxşaxəli təkamül konsepsiyasına həyat verdi. Amerikan antropoloqu C.Styuart 
hesab  edirdi  ki,  müxtəlif  mədəniyyətlərdə  və  mədəni  sahələrdə  inkişaf  prosesləri  spesifik 
mexanizmlərin  hərəkətinə  tabedir  (11).  Buna  görə  də  təkamül  dəyişiklikləri  çoxplanlı  və 
çoxşaxəlidir.  Styuartın  fikrinə  görə  sosial  –  mədəni  proseslərin  inkişafında  paralellərin 
aşkara çıxarılması çoxsaxəli təkamülün əsas predmetidir. 
sektor 
Fazanın dəyişməsi 
  
S1 
S2 
AB 


ВС 


CD 


DA 




Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə