Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

  Y.N.Tınyanov ədəbi  təkamülün xüsusiyyətlərini  tədqiq edərək  analoji  hipotezi  irəli 
sürmüşdür.  Tınyanov  ədəbi  janrın  liderliyi,  populyarlığı  problemini  nəzərdən  keçirərək 
qeyd edirdi ki, təkamül prosesləri planlı deyil, sıçrayışlar şəklində axıb gedir. Hər hansı bir 
janrın süqut etdiyi dövrdə, həmin janr mərkəzdən ədəbi prosesin periferiyasına keçir, onun 
yerinə isə ədəbiyyatın dibindən mərkəzə yeni bir hadisə üzüb gəlir (4). 
  Təkamül  prosesinin  analoji  sxemini  Tokio  universitetinin  professoru  Y.Murakami, 
S.Kumon  və  S.Soto  modernləşdirmənin  yapon  modelinin  xüsusiyyətlərini  analiz  edərək 
işləyib hazırlayıblar. Yapon alimlərinin rəyinə görə modernləşdirmənin müasir nəzriyyələri 
tarixi  prosesin  çoxşaxəli  xarakterli  olmasının  qəbuluna  əsaslanmalıdır,  belə  ki,  ictimai 
inkişafın hər bir yeni pilləsində aparıcı rolunu əvvəlki mərhələdə ―periferiyalı‖ rolunda olan 
təkamül xəttlərindən biri ola bilər (2). 
  Təkamül  nəzəriyyələrində  son  dövrə  qədər  adaptasiya  və  təbii  seçmə  proseslərinə 
əsaslanan  tədirici,  aramsız  inkişaf  ideyası  üstünlük  təşkil  edirdi.  Amma, son  illər  ―fasiləli 
müvazinət‖ konsepsiyası getdikcə daha çox populyarlaşır. ―fasiləli müvazinət‖ nəzəriyyəsi 
ilk  dəfə  olaraq  bioloqlar  N.Eldrec  və  S.Hould  tərəfindən  1972-ci  ildə  formalaşdırılmışdır 
(6).  Onların  rəyinə  görə  bioloji,  makrotəkamül  dəyişiklikləri  partlayış  xarakter  daşıyır. 
Uzun sürən sabitlik (durğunluq) dövrləri qısamüddətli sürətli dəyişikliklərlə əvəz olunur, bu 
dəyişikliklər  prosesində  yeni  bioloji  növlərin  yaranması  baş  verir.  P.Kun  tərəfindən 
hazırlanmış ―normal‖ elmin mərhələlərinin bir-birini əvəz etməsi və yeni elmi paradiqmaya 
inqilabi keçid modeli yuxarıda adı gedən sxemə uyğun gəlir. 
  Yeri  gəlmişkən,  ―fasiləli  müvazinət‖  nəzəriyyəsinin  özünü  yeni  təkamül 
paradiqması  adlandırırlar.  Bu  ideyaları  sosial-mədəni,  təşkilati  və  iqtisadi  dəyişikliklərə 
tətbiq edərkən daha da inkişaf etdirən işlərin sayı getdikcə çoxalır.  
 
5.4. Sosial proseslərin izah edilməsi 
 
  Sosiologiyada  ən  əlamətdar  hadisələrdən  biri  1998-ci  ildə  ―Sosial  mexanizmlər. 
Sosioloji nəzəriyəyə analitik yanaşma‖ məqalələr məcmuəsinin nəşri oldu (9). Məcmuənin 
müəllifləri  (adların  arasında  C.Elster,  D.Hambett,  R.Budon,  A.Sorensen,  A.Stinckomb, 
R.Hedstrem və başqa məşhur sosioloqlar var idi) vahid bir rəyə gəlirlər ki, sosiologiyanın 
əsas  məsələsi  sosial  proseslərin  gedişini  generasiya  və  izah  edən  fundamental  sosial 
mexanizmlərin aşkara  çıxarılması və öyrənilməsidir. § 4.2.-də qeyd olunduğu kimi, sosial 
mexanizm  –  bu  öyrənilən  prosesin  səbəb  –  nəticə  modelidir.  Belə  modellər  müxtəlif 
faktorların (dəyişənlərin, indikatorların...) qarşılıqlı təsirinin sosial proseslərin real gedişini 
kəmiyyət və keyfiyyət xarakteristikalarının necə generasiya etməsini göstərirlər.  
  Müəlliflərin  fikrinə  görə  (9)  səbəbiyyət  –  nəticə  modelləri  öz-özlüyündə  öyrənilən 
hadisələrin tam və qəti izahını vermirlər. Iş ondadır ki, sosial həyatda abstrakt faktorlar və 
dəyişənlər  deyil,  real  insanlar  hərəkət  edirlər.  Buna  görə  də,  elan  olunan  səbəb  –  nəticə 
əlaqələrinin  insanların  inancları  və  məsləkləri  ilə  necə  qarşılıqlı  təsirdə  olmasını,  onların 
davranışını necə formalaşdırdığını izah etmək də zəruridir.  
  Sosial  mexanizm  anlayışının  traktovkası  genişlənir  və  təkcə  səbəbiyyət  nəticə 
modelini  deyil,  həm  də  fərdlərin  eləcə  də  fərdlər  və  sosial  aqreqatlar  arasındakı  qarşılıqlı 
təsir münasibətlərinin izahını da əhatə edir. Məcmuənin müəlliflərindən biri T.Şellinq belə 
bir  misal  gətirir:  sürücü  qabaqda  gedən  maşına  qədər  olan  məsafəni  kontrol  edəndə  -  bu 
fərdlər arasındakı qarşılıqlı təsirdir; əgər  sürücü öz maşınının sürətini maşın axınının orta 
sürətinə  uyğun  olaraq  tənzimləyirsə,  onda  bu  fərdin  və  sosial  aqreqatın  qarşılıqlı  təsir 
göstərməsidir.  Şellinqin  rəyinə  görə,  sosial  mexanizm  öyrənilən  fenomeni  təkrarlayan 
abstrakt modelin fərdi davranışının terminlərdə interpretasiyasıdır (9,  s.33). 
  Sosial  mexanizm  anlayışının  belə  traktovkası  metodoloji  individualizmin 
paradiqmasına uyğun gəlir. Iqtisadi nəzəriyyəyə geniş bütün analiz olunan hadisələr ancaq 
fərdlərin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi izah olunur. Iqtisadi nəzəriyyədə fərd bir 


qayda  olaraq  rasional  qərarlar  qəbul  edir  –  gözlənilən  faydanı  (fayda  və  zərər  arasındakı 
fərqi)  daha  da  maksimallaşdırır.  Amma,  rasional  seçim‖  modelləri  heç  də  həmişə  real 
iqtisadi  proseslərə  adekvat  olunur.  Sosial  –  mədəni  və  siyasi  proseslərdə  bu  modelin 
məhdudlaşdırılması  çox  ədalətli  olaraq  qeyd  etdiyi  kimi,  sosiologiyada  rasional  seçim 
modellərini  tipik  olmayan  hadisə  kimi  özünə  əlavə  edən  koqnitiv  modellərdən  istifadə 
etmək zəruridir. 
  Onu  da  demək  olar  ki,  müəlliflər  (9)  sosial  proseslərin  əsil  izahının  sosial 
mexanizmlərin  iki  səviyyəli  təsvirinin  verdiyini  iddia  edirlər:  makrosəviyyədə  səbəb  – 
nəticə  modelindən  istifadə  olunur;  mikrosəviyyədə  isə  fərdlər  arasındakı,  o  cümlədən 
mikro-  və  makrosəviyyələr  arasındakı  qarşılıqlı  təsirlərinin  koqnitiv  modelləri  istifadə 
olunur. Bunları sosial model deyil, sosial – koqnitiv mexanizm adlandırmaq daha yaxşıdır. 
Müəllifərin  əsas  postulatlarına  (9)  şərik  olaraq  qeyd  edirik  ki,  onların  təklif  etdiyi 
yanaşmanın  bəzi  məhdudiyyətlərinin  olması  mümkündür.  Əlbəttə,  səbəbiyyət-nəticə 
modelləri  elmi  izahın  ən  geniş  yayılmış  üsuludur.  Amma,  sosial  elmlərdə  alternativ 
yanaşmalar - qaydalar sisteminin və təkamülün izahlarının analizi getdikcə daha çox diqqət 
çəkməyə başlayır (misallar bax fəsil 14 və 15). 
  §4.2.-də göstərildiyi kimi, hər bir koqnitiv sistem koqnitiv modellərdən istifadə edlə 
bilər.  Uyğun  olaraq  makro-  və  mikro-yanaşmaların  ənənəvi  traktovkasının 
dəqiqləşdirilməsinə  ehtiyac  var.  Sosiologiyada  adətən  hesab  olunur  ki,  mikrosəviyyə  -  bu 
fərdlərin  səviyyəsidir.  Sosial  sistemlərin  misalında  mikro-  və  makro-səviyyələrinin 
fərqləndirilməsinin daha rahat traktovkasını nəzərdən keçirək.  
  Dünya sisteminin bir tam kimi analizi makrosəviyyədə aparılır, bu zaman ayrı-ayrı 
ölkələrin  davranışının  analizi  mikrosəviyyədə  həyata  keçirilir.  Bazarın  analizi  zamanı 
mikrosəviyyə  -  ayrı-ayrı  firmalar  və  istehlakçılar  deməkdir.  Firmanın  analizi  zamanı 
mikrosəviyyə  -  bu  şöbələr  və  ya  əməkdaşlar  deməkdir.  Beləliklə,  sistemin  bütövlükdə 
analizi  makrosəviyyədə,  ayrıca  elementlərin  davranışının  öyrənilməsi  isə  mikrosəviyyədə 
həyata keçirilir. 
  Növbəti fəsillərdə  oxucu sosial  və sosial-koqnitiv  mexanizmlərə aid  çoxlu  misallar 
tapa biləcəkdir. Hələlik ciddi metodoloji əsaslandırılması olmayan, amma sözsüz ki, sosial 
proseslərin  gedişini  izah  etməyə  və  proqnozlaşdırmağa  yardım  edən  digər  modellər  də 
nəzərdən keçirilmişdir.  
  (  s.65)  R.Budonun  baxışları  ən  çox  §4.2.-nin  tipologiyasına  yaxındır  və  (1)-də 
kifayət  qədər  müfəssəl  şəkildə  şərh  olunublar.  Qeyd  edək  ki,  Budon  ―koqnitivist  model‖ 
terminini işlədir və bu termin altında koqnitiv modelin və dəylərin analizinin birləşməsini 
başa  düşür.  Bizim  vəsaitimizdə  bu  termin  istifadə  olunmur,  belə  ki,  dəyərlər  koqnitiv 
modelə aid olunmuşdur. 
  Sürətli,  katastrofik  sosial  dəyişikliklərə  maraq  son  illərdə  kəskin  şəkildə  artmışdır. 
M.Hallinen  (7)  qeyd  edir  ki,  sosial  sistemlərin  inkişafındakı  partlayışlar,  diskretlik  sosial 
dinamikanın mövcud nəzəriyyələrinə qarşı əsas çağırışdır. Onun fikrinə görə, son on illiyin 
kommunizm  sisteminin  süqutu,  millətçillik  və  terrorizmin  geniş  yayılması,  QİÇS 
epidemiyası,  komputer  inqilabının  sürətlə  inkişafı  kimi  hadidələri  yeni  nəzəri  yanaşmalar 
tələb  edir.  Fəlakətlər  nəzəriyyəsi  və  xaos  nəzəriyyəsi  modellərinə  əsaslanan  sosial 
dəyişikliklərin  yeni  konsepsiyalarını  yaratmaq  zəruridir.  Hallinen  hesab  edir  ki,  yeni 
yanaşmaların  dərk  edilməsində  sosial  proseslərin  formal,  riyazi  modellərinin  öyrənilməsi 
əhəmiyyətli yardım göstərmiş olar. 
 
Məsələlər və tapşırıqlar 
 
1. Prosesin Sorokinin yolu ilə müəyyən edilməsini fiziki dünyanın obyektlərinə tətbiq 
etmək olarmı? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə