Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   81

Siyasi  –  işgüzar  dövrün  yaranmasının  əsas  mexanizmi  aşağıdakı  qaydada  fəaliyyət 
göstərir.  Hökümət  hakimiyyətdə  olduğu  ilk  illərdə  resursları  toplayır  (əsasən  maliyyə 
resurslarını) ki, seçkilər qabağı onlardan istifadə edib heç olmazsa bir göstəricini (işsizlik, 
inflyasiya,  iqtisadi  yüksəlişin  tempi)  yaxşılaşdırmağa  çalışır.  Əslində  həmin  göstəricinin 
mütləq  qiymətlərinə  qarşı  deyil,  onların  dəyişməsinə  qarşı  daha  həssasdırlar.  Məsələn, 
işsizliyin  nisbətən  sabit  yüksək  səviyyəsi  deyil,  onun  seçkiqabağı,  ildə  artması;  iqtisadi 
yüksəlişin  seçkiqabağı  ildə  artması;  iqtisadi  yüksəlişin  yavaş  templəri  deyil,  onların 
tormozlanması.  Yəni  ictimai  rəyin  iqtisadi  vəziyyətin  pisləşməsi  kimi  şərh  etdiyi  şeylər 
daha çox mənfi təsir göstərir. Iqtisadi tənzimləmədə müəyyən prioritetləri seçərək hökümət 
öz nailiyyətlərini geniş təbliğ edir. Iqtisadiyyatı səmərəli şəkildə idarə etmək qabiliyyətində 
olduğuna elektoratı hər vasitə ilə inandırmağa çalışır (14). 
Əlavə  maliyyə  ehtiyatlarının  yaradılması  prioritet  göstəricinin  mütləq  qiymətinin 
aşağı düşməsinə səbəb ola bilər, ümumilikdə iqtisadiyyatın vəziyyəti isə pisləşə bilər. Onu 
da  qeyd  edək  ki,  seçkiqabağı  kampaniya  özlüyündə  iqtisadi  sistemə  kifayət  qədər  ağır 
yükdür. 
Beləliklə,  siyasi-işgüzar  dövr  nəzəriyyəsinə  görə,  hakimiyyət  uğrunda  mübarizədə 
siyasətçilər  çox  vaxt  ictimai  maraqlara  məhəl  qoymurlar.  Bu  problemin  ilk  ciddi 
tədqiqatlarından biri E.Taft tərəfindən 1978-ci ildə nəşr olunmuşdur. Əsərdə (39) amerikan 
alimi Qərbi Avropa materiallarına əsasən öz nəticələrini çıxarmışdır. O cümlədən, o, qeyd 
edirdi  ki,  vergilərin  aşağı  salınması  əhalinin  hər  nəfərinə  düşən  gəlirlərin  sürətlə 
yüksəlməsinə  səbəb  olur,  bunu  isə  çox  vaxt  seçkiqabağı  ildə  edirlər,  sonralar  analoji 
hadisələr ABŞ-ın iqtisadiyyatında da aşkar olundu.  
Artıq  göstərildiyi  kimi,  iqtisadçılar  arasında  işgüzar  dövr  modellərinin  tədqiqi  çox 
mötəbər  iş  sayılır.  Işgüzar  dövr  nəzəriyyəsinə  görə  bir  neçə  Nobel  mükafatı  təqdim 
olunmuşdur, bunlara uyğun nəticələr makroiqtisadiyyat üzrə bütün dərsliklərdə şərh olunur. 
Biz  enib-qalxmaların  sırf  iqtisadi  səbəbləri  üzərində  durmayaraq  vurğunu  sosial-iqtisadi 
xarakter daşıyan  faktlara vuracayıq.  ―İşçilərin  yanlış təsəvvürləri‖ modelində olduğu kimi 
fərz  olunur  ki,  iqtisadiyyatın  qısamüddətli  enib-qalxmasının  səbəbi  işarələrin  real  və 
nominal  əmək  haqları  arasındakı  fərqi  başa  düşməmələridir.  Hesab  olunur  ki,  işçi  birinci 
növbədə  nominal  əmək  haqqının  səviyyəsinə  istiqamətlənir,  amma  qiymətlərin  qalxması 
nəticəsində  real  əmək  haqqının  azalması  bir  o  qədər  də  narahatlıq  yaratmır.  Real  əmək 
haqqının aşağı düşməsi öz növbəsində məşğulluğun artırılmasına imkan verir. 
 ―Real iqtisadi dövr modelləri‖ tərəfdarlarının rəyinə görə insan maaş yüksək olanda 
işə düzəlir. Maaş aşağı düşəndə isə işçilərin bir qismi istirahət etməyə üstünlük verir.  
Bu  modeldə  nəzərdə  tutulur  ki,  məşğulluğun  səviyyəsinin  enib-qalxması  əmək 
aktivliyi dövrlərinin seçimi ilə müəyyən olunur. Iqtisadi sarsıntılar əmək haqqı səviyyəsinin 
müvəqqəti  olaraq  artmasına  səbəb  olur,  bu  da  ki,  təklif  olunan  iş  yerlərinin  sayının 
artmasına və bu da öz növbəsində istehsalın ümumi həcminin artmasına səbəb olur (12, səh. 
554). 
İşgüzar  dövrlərin  müxtəlif  modelləri  bu  vaxta  qədər  iqtisadçılar  arasında  qızğın 
disskusiyalara səbəb olur. Iqtisadçıların bir hissəsi hesab edir ki, məşğulluq sahəsindəki bu 
enib-qalxmaların  səbəblərindən  biri  bazar  mexanizmlərinin  qeyri-mükəmməl  olmasıdır  və 
hesab  edirlər  ki,  dövlətin  işə  qarışması  bu  enib-qalxmaları  hamarlaya  bilər.  Digərləri  isə 
əksinə, hesab edirlər ki, iqtisadiyyatı tənzimləmək sahəsində dövlətin imkanları məhduddur.  
Iqtisadi  sahədə  enib-qalxmaların  proqnozlaşdırılması  siyasi  mübarizədə  böyük  rol 
oynayır.  Belə ki,  ABŞ-da 1990-cı  ildə başlamış qısamüddətli  tənəzzül  artıq 1991-ci  ildə  - 
1992-ci ildə prezident seçkilərinə bir il qalmış başa çatır.  
Amma,  demokratlara  rəğbət  bəsləyən  kütləvi  informasiya  vasitələri  iqtisadiyyatın 
inkişafına dair bütün seçkiqabağı kompaniya boyu pessimist proqnozlar dərc edirdilər (9). 
Kuznesin dövrləri.  


Nobel  mükafatı  laureatı  S.Kusnes  iqtisadi  dinamikada  15-25  illik  dövrü  olan 
quruculuq  dövrləri  adlandırılan  mərhələləri  aşkar  etmişdir.  Bu  mərhələlər  yaşayış  və 
istehsal  yerlərinin  periodik  olaraq  kütləvi  şəkildə  yenilənməsi  ilə  bağlıdır.  S.Kuznes  ayrı-
ayrı  malların  istehsal  və  qiymət  dinamikasının  orta  hesabla  təqribən  20  illik  dövrü  olan 
siklinin  olmasından  heç  şübhə  etmirdi.  Sinxron  dövrlər  ödəmə  balansında,  pul  kütləsinin 
artmasında, ölkədaxili investisiyalar və ölkələrarası kapital axınlarından aşkar olunmuşdur. 
Kuznes  enib-qalxmaların  əsas  səbəbini  nəsillərin  bir-birini  əvəz  etməsi  ilə  əlaqədar  olan 
demoqrafik  proseslərdə,  əhalinin  sayının  artmasında,  daxili  və  xarici  miqrasiyalarda 
görürdü.  Bununla  belə,  bir  sıra  alimlər  hesab  edirlər  ki,  Kuznesin  dövrləri  ancaq  mənzil 
tikintisi  həcmlərində  müşahidə  olunur.  Dörü  nəzəriyyələrin  bir  çox  müddəalarının 
mübadiləsi  olması  onunla  əlaqədardır  ki,  iqtisadi  proseslər  yüzlərlə  indiqator  vasitəsilə 
təsvir olunurlar. Buna görə də sosial-iqtisadi sistemin dinamikasından danışarkən kompleks 
xarakterli  dövrləri  nəzərdən  keçirmək  lazımdır.  Yəni,  bir  xeyli  göstərici  (amma,  hamısı 
yox!)  vahid-səbəbiyyət  nəticə  mexanizm  ilə  bağlı  olan  oxşar  siklik  dinamikaya  malik 
olamalıdır. 
Bu  dövrü  xarakterizə  edən  indikatorları  adətən  üç  növə  bölürlər:  liderlik  edənlər, 
bir-birinə  uyğun  gələnlər,  geridə  qalanlar  xammalın  qiymət  indeksləri  kimi  göstəricilər 
liderlik  edir,  məşğulluq  və  ümumi  milli  gəlir  uyğun  gələn  göstəricilərdir,  qeyri-yaşayış 
sektoruna  investisiya  qoymaq  isə  geridə  qalan  göstəricidir  (17).  Göstəricinin  mütləq 
qiymətinin dinamikasında da olan dövrləri və onun artım tempinin dinamikasında da olan 
dövrləri fərqləndirmək zəruridir. Əgər bu göstəricinin dinamikası qrafikin sinusuna uyğun 
gəlirsə,  onda  göstəricinin  qiymətlərinin  dəyişmə  tempi  (sürəti)  ¼  period  yerini  dəyişmiş 
kosinusa oxşardır. 
 
7.3. Kondratyevin dalğaları 
 
Görkəmli rus iqtisadçısı N.D.Kondratyev (1892-1938), riyazi statistika metodlarının 
yardımı  ilə  çoxlu  miqdarda  iqtisadi  göstəricilərin  (qiymət  indeksləri,  əmək  haqqının 
səviyyəsi,  xarici  ticarətin  həcmi,  kömür  hasilatı,  qızıl  hasilatı  və  s...)  dinamik  sıralarını 
tədqiq  edərək  dünya  kapitalist  iqtisadiyyatında  uzun  konyuktura  dalğalarının  olduğunu 
aşkar  etmişdir.  20-ci  illərin  əvvəllərində  Kondratyev  belə  bir  nəticəyə  gəldi  ki,  dövrü 
hərəkətlər özü ilə müvazinət halından sapmaq prosesini ifadə edir. Kondratyevə görə böyük 
dövrlərin  inkişaf  fazaları  texniki  icadların  tətbiqi,  yeni  sənaye  sahələrinin  inkişafı  ilə 
şərtlənmişdir. 
Qərb  iqtisadiyyatında  tənəzzül  ilə  yanaşı  periodik  olaraq  yüksəlişin  labüd  olduğu 
fikrini  irəli  sürən  Kondratyevin  nəzəriyyəsi  L.D.Trotski  və  onun  tərəfdarları  tərəfindən 
kəskin tənqid olundu, 1923-1928-ci illərdə yazdığı əsərlərində Kondratyev öz nəzəriyyəsini 
inkişaf etdirməyə davam edirdi. 1930-cu ildə o, ―zəhmətkeş kəndli partiyası‖ işi üzrə həbs 
olunaraq  məhkum  edildi.  1938-ci  ildə  isə  yenidən  məhkum  edildi  və  güllələndi. 
Kondratyevin  nəzəriyyəsinə  qarşı  20-30-cu  illərdə  başlanmış  haqsız  münasibət  adət  üzrə 
yenidənqurmanın əvvəlinə qədər davam etdi. Iqtisadiyyatda uzun dalğalar nəzəriyyəsi üzrə 
monoqrafiyalarda  (10,  17,  24)  iqtisadiyyatda  sikliklik  nəzəriyyələrinin  tam  icmalı 
verilmişdir, o cümlədən son illərdə nəşr olunmuşların. 
Dövrü  problemlərinin  tədqiqində  İ.Şumpeter  görkəmli  rol  oynamışdır,  o, 
makroiqtisadi  sistemin  makroiqtisadi  əsaslarının  tədqiqinə  əsaslanan  bütöv,  məntiqli 
iqtisadi  inkişaf  nəzəriyyəsini  yaratmağa  çalışmış  ilk  iqtisadiyyatçılardan  biridir.  Şumpeter 
sahibkarları  iqtisadiyyatın  inkişafının  əsas  aparıcı  qüvvəsi  hesab  edirdi  və  onların 
davranışının xüsusiyyətlərinə - riskə getmək, yeni texnoloji ideyalar fikirləşib tapmaq, yeni, 
əvvəllər  istifadə  olunmamış  kombinasiyalar  işləyib  hazırlamaq  qabiliyyətinə  -  çox  diqqət 
verirdi (23). Rəhbərlər bir qayda olaraq bu və ya digər qərarları qəbul edən zaman onların 
nəticələrinə aid müəyyən nöqteyi-nəzərə malik olurlar. Beləliklə, onlar idarə olunan obyekt 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə