Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

haqqında  səbəbiyyət  nəticə  terminlərindən  (bəlkə  də,  qeyri-ixtiyari  olaraq)  istifadə  edərək 
fikir yürüdürlər. Sahibkarların davranışına aid son illərdə Q.Saymonun məhdud rasionallıq 
prinsipinə əsaslanan bir sıra tədqiqatlar meydana çıxmışdır. Belə yanaşma bir çox iqtisadi 
proseslərin dövrü xarakterini izah edən bir sıra modellər qurmağa imkan vermişdir (34). 
Kondratyevin  dalğalar  fenomenini  sırf  iqtisadi  səbəblərlə  izah  edən  çoxsaylı 
modellərdən son dövrdə ən çox hörmət qazananı iqtisadiyyatın inkişaf dinamikasına elmi-
texniki  tərəqqi  dalğalarının  müəyyən  təsiri  haqqında  fərziyyədir.  Son  illərdə  bu 
problematikanın  tədqiqatları  yeni  iqtisadi  paradiqmanın  –  təkamül  iqtisadiyyatının 
çərçivəsində baş verir. Nelson  və Vinter tərəfindən daxil edilmiş termin əsas diqqəti  təbii 
iqtisadi  seçmə  ideyasına  verir,  bu  zaman  ―rəqabət  qabiliyyətli  təsərrüfat  subyektlərinin 
inkişafı təsərrüfat subyektləri popullyasiyasının digər üzvlərinin iqtisadi sahədən sıxışdırılıb 
çıxarılması  hesabına  gedir.  Iqtisadi  təbii  seçmə  prosesi  müəyyən  ―təşkilat  genotipi‖  – 
təsərrüfat subyektlərinə dəyişən iqtisadi mühit şəraitində yaşamağa və inkişaf etməyə imkan 
verən xüsusiyyət və xarakteristikaları – formalaşdırır‖ (3, səh. 26). 
Iqtisadi  dinamikanın  uzun  dalğalarının  olması  innovasion  aktivliyin  qeyri-
bərabərliyi  ilə  izah  olunur.  Istehsalın  radikal  yenidən  qurulması  ilə  bağlı  olan  bazis 
yenilikləri  qeyri-bərabər  və  ya  təsadüfi  şəkildə  tətbiq  olunur.  Onlar  öz-özünə  klasterlərdə 
təşkilatlanır  və  yeni  texnoloji  istiqamətlər  quraşdırırlar.  Əlverişli  şərait  yaranan  kimi 
sahibkarlar  istehsalın  kökündən  dəyişdirilməsi  ilə  bağlı  olan  həddindən  böyük  riskdən 
qaçınmağa,  mövcud  texnoloji  prosesləri  rasionallaşdırmaq  və  təkmilləşdirməklə 
kifayətlənməyə  çalşırlar.  ―Depressiya  dövründə  nə  zaman  ki,  böyük  miqdarda  təsərrüfat 
vahidlərinin  mövcudluğunun  özü  risk  altında  olur,  sahibkarlar  cuzi  yaxşılaşmaların 
vəziyyətin  kardinal  şəkildə  dəyişməsinə  səbəb  olmayacağını  başa  düşərək  risk  etməyə 
məcbur olurlar‖ (17, səh. 56-57). 
Bazisdə edilən yeniliklərdən 10-15 il sonra iqtisadi konyuktura yüksəlməyə başlayır 
və əlavə yeniliklər tətbiq etmək üçün əlverişli şərait yaranır. Yeni texnoloji uklad yaranır ki, 
onun həyat sikli 100 ilə yaxın olur (bax § 6.2). 
Iqtisadiyyatda hökmran texnoloji ukladlar ardıcıl olaraq bir-birilərini əvəz edirlər və 
bununla da iqtisadi inkişafın trayektoriyalarının dəyişməsinə səbəb olurlar. 
V.İ.Maevski,  N.D.Kondratyevin,  İ.Şumpeterin,  A.Qrublerin,  S.Markettinin, 
S.Y.Qlazyevin  ideyalarına  əsaslanaraq  Kondratyev  dalğalarının  aşağıdakı  modelini  (şəkil 
7.1.) təklif etmişdir. 
Qrafikdə göstərildiyi kimi, iqtisadiyyatda həyat dövrü 100-150 il olan bir neçə X1 
texnoloji  uklad fəaliyyət göstərir. Yeni  texnoloji  ukladlar  yaranma vaxtı zaman etibarı ilə 
hakim ukladın effektivliyinin azalmasının başlanğıcı ilə bir vaxta düşür.  
Iqtisadi  təkamülün  ümumi  trayektoriyası  yüksələn  trend  ətrafında  titrəşməyə 
başlayır. 
 
Şəkil 7.1. 


Maevskinin  hesab  etdiyi  kimi,  ―Kondratyev  siklinin  aşağı  dalğası  hakim  ukladın 
deqradasiyası (ölməsi) ilə bağlı deyildir. Bu, hakim uklad öz hökmranlığının zirvəsinə - öz 
potensialından maksimal istifadə etməyin dərəcəsinə - yaxınlaşanda baş verir. Aşağı düşmə 
effektinin şərti onunla bağlıdır ki, üstünlük təşkil edən uklad ilə yanaşı mövcud olan köhnə 
ukladların ölməsi sürətindən aşağı olsun‖ (8, səh. 90). 
Nəzəriyyələrin çox sırf iqtisadi zəmindən qaynaqlanırlar, amma bir sıra iqtisadçılar 
sosial  faktorlara  böyük  diqqət  verirlər.  Bəzi  əcnəbi  alimlər  (K.Peres,  İ.Millenolorfer) 
texniki  –  iqtisadi  və  sosial  sahələrin  qarşılıqlı  təsirinin  dövriliyi  hadisəsini  izah  edən 
inteqrasiya  olunmuş  yanaşmasının  tərəfdarlarıdırlar.  Qeyd  olunur  ki,  müəyyən  şərtlər 
altında sosioloji faktorlar iqtisadi effektliyə neqativ təsir göstərir və böhrana səbəb ola bilər. 
Böhranın  səbəblərindən  biri  iqtisadi  və  sosial  sahələrdə  innovasiyaların  sürətlərinin 
uzalaşmasıdır. Millendorfun nəzəriyyəsində qeyd olunur ki, sosial – psixoloji faktorların – 
hansı ki, insan fərdlərinin davranışını formalşadırır və nəsillərin əlaqəsini və bir-birini əvəz 
etməsini əks etdirən müəyyən bir sabit kəmiyyətlə (konstanta ilə) bağlıdır – enib-qalxması 
başqa sosial-iqtisadi proseslərin də enib-qalxmalarına ritm verir. 
 
7.4. Dünya liderliyi uğrunda mübarizə dövrləri 
 
İqtisadiyyatın qeyri-bərabər inkişafının başqa faktorlarını nəzərdən keçirək. Bir sıra 
alimlər  hesab  edirlər  ki,  iqtisadiyyatda  uzun  dalğaların  əsas  səbəbi  böyük  müharibələrdir. 
Müharibənin  həm  də  sosial  sarsıntılara  da  təsirinin  mühümlüyünü  nəzərə  alan 
N.D.Kondratyev,  bununla  belə  onları  tarixi  inkişafın  əsas  qüvvəsi  hesab  etmirdi. 
―Müharibələr və inqilablar təsərrüfatın inkişafı gedişinə çox da dərin təsir göstərə bilməzlər. 
Amma, müharibələr və inqilablar göydən düşmürlər və ayrı-ayrı şəxslərin iradəsi əsasında 
baş vermirlər. Olar real və hər şeydən əvvəl iqtisadi şərtlər zəminində yaranırlar. Beləliklə, 
həm  müharibələr,  həm  sosial  sarsıntılar  böyük  dövrlərin  inkişafını  ritmik  prosesinə 
qoşulurlar və bu inkişafın başlanğıc qüvvələri olmayıb, onun təzahür formasıdırlar. Amma, 
onlar  bir  dəfə  yarandıqdan  sonra  iqtisadi  dinamikanın  tempinə  və  istiqamətinə  çox  güclü, 
bəzən isə düşündürücü təsir göstərirlər‖ (5, səh. 210). 
Dünya  –  sistem  yanaşması  tərəfdarları  müharibələrin  rolunu  başqa  cür 
qiymətləndirirlər.  İ.Vallerstayn,  F.Brodel  və  başqa  müəlliflər  hesab  edirlər  ki,  son  500  il 
ərzində dövlət ilə tam olaraq birləşmiş, mərkəzi – siyasi hakimiyyətə malik olmayan, geniş-
iqtisadi  sistem  formalaşmışdır.  Vallerstaynın  nəzəriyyəsinə  görə  dünya-sistemə  daxil  olan 
dövlətlər mərkəzi, yarımperiferiya və tam periferiya ölkələrinə bölünürlər. Hesab olunur ki, 
mərkəzdə  olan  ölkələr  periferiyada  olanları  idarə  edirlər,  bununla  yanaşı  dünya  liderliyi 
uğrunda bir-biriləri ilə aramsız müharibə aparırlar (30). Iqtisadi inkişafın qeyri-bərabərliyi, 
dünya  liderliyinə  yeni  namizədlərin  meydana  çıxması  resurslar,  ―həyat  sahəsi‖,  satış 
bazarları,  nüfuz  dairələri  uğrunda  mübarizəni  kəskinləşdirir.  Beynəlxalq  münasibətlər 
sistemi  sabitliyinin  periodik  olaraq  pozulması  sonucda  böyük  miqyaslı  müharibələr 
hegemonun dəyişməsi ilə nəticələnir. 
Dünya  –  sistem  yanaşması  tərəfdarları  arasında  iki  cərəyan  var.  Bir  cərəyan  (onu 
geosiyasi  cərəyan  adlandırmaq  olar)  hərbi  qüvvəyə,  dəniz  donanmasına  və  dövlətin 
dünyadakı nizam-intizama rəhbərlik etmək istəyinə istinad edir. Digər cərəyan isə iqtisadi 
faktorları  əsas  hesab  edir.  Çox  böyük  olmayan  lokal  hərbi  münaqişələr  tarixdə  münaqişə 
edən tərəflərin heç olmasa birinin resurlarının və ya təcəvüzkarlığının imkan verdiyi qədər 
tez-tez  baş  verir.  Qanlı  konfliklərin  çox  tez-tez  baş  verməməsi  üçün  sosial  sistemlərin 
qarşısını alan nədir? Bir sıra alimlərin rəyinə görə əsas qabaqlayıcı faktor sosial yaddaşdır. 
Məşhur  tarixçi  A.Toynbi  tarixdə  XVI  əsrdən  başlayaraq  115  illik  müharibə  və  sülh 
dövrünün olduğunu aşkar etmişdir. O, öz analizində böyük, intensiv müharibələrin (50-60 il 
periodu  olan)  müəyyən  dövrliyini  aşkar  edın  amerikan  politoloqu  K.Raytın  tədqiqatlarına 
əsaslanmışdır.  Iki  nəsil  uzunluğu  olan  dövrün  olmasını  Toynbi  müharibəni  görüb  sağ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə