Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

Alimlər  çox  vaxt  həyat  siklinin  modellərini  şəkil  6.1.-də  göstərildiyi  kimi 
illüstrasiyaya edirlər, harada ki, absis oxunda system vaxtı – həyat siklinin fazalarının bir-
birini əvəz etməsi – qeyd olunur. Ordinat oxunun adları isə çox vaxt dəqiqləşdirilmir. Fərz 
olunur ki, qrafik sistemin müəyyən ―həyat xəttini‖ təsvir edir, hansı ki, özünü bir faza boyu 
kifayət qədər hamar və monoton aparır. 
Əgər system vaxtı ilə təqvim vaxtını birləşdirsək, ordinat oxu üzərində funksiyanın 
sistemini  xarakterizə  edən  hər  hansı  bir  göstəricinin  qiymətini  göstərən  onda  bizim 
qarşımızda  çox  qarışıq  bir  mənzərə  duracaqdır.  Bu  halda  ―həyat  xətti‖  əsas  tendensiya, 
trend  rolunu  oynayacaq,  hansının  ki,  ətrafında  real  göstərici  xaotik  naxışlar,  gözlənilməz 
yüksəlişlərin və izaholunmaz enişlərin bir-birini əvəz etdiyi ziqzaqlar cızacaqdır. Çox vaxt 
fluktasiyalar  təsadüfi  səbəblər  üzündən  baş  verir,  digərlərini  isə  izah  etmək  və 
proqnozlaşdırmaq  olar,  əlbəttə  ki,  əgər  enib-qalxmalar  arasında  kifayət  qədər  mütəmadi 
olaraq  təkrarlanan  tərkibi  –  dövrü,  kifayət  qədər  uzun  zaman  kəsiyində  hərəkət  edən 
təkrarlanma mexanizmi tapmaq mümkün olsa. 
Bu  tipdən  olan  modelləri  həyat  sikli  modellərindən  fərqləndirməyə  çalışaraq  bu 
fəsildə  onları  dalğa  dinamikası  modelləri  adlandıracayıq.  Iş  ondadır  ki,  dalğa  və  dövr 
terminlərini  çox  vaxt  sinonim  kimi  işlədirlər  və  təcrübəsiz  tədqiqatçıları  tamamilə 
çaşdırırlar. Sosial – mədəni prosesləri dövri olaraq təkrarlanmağa nə məcbur edə bilər? Eyni 
cür  vəziyyətlərin  recurrent  təkrarlanmasını  şərtləndirən  faktorlar  həm  sistem  üçün  xarici 
olan  (ekzogen),  həm  də  sistemdaxili  (endogen)  xarakter  daşıya  bilər.  Keçmişin 
mütəfəkkirlərinin fikrinə görə sosiumun həyatına dövrü olaraq xaricdən təsirlərin səbəbkarı 
çox vaxt kosmos olur.  
Dövrülülüyün kosmik nəzəriyyələri.  
Göy qübbəsində iyirmi ildən bir Saturnu və Yupiteri bir neçə həftə ərzində müşahidə 
etmək  olar.  Onlar  şərqdən  çıxıb  qərbdə  batırlar.  Qədim  əlyazmalarda  və  Keplerin 
əsərlərində  bu  hadisə  Böyük  birləşmə  adlandırılır.  Ərəb  filosofları  hesab  edirdilər  ki, 
Yupiter  və  Saturnun  iyirmi  ildən  bir  dövri  olaraq  Böyük  birləşməsi  hökmdarların  taxtdan 
endirilməsinə,  üsyanlara,  dövlət  böhranlarına  səbəb  olur.  Bürclərin  və  planetlərin  hərəkət 
ritmləri ilə bağlı olan həyat dövrləri haqqında təsəvvürlər Qədim Yunanistanda yayılmışdı. 
Şərq  fəlsəfəsində  hesab  olunurdu  ki,  xeyir  zamanları  və  şər  zamanları  dövri  olaraq 
təkrarlanırlar.  Xeyir və  Şər qaçılmaz olaraq növbə ilə bir-birini əvəz edirlər.  Baxmayaraq 
ki,  hər  bir  dövr  öz  spesifikasına  malikdir.  Ulduz  dünyalarının  ritmi  ilə  uzlaşan  dövrana 
insan qəlblərinin dövranı da qoşulur. Onlar  yeni  həyata elə həmin bürclərin nişanı altında 
qayıdırlar. Astroloji nəzəriyyələr müasir elm tərəfindən qəbul olunmur, amma bu o demək 
deyil  ki,  kosmik  qüvvələrin  təsirini  kifayət  qədər  ciddi  metodlarla  tədqiq  etmək  olmaz. 
1918-ci  ilin  martında  A.L.Çijevski  (1897-1966)  Moskva  Universitetinin  tarix  –  filologiya 
fakültəsinə  ümumi  tarix  üzrə  dissertasiya  –  ―Ümumdünya  tarixi  prosesinin  dövrililiyinin 
tədqiqi‖  –  təqdim  edir.  Dissertasiyada  bəşəriyyətin  80  ölkəsinin  və  xalqının  2500  illik 
tarixinə aid materiallar toplamış və analiz edilmişdir. 
Xalq  kütlələrinin  iştirakı  ilə  tarixi  hadisələrin  statistic  analizi  göstərmişdir  ki, 
günəşin  minimal  aktiv  olduğu  illərdə  minimum  (5%)  kütləvi  hərəkatlar  baş  vermişdir, 
əksinə,  günəşin  aktivliyi  maksimal  olduqda  isə  sosial  kataklizmlərin  60%-dən  çox  baş 
vermişdir. 
Çijevski özünün ―Tarixi prosesin fiziki faktorları‖ (1924) kitabında nəticə çıxarır ki, 
ümumdünya tarixinin gedişi prosesi günədə ləkəəmələgəlmə aktivliyi ilə sinxiron və 11 illik 
period olan bir sıra fasiləsiz dövrlərdən ibarətdir (20, səh. 151). 
On  bir  illik  ümumi  tarixi  dövrdə  Çijevski  növbəti  dörd  fazanı  müəyyən  etmişdir: 
minimal  qıcıqlanma  (3  il);  artan  qıcıqlanma  (2  il);  maksimal  qıcıqlanma  (3  il), 
qıcıqlanmanın azalması (3 il). 
Çijevskiyə  görə  ümumdünya  tarixinin  dönüş  nöqtəsi  əsasən  siklin  əsas  fazası  olan 
üçüncüyə düşür. Məhz bu dövrdə rəhbərlərin, sərkərdərlərin, natiqlərin, mətbuatın nüfuzu 


maksimum səviyyəyə çatır: ―… bəşəriyyətin tarixi həyatı bir dəqiqə olsa belə dayanmasa da 
və  daim  Yer  kürəsinin  gah  bu,  gah  da  digər  sahəsində  alovlansa  da  günəş  fəaliyyətinin 
maksimum anlarında onlar bütün planet ərazisində demək olar ki, tam inkişaf tapırlar‖ (20, 
səh. 142). 
Demək lazımdır ki, belə hipotezlər başqa alimlər tərəfindən də söylənilirdi. Belə ki, 
tarixçi  və  astronom  D,O.Siyatski  diqqət  vermişdir  ki,  günəş  aktivliyinin  (günəşdə 
ləkəəmələgəlmə  fəaliyyətinin)  yüksək  olduğu  illərdə:  (1830,  1848,  1860,  1870,  1905  və 
1917) güclü  ictimai  sarsıntılar qeyd olunmuşdur (1830, 1848, 1870  – Fransada inqilablar, 
1860  –  İtaliyada  inqilab,  1905  və  1917  –  Rusiyada  inqilab).  V.Gerşel  bu  sahə  üzrə  ilk 
işlərindən  biri  günəş  aktivliyinin  və  taxıl  qiymətlərinin  enib-qalxması  ilə  əlaqəsinin 
tədqiqinə həsr olunmuşdur (1801 il). 
Çijevski  ilk  dəfə  olaraq  tarixi  prosesin  yoluxucu  xəstəliklər,  quraqları  kimi 
faktorlarına,  əhalinin  sayının  azalmasında  müharibələrin  roluna,  iqlimin  dalğavari 
dəyişməsinə fikir vermişdir. 
Çijevski  hesab  edirdi  ki,  ―günəş  nə  ictimai,  nə  də  iqtisadi  məsələləri  həll  etmir, 
amma o, insan fəaliyyətini orqanizminin psixofizioloji fonunda etdiyi dəyişikliklər hesabına 
kataliz  edərək  planetin  bioloji  həyatına  sözsüz  ki,  aktiv  olaraq  qarışır  (21,  səh.  80).  O, 
epidemiyalar,  psixopatik  kütləvi  isteriyalar,  cinayətkarlığın  artması,  bədbəxt  hadisələrin 
artması  və  s.  kimi  fenomenləri  günəş  aktivliyinin  artması  ilə  əlaqəsi  olduğunu  müəyyən 
etdi.  Ətraf  mühitdəki  fizioloji  cəhətdən  qeyri-qənaətbəxş  dəyişikliklər  insanların  həyat 
fəaliyyətinin  mənfi  onlarını  daha  da  ağırlaşdırır:  əhalinin  bir  qisminin  sıxılmış  psixi 
vəziyyəti  daha  da  pisləşir,  əsəbilik  və  neqativ  reaksiyalar  kəşkinləşir,  bu  da  çox  böyük 
ehtimalla neqativ social nəticələrə səbəb olur. Ədəbiyyatda 5-6, 11, 22, 33, 35 il dövrü olan 
günəş və iqlim dövrləri nəzərdən keçirilir. 
L.N.Qumilyova  görə  bəşəriyyətin  təkamülü  passionar  təkanlar  sayəsində,  hansı  ki, 
atmosfer  dəyişmələrini  izahedən  empirik  ümumiləşdirmələr  kimi  təsvir  olunublar,  davam 
edir.  Qumilyov  hesab  edir  ki,  passionar  təkanın  yaranma  səbəbi  açıq-aşkar  qeyri-yer 
mənşəlidir.  Belə  ki,  tarixi  qoyulmuş  bütün  passionar  təkanlar  xronoloji  olaraq  günəş 
aktivliyinin  minimum  və  ya  onun  yatmasının  dövrləri  ilə  xronoloji  olaraq  üst-üstə  düşür. 
Qumilyov günəş aktivliyinin 5 min illik qrafikini tərtib edən amerikan astronomu C.Eddinin 
məlumatlarından  istifadə  edərək  aşkar  edir  ki,  günəşin  fəaliyyəti  o  qədər  müxtəlif  şəkildə 
dəyişir ki, hətta günəş ləkələrinin 11 illik dövrü belə ciddi desək izlənmir (enib-qalxmaların 
period dəyişir). Belə ki, ləkələrin maksimal sayı 1750, 1761, 1770, 1778, 1804, 1817, 1830, 
1837, 1860, 1871, 1883, 1893, 1907-ci illərə düşür. 
 
Dalğalar və həyat dövrləri. 
Dalğa prosesləri sistemdaxili qanunlar ilə də şərtlənmiş ola bilərlər. Nəzəriyyəçilərin 
bir hissəsi hesab edir ki, dalğavari enib-qalxmalar də həyat dövrləri əslində qarşılıqlı olaraq 
çox  sıx  bağlıdırlar.  U.Maturananın  autopoyezis  nəzəriyyəsini  yada  salaq,  orada  iddia 
olunurdu  ki,  canlı  sistemlər  öz  komponentlərinin  təkrar  törənməsi  prosesini  həyata 
keçirərək öz eyniyyətini qoruyub saxlayır (bax § 1.3.). 
Təkrar  törəmə  mexanizmi  sistemin  ölən  elementlərini  yeniləri  ilə  əvəz  etmək  işini 
idarə  edir.  Bu  zaman  sistemin  elementlərinin  dövri  olaraq  əvəz  edilməsi  ona  aparır  ki, 
analiz  olunan  göstərici  və  ya  sistemin  tam  halda  davranışının  indikatoru  dalğavari  enib-
qalxmaları  nümayiş  etdirir  –  göstəricinin  nəticə  göstərən  qiyməti  bir-birini  əvəz  edən 
elementlərin  ətrafından  əyilib  keçən  həyat  xəttidir.  Bu  tipdən  olan  bir  sıra  mexanizmlər 
aşağıda  nəzərdən  keçirəcəkdir,  burada  isə  sistemin  davranışının  təsvirinin  ölçüsü  və 
mürəkkəbliyi  problemini  nəsillərin  bir-birini  əvəzləməsi  nəzəriyyəsinin  necə  həll  etməyə 
cəhd etdiyini nəzərdən keçirəcəyik. 
 
Nəsillərin bir-birini əvəz etməsi nəzəriyyəsi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə