Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

  Faza I – ―pioner‖, qeyri-formal həmfikirlər qrupu tərəfindən yeni tədqiqat proqramı 
hazırlanır.  Əsas  ideyaların  şərhindən  başqa  proqramda  adətən  görülən  işin  perspektivləri 
haqqında romantik, şişdirilmiş qiymətlər verilir, köhnəlməmiş yanaşmalar və paradiqmalar 
kəskin  tənqid  olunur.  Qeyd  edək  ki,  ilk  ideyaların  işlənib  hazırlanması  bir  qayda  olaraq 
mövcud  elmi  istiqamətlər  və  təşkilatlar  çərçivəsində,  ayrı-ayrı  kiçik  qruplarda  fəaliyyət 
göstərən alimlər tərəfindən aparılır. 
  Faza  II  –  tikinti,  kommunikativ  şəbəkənin  formalaşdırılması  və  inkişafı  baş  verir. 
Tədricən  əsas fiqurlar qabağa  çıxır, mövzunun tədqiqatçı  qruplar  arasında bölüşdürülməsi 
baş  verir.  Kun  üzrə  normal  elmin  mərhələsi  başlayır.  Kiçik  konfranslar  keçirilir. 
―Gözəgörünməz‖  kolleclər  yaradılır,  son  illər  isə  İnternetin  köməyi  ilə  ―virtual 
laboratoriyalar yaranır. 
  Nəşrlərin  sayı  sürətlə  artır.  Ilkin  nəzəri  mühakimələr,  praktiki  təsdiqlərinin  sayı 
getdikcə artır. Fəlsəfi diskussiyaların qarşısı qətiyyətlə alınır.  
  Faza  III  –  daxili  tənqid.  Bu  fazada  yeni  elmi  istiqamətin  inkişafı  kommunikasiya 
şəbəkəsinin  daha  aktiv  iştirakçılarının  fəaliyyəti  hesabına  nəzərə  çarpacaq  qədər 
intensivləşir.  Bu  fazada  yeni  elmi  istiqamətin  ardıcıllarının  sayının  eksponensial  yüksəlişi 
davam  edir,  amma fazanın  sonunda azalma baş verir. Getdikcə daha çox anomaliyalar və 
ziddiyyətlər aşkara çıxır. Istifadə olunan metodlar tənqidi analiz olunmağa başlanır. Amma 
zahirən  yeni  elmi  istiqamət  kifayət  qədər  müvəffəqiyyətli  görünür.  Formal  elmi 
cəmiyyətlər, laboratoriyalar və elmi mərkəzlər təşkil olunur. Ixtisaslaşdırılmış elmi jurnallar 
və məcmuələr meydana çıxır.  
  Faza  IV  –  son,  paradiqmanın  elmi  potensialı  tədricən  tükənir,  tematika  cılızlaşır. 
Yeni ixtisası metodoloji və fəlsəfi mövqelərdən tənqid edən fundamental  əsərlər meydana 
çıxırlar.  Bu  ixtisasın  tərəfdarlarının  sayı  azalmağa  başlayır,  eyni  zamanda  yeni  istiqamət 
samballı  akademik  status  alır  –  aparıcı  elmi  jurnallarda  şöbələr,  tədris  korpusları, 
kafedralar, nüfuzlu professional təşkilatlarda seksiyalar açılır. 
 
  Cerald Holton elmi istiqamətin inkişafını obrazlı şəkildə qızıl yataqlarının işlənməsi 
ilə müqayisə edir. Yataq tapıldıqdan sonra ərazinin kəşfiyyatı, qızıl ―damarlarının‖ axtarışı 
aparılır. Sonra tapılmış damarlardan qızıl sürətlə çıxarılmağa başlanır. Amma getdikcə kəşf 
olunmamış damarların sayı azalır. Kifayət qədər qızılla zəngin damar tapmaq çoxlu vaxt və 
qüvvə tələb edir. Qızıl ehtiyatları tükənir.  
Texnoloji ukladın həyat dövrü. C.Dosi, Ş.Peres, S.Y.Qlazov kimi bir sıra iqtisadçılar 
texnoloji stilin, paradiqmanın, ukladın konsepsiyasını işləyib hazırladılar. Texnoloji ukladın 
özəyini  Qlazyevə  görə  texnoloji  cəhətdən  uzlaşmış  istehsalların  bazis  məcmularının 
kompleksi  təşkil  edir.  Texnoloji  uklad  bütün  iqtisadi  sistem  çərçivəsində  formalaşaraq 
makroiqtisadi təkrar istehsal konturu yaradaraq resursların emalının bütün mərhələlərini və 
qeyri-istehsal  istehlakının  uyğun  tipini  əhatə  edir.  Beləliklə,  hər  bir  texnoloji  uklad  öz-
özünü təkrarlayan tamdır, bunun nəticəsində iqtisadiyyatın texniki inkişafı ancaq texnoloji 
ukladların ardıcıl olaraq bir-birini əvəz etməsi yolu ilə gedə bilər (1,  s.63). 
X                      
 
Şəkil 6.3. 
2,4
4,4
1,8
2,8


Texnoloji  ukladın  həyat  dövrü  dörd  fazadan  ibarətdir  və  şəkil  6.3.-də  verilmişdir. 
Yeni ukladın yaranma mərhələsi ondan öncə gələn texnoloji ukladın üstünlük təşkil etməsi 
şəraitində  başlanır.  Bu  zaman  onun  təkrar  istehsal  konturunun  bir  çox  elementlərinin 
yoxluğu  qaçılmaz  itkilərə  səbəb  olur  (şəkil  6.3.-də  1-ci  donqar).  Ukladın  inkişaf  fazası 
bütün  sənaye  strukturunun  yenidənqurulmasını  və  daha  müasir  texnologiyalara  keçməsini 
nəzərdə tutur. Cəmiyyətdə fundamental irəliləyiş – iqtisadi-texniki inqilab baş verir. Sosial 
sistemin  yeni  iqtisadi-texniki  şəraitə  adaptasiyası  prosesi  başlayır.  Cəmiyyət  yeni 
texnologiyaların  tətbiqi  ilə  yaradılmış  məhsulların  istehlakına  öyrəşməyə  başlayır  (şəkil 
6.3.-də 2-ci donqar).  
Ictimai  tələbatların  doyma  fazasında  həmin  texnoloji  ukladın  məhsuluna  olan 
istehlakçı  tələbatının  və  qiymətlərin  aşağı  düşməsi  tədricən  baş  verir.  Istehsalın 
təkmilləşdirilməsi üçün texniki imkanlar da tükənir.  
Sonuncu  olan  tənəzzül  fazasında  inkişaf  templəri  xeyli  azalır  və  istehsalın 
səmərəliliyinin  tam  aşağı  düşməsi  də  mümkün  görünür.  Əldə  olan  resurslar  yeni 
yaranmaqda olan daha perspektivli texnoloji ukladın xeyrinə yenidən paylanır.  
Məhsulun  həyat  dövrü  konsepsiyası  satış  həcmlərini  proqnozlaşdırmaq  və  analiz 
etmək üçün istifadə olunur. Adətən belə modellərdə dörd faza müəyyən olunur: 
Faza I - əmtəənin bazara çıxarılması. Bu dövrdə satış çox ləng gedir, gəlir bir qayda 
olaraq az olur. Amma artıq əmtəənin bazarda yer alıb-almayacağı aydın olur.  
Faza  II  –  inkişaf.  Bu  dövr  bazarın  sürətlə  ələ  keçirilməsi  və  gəlirin  əhəmiyyətli 
dərəcədə artması ilə xarakterizə olunur. 
Faza III – yetkinlik. Satış templəri yavaşıyır, gəlir sabitləşir, doyma dövrü başlanır. 
Faza  IV  –  tənəzzül.  Tənəzzülün  səbəbi  rəqiblərin  müvəffəqiyyətli  fəaliyyəti  və 
texniki  köhnəlmə  ola  bilər.  Əmtəə  istehlakçıları  usandıra  bilər.  Bəzən  həmin  əmtəənin 
öhdəsindən  gəlməli  olduğu  tələbatın  özü  də  yox  ola  bilər.  Əgər  tənəzzül  dövründə  əmtəə 
modernləşdirilsə, onda satışların yenidən yüksəlməsi mümkün ola bilər. 
Analoji  modellərdən  moda  marketinqdə,  məşhurlara,  siyasi  xadimlərə  münasibətdə 
də  istifadə  olunur  (5).  Istehlakçıların  marketinqdə  davranışını  proqnozlaşdırmaq  üçün 
ailənin həyat dövrü konsepsiyasından da istifadə olunur.  
Ailənin həyat dövrü. Alıcı davranışı nöqteyi-nəzərindən ailənin həyat dövründə dörd 
əsas faza müəyyən olunur (5,  s.156). 
Faza  I  –  subaylıq  mərhələsi.  Modaya,  mebellərin,  avtomobillərin,  istirahət  üçün 
putyovkaların alışına maraq. 
Faza II – yenicə ailə quranlar (uşaq hələ yoxdu). Intensiv alış-veriş, o cümlədən uzun 
müddət istifadə olunan malların alınması. 
Faza  III  –  ―dolu  yuva‖.  Uşaqların  doğulması  xərclərin  artmasına  səbəb  olur, 
paltaryuyan maşınlar, televizorlar, uşaqlar üçün mallar alınır. Maliyyə durumu pisləşsə də 
mənzil alınır. Maddi  rifah halı  yüksəldikcə birinci  növbədə vacib  olmayan bir çox mallar 
alınır. 
Faza IV ―boş yuva‖. Uşaqlar ayrı yaşayırlar. Nə qədərki ailə başçısı işləyir, ailələrin 
çoxu səyahətlərə, bahalı əşyaların alınmasına maraq artır. Ailə başçısı pensiyaya çıxdıqdan 
sonra ailənin gəlirləri kəskin şəkildə aşağı düşür. Tibbi mallara və xidmətə tələbat artır.  
Fərdin həyat dövrü
Sosioloji  nöqteyi-nəzərdən  əsas  maraq  fərdin  fiziki  yaşına  deyil,  yaş 
kateqoriyalarının sosial konstruksiyasının – ―gənc‖, ―orta yaşlı‖, ―ahıl‖ – qavrayışındadır.  
Sosial  psixoloq  E.Eriksonun  (8,  s.110-111)  modelində  insanın  həyat  sikli  səkkiz 
mərhələdən  ibarətdir.  Fərdin  həyatının  hər  mərhələsində  spesifik  böhran  baş  verir,  bir 
mərhələdən digərinə keçid isə həmin böhranın aradan qalıdırılması nəticəsində baş verir. Ilk 
dörd  mərhələ  uşaqlıq  dövrünə  aiddir.  Beşinci  mərhələ  -  gənclik,  peşə  seçimi  uyğun  iş 
yerinin  axtarışı,  həyat  yoldaşının  seçimi  ilə  bağlıdır.  Altıncı  mərhələdə  (yaşlı  mərhələnin 
başlanğıcı) adaxlı olmaq və evlənmək əsas əhəmiyyət kəsb edir. Fərdin inkişafının sonrakı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə