Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   81

Məşhur  amerikan  politoloqu  A.Şlezinqer  (kiçik)  amerikan  tarixində  dövrlər 
haqqında  fundamental  monoqrafiya  nəşr  etdirdi  (22).  Hansında  ki,  əsas  diqqət  aşağıdakı 
qanunauyğunluqları  aşkar  etmiş  atasının  konsepsiyasının  əsaslandırılmasına  verilmişdir. 
XIX  –  XX  əsrlərdə  ABŞ-ın  siyasi  həyatında  konservatizm  və  liberalizm  dalğaları  bir-
birilərini ardıcıl olaraq əvəz edirdilər. Şlezinqzer (böyük) demokratiyanın artım prosesinin 
xarakterik  olduğu  liberalizmə  aid  altı  faza  və  demokratiyanın  eyni  bir  səviyyədə  qaldığı 
konservatizmə aid beş faza aşkar etdi. Enib – qalxmaların orta periodu təqribən 33 il təşkil 
edir. Bu sxemdən istifadə edən Şlezinqer (böyük) 1924, 1939 və 1947-ci illərdə seçkilərin 
nəticələrini (hakim partiyaların seçkilərdə uduzmasını) qabaqcadan deyə bildi,  həm  də ki, 
proqnozlar hər bir uyğun gələn seçkidən 2-3 ay əvvəl deyil, 2-3 il əvvəl nəşr olunmuşdur. 
Kondratyev  dalğalarının  tarixi  van  Deynin  məlumatlarına  əsasən  həyata 
keçirilmişdir. 
Şlezinqer  (kiçik)  qeyd  edir  ki,  göstərilmiş  dövrlər  iqtisadi  dövrlərlə  bağlı  deyil, 
özünütəşkilatlandırma  hadisələri  ilə  şərtləndirilmişdir.  O,  dəyişikliklərin  psixoloji  əsasını 
insan təbiətinin xüsusiyyətlərində görür: ―İnsanlar heç vaxt tam qane olmurlar - əgər onlar 
arzuladıqlarını  əldə  ediblərsə,  deməli  artıq  başqa  bir  şey  istəyirlər‖  (22).  Dövriliyi 
əsaslandırmaq üçün burada da nəsillərin bir-birini əvəz etməsi nəzəriyyəsi istifadə olunur. 
Hesab  olunur  ki,  bir  nəslin  siyasi  həyatı  30  ilə  yaxındır.  Ilk  15  il  bu  nəsli  hakimiyyət 
uğrunda yaşlı nəsil ilə mübarizə aparır və hakimiyyəti əldə etdikdən sonra növbəti 15 il onu 
əlində saxlayır. 
Şlezinqer  hesab  edir  ki,  məqsədi  bizim  vəziyyətimizi  yaxşılaşdırmaq  olan  ictimai 
aksiya bir-birini əvəz edən – həm də ki, çox qısa müddətdə - xeyli dəyişikliklərə səbəb olur. 
ABŞ-da islahatlar atılan güllə qatarlarına bənzəyir. Sonucda sosial – siyasi orqanizmin özü 
yeni  tətbiqlərin  selindən  boğulmağa  başlayır,  ona  da  yenilikləri  həzm  etməyə  müəyyən 
zaman lazımdır. 
Millətin  bizdən  çox  yüksək  gərginlik  tələb  edən  siyasi  öhdəlikləri  yerinə  yetirmək 
qabiliyyəti  məhduddur.  Təbiət  bir  fasilə,  ara  tələb  edir.  Insanları  özlərini  qəhrəmancasına 
səylər  göstərməyə  məcbur  edə  bilmirlər.  Onlar  öz  şəxsi  həyat  işlərinə  dalmaq 
həsrətindədirlər... İctimai problemlər bazarın gözəgörünməz əllərinə həvalə olunur‖ (22, s. 
46-49). 
Amma  şəxsi  maraqların  epoxası  əbədi  sürə  bilməz.  Tədricən,  eqoistik  motiv  və 
perspektivlər  insanların  zəhləsini  tökür,  onlar  ali  məqsəd  kimi  modeli  nemətlər  ardınca 
qaçmaqdan  yorulurlar.  Əhalinin  böyük  qrupları  maddiyyatı  əldə  etmək  yarışında  geridə 
qalırlar. Intellektuallar soyuyub uzaqlaşırlar... 
Insanlar  ancaq özlərini düşünmədən həyatın mənasını axtarırlar. Nəhayət  detonator 
rolunu  oynayan  nə  isə  hansı  isə  miqyasına  və  təhlükə  dərəcəsinə  görə  nəhəng  problem, 
hansı  ki,  bazarın  gözəgörünməz  əli  onu  həll  edə  bilmir  –  ölkənin  siyasi  həyatında  yeni 
epoxanın fəthinə doğru aparır (22, s.49). 
Amerikan politoloqu Barber ABŞ-da prezident Kompaniyalarının əsas mövzularını 
analiz edərək maraqlı bir qanunauyğunluq aşkara çıxarmışdır. 1900-cu ildən başlayaraq 12 
illik  dəqiq  dövr  izlənir,  hansında  ki,  hər  dörd  ildən  bir  ardıcıl  olaraq  seçkiqabağı 
kompaniyaların əsas mövzuları: münaqişə, vicdan və barışıq – bir-birilərini əvəz edir. Həm 
də ki, barışıq fazası Namenvirsin dalğalarındakı zirvə fazasına eyni ilə düşür (25). 
Amma,  tədqiqatçıların  əksəriyyəti  siyasi  proseslərin  pulsasiyasını  Kondratyevin 
dalğaları ilə bağlayırlar. Belə ki, mütəxəssislər utopik cərəyanların meydana çıxmasında və 
sosial  hərəkatların  yaradılmasında  özünəməxsus süni  canlanmalar  qeyd  edirlər.  XIX  əsrin 
və  XX  əsrin  30-cu  və  70-80-ci  illərində  utopik  əhvali  –  ruhiyyyələrin  yüksəlməsinin  bu 
tarixləri  Kondratyev  dalğalarının  depressiya  fazaları  ilə  üst-üstə  düşür.  Bir  sıra  alimlər 
Kondratyev sikli ilə tətil aktivliyinin dalğaları ilə bağlayırlar (17, 33). 
 
Məsələlər və tapşırıqlar. 


1. Təbiət hadisələri iqtisadiyyatda və ya siyasətdə dalğa prosesləri yarada bilərmi? 
2.  P.A.Sorokin  nəsillərin  bir-birini  əvəz  etməsi  sxemini  çox  yayğın  və  izahedici 
qüvvəyə  malik  olmayan  bir  şey  hesab  edirdi.  ―Nəsillər‖  anlayışını  daha  aydın  etmək 
olarmı? 
3. Rusiyada siyasi – işgüzar sikl mexanizmi formalaşmağa başlanmışdırmı?  
4. Koqnitiv faktorlar iqtisadiyyatda dalğaların yaranmasına təsir göstərə bilərmi? 
5.  Kondratyev  dalğaları  üzrə  hər  hansı  bir  sosial  konvensiyalar  mümkündürmü? 
Enib-qalxma 
periodlarını 
dəyişdirmək 
məqsədəuyğundurmu? 
Enib-qalxmaların 
amplitudunu məhdudlaşdırmaq lazımdırmı? 
6.  Ədəbiyyatda  Rusiya  tarixində  3,5,9  və  daha  çox  illik  periodu  olan  dalğaların 
olması haqqında çoxlu hipotezlər nəşr olunmuşdur (2, 7, 24). O cümlədən, söhbət XX əsrdə 
12  illik  siklin  –  1905;  1917;  1929;  1941;  1953;  1965;  1977;  1989-cu  illər  –  olmasından 
gedir. Bu dalğaların yaranma mexanizmi necədir? 
7. Böhran dövründə dalğa tematikası üzrə ədəbiyyat studiyalarında optimizm hökm 
sürürdü. Dalğa tematikası yüksəliş dövründə hansı hissləri oyadır? 
8. Siyasi proseslərdə gecikmə effektinin etdiyi təsirə misal gətirin. 
9.  Şlezinqer  dövrünü  elektoratın  sağ  və  sol  mərkəzçi  əhval-ruhiyyələrinin  ardıcıl 
olaraq bir-birilərini əvəz etməsi kimi şərh etmək olarmı? 
Ədəbiyyat 
1. Ашин Г. К. Современные теории элиты: критический очерк. M., 1985. 
2. Волновые процессы в общественном развитии. Новосибирск, 1992. 
3.  Глазьев  С.Ю.  Теория  долгосрочного  технико-экономического  развития.  M., 
1993. 
4.  Ильин  В.  В.  Особенности  законов  гуманитарных  наук  //  Проблема  закона  в 
общественных науках / Под ред. П. А.Рачкова, B.C. Манешина. M., 1989. 
5. Кондратьев H. Д. Проблемы экономической динамики. M., 1989. 
6. Кондратьев Н.Д. Избранные сочинения. M.: Экономика, 1993. 
 7.  Кузьменко  В.П.  Инвестиционная  политика  в  регионе.  Киев:  Наукова  думка, 
1992. 
8. Маевский В.И. Введение в эволюционную макроэкономику. M., 1997. 
9. Меньшиков С.М. Западная экономика: преодоление кризиса // Проблемы теории 
и практики управления. 1994. № 5. С. 6-11. 
10.  Меньшиков  С.  M.,  Клименко  А.  А.  Длинные  волны  в  экономике.  Когда 
общество меняет кожу. M., 1989. 
11. Модельски Дж., Томпсон У. Волны Кондратьева, развитие мировой экономики 
и международная политика //Вопросы экономики. 1992. № 10.С.49-57. 
12. Мэнкью Г. Макроэкономика. M., 1994. 
13. Ортега-и-Гассет X. Что такое философия? M.: Наука, 1991. 
14. Переходы и катастрофы: Опыт социально-экономического развития. M.: МГУ, 
1994. 
15.  Плотинский  Ю.М.  Анализ  риска  социальных  реформ//На  пути  к 
постиндустриальной  цивилизации.  Материалы  II  Международной  Кондратьевской 
конференции. M., 1996. С. 228-237. 
16.  Плотинский  Ю.М.  Циклические  модели  прогнозирования  развития  США 
//Вестник МГУ. Сер. 18 "Социология и политология". 1996. № 2. С. 68-70. 
17.  Полетаев  А.В.,  Савельева  И.M.  Циклы  Кондратьева  и  развитие  капитализма. 
M.: Наука, 1993. 
18. Социологический словарь. Казань: Изд-во Казан1, ун-та, 1997. 
19. Хлебников В. Творения. M., 1987. 
20.  Чижевский  А.Л.  Ближе  к  солнцу  -  ближе  к  истине.  Из  книги "Физические 
факторы исторического процесса" // Сибирские огни. 1990. №9. С. 136-156. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə