Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

Sorokin  qərb  sivilizasiyasının  tarixində  yeddi  kifayət  qədər  sabit  sosial  –  mədəni 
sistem aşkar etdi, onlardan ikisi – ―hissi‖ (sensitive) və ―mücərrəd‖ (ideational) - əsas hesab 
olunur. 
Sorokin hesab edirdi ki, həm hissi, həm də mücərrəf sosial – mədəni sistem ―öz özəl 
sisteminə,  fəlsəfə  və  dünyagörüşünə,  öz  dininə  və  ―müqəddəslik‖  standartlarına,  nəyin 
doğru,  nəyin  yanlış  olması  haqqında  öz  şəxsi  təsəvvürlərinə,  incəsənət  və  ədəbiyyat 
formasına;  özəl  əxlaq,  qanun,  davranış  normalarına;  sosial  münasibətlərin  dominant 
formalarına;  özəl  iqtisadi  və  siyasi  təşkilata  və  nəhayət  xüsusi  mentalitetə  və  davranışa 
malik insan şəxsiyyətin özəl tipinə malikdir (22, səh. 198)
16
.  
Zamanın  hər  bir  anında  cəmiyyətdə  müxtəlif  sistemlər  iştirak  edə  bilərlər,  amma 
əksəriyyəti  üstün  mövqedə  olan  mədəniyyətin  daşıyıcılarıdır.  ―Hissi‖  mədəniyyət  üçün 
xarakterik  olanlar:  cəmiyyətdə  materialist  dünyagörüşünün  üstünlük  təşkil  etməsi, 
determinist konsepsiyaların hökmranlığı,  utilitar, gedonist  dəyərlərin populyarlığı,  kəşf və 
icadların  bolluğu,  sosial  həyatın  dinamik  xarakteri  üstünlük  təşkil  edir.  ―Mücərrəd‖ 
mədəniyyət üçün xarakterik olanlar: rasional təfəkkür elementləri, mütləq prinsiplər etikası. 
Sosial həyat statik xarakter daşıyır, elm və texnikanın inkişaf tempi zəifləyir. Sorokin hər 
iki  əsas  sistemin  xüsusiyyətlərinin  qarışığından  ibarət  olan  ―idealist  (idealistic)  sosial  – 
mədəni sistemi keçid sosial – mədəni sistemi kimi nəzərdən keçirirdi. 
Qərb sivilizasiyasının təkamülünü Sorokin  rəqqas titrəyişləri modelinin köməyi  ilə 
hissi  və  mücərrəd  sosial  –  mədəni  sistemlərin  növbə  ilə  dominantlıq  etdiyi  mərhələləri 
arasında analiz etmişdir. 
Bir qütbdən digərinə keçid mütləq idealist sistem vasitəsilə həyata keçirilir. Sorokin 
ətraf  mühitin  təsiri  haqqında  ekstepnalist  nəzəriyyələri,  ―Mental  və  sosial  –  mədəni 
fenomenlərin  mexaniki  və  bihevioristik  interpretasiyaları‖  inkar  edirdi,  hətta,  əgər  bütün 
xarici  şərtlər  sabit  olsa  da,  dəyişikliklərin  olması  qaçılmazdır,  onlar  immanent  olub  hər 
hansı  bir  sosial  –  mədəni  sistemin  ayrılmaz  atributudurlar.  Sistem  dəyişikliklərinin 
rüşeymini,  toxumlarını  özündə  bəsləyir.  ―Əgər  xarici  şərtlər  ailə,  dövlət,  iqtisadi  təşkilat, 
siyasi partiya və ya hər hansı bir başqa sosial sistem üçün sabitdirsə, əgər eyni şey hər hansı 
bir incəsənətin və ya elmin, fəlsəfənin, dinin, hüququn inteqrasiya olunmuş sistemi üçün də 
nəzərdə  tutulursa,  adı  sadalanmış  sosial  və  mədəni  sistemlərin  hər  biri  hərəkətsiz  qalmır, 
onların  şəxsi  mövcudluğu  və  fəaliyyət  göstərməsini  saxlamaq  üçün  onların  immanent 
olaraq  dəyişməsi  nəzərdə  tutulmuşdur.  Sürətli  və  ya  yavaş  olmasından  asılı  olmayaraq 
sistem  transformasiyanı  keçirməlidir‖  (22,  s.590).  Dəyişikliklər  sosial  sistemlərin  öz 
təbiətində kök salmışdır. Immanent dəyişikliklər prinsipin mahiyyəti məhz bundadır (bax § 
6.1.). 
Xarici faktorların təsiri isə sistemin inkişaf fazalarının ardıcıllığını dəyişə bilməz. 
Hər  halda,  mədəniyyət  sistemində  dominantlıq  edən  mentalitet  görəsən  dəyişilir? 
Nəyə görə bir tip öz yerini başqasına verir? Yuxarıda veilmiş birinci cavab sırf sistemə aid 
cavabdır,  amma  Sorokin  bunun  kifayət  olmadığını  hiss  edir.  İkinci,  həqiqətə  daha  çox 
uyğun olan cavab isə artıq koqnitiv xarakter daşıyırdı: ―Dəyişikliklər nə qədər ağrılı olsalar 
da onun bütün tarixi inkişafı boyu yaradıcı olması üçün bütün mədəniyyətlər üçün bir növ 
zəruri şərtdir. Mədəniyyətin heç bir forması özünün yaradılıcıq imkanlarında hədsiz deyil, 
onlar  həmişə  məhduddurlar...  Yaradıcı  qüvvələr  tükənəndə  və  onların  bütün  məhdud 
imkanları  reallaşdırıldıqdan  sonra,  həmin  mədəniyyət  və  cəmiyyət  ölü  və  qeyri-yaradıcı 
olur və ya dəyişərək onlara yeni yaradıcı imkanlar açan və dəyərlər verən yeni forma alır‖ 
(20, səh. 433). 
                                                 
16
(bax. Сорокин П. Социальная и культурная динамика. СПБ. ГХГИ, 2000. 
 Dördcidliyin  üzərində  aparılan  işdə  həm  rus  (N.O.Losski,  İ.İ.Lapşin,  N.S.Timaşov  və  b.),  həm  də 
əcnəbi alimlər iştirak ediblər.  
 


Sorokin iddia edir ki, ―heç bir sistem tam həqiqətdən ibarət ola bilməz, eləcə də hər 
bir  digər  sistem  tam  yanlış  ola  bilməz‖.  Inkişafın  məntiqi  həqiqət  sistemini  ―inhisarçı 
mövqeləri  tutmağa  və  digər  həqiqətləri  sıxışdırıb  çıxartmağa  can  atmağa‖  məcbur  edir, 
―onda  burada  ―yanlış‖  olanın  payı  həqiqi  olanın  payının  digər  sistemlərin  doğruluğunun 
zərəri  hesabına  artmış  olur‖.  Birtərəfli  həqiqət  getdikcə  reallıqdan  uzaqlaşır  və  elə  bir  an 
gəlib  çatır  ki,  cəmiyyət  belə  bir  alternativ  qarşısında  qalır:  ―ya  tutulmuş  və  tam  atrofiya 
olunmağı yaşamaq ya da inkişaf kursunun başqa daha uyğun həqiqət sistemini qəbul etmək 
hesabına dəyişmək‖. Sorokinin rəyinə görə iki əsas sosial – mədəni sistemin periodik olaraq 
bir-birini  əvəz  etməsinin  başlıca  səbəbi  belədir.  Bəs  nəyə  görə  sosial  –  mədəni  sistem 
əvvəllər  mövcud  olmamış  yeni  formaları  həmişə  qəbul  etməyib  rekurrent  olaraq  köhnə 
əsaslarına qayıdır? 
Sorokin  effekti  onu  yaradan  səbəbi  aradan  qaldırdıqdan  sonra  qorumaqla  sistemi 
müvazinət  vəziyyətinə  qaytarmağa  çalışan  qüvvələrin  fəaliyyəti  ilə  ritmlərin  titrəyişinin 
mexaniki izahlarını rədd edirdi. 
Sorokinə  görə  düzgün  cavabı  onun  A.Qoldenveyzerin  və  R.Tornvaldın  ideyalarına 
istinad  edərək  inkişaf  etdirdiyi  hüdud  prinsipi  verir.  Hüdud  prinsipi  (müasir 
terminologiyada)  təsdiq  edir  ki,  sosial  –  mədəni  sistemin  aramsız  təkamül  sistemi  sonsuz 
sayda  vəziyyətlərdən  keçsə  də,  insanın  koqnitiv  imkanları  proseslərin  diskret  qavrayışını, 
xarakter  cizgilərinin  sabit  vəziyyətlərin  mərhələ  və  istiqamətlərin  son  sayının  seçilib 
göstərilməsini  şərtləndirir.  Insanın  koqnitiv  xüsusiyyətləri  nəzərdən  keçirilən  dəyişmə 
fazalarının  miqdarını  da  məhdudlaşdırır  ki,  bu  da  həmin  prosesləri  eyni  cür  vəziyyətləri 
təkrarlamağa məcbur edir
17
.  
Gördüyümüz kimi, Sorokinin arqumentasiyasında sistem və koqnitiv yanaşmalarının 
sintezi  özünü  göstərir.  Dahi  alim  əlbəttə  ki,  onun  nəzəriyyəsinin  bütün  suallara  cavab 
vermədiyini və sosial – mədəni dinamika nəzəriyyəsinin tam olaraq qurulmasının alimlərin 
gələcək  nəsillərinin  işi  olduğunu  başa  düşürdü.  Hətta  bu  gün,  koqnitologiya  və  sistem 
nəzəriyyələrinin elmi ölçülərə görə körpə  yaşda olduqlarına görə real sintezin  yaradılması 
XXI əsrin işidir. 
 
8.2. Sosial – mədəni təkamüldə yarıməsrlik dövrlər 
 
Koqnitologiyanın inkişafındakı müvəffəqiyyətlər, son illərdə sosiologiyada koqnitiv 
konsepsiyaların  getdikcə  daha  geniş  tətbiqi  koqnitiv  elmlərin  və  informasiya 
nəzəriyyələrinin izahedici sxemlərini istifadə edən dövrülülük nəzəriyyəsini ön plana çəkir. 
Belə  yanaşma  Sankt-Peterburq  riyaziyyatçısı  S.Y.Maslov  (10,  11)  tərəfindən  işlənib 
hazırlanmışdır  və  hal-hazırda  moskvalı  filosof  və  sosioloq  V.M.Petrov  və  onun 
həmkarlarının bir sıra tədqiqatlarında aktiv olaraq inkişaf etdirilir (14-16). 
S.Y.Maslov sosial – mədəni sahədə dəyişikliklərin periodikliyinə insan beyninin sol 
və  sağ  yarımkürələrinin  funksiyaları  arasındakı  fərqlərlə  müəyyən  şəkildə  bağlı  olan  şüur 
tiplərinin dəyişməsinin təsiri haqqında fərziyyə irəli sürmüşdür
18
.  
Psixologiyada  ―Sol  yarımkürəsi‖  proseslərinə  analitik  adlandırılan  prosesləri  aid 
edirlər.  Analitik  proseslər  qavranılan  obyektin  hissələrə  parçalanması  ilə  onda  ayrı-ayrı 
əlamətlərin,  tərəflərin,  aspektlərin  seçilib  göstərilməsi,  qabaqcadan  müəyyən  edilib, 
verilmiş  alqoritm  əsasında  məsələni  həll  edən  EHM  ilə  analoji  şəkildə  daxil  olan  lokal 
informasiyanı  ―hissə-hissə‖,  ardıcıl  emal  etməsi  ilə  bağlıdır.  Bu  qəbildən  olan  proseslərə 
insanın nitq fəaliyyəti və refleksiya – yəni, insanın öz psixi fəaliyyətini dərk etməsi aiddir. 
                                                 
17
Ədəbiyyatda hüdud prinsipini bəzən Qoldenveyzer prinsipi adlandırırlar, o, öz nəticələrini 1913-cü ildə nəşr 
etdirmişdir (24). 
18
Təfəkkürün  məkan  –  obraz  və  məntiqi  –  verbal  tiplərinə  uyğun  olaraq  cavabdeh  olan  sağ  və  sol 
yarımkürələrinin funksional assimetriyasını kəşf etdiyinə görə R.Speriyə 1981-ci ildə Nobel mükafatı verildi.
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə