Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

21. Чижевский А.Л. Земное эхо солнечных бурь. M., 1973. 
22. Шлезингер A.M. Циклы американской истории. M.: Прогресс, 1992. 
23. Шумпетер И. Теория экономического развития. M.: Прогресс, 1982. 
24.  Яковец  Ю.В.  Закономерности  научно-технического  прогресса  и  их 
планомерное использование. M., 1984. 
25. Barber J. The Pulse of Politics. N.Y.: Norton, 1980. 
26. Batra R. The Great Depression of 1990. N. Y., 1985. 
27. Duijn J.J. van. The long wave in economical life. L.: George and Unwin, 1983. 
28.  Green  K.B.  de.  The  Kondratiev  Phenomenon:  A  Systems  Perspective  //  Systems 
Research. 1988. Vol. 5. № 4. P. 281-298. 
29.  Goldstein  J.S.  Long  Cycles:  Prosperity  and  War  in  the  Modern  Age.  New  Haven 
(Conn.), 1988. 
30.  Hopkins  Т.К.,  Wallerstein  I.  World-Systems  Analysis,  Theory  and Methodology. 
Beverly Hills: Sage. 1982. 
 31. Klinberg  F.L. The  Historical  Alternation  of  Moods  in  American  Foreign  Policy  // 
World politics. 1951-1952. Vol. 4. P. 239-273. 
32. Klinberg F.L. Cyclycal Trends in American Foreign Policy Moods: The Unfolding of 
America's World Role. N.Y., 1983. 
33. Life Cycles and Long Waves / Eds T. Vasko, R. Aytes. N.Y.: Springer, 1990. 
34. Mager N.H. The Kondratieff waves. N. Y., 1987. 
35. Namenwirth  J.Z.,  Weber  R.P. Dynamics  of  Culture.  Winchester:  Alien  and  Unwin, 
1987. 
36. Pareto V. Les systemes socialistes. P., 1902. 
37. Screpanti  E. Some  Demographic  and  Social  Processes  //International  Workshop 
"Technologies and Social Factors in Long-Term Fluctuations". Siena, 1986. 
38. Stevens A. The root of war: A Jungian perspective. N.Y., 1989. 
39. Tafte E.R. Political Control of the Economy. Princeton, 1978. 
 
 
 
 
 
 
Fəsil 8. Sosial – mədəni dinamikanın dalğaları 
 
8.1. P.A. Sorokinin təkamül nəzəriyyəsinin əsasları 
 
Bu  fəsildə  nəzərdən  keçirilən  modelləri  onların  müəlliflərinin  sintezə,  cəmiyyətin 
inkişafının inteqral, vəhdət halında inkişafı konsepsiyasını sintez etmək, hazırlamaq arzusu 
birləşdirir.  İctimai  şüurun  dinamikasının  öyrənlməsində  və  sosiumun  həyatının  vəhdət 
şəklində  olmasının  anlanmasında  elmdə  yeni  istiqamət  olub  əsas  öyrənmə  obyekti 
mədəniyyət  tarixi  olan,  tarixi  antropologiyanın  (4)  çərçivəsində  aparılan  fənlərarası 
tədqiqatlar  çox  əhəmiyyətli  rol  oynaya  bilər.  Bu  zaman  əsasən  elitaya  məxsus  yüksək 
mədəniyyət  nailiyyətlərini  ənənəvi  olaraq  öyrənməkdən  yan  keçməyə  cəhd  olunur, 
cəmiyyətin  sosial  tarixi  ilə  mədəniyyət  tarixi  arasındakı  qarşılıqlı  əlaqə  izlənilir. 
Mədəniyyət  ―insanın  öz  fəaliyyətinə  məna  vermək  qabiliyyətinin  ifadəsi  kimi  nəzərdən 
keçirilir. Bizim fikrimizə görə, bu qabiliyyət bədii yaradıcılıq sahəsi üzrə məhdudlaşmır, o, 
universal  şəkildə  insanın  hər  bir  hərəkətində,  gündəlik  həyatında,  intellektual  fəaliyyətin 
yüksək formalarında olduğu kimi məişətdə də özünü biruzə verir‖ (4, səh.5). Hesab olunur 
ki,  nə  mədəniyyəti  sosial  kontekstindən  kənarda,  nə  də  cəmiyyəti  onun  fəaliyyət 


göstərməsinin  üzvi  bir  aspekti  olan  mədəniyyətdən  qopardaraq  dərk  etmək  qeyri-
mümkündür.  
Bu  elmi  istiqaməti  məsələlərindən  biri  müxtəlif  insan  birliklərində  dünya 
mənzərəsinin,  mentalitetin  bərpa  edilməsidir.  Mentallıq  dedikdə  sosial  –  psixoloji 
istiqamətlənmələr, qavrama üsulları, hiss etmək və düşünmək maneraları başa düşülür (4). 
Cəmiyyətin  və  mədəniyyətin  məntiqi  şəkildə  bağlı  olan  mənzərələrinin  yaradılmasına 
sistemli yanaşan A.Y.Qureviç qeyd edirdi ki, ―tarixi hərəkatın istənilən faktorları insanların 
mentallığından  keçib  gələndə  və  onun  tərəfindən  transformasiyaya  uğrayanda  tarixi 
hərəkatın hərəkətverici  qüvvəsinin real səbəbinə  çevrilir‖ (4, səh.8).  Bu halda mentallığın 
təkamülünü koqnitiv təkamül kimi nəzərdən keçirmək olar. 
Koqnitiv, mədəni, sosial və bioloji təkamülün qarşılıqlı əlaqəsi haqqında tezis yeni 
fəlsəfi  istiqamətin  ―təbiət  dünyası‖  ilə,  ―mədəniyyət  dünyası‖  arasındakı  parçalanmanı 
aradan  qaldırmağa  cəhd  edən  təkamül  epistemologiyasının  əsasında  durur.  Yeni  elmi 
istiqamət mentallığın, koqnitiv qabiliyyətlərin tədqiqində aşağıdakı müddəalara istinad edir: 
1)  mədəniyyət  (və  mədəni  təkamül)  ancaq  insanlara  xas  olan  spesifik,  koqnitiv 
mexanizmlərlə  formalaşır;  2)  bu  mexanizmlər  genetik  təbiətə  malikdirlər,  yəni  sinir 
sisteminin inkişaf proqramlarında kök salıblar (23, səh. 13). 
Bir  çox  koqnitiv  strukturların  anadangəlmə  olduğunu  fərz  edərək  idrakın  təkamül 
nəzəriyyəsi bu suallara cavab verməyə çalışır: nəyə görə biz müsbət əks-əlaqəyə əsaslanan 
eksponensial  artım  proseslərini  düzgün  qiymətləndirmirik?  Nə  üçün  biz  ancaq  xətti 
eksptrapolyasiyaya  qadirik?  Nəyə  görə  hadisələrin  təsadüfi  olduğunu  qəbul  etməkdə 
çətinlik  çəkirik?  Nəyə  görə  qumar  oyunlarında  biz  müəyyən  kompensasiya  edici  ədalət 
tipinə inanırıq? (23 s.55). 
Bu  fəsildə  əsasən  koqnitiv  təkamülün  dalğa  modelləri  nəzərdən  keçirilir.  Düzdür 
koqnitiv  faktorlar  bu  və  ya  digər  dərəcədə  müxtəlif  nəzəriyyəçilər  tərəfindən  tədqiq 
olunmuşdur,  amma  koqnitiv  sahəni  daha  ardıcıl,  iri  miqyasda  və  kompleks  şəkildə 
P.A.Sorokin  tədqiq  etmişdir.  P.A.Sorokinin  yaradıcılığı  üçün  sosial  –  mədəni  sahənin 
vəhdətini  hiss  etmək  xarakterikdir.  Cəmiyyətin  inteqral  mənzərəsini  qurmağa  çalışaraq 
Sorokin  qeyd  edirdi  ki,  insan  faktorlar  kompleksinin  təsiri  altında  formalaşır.  Sosial  – 
bioloji  və  iqtisadi  faktorlar  da  mühüm  yer  tuturlar,  amma  mərkəzi  rolu  sosial  –  mədəni 
aspektlər  oynayır.  Sorokin  hesab  edirdi  ki,  ―İnsan  şəxsiyyəti  haqqında  yeni  inteqral 
nəzəriyyə  insanın  ―qeyri-şüuri‖,  refleks-instinkt  mexanizmli  bədəni  olan  canlı  orqanizm 
olduğunu inkar etmir, amma xüsusi olaraq qeyd edir ki, bu mövcudluq formasından başqa 
insan  həm  də  şüurludur,  rasional  mütəfəkkir  fövqəlşüurlu  yaradıcı  və  ruhdur‖  (19,  səh. 
143). 
Sorokinin  yaradıcılığının  zirvələrindən  biri  dördcildli  fundamental  ―Sosial  və 
mədəni  dinamika‖  əsəridir.  Bu  ensiklopedik  əsərdə  o,  rus  mədəniyyəti  tərəfindən 
yetişdirilmiş  elmi  ideya  və  konsepsiyalara  əsaslanan  bütöv  formalı  nəzəriyyə 
formalaşdırmışdır  (28).  Belə  ki,  Blok  ―İnqitam‖  poemasının  müqəddiməsində  yazırdı: 
―1911-ci  ilin  qışı  dərin  daxili  həyəcan  və  gərginlik  ilə  dolu  idi.  Mən  gecə  söhbətlərini 
xatırlayıram,  hansılardan  ki,  incəsənətin,  həyatın  və  siyasətin  bölünməzliyi  və 
qarışmazlığının  dərk  edilməsi  fikri  ilk  dəfə  özünü  göstərməyə  görünə  bilən  bütün 
sahələrinin  faktlarını  müqayisə  etməyə  öyrəşmişəm  və  əminəm  ki,  onların  hamısı  həmişə 
bir yerdə vahid musiqi təsiri yaradırlar‖ (1, səh. 296-297). 
Sonradan  emiqrasiyada  yaşamalı  olmuş  eyni  cür  əhval-ruhiyyələri  yaşayıblar. 
Kolleqaları  ilə  birlikdə  cəmiyyətin  mədəni,  sosial,  siyasi,  iqtisadi,  hərbi  və  başqa  həyat 
sahələrindən  külli  miqdarda  faktiki  materialı  analizdən  keçirən  Sorokin  belə  bir  nəticəyə 
gəlir  ki,  çox  növlü  proseslərin  müxtəliflikləri  içində  müəyyən  birləşmə  aşkar  etmək  olar, 
bunu isə Sorokin mədəniyyət sistemi və ya sosial – mədəni sistem adlandırmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə