Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

Ciddi məntiqli keçidlər – spontanlıq, ekpromt 
Əks  mövqelərin  sol  qütbü  musiqi  təfəkkürünün  analitik  stilinə,  sağ  qütbü  isə 
―sintetik‖ stilə aid edilmişdir. (14) – də belə bir ―assimetriya‖ indeksi daxil edilmişdir. 
17  nəfərlik  ekspert  qrupu  tərəfindən  XVII  –  XX  əsrlərin  102  Avropa  bəstəkarının 
yaradıcılığı  qiymətləndirildi.  Təkamüldən  asılılıq  analizi  K(t)  iki  tendensiyanın  olmasını 
göstərdi: 
1) sintetik əsasların (xətti trendin) artımı; 
2)xətti  trendin  fonunda  periodik  enib-qalxmalar  musiqi  yaradıcılığı  istiqamətinin 
analitikdən sintetikə və ya tərsinə dəyişməsi. 
V.M.Petrovun  əsərlərində  göstərildiyi  kimi,  ―qurulmuş  konturlar  həm  təbii  –  elmi 
biliklər  sisteminə  və  həm  də  ictimai  həyatın  dəyişikliklərinin  vahid  mənzərəsinin 
yaradılmasına  daxil  olur,  incəsənət  tarixi...  getdikcə  daha  çox  sistemləşir.  Cəmiyyətin 
müxtəlif  sahələrində  baş  verən  dəyişikliklərin  müşahidə  olunan  sinxronluğu,  belə 
dəyişikliklərin  kəmiyyət  metodları  ilə  işlənməsilə  birlikdə  sosial  proqnozlaşdırma 
sahəsindəki tədqiqatlar qarşısında yeni perspektivlər açır (14). 
Müəlliflər  incəsənətdə  xətti  trendin  (tendensiyaların  inkişafının)  artımına  görə  bir 
növ  kompensasiya  kimi  izah  edirlər.  Həmçinin  plyuralizmin  (səpələnmənin  artması) 
tədricən artması tendensiyası da müşahidə olunur. 
Şəkil  8.1-də  müvəqqəti  asılılıqların  növü  və  onların  Kondratyev  dalağaları  ilə 
müqayisəsi  cəmiyyətin  mənəvi,  siyasi  v  iqtisadi  həyatının  müxtəlif  sahələrində  müşahidə 
olunan  dalağaların  praktiki  sinxronluğunu  göstərir,  bu  da  cəmiyyətin  təkamülünün  tam, 
sistem xarakterli olması haqqında fərziyyəni təsdiq edir. 
Təsviri incəsənətin dinamikliyinin tədqiqi üçün iki ekspert qrupu təşkil olunmuşdu. 
Birinci  qrup  22  hipotetik  əlamət  müəyyən  etdi,  onlardan  hər  biri  binar  müxalifəti  – 
rəssamların yaradıcılğındakı analitik və ya sintetik proseslərin dominantlıq etməsini təmsil 
edirdi.  Bundakı  başqa  iki  ―kontrast‖  siyahı  tutuldu,  onlardan  hər  birində  yaradıcılığında 
göstərilmiş  tipik  proseslərinin  parlaq  ifadə  olunmuş  dominantlıq  etdiyi  20  rəssam  var  idi. 
Birinci  siyahıya  (analitik)  Bryullov,  Qolbeyn,  David,  Dali,  Dyuner,  Maleviç,  Pikasso, 
Sezann  daxil  edildilər.  Ikinci  siyahıya  Van-Qoq,  Vrubel,  Delakrua,  Rembrand,  Surikov, 
Şaqal daxil edildilər. 
Şkala  qismində  istifadə  olunmuşdu:  normativliyə  can  atmaq  –  özünəməxsusluğa 
meyl  etmək;  statiklik  –  dinamiklik;  rasionallıq  –  intuitivlik;  ciddi  forma  –  azad  forma; 
lakonizm  –  ifadə  formalarının  zənginliyi;  qrafiklik  –  koloritlik;  soyuq  və  ya  isti  rənglərə 
meyllilik. 
Bunun ardınca ekspertlərin ikinci qrupu 22 altı ballıq şkala üzrə bütün 40 rəssamın 
yaradıcılığını qiymətləndirmişdir. 10 ən çox informasiya verən şkala müəyyən olunmuşdur. 
Seçilmiş  parametrlər  üzrə  200-ə  yaxın  rəssamın  yaradıcılğı  qiymətləndirilmişdir.  Daha 
sonra həmin zaman kəsiyində yaradan bütün rəssamların assimetriya indeksləri hesablanmış 
və orta qiymət çıxarılmışdır. 
Alınmış  məlumatlar  göstərir  ki,  müxtəlif  sosial-mədəni  proseslər  üçün  assimetriya 
indekslərinin  enib-qalxmaları  qiymətlər  indeksi  üçün  Kondratyev  dalğaları  ilə  praktiki 
olaraq sinxrondur (15). Müəlliflər hesab edirlər ki, cəmiyyətin vaxtının hər bir anı analitik 
və ya sintetik proseslərin həm təfəkkür sistemində, həm ünsiyyət stilində və həm də bədii 
yaradıcılıq  stilində  dominantlıq  etməsinə  ehtiyacı  var.  Cəmiyyətdəki  kommunikasiyalar, 
insanların  qarşılıqlı  anlaşması  fikir  birliyini  tələb  edir.  Amma  tamamilə  həmfikirlilik 
olmamalıdır,  başqa  təfəkkür  tipli  insanların  da  olması  arzu  olunur.  Iş  ondadır  ki,  heç  bir 
təfəkkür  tipi  həddindən  artıq  uzun  bir  müddət  ərzində  dominantlıq  edə  bilməz,  belə  ki, 
onlardan  hər  birinin  imkanları  məhduddur.  Tədricən  vərdişetmə,  bəyənilmiş  koqnitiv 
sxemlərdən avtomatik olaraq istifadə etmə zamanla cəmiyyətin yaradıcı potensialının xeyli 
aşağı düşməsinə səbəb ola bilər.  


Müəlliflərin fikrinə görə enib-qalxmaların dövriliyi nəsillərin bir-birini əvəz etməsi 
ilə şərtlənmişdir. Hər bir nəsil 20-25 il hökmranlıq edir ki, bu da 40-45 illik periodu olan 
dalğaları  yaradır.  20-25  illik  yarımperiod  ―epoxa‖  anlayışını  və  ona  xas  olan  özəl  üslubu 
formalaşdırmağa  imkan  verir.  Bir  epoxa  əzrində  sosial  –  siyasi  iqlimin,  bəddi  yaradıcılıq 
uslublarının dəyişməsi baş vermir. Y.M.Lotman üslub oryentasiyasının dəyişməsi haqqında 
danışarkən iddia  edirdi  ki,  ―... hər bir tendensiya əks olanın fonunda fəaliyət  göstərir, hər 
hansı bir tendensiyanın həddindən çox coşması qanunauyğun olaraq onun tormozlanmasına 
və əks olanın isə coşmasına səbəb olur‖. 
Cəmiyyətin  mənəvi  həyatının  müxtəlif  tərəflərinin  sıx  qarşılıqlı  əlaqəsi  müxtəlif 
sahələrin  demək  olar  ki,  eyni  zamanda  dəyişməsinə  səbəb  olur,  belə  ki,dəyişikliklər  üçün 
başqalarından  əvvəl  ―yetişmiş‖  sahələr  digər  sahələrdə  də  dəyişikliklərin  olmasına  təkan 
verir. Mənəvi həyatın müxtəlif sahələri özündə müxtəlif mədəni cərəyanlar inteqrasiya edən 
insanın psixi həyatı vasitəsilə bir – biriləri ilə bağlıdırlar. Psixi həyatın öz-özü ilə uzlaşması 
onda ziddiyətlərin olmaması sosial – psixi proseslərin sinxronizasiyasını tələb edir. 
V.Byulun  modeli.  Münhen  universitetinin  sosiologiya  professoru  V.Byul  eyni 
nəticələrə tamamilə müstəqil olaraq gəlmişdir. O, 1987-ci ildə ―Mədəniyyətin dinamikası‖ 
monoqrafiyasını nəşr etmişdir. O, monoqrafiyada mədəniyyəti dünyanı  və insan davranışı 
nümunələrini dərk etmək üçün sosial  olaraq şərtlənmiş  sxemi kimi  nəzərdən keçirir. Byul 
özünün mədəni dinamika modelinin əsaslandırılması üçün insan beyni işinin neyrofizioloji 
strukturu  haqqında  təlimdən  istifadə  etmişdir.  Byul  XX  əsrdə  Avropa  mədəniyyətinin 
gedişini Kondratyevin dövrü modellərinə uyğun hesab edir (2). 
Dövrün  birinci  fazasında  yüksək  konyuktura,  təsərrüfatın  artımı,  rifah  halının 
yüksəlməsi  əbədi  bərqərar  olunmuş  kimi  görünür,  ―Mən‖in  ekspansiyası,  emanspiasiyaya 
meyl, avtoritetlərə qarşı üsyan, ―sistem‖dən azad olma müşahidə olunur. 
Fazanın ikinci dövründə təsərrüfat böhranı başlanır, bu, bir tərəfdən, olduqca güclü 
terrorizm,  digər tərəfdən isə passiv özünəvurğunluqla müşayiət olunur. V.Byul  hesab edir 
ki,  mədəniyyətin  böhranı  anlayışı  bir  qədər  uydurulmuşdur,  ―mədəniyyətin  böhranı 
genişləndirilmiş  mədəniyyət  anlayışının  ancaq  əks  üzüdür...  O,  müəyyən  obyektiv  və  ya 
subyektiv məzmunun olduğunu kəskin şəkildə göstərir‖ (2, səh. 141). 
Mədəniyyət ətraf aləmin və insan davranış nümunələrinin, hansı ki, dəyişən iqtisadi 
əhatəyə,  eləcə  də  digər  birliklərin  məqsəd  və  vasitələrinə  uyğunlaşan  insan  birliklərinə 
xasdır  –  anlanmasının  sosial  olaraq  şərtlənmiş  sistemləridir.  Mədəniyyət  əgər  artıq  başqa 
mədəniyyətlər ilə qarşılıqlı təsirdə deyilsə və artıq yad impulsları mənimsəyə bilmirsə onda 
o,  sterildir.  Mədəniyət  ancaq  mənimsənmə  şəklində  reaksiya  verirsə  zəif  asılıdır  (amma 
uyğunlaşmağa  qabildir).  Güclü,  aktiv  mədəniyyət  həmişə  mədəni  imperializmlə  fərqlənir. 
―Bütövlükdə  biz  onu  sadə,  qütblü  konstruksiyadan  –  məhz  bir  tərəfdən  fluktuasiya  edən 
simvolizmin  məhz  diametral  əksindən,  digər  tərəfdən  isə,  genetik  olaraq  qeyd  olunmuş 
davranış proqramından çıxan çox səviyyəli sistem kimi müəyyən edirik‖. 
De Qrinin modeli. Amerikan alimi K.de Qrin hesab edir ki, Kondratyevin fenomeni 
XVIII  əsrin  sonunda  başlanmış  sənaye  inqilabı  üçün  xarakterik  olan  sosial-texniki 
makrosistemdəki  sistemli  təkamül  və  strukturlu  dəyişikliklər  proseisni  əks  etdirir. 
Kondratyev fenomeni təkcə iqtisadiyyata aid deyildir (iqtisadi göstəricilərin dəyişməsi daha 
aydın  və  aşkardır),  həm  də  cəmiyyətin  sosial  texnoloji,  ekoloji,  psixoloji  və  siyasi 
sahələrinə toxunur. De Qrin qeyd edir ki, Kondratyev fenomeni təkcə kapitalist deyil, həm 
də sosialist iqtisadiyyatına da xasdır və nəticədə sənaye sivilizasiyası üçün də xarakterikdir. 
Bu fenomen informasiya və nəqliyyat kommunikasiyaları, ümumi texnologiyalar və təhsil 
modelləri ilə getdikcə daha sıx bağlanan millətin kollektiv davranışının nəticəsidir (cədvəl 
8.1.).  
 
faza  Açıq 
hədəni

Qeyri-
qənaətb
əşx 
Yaradıc
ı 
fəaliyyə
Təlim  Həyəc
an 
Risqə 
canat
ma 
Motiv
asiya, 
əxlaq, 
Özgəl
əşmə 
və 
Dəyər
lər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə