Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

qalmış nəslin müharibənin yaratdığı dəhşətli təəssüratları öz uşaqlarına ötürmələri ilə izah 
edirdi. Amma hərbi tarixlər nəvələrə danışılan zaman müharibənin çətinlikləri yaddaşlarda 
artıq  yavaş-yavaş  silinir  və  söhbətlərdə  bütün  güc  qəhrəmanlıq  və  möhtəşəm  hərbi 
qəhrəmanlıqlara  verilir.  Buna  görə  də  nəvələr  sınaqlardan  keçməyə  hazırdırlar  və  hərbi 
şöhrət haqqında arzulara qapılırlar.  
Iki  nəsillik  sosial  yaddaşın  uzunluğu  haqqında  koqnitiv  hipotezi  bir  çox  alimlər 
(Şumpeter, Forrester) dəstəkləyirdilər. Elə  görünür ki,  bu fərziyyənin  qəbul  edilməməsinə 
səbəb  II  dünya  müharibəsinin  birincidən  ancaq  20  il  sonra  başlaması  idi.  Bu  yanaşmanın 
tərəfdarları  bu  münasib  olmayan  faktı  onunla  izah  edirlər  ki,  II  dünya  müharibəsi  sadəcə 
olaraq bir növ yarımçıq qalmış birinci dünya müharibəsinin davamıdır.  
Dünya  liderliyi  uğrunda  mübarizə  dövrlərinin  tarixləri  haqqında  alimlər  arasında 
yekdillik  yoxdur.  Toynbi  tarixdə  üç  dövr  (1568-1672,  1672-1792  və  1792-1914-cü  illər) 
müəyyən  etdi.  Hər  bir  dövrün  dörd  fazası  vardır:  ümumi  müharibə,  həyat  sahəsi, 
müharibəni  dəstəkləyənlər,  ümumi  sülh.  C.Modelski  və  U.Tompson  N.D.Kondratyevin 
anadan  olmasının  100  illiyinə  həsr  olunmuş  Beynəlxalq  elmi  konfransda  (Moskva,  1992) 
etdikləri  məruzədə  dövrlərə  aşağıdakı  şəkildə  tarix  qoymağı  təklif  edirlər  (11).  Onların 
rəyinə görə məlum ölkənin inkişaf dövrləri iki mərhələyə bölünürlər: öyrənmə (inkişaf) və 
liderlik (tənəzzül). Onlardan hər biri dörd fazaya bölünür. Birinci mərhələdə həllinin tələb 
edən  əsas  problemlərin  müəyyən  edilməsi;  müttəfiqlər  koalisiyasının  yaradılması; 
makrosəviyyədə  qərarların  qəbulu;  onların  həyata  kerçirilməsi  kimi  fazalardan  ibarətdir. 
Ikinci  mərhələ  aşağıdakı  fazalardan  ibarətidir:  dünya  müharibəsi;  böyük  dövlət  vəziyyəti, 
legitimliyin itirilməsi (cədvəl 7.2.) 
 
Ölkələr 
Dövr, illər 
Portuqaliya 
Niderland 
Britaniya 
- » - 
1494-1580 
1580-
1688  1688-1792  1792-
1914 
ABŞ 
1914-2030 
 
Elə  görünür  ki,  sosial-psoxoloji  faktorlar  mühüm  xarici  siyasət  faktorlarının  qəbul 
edilməsinə  ciddi  təsir  edə  bilməz.  Z.Freyd  başqa  nöqteyi-nəzəri  tuturdu.  O,  hətta 
müharibəni  aqressivliyin  periodik  partlamalarının  qaçılmaz  nəticəsi  hesab  etdiyinə  görə 
sülh uğrunda hərəkatda iştirak etməkdən boyun qaçırmışdı. Yunqun  yazdığı kimi, necə ki 
yazda çaylar su ilə dolur, sahillərindən çıxaraq gur sellər əmələ gətirir,  yayın axırında isə 
quruyaraq  dayaxlaşır,  eyni  ilə  öz  coşqun  ifadəsini  müharibədə  tapan  arxetipik  strukturlar 
aqressivliyin  impulslarını  aktuallaşdırırlar,  sonra  isə  bəşəriyyəti  yenidən  sülhə  qaytarırlar 
(38).  
ABŞ-nın xarici siyasətinin dövrləri 
faza 
illər 

1776-1798  
1824-1844 
1871-1891 
1918-1940 
II 
 1798-1824 
1844-1871 
1891-1918 
1940 - 
 
Cədvəl 7.3. 
Cədvəldə  lider  ölkələr  göstərilmişdir.  Ispaniya  sonra  iki  dəfə  Fransa,  Almaniya  və 
SSRİ  liderliyə  qeyri-müvəffəq  namizəd  olublar.  Cədvəldən  göründüyü  kimi,  müəlliflər 
hesab edirlər ki, sistem müharibələrinin fazası 2030-cu ildə başlanacaqdır, həm də ki, ABŞ-
ın əsas rəqibi çox güman ki, Çin və ya Hindistan ola bilər. 
Amerikan  alimi  C.Qoldstaynın  proqnozu  daha  pessimistdir.  Onun  fikrinə  görə, 
dünya  müharibəsi  2020-ci  ildən  tez  başlanacaqdır.  Amerikan  politoloqu  1987-ci  ildə  nəşr 
etdirdiyi  əsərində  müharibələrin,  onların  nəticələrinin  və  onlara  hazırlıqların  törətdikləri 
uzun dalğalar konsepsiyasını işləyib hazırlamışdır (29). Təqribən 500 il ərzində baş vermiş 


müharibələrin məlumatlarını analizdən keçirən Qoldstayn müəyyən bir dövrilik aşkar edir 
və bunu müharibələrin istehsalı və istehsal qüvvələrini dağıtması ilə izah edir. Bu dövlətləri 
bütün  diqqəti  daxili  problemlərə  verməyə  məcbur  edir.  Nəslin  yaddaşından  əvvəlki 
müharibənin psixoloji effektinin necə pozulmasından, istehsal potensialının isə artmasından 
asılı  olaraq  hegemoniya  uğrunda  yeni  mübarizə  siklləri  böyük  dövlətlərin  yüksəlişini  və 
tənəzzülünü,  Kondratyevin  dövrləri  isə  iqtisadiyyatın  aparıcı  sahələrinin  yüksəlişini  və 
tənəzzülünü əks etdirir. Aydındır ki, bu iki qlobal proses koordinasiya olunmalıdır (11). 
Qoldstayn  bir  neçə  müəlliflərin  nəticələrini  ümumiləşdirərək  Kondratyev 
dalğalarının  müxtəlif  faktorların  qarşılıqlı  təsiri  ilə  əlaqədar  zamanla  gecikməsini  nəzərə 
alan səbəbiyyət – nəticə modelini hazırlamışdır. 
Gecikmənin  xarakteri  siklik  zamanda  verilir  (bir  yarım  period  25  ilə  bərabərdir) 
(şəkil 7.2.). 
 
Istehsalın  artmasının  maksimum  templəri  nöqteyi-nəzərindən  zaman  çarxını 
nəzərdən  keçirək  (15).  Sonrakı  5  il  artım  templəri  azalır.  Maksimuma  çatan  investisiya 
həcmləri azalmağa başlayır, bu da 5 ildən sonra innovasiya proseslərində özünü göstərir. 
Istehsalın  səmərəliliyinin  azalmasından  10  il  sonra  elə  zaman  gəlir  ki,  sənaye 
ekspansiyası  dövrü  transformasiya  olaraq  resursların  bölüşdürülməsi  uğrunda  iri  miqyaslı 
müharibələrə  çevrilir.  Bir  neçə  müharibə  ilindən  sonra  qiymətlər  maksimuma  çatır,  real 
əmək haqqı isə təbii olaraq maksimuma enir. 
 (şəkil 7.3.)  
 
Sonra  10  illik  staqnasiya  başlayır,  bu  da  növbəti  innovasiyaya  keçid  üçün  şərait 
hazırlayır.  Yeni  texnologiyaların  tətbiqi  istehsalın  səmərəliliyinin  artımını  təmin  edir, 
müharibələri  yada  salmamağa  çalışırlar.  Iqtisadi  inkişaf  qiymətlərin  aşağı  düşməsi  və 
istehlakın artması üçün şərait yaradır. Amma, növbəti 10 il real əmək haqqı dəyişmir, amma 
müdafiə xərcləri artır. (şəkil 7.3.). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə