önündə donub qalırdı; tabut isə prezident kayutunun tən ortasında,
dörd bir tərəfi
güzgülü otaqda qoyulmuşdu ki, güzgülü divarlarda birə on çox görünsün.
Beləcə, bu qədim gəzinti gəmisi bir neçə ay, zamanın yuyub Yer üzündən sildiyi
muvəqqəti adaların yanından ötüb keçə-keçə, elə bir uzun-uzadı səyahət elədi ki,
axırda saysız-hesabsız axınların töküldüyü vahiməli, sulu çəngəlliklər içində,
həmişəyaşıl çiçəklərin ağlı başdan çıxardığı yerdə, zamanın qurtaracaq nöqtəsində
azdı və elə orda, dünyanın axırında dayazlıqda lövbər saldı, taxta çarxlarının
pərləri qızılı qumda xırçıldayıb sındı, gəmi yarıyacan lehməyə batdı, döyülmüş buz
da, daş duz da əriyib axdı, mərhumənin meyiti şişib taxta tilişkələrin arasında
yırğalandı. - «Və elə həmin o an möcüzə baş verdi, mənim generalım! Məhz həmin
o dəqiqə biz baxıb
gördük ki, o, gözlərini açdı… gördük ki, onun gözləri yanvarda
açılan akonita çiçəyi kimi, ay daşı kimi işım-işım işıldayır. Biz hamımız bir nəfər
kimi, onun nəfəsindən, tabutun şəffaf şüşəli qapağının tərlədiyini, üzü tər
damcılarıyla örtüldüyünü gördük… sonra bir də baxıb gördük ki, o, gülümsəyir...
Siz təsəvvürünüzə belə gətirə bilməzsiniz, onda orda nələr baş verdi, mənim
generalım, ağlınıza belə gətirə bilməzsiniz, biz hansı təlatümlərin şahidi olduq, öz
gözlərimizlə nələr gördük?!.. Qısır madyanlar elə ordaca balaladılar, qupquru
şoranlıqda şapan-şapan güllər açdı, lal-karlar öz səslərindən döyüküb qaldılar,
«Möcüzə! Möcüzə! Möcüzə!» - deyə beşcə dəqiqə qabaq
lal-kar olan adamlar
çığırışdı, camaat hücum çəkib tabutun qapağını xıncım-xıncım sökdü, mərhumənin
bədənini az qala tikə-parça elədi, çünki hər adam tabutdan yadigar kimi nə isə
götürmək istəyirdi: odu ki, bir batalyon əsgər göndərməli olduq ki, ağlı başından
çıxmış kütləni bir təhər sakitləşdirsinlər. Camaat dörd bir yandan, bütün Qəraib
adalarından gəmiyə axışmağa başladı – sizin ananız Bendisyon Alvaradonun,
ilahidən ona verilmiş, təbiət qanunlarına sinə gərə bilən sehrli qüvvə alması
xəbərini eşidənlərin ardı-arası kəsilmirdi. Bu adamlar, ananızın kəfəninin saplarını
belə satdılar, bu sapdan tikilmiş duaları, tabutun içinə yığılmış suyu, onun
müqəddəs kraliça libasında təsvir olunmuş kağız ikonalarını satdılar, camaat isə bir
ucdan elə hey axışıb gəlirdi, dəhşətli basabas yaranırdı,
itələşə-itələşə özlərini
gəmiyə təpənlər, sanki adam yox, qabağına çıxan hər bir şeyi təpikləyib dağıdan,
ayaq səsləri zəlzələ səsini xatırladan şüursuz, vəhşi öküz sürüsü idi. Siz o səsləri
elə indi də eşidə bilərsiz, mənim generalım, diqqətlə qulaq assanız, elə burdan
eşidə bilərsiz. Qulaq asın!» Onda o, ovuclarını bardaq kimi büküb, uğultusu bir
qədər azalan qulağına tutdu, diqqətlə sakitliyə qulaq asdı və göy gurultusunun
uğultusnu andıran - «İlahi, anam mənim, Bendisyon Alvarado!» - deyən səsləri
eşitdi, sonra pəncərədən,
nəhəng adam kütləsini, üfüqəcən yeri-göyü tutan, işıq seli
kimi saraya yaxınlaşmaqda olan yanar şam axınını – gurultulu izdihamı gördü….
Bu, onun anası idi, onun canı-ciyəri Bendisyon Alvarado… doğulub boya-başa
çatdığı, ömrü boyu qorxub çəkindiyi ətürpədən xatirələrindən bədəni lərzəyə
gəldiyi aran yerlərinə qayıdırdı; şəhərə ilk dəfə gəldiyi kimi, yenə çiyinlərdə daxil
olurdu; o vaxt bu təşrif, dörd bir yanın qanlı ət iyi verən qızğın müharibə günlərinə
təsadüf eləmişdi, amma indi Bendisyon Alvaradonu şəhərə dinc əhali gətirib
gəlirdi; bu şəhərdə daha nədənsə qorxmalı bir şey yox idi, çünki oğlu əmr vermişdi
ki, bütün tədris kitablarından vitse-krallar haqqında yazılmış səhifələr qoparılsın,
abidələr
məhv edilsin, - «Və ümumiyyətlə, sənin yuxuna haram qatan bütün
91
abidələr məhv ediləcək!» Onu, tabutda yox, elə-beləcə açıq göyün altında, yalın
çiyinlərində aparan dinc kütlənin arasında daha qorxudacaq bir şey yox idi; cənazə,
üstünə dağ hündürlüyündə yığılan qızıl hədiyyələrin altında itib bata-bata, uzun-
uzadı vaxtlardan bəri kədər içində uyuyan meşələrdən, düzlərdən, dağlardan keçib
gedirdi; iflic xəstələrin qızıldan düzəldilmiş qoltuq ağacları, gəmi qəzalarından
qurtulanların qızıl ulduzları, uzun müddətdən bəri sonsuzluq dərdindən üzüldükləri
halda, birdən-birə yaxınlıqdakı kolluqda təcili surətdə uşaq doğan qadınların
Bendisyon Alvaradoya hədiyyə etdiyi qızıl gəlinciklər meyitin üstünə qalanmışdı.
O yenə həmin o müharibə illərindəki kimi, adam axınının mərkəzində, dünyanı alt-
üst edə biləcək möhtəşəm izdihamın tən ortasında idi,
Bibliya köçərilərinə bənzər
insan dənizinin – mal-qara sürülərini başlı-başına buraxıb, qoltuqlarında mətbəx
ləvazimatları, həyatlarının qalan hissəsini harda, necə keçirəcəkləri özlərinə də
məlum olmayan çaşqın adamların arasındaydı; bu adamların bircə ümidi – bir vaxt
hadisələrin ən qızğın çağında bu yerlərə federalizm ideyalarından çox, dənizin nə
olduğunu görmək arzusuyla gələn və başına qırmızı lent bağlayaraq: «Yaşasın
liberal partiyası! Yaşasın felderalistlər, lənət şeytana!» - deyib çığıran oğlunu
güllədən qoruyan Bendisyon Alvaradonun möcüzəli dualarına idi. Bendisyon
Alvaradonun meyitini şəhərə gətirən dilənçilər ordusu, ölkəni mütəmadi olaraq,
çapıb talayan o biri quldur dəstələrinin hamısından məsuliyyətsiz
və şüursuz idilər;
«Bu, sizin hakimiyyətiniz dövründə öz gözlərimizlə gördüklərimizin ən dəhşətlisi
idi, mənim generalım! Dünya üzü hələ belə şey görməmişdi. - Siz bir baxın,
mənim generalım, görün, bu, nə möcüzədi!» Və o, nəhayət başa düşdü ki, yer
üzündə həqiqətən möcüzə var, odu ki, qolunda qara matəm lenti, sapsarı hiddətli
hüzn içində, anası Bendisyon Alvaradonun bütün xeyirxahlıqlarının müqəddəs
möcüzələr olduğunu və bu möcüzəni var gücü və bütün dövlət imkanlarıyla sübuta
yetirməyin vacib olduğunu anladı. Bu məqsədlə o, ən savadlı nazirləri Romaya
göndərərərək, Roma Papasının nunsisini öz hüzuruna - bir fincan şokoladla
peçeniye içməyə dəvət elədi. O, onu çox sadə şəkildə – diri güllərdən yığılan
talvarın altındakı tor yelləncəyində köynəksiz-filansız oturan yerdə, üzünü
şlyapasıyla
yelləyə-yelləyə qəbul elədi; nunsi onunla üzbəüz, təklif olunan
yelləncək kresloda əyləşdi. – «Bu kresloda əyləşməyi mən yalnız sizə təklif
edirəm, müqəddəs ata!» - deyə o, isti şokaladla dolu fincanı əlinə götürüb xırda
qurtumlarla içə-içə söhbətə başladı. Nunsi, təzəcə ütülənmiş sutanada* idi, ondan
sütül lavanda iyi gəlirdi; bu yerlərə məxsus tropik sıxıntıya, bürküyə, tozanağa və
rəhmətlik Bendisyonun quşlarının, ara-sıra talvarın işıqlı məsamələrindən aşağı
damızdırdıqları nəcisə məhəl qoymadan, laqeyd üzüylə ona qulaq asırdı. O,
şokoladı qız utancaqlığıyla içir, peçenyeni qəsdən aramla çeynəyirdi ki, şokaladın
son qurtumunu udub söhbətə başlayacağı anı bir qədər uzatsın. Nunsi, uzun illər
bundan əvvəl, əməköməcinin çiçəkləməyə başladığı gözəl günlərin birində başqa
bir nunsinin – sadəlövh qocanın oturduğu həmin
kresloda əyləşmişdi və öz
həmsöhbətinin diqqətini xristian dininə cəlb edərək, Foma Akvinskinin fitri
vergilərini təhlil etməklə məşğul idi. - «İndi isə mən sizi bir məsələdən agah
eləməliyəm, müqəddəs ata. Sən saydağını say, gör fələk nə sayır! - deyirlər. İş elə
gətirdi ki, daha mən də dindar oldum... Daha mən də dindar olmuşam». – O,
gözlərini belə qırpmadan, əvvəlki kimi nə Allaha, nə İblisə, ümumiyyətlə, bu işıqlı
92