ərazilərin sahibi var və onlar başqa bir ərazidə müvəqqəti
məskunlaşıblar. Bu ərazilərin nə vaxtsa boşaldılmasım gözləyirlər.
Demək ermənilərin adıkeçən ərazilərdə məskunlaşması siyasi xarakter
daşıyır. Məskunlaşdınlan erməni əhali isə qurbandır. Siyasi qurban.
Tarix boyunca öz məkrli məqsədləri üçün belə qurbanlar verən
ermənilər Böyük Güclərin yardımı ilə özlərinə başqa bir xalqın halal-
hümmət torpağında dövlət qurublar. Bu dövlətin də əbədi yaşayacağı
hələ sual altındadır.
Məskunlaşma əhalinin ölkə, yaxud region ərazisində tarixən
yayılma prosesidir. Bu da olmamışdır. Ermənilər məskunlaşmanı süni,
özü də adda- budda həyata keçirirlər. Əsasən Kəlbəcər, Laçın, Cəbrayıl
və Zəngilan ərazilərində. Bu ərazilər həm də strateji əhəmiyyət daşıyır.
Demək ermənilərin məskunlaşdırma fəaliyyəti strateji xarakter
daşıyır.
Məskunlaşma sistemi bütövlükdə məskünlaşma formalanm və
məskən tiplərini müəyyənləşdirən coğrafı mövqeyi, təsərrüfatı, ərazinin
əhalisini yaradır. Məskunlaşma sosial-iqtisadi, coğrafı və demoqrafık
amillərlə (istehsal münasibətlərinin xarakteri, məhsuldar qüwələrin
səviyyəsi və yerləşdirilməsi, iqlim, relyef, yer təkinin ehtiyatları,
əhalinin təkrar istehsal rejimi və s.) şərtlənir. Ermənilər bu məsələ də
uğur qazana
bilməzlər. Çünki hər şey ekonomik gəlişmələrin
doğracağı müsbət iqtisadi əlaqələrin yaranması ilə nəticələnməlidir.
Belə nəticə isə heç vaxt əldə etmək mümkün deyil. Həm də bu
təsərrüfat əlaqələrini qurmaq üçün bazar yoxdur. Bu bazar əw əllər
mövcud idi. Aran Qarabağı ilə Dağlıq Qarabağ bir vahid təşkil
edirdilər.
Hətta biz onu vaxtilə bir kitabımızda “siam əkizləri”
adlandırmışdıq.
Dediyimiz həmin sistem erməni separatçılığı
nəticəsində dağıldı. İndi belə əlaqələr qurulması üçün Aran Qarabağla
Dağlıq Qarabağ birləşməlidir. Bu olmayacaqsa (olmayacağım onlar
yaxşı bilirlər) ermənilərin bu ərazilərdə əhali yerləşdirmə ideyaları
fıaskoya uğrayacaq. Belə plan qurmaq isə “Böyük Ermənistan” qurmaq
kimi xülyanın bir tərkib hissəsi kimi həmin xalqın özünə bir təhdid
oluşduracaq.Və bu ərazilər heç zaman ayrı olmamışdır. XDC əsrin
6
əwəllərindən başlayaraq ermənilərin Qarabağa köçürtilməsindən
başlayaraq günümüzə qədər bu çoğrafıyada baş verən hadisələr çox
mürəkkəb olmuşdur. Ermənilərin Dağhq Qarabağa olan iddialannm
əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə
çatdınlsa da Dağlıq Qarabağda erməni separatçılığı bu əlaqələrə çox
zərər vurmuşdur.Azərbaycanın tərkibində olduğu bütün dövrlərdə
DQMV -də həyat tərzi, sosial-iqtisadi inkişaf Azərbaycanın digər
regionlanndan üstün olmuşdur. Nəyin hesabına . Əlbəttə, Qarabağın və
Azərbaycanm digər regionlarının hesabına.
Dağlıq Qarabağın
işğalaqədərki və işğaldan sonrakı dövrlərdə sosial -iqtisadi və mədəni
inkişafına fıkir versək görərik ki, özünütəcrid və iqtisadi gerilik səbəbi
separatçılıq fəaliyyətidir. Ermənistanın özünün də bu gün düşdüyü ağır
durun mun səbəblərini burad axtarmaq lazımdır. Ermənilərin DQMV-
ın 1923-1991- ci illərdə geri qalması barədə fıtnəkar fəaliyyətlərini ifşa
etmək üçün kifayət qədər fakt və dəlillərimiz vardır. Bu gün Dağlıq
Qarabağın acınacaqlı durumu göz qabağındadır, separatçı rejimin bu
torpaqlann yeraltı və yerüstü sərvətlərini talan etməsi bu torpaqlarda
onlann müvəqqəti olduqlarınm sübutudur.
Bir zamanlar İrəvan , Zəngəzur, Göyçə, Vedibasar, Zəngibasar,
Dərələyəz, Ağbaba...kimi minlərcə Türk yurdu əbədi itirilib. Ermənilər
indi Qarabağa da, işğal altında saxladıqlan digər Azərbaycan
bölgələrinə də eyni taleyi yaşatmaq istəyirlər. Bunun üçün məkrli
planlar qurur, işğal etdikləri ərazilərə buraya yad olan insanlan
yerləşdirir, bu yerin adlarına da soyqırımı edir, onlan dəyişdirərək
erməniləşdirməyə cəhd edirlər. İşğal altında olan rayonların adlanmn
dəyişdirilməsi isə göstərir ki, Ermənistan işğal etdiyi əraziləri geri
qaytarmaq fıkrində deyil. Budur , Azərbaycan rayon mərkəzlərinin
dəyişdirilmiş adlan:
Ağdam- Aqna (şəhər) Uxtasar(rayon)
Füzuli- Maranda
Laçın- Berdzor(şəhər), Kaşatağ(rayon)
Kelbecer- Karvacar(şəhər) Şaumyan (rayon)
Zəngilan-Kovşaqan
Qubadlı- Sanasar
Cebrayıl-Craqan
7
Xocalı- İvanyan
Şuşa- Şuşi
Xankəndi- Stepanakert
Xocavənd- Martuni
Ağdərə- Mardakert
Yalnız rayon adlan deyil, işğal altındakı qəsəbə və kəndlərimizin
adlan da dəyişdirilərək “erməniləşdirilir”. Məsələn, Ağdamın məşhur
Abdal Gülablı kəndinin adı dəyişdirilərək
Vazgenaşen (Vazgen
Sarkisyanın şərəfınə) qoyulmuşdur. Bölgənin ermənilərə aidliyini
“sübut” etmək üçün arxeoloji qazıntılar aparılır, ermənilərin burada
yaşaması ilə bağlı tapınaqlar axtanrlar. “Qarabağ Tiqranakerti” ilə
bağlı saxta arxe-bilgilərin dövrəyə buraxılması da bu qəbildəndir. Bu
bölgələri əldə saxlamaq üçün bu ərazilərə əhali yerləşdirilməsi həm
Ermənistanın, həm Qarabağdakı
qondarma qurumun əsas hədəfıdir.
Bu planları ifşa edərək məsələnin qanunsuzluğunu, beynəlxalq
normalara zidd
olduğunu
dünya
ictimaiyyətinin
diqqətinə çatdırmaq kitabın
əsas
məqsədidir.
Azərbaycanın
beynəlxaq
qurumlar
tərəfındən
də
tanınan bu ərazilərə erməni
əhali yerləşdirmə fıtnəkarlığı
da bir erməni oyunudur və
biz
bu
çalışmada
bu
məsələlərdən bəhs edəcəyik.
Bu
qadın
bir
azarbaycanlı
anadır.
.... Qaçqındır.
Köçkündür.
............. Çiyninə daşıya bilnıəyəcəyi böyük bir dərd yüklənib. Doğnıa
yurdu hələ də işğal ahındadır. Bu ana yurd həsrəti ilə alışıb yanır,
lakin oraya gedə bilnıir. Onun Vətəninə isə yadellilər yerləşdirilir...
Bır zamanlar da belə olmuşdu. Adına Ermənistan deyilən ölkə yurd-
yurd, oba- oba əldən çıxandan sonra indiyü z minlərcə, nıilyonlarca
insan doğnıayurduna heç uzaqdan da baxa bilmir...
8
“Karvacar( Kəlbəcər) Bəyannaməsi”
və Azərbaycana yeni ərazi iddiaları
2013-cu ildə Karvacara (Kəlbəcər-Azərbaycanın işgal altında
olan bir bölgəsi) Ermənistanın müstəqilliyini
qeyd etməyə gəlmiş
Ermənistan
QHT-lərinin bir qrup təmsilciləri bir bəyannamə
yayınlamışlar.
Bu
“Karvacar Deklarasiyası”
adlandınlmışdır.Bu
bəyannamədə Azərbaycanın əsasən Dağlıq Qarabağın ətrafında olan
torpaqlann qanla alındığı və qətiyyən verilməyəcəyi fıkirləri yer
almışdır. Bu toplantıya vaxtilə Qarabağda terrorçuluq fəaliyyəti
göstərən adamlar da qatılmışlar. “heç vəchlə “azad olunmuş” torpaqlar
geri verilməyəcək. Əgər belə bir qərarı Ermənistan qəbul etsə, Qarabağ
savaşına qatılmış insanlar bununla razılaşmayacaq.
Bəyannamədə əlavə olaraq Azərbaycanın
Dağlıq Qarabağ
Vilayətinin yanı sıra Naxçıvanın da “geri alınması” fıkri yer almışdır.
Deklarasiyada Araratın (Ağn dağı) işgaldan xilas edilməsi üçün də
tespitler vardır. 21-ci əsrdə
bunun gerçekləşməsi üçün
nələrin
ediləcəyi də “sənəddə” yer almışdır.
Deyək ki, yeni ərazi iddiaları da Ermənistan cəmiyyətində həmişə
gündəmdədir. Keçmiş Şaumyan rayonu (indi Goranboy), yaşayış
məntəqələri də (Göygöl rayonunun Çaykənd kəndi) aid edilərək
Azərbaycana yeni ərazi iddiaları irəli sürülür. Təbii ki, onlar bu iddialar
içərisində Naxçıvan Muxtar Respublikasım da unutmurlar. Ermənilərin
məskunlaşma anlayışına baxışı sırf insanlara yardım etmək , onların
düşdüyü durumu yaxşılaşdırmaqdan uzaqdır. O siyasi xarakter daşıyır.
İşğal etdikləri əraziləri əllərində saxlamaq üçün bu üsuldan istifadə
etməyə çalışırlar. Bu da qonşu ölkənin işğalçı xarakterini açıb ortaya
qoyur.
9