“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə112/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   106   107   108   109   110   111   112   113   114

 
 
353 
biznes  adamlarıdır.  Bu  sferada  fəaliyyət  göstərənlər  də  univer-
sitetlərin  həyatında  fəal  iştirak  edir,  yaxın  gələcəkdə  mütə-
xəssislərindən bəhrələnəcəyi ali təhsil müəssisələrinin inkişafında, 
müasirləşməsində maraqlı olurlar. Araşdırmalar göstərir ki, dövlət 
nə qədər güclü olsa da elm və təhsilə cəmiyyətdən dəstək olmasa, 
o ardıcıl və dinamik inkişaf edə bilməz. Örnəyi ABŞ. Bu deyilən 
rakurslardan  qayıdaq  Azərbaycana  nəzər  salaq.  Araşdırmaya, 
təhlilə, şərhə ehtiyac varmı? 
Digər  bir  məsələ  bizdə  elmlə  məşğul  olanların  (A.  Eynş-
teynin  və  S.  Xəlilovun  elm  adamları  ilə  bağlı  apardığı  qruplaş-
dırmaları heç xatırlamayaq) bir-birlərinə münasibətidir. Öncə, onu 
xatırladaq  ki,  məqsədli  şəkildə,  yaxud  ya  zəlzələdən,  ya  da  ki, 
vəlvələdən  elmə  gələnlər  bir  müddət  keçdikdən  sonra  pərişan 
olurlar. Başqa sözlə, əvvəlki nəsillər elmə gəlməkdə onlara kor-
peşman  olmağa  yardım  göstərir.  Əlbəttə,  dəyişmə  tələb  edən 
məsələlərdən biri də budur. 
 Digər bir məsələ elm adamları arasında elmi rəqabətdən çox 
intriqaların mövcudluğudur. Belə münasibətlərin nəticəsidir ki, ali 
məktəblərdə, yaxud akademiya sistemində hansısa məsul vəzifəni 
tutanlar, başqa sözlə “əlinə girəvə düşənlər” dərhal, bir zamanlar 
onu  “incidəndən  qisas”  almaq  haqqında  düşünür,  vəzifə 
səlahiyyətlərindən  sui-istifadə  etməyə  başlayır.  Bu  zaman  onlar 
elmi subordinasiyanı, hətta alim etikasını unudur, bir çox hallarda 
elmdə hələ öz sözünü deməmiş tabeliyində olan elmsiz və dərə-
cəsiz insanlardan,  heç olmasa ölkə  miqyasında tanınan, məhsul 
verən,  ən  əsası  ləyaqətini  qoruyub  saxlaya  bilmiş  alimlərə  qarşı 
alət kimi istifadə edirlər. Alimin alimə hörmət etmədiyini, dəyər 
vermədiyini görən cəmiyyət ikiqat neqativ münasibət göstərir. Bu 
ovqat  bəzən  elm  və  təhsillə  bağlı  qərar  vermək  iqtidarında  olan 
siyasilərə də sirayət edərək, “bunlardan bir şey çıxmaz, xaricə üz 
tutaq”  düşüncəsi  yaradır.  Amma,  artıq  xaricdəki  elmi  mühitin, 
elmi  ənənələrin,  ali  məktəblərin,  dövlət  siyasətinin,  cəmiyyətin, 
nəhayət  medianın  elmə,  təhsilə,  elm  adamlarına  münasibətinin 
ölkəyə gətirilməsi vaxtıdır.  


 
 
354 
Alimin  alimə  hörmətindən  söz  düşmüşkən,  son  zamanlar 
ayrı-ayrı  ixtisaslar  üzrə  alim  qrupları  (siyasi,  iqtisadi  termino-
logiya ilə ifadə etsək “monopolistlər”) dövriyyəyə çıxıb. AAK-da, 
müdafiə  şuralarında,  elm  və  təhsillə  bağlı  yaradılan  yeni 
qurumlardakı  ekspert  komissiyalarında,  dərc  edilən  dərgilərin 
redaksiya  heyətlərində,  mötəbər  elmi  konfranslarda  təmsil 
olunanlar təxminən eyni adamlardır – məşhur bir filmdə deyildiyi 
kimi dərsliklərə, dərs vəsaitlərinə qrifləri, nəşr üçün rəyləri onlar 
verir,  dissertasiyaların  taleyi  ilə  bağlı  onlar  təklif,  tövsiyə 
hazırlayır,  elmi  adların,  dərəcələrin  verilməsində  birbaşa  onlar 
iştirak edir və s. 
Bütün  digər  peşə,  sənət  insanlarına  hörmət  və  rəğbətimi 
ifadə edərək onu da xatırladım ki, alim əməyi iynə ilə gor qazmaq 
kimidir, ondan çox əziyyət çəkmək tələb edən ikinci bir fəaliyyət 
növü tanımıram. Belə olmasaydı dövlət başçıları başqa dövlətlərə 
səfər  edəndə  onlara  yüksək idman, sənət  adları,  yaxud ali hərbi, 
ruhani  rütbələr,  titullar  yox,  məhz  “Fəxri  doktor”  elmi  adı 
verməzdilər. Çünki elm hər şeydən yüksəkdədir, yüksək elmi ad 
ali  məqamdır.  Elmə,  elm  adamına  layiqli  dəyər  verilməyən 
cəmiyyətdə,  ölkədə  xeyir-bərəkət,  hörmət-izzət  olmaz.  Düşün-
cəmə  görə,  necə  və  nə  cür  elmə  gəlməsindən,  alim  olmasından, 
indiki  həyat  tərzinin  necəliyindən  asılı  olmayaraq  olan-qalan 
kimimiz varsa, hamısına cəmiyyət və dövlət münasibətinin dəyiş-
məsinə cəhd edilməlidir. Çünki söhbət şəxslərə yox elmə, təhsilə 
münasibətdən  gedir.  Paralel  şəkildə  elə  bir  mexanizm  forma-
laşdırılmalıdır ki, elmə, ali məktəblərə təsadüfü adamların gəlişini 
maksimum  səviyyədə  əngəlləmək  mümkün  olsun.  Elm,  təhsil, 
təhsil  müəssisələri,  elm  müəssisələri  arasında  optimal  qarşılıqlı 
əlaqələrin  qurulması,  ali  məktəblərin  reytinq  meyarlarının 
hazırlanması,  Bolonya  prinsiplərinin  təhrifsiz,  amma  yaradıcı 
tətbiq  olunması,  ali  təhsildə  keyfiyyət  təminatı,  ali  təhsil  müəs-
sisələrinin idarə edilməsi, akkredisayiların aparılması üçün zəruri 
işlərin  görülməsi,  bakalavriat,  magistratura  və  Ph.D  təhsilinin 


 
 
355 
dünya təhsili ilə unifikasiyası, müdafiə proseduralarının, qaydala-
rının  hazırlanması,  təşkili,  qocaman  AMEA-nın  taleyi,  mövcud 
olan nəyin qalması, nəyin ortadan qaldırılması haqqında isə dərin 
müzakirələr  aparmaq  zəruridir.  Bir  çox  məsələlər  də  var  ki, 
velosiped  icad  etməyə  heç  lüzum  yoxdur,  zəhmət  çəkib  bizdən 
əvvəl  dünyada  mütərəqqi  örnəklər  yaradıblar,  sadəcə  onlardan 
bəhrələnmək lazımdır. 
 
İpək Yolu jurnalı, N -3, 2011 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ədəbiyyat 
1.
 
Xəlilov  S.  Elm  haqqında  elm,  Bakı,  Azərbaycan  Uni-
versiteti, 2011, s. 37 
2.
 
Yenə orada, s. 37 
3.
 
Yenə orada, s. 38 
4.
 
Məmmədov X. Qoşa qanad. Bakı, Gənclik, 1974 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə