350
dolduruldu. Buna rağmen yenileşme ümit ve imkanları mevcuttur”
[8]. Son illər Türkiyədən bizim türkcəyə nə qədər söz daxil oldu
(bizdən də onlara)? Onların hamısı indi rahatlıqla kütləvi şəkildə
işlədilir. Dil hər zaman yeni sözlər alır, istər qohum dildən, istərsə
də uzaq dildən və qısa zaman kəsiyində insanlar onu işlətməyə
vərdiş edir. Belə olan təqdirdə, “ən yaxşı təzə unudulmuş
köhnədir” məsəlini də xatırlayaraq, nədən az qala bütün planetə
yayılan sözlərimizi toplayıb dövriyyəyə buraxmayaq. Bu zaman
istər elmi, istərsə də bədii fikri ifadə etmək asanlaşacaq, yazı və
dialoq prosesində əcnəbi sözlərdən istifadəyə daha az ehtiyac
qalacaq. O da doğrudur ki, özündə olmayanda başqa dildən gələn
sözə də toxunmaq olmaz. Onsuz da bütün dillər başqa dildən söz
alır.
Elm və təhsil
Monoqrafiyada Azərbaycan elmi və təhsili haqqında da
dəyərli
mülahizələr, tövsiyə və təkliflər az deyil.
Hazırda Azərbaycanda 36 dövlət, 14 özəl olmaqla 50 ali
təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali məktəblərdə təxminən
140000 tələbə təhsil alır. Əhalinin sayına nisbət götürdükdə
Azərbaycanda universitet sayı da, tələbə sayı da pis görünmür.
Lakin dünyada təhsilin əlyetən olması üçün ciddi tədbirlər görülür
və bunun hesabına hər il ali təhsil almaq istəyənlərin sayı xeyli
artır. Məsələn, dinamik inkişaf edən ölkələrdə - Argentina,
Braziliya, Misir, Hindistan, Zimbabve, İndoneziya, İordaniya,
Çin, Türkiyə, Malayziya, Paraqvay, Peru, Rusiya Federasiyası,
Tailand, Tunis, Uruqvay, Filippin, Çili,
Şri-Lanka və Yamaykada
YUNESCO-nun 2010-cu il təhlillərinə əsasən son 10 ildə
tələbələrin sayı 77% artıb. Bu ciddi artımdır. Azərbaycanda da
belə artıma ehtiyac var. Lakin ölkədəki mövcud alim potensialı
buna imkan verirmi? Müqayisə üçün bir neçə ölkədəki vəziyyətə
nəzər salaq: hazırda ABŞ-da - 3100000 (hər 96 nəfərə 1 nəfər),
Yaponiyada – 700000 (hər 157 nəfərə bir nəfər), Fransada -
351
200000 (hər 350 nəfərə bir nəfər) alim yaşayıb yaradır [9]. Azər-
baycanda isə 9 minə yaxın elmlər namizədi, 1700 elmlər doktoru
var, hər min nəfərə 1 elmlər namizədi, təxminən hər 5300 nəfərə
1 elmlər doktoru düşür. Bu nəinki Rusiya Federasiyası, hətta digər
MDB dövlətlərinin əksəriyyəti ilə müqayisədə aşağı göstəricidir.
Onu da nəzərə alaq ki, bu alimlərin bir qismi ölkədə deyil, bir
qismi isə, ümumiyyətlə, tədrisdən uzaqdır, ya akademiya
sistemində, yaxud da müxtəlif dövlət və qeyri-hökumət
qurumlarında çalışır.
Başqa bir paradoks da var: son zamanlar dövlət məmurları,
millət vəkilləri elmi dərəcə almağa, müxtəlif ali məktəblərin elmi
şuralarında təmsil olunmağa, ali məktəblərdə dərs keçməyə daha
çox can atırlar. Bu pozitiv tendensiya kimi görünsə də elm
adamlarına münasibət dəyişmir. Əgər alim olmaq pisdirsə, onda
məmurların elmə bu meyli nədir? Yox əgər yaxşıdırsa, onda
məmurların həmkarlarına münasibəti niyə dəyişmir, yəni ancaq
alimliyindən para qazananların aldıqları cüzi məvacib, ümumiy-
yətlə elm adamına, alim həyatına mövcud ictimai münasibət onları
nədən rahatsız etmir? Məmur-alim alim həmkarına ən yaxşı
halda, sadəcə, “alim səbri” (termin son vaxtlar xeyli popul-
yarlaşıb) arzulayır.
İndi isə bir neçə dövlətin elmlə bağlı maliyyə siyasətinə
diqqət yetirək: Rusiyada elmə ayırmalar ÜDM-in 1%-i, Qərb
ölkələrində 2,3%-i, ABŞ-da təxminən 3%-i civarındadır. ABŞ-da
mövcud elmə ayırmalar bütövlükdə Rusiya Federasiyasının büd-
cəsindən çoxdur [10]. Son zamanlar Rusiya ziyalıları yaranmış
acınacaqlı vəziyyətdən, elmin taleyindən dolayı ciddi narahatlıq
keçirir, məsələ ilə bağlı müxtəlif elmi araşdırmalar aparır,
məqalələr
dərc etdirir, hökumət və dövlət strukturlarına
müraciət-
lər edirlər. Professor S. Xəlilov da monoqrafiyada məsələ ilə bağlı
müqayisələr və paralellər apararaq Azərbaycanda vəziyyətin daha
acınacaqlı olduğunu göstərir. O, irəli getmək, mövcud acınacaqlı
vəziyyəti dəyişdirmək üçün alimlərin iştirakı ilə, elm sahələrinin
spesifikası nəzərə alınmaqla dövlət siyasətinin hazırlanmasını