“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   23   24   25   26   27   28   29   30   ...   114

 
 
81 
a)
 
Hərbi  dəniz  xalq  komissarlığında  Hacıyev  Süleyman 
(komissar köməkçisi),  İbrahimov Mövsüm (təsərrüfat  komanda-
sının rəisi), Rzayev Seyid (kargüzar), Quliyev İdris (rabitə xidməti 
komandasının rəisi) və b.; 
b)
 
Azdiviziyanın (N-24) Ι alayında Nağıyev Firidun (bölmə 
komandiri), Zülfüqarov Əziz (zabit); 
v)  “Azsvod”  hərbi  məktəbində  Paşayev  Hüseyn  (artilleriya 
şöbəsinin rəisi), Vəkilov Zəkəriyyə (mühəndislik şöbəsinin rəisi), 
Paşayev İshaq (pulemyot şöbəsinin rəisi), İmanov Sadıx (koman-
dir), Axundzadə İbrahim (tədris şöbəsinin rəisi), Babayev Əkbər 
(alay  komandiri),  Bəydəmirov  Mövsüm  (hissə  komandiri), 
Atakişiyev İbrahim (hissə komandiri); 
q)  Aviasiya  məktəbində  Qulubəyov  Nurulla  (məktəbin  rəisi, 
müsavat hakimiyyəti zamanında hərbi nazirin adyutantı), Dadaşov 
Əli Hüseyn (kursant), Dadaşov Kazım (kursant, təqibdən yayınıb 
İrana keçə bildi), Mahmudzadə Mahmud və b.; 
d)  Az.  ÇK  (FK)  yanında  xüsusi  təyinatlı  dəstədə  İsrafil 
Şıxlinski  (eskadron  komandiri),  Şəfiyev  Abdulla  (alay  koman-
diri), Axundov Cavad (alay komandiri); 
e) Azdiviziyanın 3-cü polkunda Sultanov Mehdi (zabit) və b. 
[140 N-2 (6), 1994]. 
     1925-ci ildə Müsavat MK-nın hərbi təşkilatlarla işi nisbə-
tən  zəiflədi.  Bu  müəyyən  fikir  ayrılığından  (Az.  DSİ-də  belə 
məlumat olub) və yaxud da dövlət təzyiqinin güclənməsindən ya-
rana bilərdi. 
     1926-cı  ildəki  kütləvi  həbslər  zamanı  MK-nın,  BK-nın  ΙΙ 
tərkibi ləğv edildi, hərbi təşkilatların üstü açılıb dağıdıldı. 
     Beləliklə, Müsavatın yaratdığı gizli hərbi təşkilatlar Azər-
baycanda  partiyanın  rəhbərliyi  altında  heç  bir  silahlı  üsyan, 
çevriliş cəhdi göstərmədən dağıdıldı, fəallar isə həbs edildi. 
    Əslində  birmənalı  şəkildə  demək  olmaz  ki,  Müsavat  qar-
şısına silahla sovet  hakimiyyətini  devirmək məqsədi  qoymuşdu. 
Gizli fəaliyyətin istiqamətləri və xarakteri, Xarici Büro ilə əlaqələr 
daha  çox  belə  bir  qənaətə  gəlməyə  əsas  verir  ki,  partiya  sovet 


 
 
82 
hakimiyyətinin uzun sürəcəyinə inanmır, elə buna görə də özünü 
tezliklə bu hakimiyyətin çökməsi üçün yaranacaq əlverişli daxili 
və  xarici  şəraitə  hazırlayırdı.  Təbii  ki,  burada  hərbi  sahədə 
hazırlıq, ordu ilə iş istisna edilə bilməzdi. 
     Hakimiyyətin  apardığı  təbliğatdan,  gördüyü  tədbirlərdən 
aydın olur ki, bolşeviklər Müsavat kimi ciddi rəqibi məhv etmək 
üçün ictimaiyyətin nəzərində daha sərt və təhlükəli düşmən obrazı 
yaratmağa çalışmışdı. 
     1927-ci ildə MK-nın ΙΙΙ tərkibi ləğv edilib onun üzvləri və 
digər  fəal  partiyaçılar  həbs  olunduqdan  sonra  gizli  Müsavatın 
həyatında  yeni-üçüncü  mərhələ  başladı.  Bu  mərhələdə  taktika 
dəyişir. Belə ki, partiyanın ümumi rəhbərlik orqanı dəyişir. Yəni, 
partiyanın ümumi rəhbərlik orqanı yaradılmır, onun üzvləri ancaq 
iki  nəfərdən  artıq  bir  yerə  yığışmadan  əlaqə  saxlamaq  yolunu 
seçirlər. Heç bir gizli iclas və toplantı keçirilmir. Əsas fəaliyyət 
növü  çox  məhdud  idi:  öz  aralarında  və  Xarici  Büro  ilə  əlaqə, 
informasiya mübadiləsi, tövsiyə və tapşırıqların alınması. 
     Lakin  bunlara  baxmayaraq  yenə  təşkilata  üzvlər  cəlb 
olunur,  gənclər  və  ordu  hissələri  arasında,  məktəblərdə  təbliğat 
aparılır,  xaricdən  qəzet  və  jurnallar  (Azərbaycan  mühacirlərinin 
dərc etdikləri) gətirilib daxildə yayılırdı. 
     MK-nın ΙΙΙ və sonuncu tərkibi dağıdıldıqdan sonra, 1927-
ci  ildə Müsavat  başda olmaqla digər qüvvələrin  də  iştirak etdiyi 
milli  müqavimət  hərəkatına  Azərbaycan  Milli  Mərkəzi  (AMM) 
rəhbərlik edir. 
     “1924-25-ci  illərdə  mərkəzi  Sovet  aparatında  yaranan  və 
türk burjua millətçilərinin əsas üstünlük təşkil etdiyi AMM dəqiq 
təşkilat strukturuna malik idi. Azərbaycanın əyalətlərində komitə-
ləri olan bu təşkilat siyasi mühacir M .Ə. Rəsulzadənin rəhbərlik 
etdiyi  Xarici  Büro  və  “Zaqafqaziya  Əksinqilabi  Milli  Birlik 
Komitəsi”nin  vasitəsilə  “Qafqaz  İstiqlal  Komitəsi”  tərəfindən 
idarə edilirdi” [140, 3 (7), 1995]. 
     AMM-də  yaranan  Siyasi  Mərkəz  Azərbaycandakı  bütün 
antisovet  təşkilatların  fəaliyyətini  əlaqələndirirdi.  1927-ci  ildən 


 
 
83 
sonra bütün belə təşkilatlar Müsavat bayrağı ətrafında birləşərək, 
onun ideoloji-siyasi yol göstərənliyi ilə hərəkət edirdilər. 
     1929-cü ildə partiyada rəsmi uçota dayananların sayı min-
dən artıq idi. 1. Bakı və Bakı ətrafında – 566 nəfər. 2. Lənkəran 
qəzasında – 237 n. 3. Gəncədə - 122 n. 4. Digər bölgələrdə - 217 
n: cəmi – 1142 nəfər. 
     1930-cu ildə Az. DSİ yeni kütləvi həbslər keçirdi. Bu həbs-
lər nəticəsində ən çox ziyan çəkən Bakı və Bakı ətrafı kəndlərdəki 
təşkilatlar oldu. 
     “1930-cu  ildən  sonra  Bakı  təşkilatı  Şəkərovun  rəhbərliyi 
altında yenidən fəaliyyətini canlandıraraq Salyan, Biləsuvar, Əli-
Bayramlı, Sabirabad, Quba, Masallı təşkilatları ilə (bu təşkilatlar 
hələ  MK-nın  ΙΙΙ  tərkibi  tərəfindən  1926-cı  ildə  yaradılanlardan 
idi),  eyni  zamanda  Təbriz  təşkilatı  ilə  əlaqə  yarada  bildi.  Xarici 
Büronun təlimatları və milli əhvali-rühiyyəni gücləndirən mühacir 
dərgiləri, ədəbiyyatlar gətirildi” [140, N-2 (6), 1994]. 
     Lakin  bu  hal  uzun  sürmədi.  1931-ci  ildə  Bakı  təşkilatı 
yenidən dağıdılaraq, onun 200 nəfər fəal üzvü həbs edildi. 
     Gizli Müsavatın əsas fəaliyyət sahələrindən biri də qeyd et-
diyimiz  kimi,  gənclərin  ideya-siyasi  tərbiyə  işi  və  onların  parti-
yaya cəlb edilməsi idi. 
Hələ  1925-ci  ildən  Müsavat  “Gənclərin  partiyadan  kənar 
tərbiyə  proqramı”  deyilən  bir  sənəd  hazırlayaraq,  onun  həyata 
keçirilməsi istiqamətində iş aparırdı. MK-nın ΙΙΙ tərkibinin sədri 
M.  Ataməliyevin  ifadəsinə  görə  “Məktəbli  gənclər  millətçi 
hazırlıq keçdikdən sonra “Gənc Türklər Komitəsi”ndə birləşməli 
idilər.” [166, s.14]. 
     1927-ci  ilin  yayında  müsavatçı  gənclər  təşkilatlarından 
fəallığı,  apardığı  təbliğatın  əhəmiyyətliliyi  ilə  fərqlənən  “Gənc 
Azər”  təşkilatı  meydana  gəldi.  Onun  yaradıcıları  Həsənağa 
Axundzadə,  Haşım  Aslanov,  Əliağa  Aslanov  idi.  “Qənc  Azər” 
Bakı  Pedtexnikumu  və  BANO-nun  12  saylı  məktəbinin  bazası 
əsasında formalaşmışdı. Onun əsas məqsədi: “Gənc kadrlar-müsa-
vatçılar  hazırlamaq,  sovet  hakimiyyətinin  devrilməsinə  yardım 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə