8
illərin xarakterik xüsusiyyətlərini, Azərbaycanla Türkiyə ara-
sında əlaqələrin yaranması və 1980-ci illərin sonralarına doğru
get-gedə güclənməsini, SSRİ-nin dağılması prosesi ilə yanaşı
milli azadlıq hərəkatının sürətlənməsi nəticəsində mühacirətin
daha da fəallaşmasını araşdırmaq;
- mühacirətin ideoloji-siyasi, ədəbi-tarixi irsinin tədqiqatın
xarakterinə uyğun təhlilini vermək.
Elmi araşdırma işində bu vəzifələrin yerinə yetirilməsi
Azərbaycan mühacirlərinin elmi-nəzəri və praktiki fəaliyyətinin
aydın mənzərəsini yaratmağa, eyni zamanda Azərbaycan tari-
xinin, mədəniyyətinin dolğunlaşdırılmasında mühacirət irsinin
yerini və əhəmiyyətini qiymətləndirməyə imkan verir. Sovet
sisteminin qoyduğu yasaqlar mühacirət tarixinin öyrənilməsinə
imkan verməmişdi.Mühacirətə gedən şəxsiyyətlər, onların yarat-
dıqları təşkilatlar, mətbuat orqanları, yazılan minlərlə əsərlər,
bütövlüklə aparılan mübarizənin
mahiyyəti nə tarixi,
nə də kul-
turoloji aspektdən ayrıca tədqiqat obyektinə çevrilməmiş,
mühacirət problemi 1990-cı illərə qədər araşdırılmamışdı.
İlk dəfə 1980-ci illərin sonlarında “Odlar Yurdu“, “Azərbay-
can“ və b. qəzetlərdə Azərbaycan mühacirəti ilə bağlı yazılar
görünməyə başladı. “Bu barədə ilk dəfə” rubrikası altında
tədqiqatçı M. Əliyev, Ə. M. Topçubaşov, M. Ə. Rəsulzadə, M.
B. Məmmədzadə, Ə. V. Yurdsevər, Ə. A. Şeyxülislam, Ç. Hacı-
bəyli, X. Xasməmmədov, Ş. Rüstəmbəyli, eləcə də onlarla digər
tanınmış mühacirlərimizin həyat və fəaliyyətinə həsr olunmuş
silsilə məqalələr dərc etdirdi. M. Əliyevin mühacirət irsinin
öyrənilməsində “Yeni Kafkasiya“, “Odlu Yurt“, “Bildiriş“, “Qur-
tuluş“ kimi mətbuat orqnları haqqında məlumatların kütləviləş-
məsi sahəsində atdığı ilk addımlar da dəyərlidir.
1980-ci ilin sonlarında yaranmış “Vətən“ cəmiyyəti ayrı-
ayrı mühacirlərin Azərbaycanla əlaqəsinin yaranmasında vasi-
təçi olur, həm də bu cür praktiki fəaliyyətlə yanaşı mühacirət
probleminin nəzəri məsələlərini ehtiva edən araşdırmalar
aparmağa cəhd göstərirdi. “Vətən” cəmiyyətinin sədri yazıçı